Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2054/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatd olan) iştirakıilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın əvvəlki tarixdən ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 2003-cü ilin sentyabr ayından 2014cü ilin sentyabr ayına qədər pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iki il Sovet Ordusunda xidmət etmiş, 1988ci ildən fevral 1992-ci ilədək N saylı hərbi hissədə (Xocalı şəhər özünümüdafiə dəstəsinin tərkibində) xidmət etmişdir, xx.xx.1992-ci ildə Xocalı şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlildir. Lakin ona Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı olmadığı üçün düzgün olmayaraq 2003-cü ildə 2-ci qrup müddətsiz milli münaqişə zəminində olan əlillik təyin edilmişdir. Sonradan ona xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəlik haqqında qərar verilmişdir və xəstəliyi “Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi təyin edilmişdir. Xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün xx.xx.2017-ci il tartixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etmiş, xəstəliyin səbəb əlaqəsi dəyişdirilmiş və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsindən ona 351.20 manat pensiya təyin edilmişdir. Beləliklə iddiaçıya 2003-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayına qədər fərq məbləğinin tam şəkildə birdəfəlik qanunla ödənilməsi mümkündür. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona yazılan imtina məktubu tam əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı ona 2003-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayına qədər pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsini Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci i 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların l.-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Bildirirlər ki, iddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” xx.xx.2018-ci il tarixdə İdarəyə daxil olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən İİ qrup əlilliyə görə xx.xx.2017-ci il tarixdən əmək pensiyası təyin edilmişdir (əlilliyin səbəbi: Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar). Məlumat üçün bildirirlər ki, iddiaçıya pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7 maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. Bilindiyi kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Bildirirlər ki, iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiya inzibati orqan tərəfindən ödənilmişdir. Xüsusi olaraq bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət xx.xx.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Həmin pensiya işinin surəti məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiqi edilmişdir. Pensiya işinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli, 17/4271 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında fevral 2018-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən hesablanmış pensiya ötən dövr üzrə yenidən hesablanmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar xx.xx.2017-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş MN-08876 saylı, 15 avqust 2017-ci il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə 15 il 03 ay 03 gün təqvim üzrə xidmət illəri ilə MAHHX əsgəri olaraq “Hərbi xidmət haqqında” Azərbaycan respublikası Qanunun 18-ci maddəsinin “v” bəndinə əsasən xəstəliyi ilə əlaqədar olaraq xidmətdən xaric olmuş, ona 439,00 manat məbləğində təminat xərcliyi hesablanmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 04 may 2017-ci il tarixli, 849 saylı qərarında qeyd olunmuşdur ki, Xocalı RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli 19 HP/1527 nömrəli məktubuna əsasən barəsində heç bir cinayət işi və təqsirləndirici materialın olmadığı qeyd edilmiş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və 1 saylı Ağdam Hərbi Səhra Cərrahiyyə Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ budun güllə yarası” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə-Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xx.xx.2015-ci il tarixli 2 nömrəli göndərişi, xx.xx.2016cı il tarixli 91 nömrəli arayışı, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli 19 HP/1527 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadir, Azərbaycan Respublikasinin Müdafiəsi Zamani Alinmişdir”. Əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2. bəndinin a) yarımbəndi, MN MHHK-nın 880 saylı 04 may 2017-ci il tarixli protokolu götürülmüşdür. İşdə olan cavabdeh tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının keçmiş dövr üzrə hesablanmış fərq məbləği barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, iddiaçı 6 sentyabr 2017-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmiş, Mərkəzi Filialın sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Xocalı rayon filialının 7 sentyabr 2017-ci il tarixli 75/420 nömrəli məktubunda əmək pensiyası 31 avqust 2017-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 15 avqust 2017-ci il tarixli MN-08876 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə uyğun olaraq ona 1 sentyabr 2017-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (439,00 manat) 80 faizi-351,20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. İşin hallarından aydın olur ki, iddiaçı xx.xx.1992-ci ildə Xocalı şəhəri ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona 2-ci qrup müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Sonradan iddiaçıya xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyi “Hərbi travmadir, Azərbaycan Respublikasinin müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi təyin edilmişdir. Xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sənədləri təqdim etmiş, xəstəliyin səbəb əlaqəsi dəyişdirilmiş və Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsindən ona 351.20 manat pensiya təyin edilmişdir. İddiaçı ona təyin edilmiş pensiyanın 2003-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayınadək ödənilməsini cavabdehdən xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona “2003-cü ilin sentyabr ayından 2014-cü ilin sentyabr ayına qədər pensiyanın ödənilməyən fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə görə hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: 11.2.1 müharibə əlilləri—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; 11.2.2 hərbi qulluqçular sırasından digər əlillər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1 İ qrup müharibə əlillərinə (o cümlədən xidmət vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə -55 faizi. İş materiallarından göründüyü kimi iddiaçıya hərbi xidməti vəzifəsini yerinə yetirilməklə bağlı İİ dərəcəli əlilliyə görə pensiya xidmətdən xaric olunduqdan sonra 05 dekabr 2019-cu il tarixli qərar əsasında ona əlilliyin təyin edildiyi 03 oktyabr 2019-cu il tarixindən təminat xərcliyinin 80 faizi məbləğində təyin edilmiş, həmin vaxta qədər isə iddiaçıya əlillik təyin edilməmişdir. Lakin iddiaçı əlilliyin səbəbinin hərbi xidməti vəzifəsini yerinə yetirilməklə əlaqədar 1993-cü il tarixdə yarandığına istinad edərək, təminat xərcliyinin həmin dövrdən hesablanaraq verilməsini tələb edir. Məhkəmə araşdırması zamanı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı inzibati iş üzrə yekun məhkəmə aktının qanuni qüvvəyə minib-minməməsi barədə hakim A.Abdullayevadan sorğu əsasında məlumat verilməsi xahiş edilmiş, sorğuya cavab olaraq 2-1(81)-476/2018 saylı iş üzrə qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsinin alınması bildirilmişdir. Həmin Qərar üzrə iddia təmin edilərək, İddiaçı xx.xx.2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan dövr üzrə hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sözügedən qərarda müəyyən edilənlərdən görünür ki, İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 24 nömrəli Goranboy TSEK tərəfindən verilmiş 389 nömrəli müayinə aktından çıxarışa əsasən İddiaçı xx.xx.2003-cü il tarixdən müddətsiz ikinci dərəcəli "Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik təyin edildiyi, sonradan ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci qrup əlillik təyin edildiyi, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır." səbəbli əlaqə ilə dəyişdirildiyi müəyyən edilmişdir. İddiaçıya əlillik təyin edilən vaxt qüvvədə olmuş və hazırda ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 2.1-ci bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılır və ləğv edilir. Həmin qərarın 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya ilk dəfə xx.xx.2003-cü il tarixdən müddətsiz ikinci dərəcəli "Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” əlillik təyin edildiyi, sonradan ona Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən “Hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar” 2-ci qrup əlillik təyin edildiyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli qərarına əsasən əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək İİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır." səbəbli əlaqə ilə dəyişdirildiyi müəyyən edildiyindən və xx.xx.2017-ci il tarixdən təyin edilmiş (səbəb Azərbaycan Respublikasının müdafiəsi zamanı) əlilliyə görə pensiyanın 2014-cü ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək olan dövr üzrə hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi qərara alındığından, cavabdeh tərəfindən iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən son 3 illik dövr üzrə əmək pensiyasının ödənilməsi əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2054/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2054/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver