Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2057/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X9, cavabdehin nümayəndələri X1 və X4, üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) «yeni məlumat vərəqəsinin aidiyyəti orqana təqdim edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi) «yeni məlumat vərəqəsinin aidiyyəti orqana təqdim edilməsi və pensiyanın hesablanmasında yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, 1996-cı ilin yanvar ayının 4-dən 2000-ci il fevralın 1-dək AR Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə və Qəzaxilasetmə İşləri İdarəsinin “Azərineft” X7 obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin Yanğın profilaktikası qrupunda inspektor vəzifəsində xüsusi rütbəli şəxs kimi xidmətə başlamışdır. Bundan sonra 1 fevral 2000-ci il tarixdən 31 may 2006-cı il tarixədək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğın Təhlükəsizliyi İdarəsi 52 saylı Hərbiləşdirilmiş Yanğın Hissəsinin Yanğın profilaktikası qrupunda baş inspektor vəzifəsində, 31 may 2006-cı il tarixdən AR Cavabdeh X8 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 52 nömrəli X3 böyük inspektoru vəzifəsində fasiləsiz və qüsursuz 21 illik xidmətini başa vurub 5 iyun 2017-ci il tarixdən mayor xüsusi rütbəsində pensiyaya çıxmışdır. Pensiyaya çıxmağı ilə əlaqədar xidmətinə xitam verildikdən sanıra vəzifə maaşı, rütbə maaşı, xidmət illəri, ərzaq payı əvəzinə verilən pul kompensasiyası və aylıq vəzifə maaşlarına əlavə 2017-ci ilin mart ayından «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən və AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların qurumları tərəfindən hazırlanmaqla və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMFyə göndərilir və 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablaması və ya pensiyalarına əlavə edilməsi məqsədilə bu Qaydaların 1-ci bəndində nəzərədə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. 5 iyun 2017-ci il tarixdən AR Cavabdeh tərəfindən ona pensiya təyin edilməsi üçün göndərilmiş məlumat vərəqində FHN-də xidmət müddətinin həmin dövrə və xidmət şəraitinə uyğun hesablanmamışdır. Belə ki, hazırda qüvvədə olan «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci hissəsinin “b” bəndinə əsasən iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət aparmağı (xidmətin bir ayı ayyarım sayılmaqla) nəzərə alınmayıb. Həmin qərara əsasən xidmətinin bir ili il yarım təşkil etdiyindən, onun xidmət müddəti 30 ildən artıq hesablanmalı idi. Eləcə də, iqlim şəraiti xüsusilə ağır olan verlərdə xidmət aparmağı ona xidmət etdiyi hər təqvim ilinə görə əsas məzuniyyət 30 gün və dəniz əlavəsi 15 gün, cəmi 45 gün olmaqla adi şəraitdə xidmət aparan şəxslərdən fərqli məzuniyyət verilməsi ilə də təsdiq edilir. Həmçinin, xidmət apardığı müddətdə onun əmək haqqına AR Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə gərə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» qərarına uyğun 1,75 %-lik artımın ödənilməsi də onun iqlim şəraiti xüsusilə ağır olan verlərdə xidmət aparmağına sübutdur. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin əesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydası»nın 2-ci bəndində qeyd olunur ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşmdan, xidmət illərinə görə əlavədən və sair digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmçinin, həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 pulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Bununla bağlı AR Cavabdeh Kadrlar və Maliyyə idarəsi tərəfindən onun pensiyası qüvvədə olan və yuxarıda qeyd edilən qanuna uyğun yenidən hesablanıb əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqəsi təqdim edilməsi, eləcə də ötən müddətdən (2017-ci ilin iyun ayından) hazırkı vaxtadək pensiyaya qanuna müvafiq xidmət illərinə görə əlavə edilməli məbləğin (fərqin) birdəfəlik verilməsi üçün müvafiq sənədləri DSMF Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş idarəsinə göndərilməsi ilə bağlı ərizə ilə AR Cavabdehnə müraciət etmişdir. AR Cavabdeh 15 sentyabr 2020-ci il tarixli 14/04-D/00368 saylı məktubu ilə ərizə cavablandırılmış və cavab onu (iddiaçını) qane etmədiyindən, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən ona aid pensiya məbləğinin (iqlim şəraiti xüsusi ilə ağır olan yerlərdə xidmət müddəti və bu şəraitdə xidmətə görə əlavələr nəzərə alınmaqla) qüvvədə olan qanunlara əsasən yenidən hesablanaraq Cavabdehndən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yeni məlumat vərəqəsinin təqdim edilməsi, 2017-ci ilin iyun ayından, yəni pensiyaya çıxdığı vaxtdan bu günədək yaranmış pensiya məbləği fərqinin qısa müddətdə birdəfəlik ödənilməsi vəzifələrinin cavabdehin və üçüncü şəxsin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə və üçüncü şəxsə təqdim olunmuşdur. Cavabdeh AR Cavabdeh nümayəndələrinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə aşağıdakılar bildirilir: - İddiaçıya pensiya təyin edilməsi üçün təqdim olunmüş sənədlərdə ona aidiyyəti olan və qanunvericiliklə nəzərdə tutulmuş bütün güzəştlər nəzərə alınmışdır. İddiaçı ərizədə istinad etdiyi AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli qərarının 2-ci hissəsinin “b” bəndi ilə nəzərdə tutulmuş şərtin isə onun tutduğu vəzifəyə şamil edilməsini təsdiq edən heç bir əsas yoxdur. Belə ki, Cavabdehm xidməti istifadəsində “iqlim şəraiti xüsusilə agır olan iş yerlərinin siyahısı”nı müəyyən edən heç bir normativ akt yoxdur, habelə, iddiaçının xidmət etdiyi ARDNŞ-nin obyektləri üzrə Yanğından Mühafizə İdarəsində və ümumiyyətlə, X8 Xidmətinin heç bir struktur bölməsində xidmət etməklə pensiya hüququ əldə etmiş heç bir sabiq əməkdaşa iddiaçının tələb etdiyi güzəştli şərtlərlə xidmət müddəti hesablanmamışdır. Bu qurum uzun müddətdir ki, fəaliyyət göstərir və İddiaçı həmin idarədən pensiyaya çıxmış ilk və son əməkdaş deyildir. İddiaçı iddia tələbində, işlədiyi dövrdə ona AR Nazirlər Kabinetinin 137 nömrəli 22 avqust 2002-ci il tarixli qərarının 4-cü hissəsində müəyyən edilmiş Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin vəzifə maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq tətbiq edilən 1,75 faizlik artım əmsalının ödənildiyini əsas gətirir. Halbuki, müvafiq qərarın adından və məzmunundan da görunduyu kimi, xidmət etdiyi dövrdə iddiaçıya şamil edilmiş həmin bənddə göstərilən əmsalın “iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilər”ə tətbiq edilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, qanunvericilikdə “iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan” və “iqlim şəraiti xüsusilə ağır olan” iş yerləri anlayışları fərqləndirilir və müxtəlif hüquqi mahiyyət daşıyır. İddiaçı isə, bunları eyniləşdirməklə yanlış nəticələr çıxarır. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş edilir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə aşağıdakılar bildirilir: - İddiaçı iddiası təmin edilməməlidir. Məlum olduğu kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 495 və 499 nömrəli fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 1 yanvar 2007-ci il tarixdən DSMF-yə həvalə edilmişdir. AR Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün DSMF-yə göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində DSMF-yə təqdim olunur. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçı AR Cavabdeh tərəfindən göndərilən “məlumat vərəqəsi”nə əsasən 6 iyun 2017-ci il tarixdən əmək pensiyası təyin edilmişdir. “Məlumat vərəqəsi”nə əsasən təqvim ili 21 il 05 ay 01 gün, ali təhsil 02 il, 04 ay, 15 gün, güzəştli xidməti illər isə 01 il 03 ay 27 gün olmaqla cəmi iş stajı 25 il, 01 ay, 13 gün qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddia tələbində qeyd edilən birdəfəlik ödənişlə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə iddia «pensiyanın hesablanmasında yaranmış fərq məbləğinin ödənilməsi» hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X12 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X11 təmsil etdiyi qurumun iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitiusiyasının 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən: - (1.0.1) əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - (1.0.3) hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; - (1.0.4) xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; - (1.0.5) təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 3.3-cü maddəsinə görə bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 24.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət keçən və xidmət keçmiş əməkdaşların, habelə onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanunu ilə müəyyən edilir. Fövqəladə hallar orqanları əməkdaşlarının və onların ailə üzvlərinin pensiya təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. AR Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndinə görə bu Qaydalar «Əmək pensiyaları haqqında» AR Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Cavabdehndə, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə – Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Cavabdeh, Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən DSMFyə təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar xidmətin bir ayı ayyarım sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir: - iqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmət – Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə. AR Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulmuşdur ki, Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına sahillə əlaqə şəraitindən asılı olaraq artımın (əmsalın) minimum miqdarı aşağıdakı kimi müəyyən edilsin: sahilə quru yol əlaqəsi olmadıqda və sahildən 70 km-dən artıq uzaqlıqda yerləşdikdə – 1,75. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, cavabdeh AR Cavabdeh tərəfindən İddiaçı Xaanlar oğlunun 5 iyun 2017-ci il tarixdə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilməklə barəsində “məlumat vərəqəsi” tərtib olunmuş və aidiyyəti üzrə DSMF orqanına göndərilmişdir. İddiaçı həmin məlumat vərqəsində göstərilənlərlə razılaşmır və ona münasibətdə AR Nazirlər Kabinetinin «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulmuş vəzifə maaşına sahillə əlaqə şəraitinə uyğun olaraq “1,75” artım (əmsal) tətbiq edilməli olduğunu bildirir. Bununla bağlı o, cavabdehə müraciət etmiş və yeni məlumat vərəqəsinin tərtib olunub aidiyyəti üzrə DSMF orqanına göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, iddiaçıya münasibətdə həmin qərar tətbiq oluna bilməz. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmənin qənaəti isə belədir ki, fövqəladə hallar orqanlarında xidmət keçmiş əməkdaş kimi hazırkı İddiaçı münasibətdə məlumat vərəqəsi tərtib olunarkən AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulmuş vəzifə maaşında “1,75” artım (əmsal) nəzərə alına bilməz. Çünki, AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin “b” yarımbəndində AR Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə “iqlim şəraiti xüsusilə ağır olan yerlər”də xidmət nəzərdə tutulduğu halda, iddiaçının istinad etdiyi AR Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarı «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında»dır, yəni başqa kateqoriya şəxslərin dairəsini əhatə edir. İqlim şəraiti xüsusilə ağır olan yerlərdə xidmətin siyahısı isə, hal-hazıradək təsdiq edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh AR Cavabdeh imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Odur ki, iddiaçının tələbi əsassız sayılır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana təqdim edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «yeni məlumat vərəqəsinin aidiyyəti orqana təqdim edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2057/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2057/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver