Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2054/2025 18.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X6, İddiaçı Ağamuseynanın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (X8, X19) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Ağamuseyna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, müqavilə əsasında 0,11 ha bağ sahəsi istifadəsindədir, fərdi yaşayış sahəsi tikilmişdir. Torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı üçün müraciət edilmiş, müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, 0,21 ha ölçüdə 449 ha bağ sahəsi ilkin olaraq X3 ayrılmış, 0,10 hissə X10 bağışlanılmış, onun adına müqavilə ətrtib edilmiş, həmin şəxsin vəfatından sonra X4 adına keçirilmişdir. 0,11 ha torpaq sahəsi ilə bağlı -449 saylı bağ sahəsi kimi X1 adına müqavilə mövcuddur. Müqavilənin arxiv cizgisi göstərilən sahəyə aiddir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Ərizədən görünür ki, məlumatlandırma icraatının tətbiqi ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Bölgü sxemdən görünür ki, 449 saylı və 449 a saylı bağ sahələrinə dair bölgü iddiaçı və üçüncü şəxs Ə.Mustafayev arasında tərtib edilmiş, imzalanmış, təsdiq edilmişdir. İmtina məktubunda qeyd edilir ki, 0,21 ha ölçüdə 449 ha bağ sahəsi ilkin olaraq X3 ayrılmış, 0,10 hissə X10 bağışlanılmış, onun adına müqavilə ətrtib edilmiş, həmin şəxsin vəfatından sonra X4 adına keçirilmişdir. 0,11 ha torpaq sahəsi ilə bağlı -449 saylı bağ sahəsi kimi X1 adına müqavilə mövcuddur. Müqavilənin arxiv cizgisi göstərilən sahəyə aiddir. 13 noyabr 2000-ci il tarixli müqavilədən görünür ki, 0,11 ha ölçüdə bağ sahsi iddiaçıya ayrılmışdır. Müqaviləyə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, iddiaçı 449 nömrəli bağ sahəsini ayrılmasına dair müraciət etmişdir. X19 adında şəxs həmin bağ sahəsinin iddiaçının adına keçirilməsinə etiraz etmədiyini qeyd etmiş, bağ sahəsindən imtina etdiyini bildirmişdir. X12 da ərizə verərək həmin sahənin iddiaçının adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmin şəxslər ər-arvad olmuşdur. 449 bağ sahəsi X16 order əsasında ayrılmışdır. 16 may 1990-cı il tarixli müqavilədən görünür ki, 449 nömrəli 0,11 ha ölçüdə bağ sahəsi X22 oğluna ayrılmışdır. Müqaviləyə dair arxiv qovluğundan görünür ki, torpaq sahəsinin bir hissəsini X15 bibisi(xalası) yoldaşı olan X10 verilməsinə etiraz etməmişdir. Həmin şəxsin adına ilkin müqavilədə ölçü 0,21 ha ölçüdə olmuşdur. Müayinə aktından görünür ki, torpaq sahəsinin ölçüsü 1100 kv.m təşkil edir, fərdi yaşayış evi inşa edilmişdir. Bağ evi layihəyə uyğun inşa edilmişdir. Çıxarışdan görünür ki, 449 a saylı bağ sahəsi X4 mülkiyyətindədir. Çıxarışa dair qovluqda olan sənədlərdən görünür ki, həmin bağ sahəsi əvvəl X9 istifadəsidə olmuş, onun adına müqavilə tərtib edilmiş, həmin sahə X7 0,21 ha ölçüdə bağ sahəsindən ayrılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr Göründüyü kimi 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri hüquqların dövlət qeydiyyatına alınmasına, əsas olan hüquqmüəyyənedici sənəd qismində çıxış edir. İddiaçı da həmin sənəd mövcuddur. Belə ki, təqdim edilən müqavilədən də görünür ki, iddia olunan bağ sahəsinə müqavilə mövcuddur, ləğv edilməmiş, mübahisələndirməmişdir və hal-hazırda hüquqi nəticə baxımından öz qüvvəsini saxlamaqdadır. Odur ki, həmin sənəd əsasında torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması qanunvericiliyin tələbidir. Digər tərəfdən işin faktiki halları və iş materialları ilə müəyyən edilir ki, 449 nömrəli bağ sahəsi əvvə 0,21 ha ölçüdə 449 ha bağ sahəsi ilkin olaraq X3 ayrılmış, 0,10 hissə X10 bağışlanılmış, onun adına müqavilə tərtib edilmiş, həmin şəxsin vəfatından sonra X4 adına keçirilmişdir. 449 a saylı bağ sahəsinə X5 çıxarış verilmiş, bölgü sxem üzrə 449 saylı bağ sahəsi və 449a saylı bağ sahələri ayrılmışdır. 449 saylı bağ sahəsinə dair iddiaçının adına müqavilə bağlanılmışdır. Məhkəmə hesab edir ki, iki istiqamət üzrə araşdırma aparıldıqda hər bir halda iddia qanuni və əsaslı hesab edilməlidir. Belə ki, torpaq sahəsi və bağ evi faktiki olaraq iddiaçının istifadəsindədir və onun adına X22 adlı şəxsin adına müqavilənin olubolmamasından asılı olmayaraq iddiaçı tərəfindən təqdim edilmiş müqavilə üzrə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Digər tərəfdən, arxiv qovluqlarında olan məlumatlardan müəyyən edilə bilinir ki, 0,21 ha ölçüdə bağ sahəsinin 0,10 ha hissəsi başqa şəxsin adına qeydə alınmış, yerdə qalan 0,11 ha ölçüdə hissə isə müvafiq razılıqlar alınmaqla iddiaçının adına keçirilmişdir. İddiaçıdan əvvəlki istifadəçinin orderi iş materiallarında mövcud olsa da, məhkəmə hesab edir ki, X2 müqaviləsi üzrə torpaq sahəsindən X19 adına torpaq sahəsinin keçidinə dair arxiv qovluğunda sənədin mövcud olmaması, hazırkı halda məhkəmə hesab edir ki, iddiaçının vəziyyətinə təsir etməməlidir. Nəzərə alınmalıdır ki, həmin sənədləşməni arxivinin saxlanılmasını həyata keçirməli olan inzibati orqanların həmin məlumatları saxlamaması, 449 nömrəli bağ sahəsi ilə bağlı iddiaçının müqaviləsindən əvvəl tərtib edilmiş orderin və ondan sonra orderdə adı olan şəxsin razılığı ilə bağ sahəsinin iddiaçıya verilmiş müqaviləsinin legitimliyinə və hüquqi nəticə daşımalı olmasına təsir etmir. Digər tərəfdən nəzərə alınmalıdır ki, torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalı olduğundan məlumatlandırma icraatının tətbiq edildiyi və müayinə aktında qeyd edildiyi kimi layihəyə uyğun inşa edilmiş bağ evinə də mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmalı olmasına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən bağ evi və 449 nömrəli 1100 kv.m ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı Ağamuseynanın adına dövlət qeydiyyatına alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-2054/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2054/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver