Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2051/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı “borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının ticarət şəbəkələrində satılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 290,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 1500 manat və dövlət büdcəsinə 1500 manat ödənilməmiş borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 ədəd qiyməti 1500 manat olan Koreya istehsalı Gree markalı 100 kv.mlik kondisionerin ticarət şəbəkələrində satılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, vergi ödəyicisi olan Cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş müddətdə öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından İcbari Tibbi Sığorta Fonduna, Dövlət Sosial Müdafiə Fonduna və dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin, cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna 290,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 2469,87 və dövlət büdcəsinə 2685,89 manat ödənilməmiş borclarına görə onun fəaliyyət göstərdiyi ünvan 2 ünvanda yerləşən təsərrüfat obyektində 1 ədəd qiyməti 1500 manat olan Koreya istehsalı Gree markalı 100 kv.m-lik kondisioner siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********6, **********9 və **********2 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın 2 vərəqdən ibarət siyahıları əlavə edilmişdir. Protokollar tərtib edilərkən 30 gün müddətində borclar ödənilmədiyi halda, siyahıya alınmış əmlakın Vergi Məcəlləsinin 90.1-ci maddəsinə əsasən qanunamüvafiq qaydada satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 290,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 1500 və dövlət büdcəsinə 1500 manat ödənilməmiş borcu qalmışdır. Borc ödənilmədiyi üçün iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq xx.xx.2023-cü il tarixli **********96, **********9 və **********2 nömrəli qərarlar üzrə borc məbləğləri ödənilmədiyindən həmin qərarların qüvvədə qaldığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixliərizə ilə məhkəməyə ödəniş qəbzləri təqdim edərərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Həmin qəbzlərə əsasən iddiaçı tərəfindən X1 xx.xx.2024-cü il tarixdə 50 manat, DSMF-yə xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, DVX Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2024-cü il tarixdə 501 manat, xx.xx.2024-cü il tarixdə 100 manat ödənildiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı yeni qəbzlər təqdim edərək, X1 xx.xx.2025-ci il tarixdə 40 manat, DSMF-yə xx.xx.2025-ci il tarixdə 600 manat, DVX Milli Gəlirlər Baş İdarəsinə xx.xx.2025-ci il tarixdə 300 manat, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə xx.xx.2025-ci il tarixdə 80 manat ödədiyini bildirmişdir. Məhkəmə cavabdehin təqdim etdiyi ödəniş qəbzlərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İddiaçı tərəfindən yaranmış borc məbləğinə görə 1500 manat dəyərində siyahıya alınmış əmlakın satılması tələb edilsə də, cavabdeh tərəfindən məhkəmə icraatı gedişində müvafiq ödənişlər edilməklə iddiaçının müraciəti təmin edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin ödənilməmiş yeni borc məbləğlərinə görə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi imkanı istisna olunmur. Məhkəmə iclasında iştirak edən cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı “cavabdehin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 290,9 manat, Dövlət Sosial Müdafiə Fonduna 1500 manat və dövlət büdcəsinə 1500 manat ödənilməmiş borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat obyektində siyahıya alınmış 1 ədəd qiyməti 1500 manat olan Koreya istehsalı Gree markalı 100 kv.m-lik kondisionerin ticarət şəbəkələrində satılması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X4.
Məhkəmə qərarları › İş №2-1(112)-2051/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2051/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver