Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-205/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X13 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X4, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı qərarın və göstərişin ləğv edilməsi barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdeh Azərbaycan Respublikası İqtisdiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehslak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılması üzrə Komisiyyası tərəfindən “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” "xxxx" QSC barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın və həmin qərarla bağlı verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişin ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 avqust 2020-ci il tarixli, FA- 03 nömrəli əmrinə əsasən yaradılmış antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş yanacaq məhsullarının pərakəndə satışı ilə məşğul olan bir qrup sahibkarın kollektiv müraciətinə, təqdim edilmiş sənədlərə və toplanmış materiallara baxaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin iş qaldırılması üçün kifayət etdiyini nəzərə alaraq, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, 18-ci maddəsinin 4-cü bəndinə əsaslanaraq Hüquqi ünvanı AZ1030, ünvan 1apalı Səhmdar Cəmiyyəti (VÖEN **********) barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərinin (kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi) pozulması əlamətləri üzrə iş qaldırılması haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul etmişdir. Bundan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli FA-03 nömrəli əmrilə yaradılmış və xx.xx.2020-ci il tarixli FA-05 nömrəli əmrilə tərkibində dəyişiklik edilmiş Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: **********) barəsində qaldırılmış xx.xx.2020-ci il tarixli FA-03 nömrəli işə baxaraq bir qrup fərdi sahibkarın "xxxx" QSC-dən aldıqları neft məhsullarının yanacaqdoldurma məntəqələrinə çatdırılması zamanı çəkilən daşınma xərclərinin qanunvericiliyə uyğun olmadan hesablanması barədə İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (hazırda - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) daxil olmuş xidməti məruzə (daxilolma qeydiyyatı: İN-D/Y- 8581/2020, xx.xx.2020) ilə təqdim edilmiş sahibkarlar Valeh Alışovun, Rövşən Lütvəliyevin, "xxxx" MMC-nin direktoru Nazim Əhmədovun, “NurƏli" MMC-nin direktoru Mirzəxan Quliyevin və "xxxx" MMC-nin direktoru Elxan Səmədovun kollektiv müraciətlərində (daxilolma qeydiyyatları: İN-D/O-KOL-184/2020, xx.xx.2020) və sənədlərdə, vətəndaş X3 Nazirliyinə daxil olmuş müraciətlərində (daxilolma qeydiyyatı: İN-D/O-Q- 385/2020, xx.xx.2020-ci il), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından (daxilolma qeydiyyatı: İN-D/O-Q-385/2020/2, xx.xx.2020-ci il) və Azərbaycan Respublikası Nazirlər Kabinetindən İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: İN-D/O-Q-385/2020/3, xx.xx.2020-ci il və İN-D/O-Q-385/2020/4, xx.xx.2020-ci il) daxil olmuş tapşırıqlarda sahibkarların motor (mühərrik) yanacağının pərakəndə satışı sahəsində fəaliyyət göstərdiklərini, "xxxx" QSC-dən alınan neft məhsullarının yanacaqdoldurma məntəqələrinə (YDM-ə) çatdırılmasını özləri həyata keçirdiklərini, bununla əlaqədar ödəniş etdiklərini və həmin xərclərin gəlir vergisi bəyannaməsinin xərclər hissəsində əks etdirildiyini, lakin vergi orqanı tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsini (bəndini) (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) əsas qəbul edilərək bəyannamənin xərclər hissəsində göstərilmiş nəqliyyat xərclərinin çıxarılmasını, nəqliyyat xərclərinin 20% həcmində əlavə gəlir vergisi hesablanmasının tələb edildiyini, lakin hazırda daşınma xərclərinin "xxxx" QSC ilə bağlanmış alğı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən alıcılar tərəfindən topdansatış qiymətlərinə uyğun ödənilən xərclərdən əlavə çəkilən xərclər hesabına qarşılandığını, yanacağın "xxxx" QSC tərəfindən yanacaqdoldurma məntəqələrinə çatdırılmadığını bildirərək yanacağın daşınma xərclərinin "xxxx" QSC tərəfindən qarşılanmamasının araşdırılmasını xahiş etdiklərini, bununla bağlı işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, habelə təqdim edilmiş sənəd və məlumatları araşdıraraq, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsinin (bəndinin) tələblərinə zidd olaraq yanacağın "xxxx" QSC-nin terminallarından YDMlərə daşınması xərclərinin tarifdən kənar olaraq YDM-lərin əlavə xərcləri hesabına həyata keçirilməsi şərtinin müqavilələrə daxil edildiyini, beləliklə öz hökmran mövqeyindən istifadə edərək “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin və "Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 -ci maddəsinin tələblərinin pozulduğunu müəyyən etdiyini nəzərə alaraq, araşdırma zamanı istinad edilmiş normativ hüquqi sənədləri, eyni zamanda “Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsini, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsini, 17-ci maddəsinin 1 -ci hissəsinin ikinci və üçüncü abzaslarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydalan”nın 2.12-ci bəndini rəhbər tutaraq 18 noyabr 2020-ci il tarixli Qərarı ilə hüquqi ünvanı AZ1030, ünvan 2palı Səhmdar Cəmiyyətinə (VÖEN: **********) - Yanacağın topdansatışının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci maddəsinin (bəndinin) (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyin tələblərinə uyğunlaşdırılması; - "xxxx" QSC yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat (iyirmi yeddi milyon dörd yüz on iki min doqquz yüz altmış iki manat) məbləğində əldə olunan qanunsuz mənfəəti 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi göstərişlərini vermişdir. Bundan sonra "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə xx.xx.2020-ci il tarixli, XO-xx-xx-0534-2020 nömrəli inzibati şikayət ilə müraciət edilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” "xxxx" QSC barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli Qərarının və həmin Qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli Göstərişin ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi 15 yanvar 2021-ci il tarixli, 3 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” "xxxx" QSC barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli Qərarının və həmin Qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli Göstərişin ləğv edilməsinə dair "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayətinin təmin edilməməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli Qərarı və həmin Qərar əsasında verilmiş "Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli Göstərişi dəyişdirmədən saxlamışdır. Hesab edirik ki, həmin 18 noyabr 2020-ci il tarixli Qərar və onun əsasında verilmiş 25 noyabr 2020-ci il tarixli Göstəriş, eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin xx.xx.2021-ci il tarixli, 3 nömrəli Qərarı işin halına tətbiq edilən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarı əsasında verildiyindən qanunsuz və əsassızdır. Belə ki, həmin yuxarıda qeyd edilən və işin halına tətbiq edilən qərarın 2.5-ci bəndinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) şərti Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş və hazırda qüvvədə olan "Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarın “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti ilə ziddiyyət təşkil etdiyindən işin halına tətbiq edilə bilməzdi. Burada qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 15 yanvar 2021-ci il tarixli, 3 nömrəli Qərarında yuxarıda istinad etdikləri Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarın 1 -ci bəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 yanvar 2007-ci il tarixli, 1 nömrəli Qərarı ilə qüvvədən düşdüyünə istinad edərək həmin 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarın "pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərtinin də qüvvədən düşdüyünü qeyd etmişdir. Hesab edirlər ki, bu yanlış yanaşmadır. Belə ki, 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarın 1-ci “Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergisi və təchizat xərcləri bu qərara təsdiq edilmiş əlavəyə uyğun olaraq 2004-cü il 2 noyabr tarixindən tətbiq olunsun” bəndinin məzmunundan da göründüyü kimi həmin bənd qərarla ayrıca təsdiq edilmiş əlavəyə uyğun olaraq neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergisi və təchizat xərclərinin 2004-cü ilin 2 noyabr tarixindən tətbiqi ilə bağlıdır. Yəni həmin qərarla neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər qüvvədən düşməmişdir. Apardıqları təhlil belə qənaətə gəlməyə əsas verir ki, Komissiya “İnzibati icraat Haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin tələblərini pozaraq inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, eyni zamanda qüvvədə olan və işin halına tətbiq edilməli olan normativ hüquqi aktları əlaqəli şəkildə araşdırmadan qərar qəbul etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi isə "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, XOxx-xx-0534-2020 nömrəli inzibati şikayətlə bağlı qərar verərkən səhv nəticəyə gəlmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin neft məhsullarının alğı-satqısı ilə bağlı hüquqi və fiziki şəxslərlə bağladığı müqavilələrin 3.1-ci bəndinin (Alıcı müəyyən olunmuş miqdarda neft məhsullarını Satıcının Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır) şərti "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci bəndinin şərtləri ilə deyil, hazırda qüvvədə olan Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi ilə bağlı Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş "Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Neft məhsullarının şirkətdaxili, topdan və pərakəndə satış qiymətləri, aksiz vergiləri və təchizat xərcləri”nin “Neft məhsullarının yeni qiymətlərinin tətbiqi ilə bağlı şərtlər” bəndinin 6-cı abzasının “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərtləri ilə uyğunluq təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun normativ hüquqi aktlar və onların hüquqi qüvvəsini müəyyən edən 2.8-ci maddəsinin tələblərinə görə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq edilir. Mübahisələndirdikləri məsələyə aydınlıq gətirmək məqsədilə onu da, məhkəmənin diqqətinə çatdırırlar ki, “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci tarixli 341 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2007-ci il tarixdə “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” qəbul etdiyi 1 nömrəli Qərarında “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti olmuşdur və bu şərt qüvvədə olan və istinad etdikləri Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli qərarın “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti ilə eynilik təşkil etmişdir. “Topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir” şərti Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən ilk dəfə “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixdə qəbul edilmiş 14 nömrəli Qərarın 2.5-ci bəndində göstərilmişdir. Lakin həmin qərarda “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərtinin “topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxildir” şərti ilə əvəz edilməsinin səbəbi açıqlanmamış, əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli, 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın 2.7.7-ci bəndinin tələblərinə görə subyektlərin mallarının (xidmətlərinin) qiymətləri xidmət şərtləri, tələb və təklif, bazar konyukturası, rəqabət tələbləri və s. nəzərə alınmaqla bazar qiymətlərinə uyğun şəkildə müəyyənləşdirilir, qiymətlərin tənzimlənməsi üsulu Şura tərəfindən seçilir və tətbiq olunur. Həmin Qaydaların 2.8-ci və 2.8.2-ci bəndlərinin məzmununa görə qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq və əsaslandırılaraq Tarif (qiymət) Şurasına təqdim edildiyi halda həmin materiallar təhlil edilir və qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir. Nəzərə alınsa ki, ilk olaraq Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli, 14 nömrəli Qərarı ilə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər topdansatış tariflərinə aid edilmişdir, bununla yanaşı neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən təsərrüfat subyektləri vergi orqanları tərəfindən 2019-cu ildə neft məhsullarının daşınmasının topdansatış tariflərinə aid edilməsini əsas gətirərək pərakəndə satışı həyata keçirən təsərrüfat subyektlərindən bəyannamələrinin xərclər hissəsində göstərilmiş nəqliyyat xərclərinin çıxarılmasını tələb etdikləri səbəbindən hazırki mübahisə yaranmışdır, yəni ən azı 6 il ərzində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən təsərrüfat subyektləri Tarif (qiymət) Şurasının yuxarıda qeyd edilən Qərarının 2.5-ci bəndinin şərtlərinə əhəmiyyət verməmişlər. İşin bu halı belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 2 dekabr 2013-cü il tarixli, 14 nömrəli Qərarın 2.5-ci bəndinin topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı olan bütün xərclər daxildir şərti yuxarıda qeyd etdikləri “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”nın tələblərinə zidd şəkildə formalaşdırıldığından hüquqi qüvvəyə malik ola bilməz. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun normayaratma fəaliyyətinin əsas prinsiplərini müəyyən edən 8-ci maddəsinin məzmununa görə normayaratma fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 1 -ci hissəsində göstərilən prinsiplərlə yanaşı aşağı dövlət orqanlarının aktlarının yuxarı dövlət orqanlarının aktlarına uyğunluğu və normativ hüquqi aktların ziddiyyətsizliyi prinsipləri əsasında həyata keçirilməlidir. Buradan aydın olur ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli, 2 nömrəli Qərarının 2.5-ci bəndinin “topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir” şərti Azərbaycan Respublikası Baş Nazirinin imzası ilə təsdiq edilmiş hazırda qüvvədə olan olan “Neft məhsullarının qiymətlərinin respublika daxilində tənzimlənməsi barədə” 1 noyabr 2004-cü il tarixli, 165 nömrəli Qərarın “pərakəndə satış qiymətlərinə neft məhsullarının respublika ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan bütün xərclər daxildir” şərti ilə ziddiyyət təşkil etdiyindən hüquqi qüvvəyə malik deyildir, eyni zamanda “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydalarının tələblərinə zidd şəkildə formalaşdırılmışdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.4-cü maddəsinin tələblərinə görə bu Konstitusiya Qanununun 4.1.1 -ci maddəsində nəzərdə tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ xarakterli aktlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz. Həmin Qanunun 12.1.1 və 12.1.2-ci maddələrinin tələblərinə görə normativ hüquqi aktların kolliziyası normativ hüquqi aktın ləğv edilməsi, normativ hüquqi aktda dəyişikliklər edilməsi üsulları ilə aradan qaldırılır. Eyni Qanunun 12.2-ci maddəsinin tələblərinə görə normativ hüquqi aktların kolliziyasına yol verməmək məqsədi ilə yeni normativ hüquqi aktın qəbul olunması ilə əlaqədar ləğv edilməli, dəyişikliklər edilməli olan normativ hüquqi aktların (onların struktur elementlərinin) siyahısı həmin normativ hüquqi aktın yekun müddəalarında və ya əlavəsində əks etdirilməlidir. Yuxarıda sadalananlar belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması üzrə Komissiyası tərəfindən Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında "xxxx" QSC barəsində qəbul edilmiş 18.11 2020-ci il tarixli Qərar və həmin qərarla bağlı verilmiş Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2020-ci il tarixli Göstəriş inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar, eyni zamanda qüvvədə olan və işin halına tətbiq edilməli olan normativ hüquqi aktlar əlaqəli şəkildə tədqiq və tətbiq edilmədiyindən qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. “İnzibati İcraat Haqqında’’ Azərbaycan Respublikasının Qanununun 67.1 və 67.2-ci maddələrinin tələblərinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.1 maddəsinin tələbinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirilmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin məcəllənin 32.1-ci maddəsinin tələblərinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Eyni məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Nəzərə alınmalıdır ki, "xxxx" QSC tərəfindən verilmiş inzibati şikayətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində xx.xx.2021-ci il tarixdə “inzibati İcraat haqqında” Azərbaycan Respublikasının qanununun 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə uyğun olaraq videokonfrans formatında keçirilmiş iclasda baxılmış, lakin həmin gün inzibati şikayət üzrə hər hansı bir qərar qəbul edilməmişdir. Bundan sonra həmin inzibati şikayət üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Allahverdi Paşayev tərəfindən 15 yanvar 2021-ci il tarixində verildiyi qeyd edilən 3 nömrəli Qərar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2 fevral 2021-ci il tarixli, İN-X/O-929/2021 nömrəli məktubuna qoşma ilə xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin elektron poçt ünvanına daxil olduğundan hesab edirlər ki, müddət axımı 04 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Etiraza əsasən, bir qrup fərdi sahibkarın "xxxx" QSC-dən aldıqları neft məhsullarının yanacaq doldurma məntəqəsinə çatdırılması zamanı çəkilən daşınma xərclərinin qanunvericiliyə uyğun olmadan hesablanması barədə İqtisadiyyat Nazirliyinin Tarif-qiymət siyasəti şöbəsindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (hazırda - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) (bundan sonra - Xidmət) daxil olmuş xidməti məruzə daxilolma qeydiyyatı: İN-D/Y- 8581/2020, xx.xx.2020) ilə təqdim edilmiş sahibkarlar Valeh Alışovun, Rövşən Lütvəliyevin, "xxxx" MMC-nin direktoru Nazim Əhmədovun, "xxxx" MMC-nin direktoru Mirzəxan Quliyevin və "xxxx" MMC-nin direktoru Elxan Səmədovun kollektiv müraciətlərində (daxilolma qeydiyyatları: İN-D/O- KOL-184/2020, xx.xx.2020) və sənədlərdə, vətəndaş X3 Nazirliyinə daxil olmuş müraciətlərində (daxilolma qeydiyyatı: İN-D/O-Q-385/2020, xx.xx.2020-ci il), Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından (daxilolma qeydiyyatı: İN-D/O-Q-385/2020/2, xx.xx.2020-ci il) və Azərbaycan Respublikası Nazirlər Kabinetindən İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: İN-D/O-Q-385/2020/3, xx.xx.2020-ci il və İN-D/O-Q-385/2020/4, xx.xx.2020-ci il) daxil olmuş tapşırıqlarda sahibkarların motor yanacağının pərakəndə satışı sahəsində fəaliyyət göstərdiklərini, "xxxx" QSC-dən alınan neft məhsullarının yanacaq doldurma məntəqələrinə (YDM-ə) çatdırılmasını özləri həyata keçirdiklərini, bununla əlaqədar ödəniş etdiklərini və həmin xərclərin gəlir vergisi bəyannaməsinin xərclər hissəsində əks etdirildiyini, lakin vergi orqanı tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsini (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) əsas qəbul edərək bəyannamənin xərclər hissəsində göstərilmiş nəqliyyat mərclərinin çıxarılmasını, nəqliyyat xərclərinin 20 %-i həcmində əlavə gəlir vergisi hesablanmasının tələb edildiyini, lakin hazırda daşıma xərclərinin "xxxx" QSC ilə bağlanılmış alğı-satqı müqaviləsinin 3.1 bəndinə əsasən alıcılar tərəfindən topdansatış qiymətlərinə uyğun ödənilən xərclərdən əlavə çəkilən xərclər hesabına qarşılandığını, yanacağın "xxxx" QSC tərəfindən yanacaq doldurma məntəqələrinə çatdırılmadığını bildirərək yanacağın daşınma xərclərinin "xxxx" QSC tərəfindən qarşılanmamasının araşdırılmasını xahiş etmişlər. Xidmət tərəfindən aparılan ilkin araşdırma zamanı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********, hüququ ünvanı: AZ 1030, ünvan 3 topdan satışı üzrə Azərbaycan Respublikasında hökmran mövqeye malik təsərrüfat subyektlərinin Dövlət Reyestrinə daxil edildiyi məyyənləşdirilmişdir. Xidmətin xx.xx.2020-ci il tarixli FA-03 nömrəli əmrilə yaradılmış Komissiyası həmin müraciətlərin araşdırılması ilə əlaqədar toplanmış materiallara baxaraq “Antiinhisar haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə hüquqi ünvanı AZ1030, ünvan 4apalı Səhmdar Cəmiyyəti (VÖEN **********) haqqında xx.xx.2020-ci il tarixli Qərarla iş qaldırmışdır. Komissiyanın xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il ərində keçirilən işə baxılma iclasları müxtəlif səbəblərdən təxirə salınmışdır. xx.xx.2020-ci il tarixində keçirilən yekun iclasda ərizə verən fiziki şəxs Valeh Alışovun, "xxxx" MMC-nin direktoru Nazim Əhmədovun və "xxxx" MMC-nin direktoru Mirzəxan Quliyevin nümayəndəsi Namiq Səfəralıyev videoseans vasitəsilə və "xxxx" QSC-nin nümayəndələri X10 və X2 iştirak etmişlər. İddiaçıların nümayəndəsi Namiq Səfəralıyev təmsil etdiyi şəxslərin öz müraciətlərində göstərilən tələbləri bir daha təsdiq etdiklərini və neft məhsullarının alğı-satqısının və bununla əlaqədar bağlanan müqavilələrin qanunvericliyin tələblərinə uyğunlaşdırılmasını xahiş etdiklərini bildirmişdir. "xxxx" QSC-nin nümayəndəsi Amil Əsgərov müqavilələrin 2015-ci ildən sonra da ondan əvvəlki dövrdə də təqdim olunan formada bağlandığını və bunun qanunvericiliyin tələblərinə uyğun olduğunu bildirmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 165 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı arasında uyğunsuzluq olması nəticəsində belə bir anlaşılmazlıq yarandığını qeyd etmişdir. Komissiyanın sorğusu əsasında təqdim olunmuş aşağıdakı sənədlərdə: "xxxx" QSC və “SAMİR” firması arasında bağlanmış 01 yanvar 2020-ci il tarixli 06/252 nömrəli, fiziki şəxs X7 bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/316 nömrəli, "xxxx" MMC ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/312 nömrəli, "xxxx" MMC ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 06/253 nömrəli, "xxxx" Firması ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/306 nömrəli, "xxxx" MMC ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/311 nömrəli, "xxxx" Firması ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/302 nömrəli, "Tepat” Firması ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/529 nömrəli, "xxxx" Firması ilə bağlanmış 01 yanvar 2020-ci il tarixli 07/297 nömrəli, “Elvin-17” firması ilə bağlanmış 01 yanvar 1020-ci il tarixli 07/313 nömrəli, həmçinin "xxxx" MMC ilə bağlanmış 01 yanvar 2019-cu il tarixli 07/331 nömrəli, "xxxx" MMC ilə bağlanılmış 01 yanvar 2020-ci il tarixli 06/253 nömrəli alğı-satqı müqavilələrinin 3.1-ci bəndində “Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır şərtinin qoyulduğu, habelə müqavilələrin əlavəsində Aİ-92 avtomobil benzinin 1 (bir) tonunun qiymətinin (ƏDV ilə birlikdə) 1052,80 manat, 1 (bir) ton üçün yol vergisinin 26,20 manat, dizel yanacağının isə 1 (bir) tonunun qiymətinin (ƏDV ilə birlikdə) 590,20 manat, 1 (bir) ton üçün yol vergisinin 23,80 manat göstərildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nə əsasən Aİ-92 avtomobil benzinin 1 ton üçün şirkətdaxili tarifi 398,46 manat, aksiz dərəcəsi 65 faiz, aksiz məbləği 259 manat, təchizat tarifi 15 manat, topdansatış tarifi 790,8 manat, yol vergisi 26,2 manat, pərakəndə satış tarifi 917 manat (1 litr – 0,70 manat), dizel yanacağının isə 1 ton üçün şirkətdaxili tarifi 413,10 manat, aksiz dərəcəsi 18 faiz, aksiz məbləği 74,36 manat, təchizat tarifi 15 manat, topdansatış tarifi 590,2 manat, yol vergisi 13.8 manat, pərakəndə satış tarifi 714 manat (1 litr - 0,60 manat) təsdiq edilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2017-ci il tarixli 8 nömrəli Qərarı ilə “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri”nin cədvəl hissəsinin 2-ci sətrində dəyişikliklər edilmiş və Aİ-92 avtomobil benzinin şirkətdaxili tarifi 619,36 manat, aksiz dərəcəsi 42 faiz, aksiz məbləği 260,13 manat, təchizat tarifi 15 manat, topdansatış tarifi 1052,8 manat, yol vergisi 26,2 manat, pərakəndə satış tarifi 1179 manat təsdiq edilmişdir. Bu qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minmişdir. Qeyd olunanlardan göründüyü kimi, 1 ton Aİ-92 avtomobil benzininin 1052,8 manat və 1 ton dizel yanacağının 590,2 manat topdansatış qiymətlərinə 15 manat təchizat xərcləri, yəni həmin məhsulların ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınma ilə bağlı cütün xərclər daxil edilmişdir. Lakin, "xxxx" QSC yuxarıda qeyd olunan müqavilələrə əsasən 1 ton Aİ-92 avtomobil benzinini topdan 1052,8 manata, dizel yanacağını isə topdan 590,2 manata satmış və beləliklə 15 manat təchizat xərcini bütövlükdə almış, lakin həmin məhsullar bağlanmış müqavilələrin 3.1-ci bəndinə əsasən satış yerlərinə (YDM-lərə) "xxxx" QSC tərəfindən deyil, alıcıların əlavə vəsaitləri hesabına daşınmışdır. İş üzrə iddiaçılar və "xxxx" QSC-nin nümayəndələri neft məhsullarının bütün dövr ərzində eyni tipli müqavilələr əsasında daşındığını bildirmişlər. Komissiya işin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, habelə təqdim edilmiş sənəd və məlumatları hərtərəfli araşdıraraq, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsinin tələblərinə zidd olaraq yanacağın "xxxx" QSC-nin terminallarından YDM-lərə daşınması xərclərinin tarifdən kənar olaraq YDM-lərin əlavə xərcləri hesabına həyata keçirilməsi şərtinin müqavilələrə daxil edildiyini, beləliklə öz hökmran mövqeyindən istifadə edərək antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinin pozulduğunu müəyyən etmişdir. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə ssasən inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməsinin 3.0.6-cı və 3.0.18-ci bəndlərinə uyğun olaraq Xidmət dövlət tərəfindən tənzimlənən qiymətlərin tətbiqi qaydalarına nəzarət edir. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən tənzimlənən qiymətlər haqqında qanunvericiliyin pozulması nəticəsində hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əldə etdikləri əlavə gəlir dövlət büdcəsinə köçürülür. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən həmin Qanunun pozulmasına görə təsərrüfat subyektləri, icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə, müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə, müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə borcludurlar. Komissiya tərəfindən aparılmış araşdırmalar, iddiaçılar və "xxxx" QSC tərəfindən təqdim edilmiş məlumatlara əsasən aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsində (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) neft məhsullarının daşınması xərcləri topdansatış qiymətinə daxil edilmiş və ayrıca olaraq tarif (qiymət) formalaşdırıldığı zaman təchizat tarifinin ƏDV daxil 15 manat müəyyənləşdirilmişdir. Həm şikayət edən tərəflərdən, həm də "xxxx" QSC-dən alınmış müqavilə surətlərinin 3.1 bəndində (“Alıcı” müəyyən olunmuş miqdarda neft məhsullarını “Satıcı”nın Azərbaycan Respublikasının ərazisində yerləşən hər hansı bir X9 öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşıyır) neft məhsullarının daşınması Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsinə zidd olaraq "xxxx" QSC tərəfindən alıcıların üzərinə qoyulmuşdur. "xxxx" QSC xx.xx.2020-ci il tarixli 0713/433 nömrəli, xx.xx.2020-ci il 0713/448 nömrəli və xx.xx.2020-ci il tarixli XO-xx-xx-0497-2020 nömrəli məktubları ilə təqdim etdiyi məlumatlara əsasən xx.xx.2015-ci ildən xx.xx.2020-ci il tarixinə kimi ümumilikdə 8151.824 ton neft məhsulları, o cümlədən 8.062.636 ton benzin və dizel yanacağı satılmışdır. "xxxx" QSC-nin Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova ünvanladığı xx.xx.2019-cu il tarixli 06- 13/510 saylı məktubunda avtosisterinlərlə yanacağın X5 pərakəndə satış məntəqələrinə daşınacağı halda 1 (bir) ton yanacağın daşınması xərcinin 3,4 manat (ƏDV xaric) təşkil etdiyi bildirilmişdir. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015ci il tarixli Qərarının 2.5-ci maddəsinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbləri pozularaq satılmış yanacaq məhsullarının yanacaqdoldurma məntəqələrinə daşınmaması nəticəsində 1 ton yanacağın satışından əldə etdiyi əlavə gəlir "xxxx" QSC-nin hesablamalarına görə 3.40 manat (üç manat qırx qəpik) olmuşdur. Göstərilənlərə əsasən, "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli Qərarının 2.5-ci maddəsinin (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbini pozaraq topdansatılmış yanacağın pərakəndə satış məntəqələrinə çatdırılmaması nəticəsində əldə etdiyi əlavə gəlir 27.412.962 (8.062.636 X 3,4 manat) manat (iyirmi yeddi milyon dörd yüz on iki min doqquz yüz altmış iki manat) olmuşdur. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinin pozulmasına yol verilməklə əldə olunan əlavə gəlir həmin qanunun 9.2-ci madəsinə, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin (kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi) tələbləri pozulmaqla qeyri-qanuni fəaliyyət nəticəsində əldə olunan əlavə gəlir (mənfəət) bu Qanunun 17-ci maddəsinin 1-ci hissəsinin ikinci bazasına əsasən qanunsuz əldə edilmiş mənfəət kimi qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödənilməsi barədə Komissiya tərəfindən qərar çıxarılmış və Dövlət Xidməti tərəfindən müvafiq göstəriş verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi K.Əliyeva iddianı müdafiə edərək izahatında bildirdi ki, yoxlama aparılmış illər (2015-2020) üzrə 2018-ci il istisna olmaqla, hər hansı (gəlir) mənfəət əldə edilməmişdir. İddiaçı 2015-ci ili 3.937.000 manat zərərlə, 2016-cı ili 5.004.000 manat zərərlə, 2017-ci ili 12.900.000 manat zərərlə, 2019-cu ili 3.355.000 manat zərərlə, 2020-ci ili 35.995.000 manat zərərlə və yalnız 2018-ci ili 1.715.000 manat mənfəətlə başa vurmuşdur ki, bu halda da, MİA 27.412.962 manat yox, 1.715.000 manat həddində əsaslı ola bilərdi. Məhkəməyə təqdim edilmiş kənar beynəlxalq auditin müvafiq illər üzrə verdiyi rəyləri onu deməyə əsas verir ki, həqiqətən də, müəssisə nəinki neft məhsullarının satışından gəlir əldə etmiş, əksinə bütün fəaliyyəti üzrə zərərlə işləmiş və heç bir mənfəət əldə etməmişdir. Belə olan halda, yəni heç bir mənfəətin olmadığı illər üzrə hansısa gəlir və ya mənfəətin büdcəyə ödənilməsi tələbi tərəflərindən əsaslı hesab edilmir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdehin 18 noyabr 2020-ci il tarixli qərarından görünür ki, hüquqi ünvanı AZ1030, ünvan 1SC (VÖEN **********) barəsində “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərinin pozulması əlamətləri üzrə qaldırılmış xx.xx.2020-ci il tarixli FA-03 nömrəli işə baxaraq, "xxxx" QSC-yə aşağıdakılar haqqında göstəriş verilməsi qərara alınmışdır: - Yanacağın topdansatışının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci maddəsinin (bəndinin) (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyin tələblərinə uyğunlaşdırılması; - "xxxx" QSC yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat (iyirmi yeddi milyon dörd yüz on iki min doqquz yüz altmış iki manat) məbləğində əldə olunan qanunsuz mənfəəti 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi. İşdə olan cavabdehin “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” 25 noyabr 2020-ci il tarixli göstərişindən görünür ki, cavabdehə aşağıdakılar həvalə olunmuşdur: - Yanacağın topdansatışının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarının 2.5-ci maddəsinin (bəndinin) (topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir) tələbinə uyğun həyata keçirilməsinin dərhal təmin edilməsi üçün alıcılarla bağladığı müqavilələrin 3.1-ci bəndinin antiinhisar qanunvericiliyin tələblərinə uyğunlaşdırsın; "xxxx" QSC yanacağın topdansatışını “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8-ci bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 27.412.962 manat (iyirmi yeddi milyon dörd yüz on iki min doqquz yüz altmış iki manat) məbləğində əldə olunan qanunsuz mənfəət 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi üçün aşağıdakı hesaba köçürülsün...; - Təsərrüfat subyektlərinin İqtisadiyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanuni göstərişini müəyyən edilmiş müddətdə yerinə yetirməməyə görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məsuliyyət daşıdıqları "xxxx" QSC-nin rəhbərliyinin nəzərinə çatdırılsın. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin ““Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli qərardan verilən inzibati şikayətə baxılması barədə” 3 nömrəli, 15 yanvar 2021-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Antiinhisar qanunvericiliyinin pozulması əlamələtləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli Qərarının və həmin Qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstərişin ləğv edilməsinə dair "xxxx" QSC-nin şikayəti təmin edilməmiş, “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” xx.xx.2020-ci il tarixli Qərarı və həmin Qərar əsasında verilmiş “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli göstəriş dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş maliyyə vəziyyəti barədə hesabat sənədlərinə, xərc sənədlərinə və kənar beynəlxalq audit rəylərinə əsasən müəyyən edilmişdir ki, yoxlama aparılmış (2015 – 2020) illər üzrə iddiaçı, 2015-ci ili 3.937.000 manat zərərlə, 2016-cı ili 5.004.000 manat zərərlə, 2017-ci ili 12.900.000 manat zərərlə, 2019-cu ili 3.355.000 manat zərərlə, 2020-ci ili 35.995.000 manat zərərlə və yalnız 2018-ci ili 1.715.000 manat mənfəətlə başa vurmuşdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli qərarını və həmin qərar əsasında qəbul edilmiş 25 noyabr 2020-ci il tarixli göstərişini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı sözügedən qərardan və göstərişdən yuxarı inzibati orqana şikayətlə müraciət etmişdir. Onun inzibati şikayəti Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyinin 3 nömrəli, 15 yanvar 2021-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Sözügedən qərar iddiaçıya xx.xx.2021-ci il tarixdə təqdim edilmiş, bundan sonra iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinin 8-ci bəndinə əsasən kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi bazarda hökmran mövqe tutan təsərrüfat subyektərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyət hesab olunur. Həmin Qanunun 17-ci maddəsinin tələbinə görə: “1. Bu Qanunun pozlmasına görə təsərrüfat subyektləri icra hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri: bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə; müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişlərinə əsasən pozuntunu dayandırmağa, ilkin vəziyyəti bərpa etməyə müqaviləni dəyişdirməyə və ya pozmağa və göstərişdə nəzərdə tutulan digər hərəkətləri yerinə yetirməyə, vurulmuş zərəri ödəməyə; cəriməni ödəməyə-borcludurlar...” Cavabdehin mübahisələndirilən qərarından və göstərişindən görünür ki, “Antiinhisar fəaliyyəti haqqında” Qnunun qeyd olunan maddələri əsas tutularaq iddiaçının qanunsuz əldə etdiyi mənfəətin 27.412.962 manat məbləğində olduğu müəyyən edilmiş və həmin məbləğin də büdcəyə ödənilməli qənaətinə gəlinmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən Qanunun qeyd olunan 17-ci maddəsinin 1ci bəndinin 1ci abzasında (bu Qanunun pozulmasına yol verilməklə əldə olunan mənfəəti qanunvercilikdə nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödəməyə - borcludur”) təsbit olunan müddəa düzgün təfsir olunmamışdır. Belə olan halda, mübahisələndirilən qərarda və göstərişdə iddiaçının qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi hesab edilən 27.412.962 manat gəlir məbləği, Qanunun 17-ci maddəsinin 1-ci bəndinin 1-ci abzasının tələblərinə uyğun hesab oluna bilməz. Belə ki, 17-ci maddənin 1-ci bəndinin 2-ci abzasının mənasından görünür ki, burada bütövlükdə Qanun pozuntusuna yol verilməklə əldə olunan gəlirin deyil, həmin gəlirdən hesablanan mənfəətin dövlət büdcəsinə ödənilməli olduğu təsbit olunmuşdur. Vergi Məcəlləsinə əsasən: “Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir (m.13.2.12); “Mənfəət – vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından knənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərqdir (m.104.1). Vergi qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, mənfəət – vergi ödəyicisinin bütün gəlirlərindən, həmin gəlirlərin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra, yerdə qalan bir məbləği təşkil edir. Cavabdeh tərəfindən qeyd olunanlar, o cümlədən, iddiaçının əldə etdiyi mənfəətin məbləği müəyyənləşdirilmədən, bütövlükdə həmin gəlirin dövlət büdcəsinə ödənilməli olması barədə səhv qərara gəlinmiş və iddiaçıya bu barədə əsassız göstəriş verilmişdir. İşin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, yoxlama aparılmış (2015 – 2020) illər üzrə iddiaçı 2015-ci ili 3.937.000 manat zərərlə, 2016-cı ili 5.004.000 manat zərərlə, 2017-ci ili 12.900.000 manat zərərlə, 2019-cu ili 3.355.000 manat zərərlə, 2020-ci ili 35.995.000 manat zərərlə və yalnız 2018-ci ili 1.715.000 manat mənfəətlə başa vurmuşdur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh mübahisələndirilən qərarı və göstərişi qəbul edərkən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 17-ci maddəsinə əsaslansa da, qəbul etdiyi həmin qərar və göstəriş faktiki olaraq sözügedən normanın tələblərinə uyğun gəlmir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli yoxlama dövrünün 2018-ci ili üzrə iddiaçı tərəfindən əldə olunmuş 1.715.000 manat mənfəət məbləği istisna edilməklə cavabdehin mübahisələndirilən aktları 25.697.962 manat gəlirin dövlət büdcəsinə ödənilməli olduğu hissəsində ləğv edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işə baxılmasının nəticələri haqqında” Qərarı və “Antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında” xx.xx.2020-ci il tarixli Göstərişi “25.697.962 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi” ilə bağlı hissələrində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-205/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-205/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver