Məhkəmə qərarları › İş №2-1(112)-206/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-206/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-206/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdehin nümayəndəsi X11, 3-cü şəxs “X26” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X15, 3-cü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu X6rşı “X26” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, X22, X14 və X12 3-cü şəxs qismində inzibati icraata zəruri olaraq cəlb edilməklə “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu X6rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli, 636 nömrəli qərarının, Binəqədi qəsəbə Bələdiyyəsinin 03 iyun 2004-cü il tarixli, 900/1 nömrəli qərarının; X8 verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın və X4 verilmiş ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, UTM WGS 84 koordinat sistemində X - 398747,941, Y - 4478793,926; X - 398790,306, Y - 4478679,986; X - 398739,022, Y - 4478667,946 və X - 398653,846, Y - 4478777,426 koordinatlarda yerləşən, uzun illər ərzində SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X26” Şirkətinin (Şirkət) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları (torpaq sahəsinin sərhədində fəaliyyətsiz, fonda aid 151375 nömrəli neft-qaz quyusu mövcuddur), eləcə də SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin 1979-cu ildən istismarında olan Binəqədi-Bakı Dş200 maqistral neft kəmərinin 3.2 km-də, kəmərin 6.5 metr məsafəsində mühafizə zonası daxilində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən 8000 kv. metr torpaq sahəsi Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli qərarı ilə istehsalat üçün, alqı-satqı qaydasında ilkin olaraq vətəndaş X19 ayrılmışdır. Daha sonra bələdiyyənin 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarı ilə sözügedən torpaq sahəsi, lakin bir az artıq - İ ha ölçüdə sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X7 adına keçirilmişdir. Bu fakt bələdiyyənin SOCAR-ın sorğusuna cavab olaraq göndərdiyi məktubunda da öz təsdiqini tapmışdır. Vətəndaş T.Əliyeva sözügedən torpaq sahəsinə dair, lakin 0.94 ha ölçüdə ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarış almış və həmin torpaq sahəsi güman edilir ki, alqı-satqı yolu ilə ********** qeydiyyat nömrəsi xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışla vətəndaş X3 xüsusi mülkiyyətinə verilmişdir. Çıxarışlardan göründüyü kimi torpaq sahəsinin təyinatı sənaye təyinatlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək Binəqədi qəsəbə bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarının və 03 iyun 2004-cü il tarixli 900/1 saylı qərarının etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə qərardadı ilə iş üzrə “X26” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, X22, X14 və X12 3-cü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmişlər. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli və 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddiaçıya yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia müddətinin buraxılmasının üzürlü hesab edilməsi barədə ərizə verərək bildirmişdir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsi 05 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, mübahisə edilən faktla bağlı Binəqədi qəsəbə Bələdiyyəsinin SOCAR-a 16 fevral 2021-ci il tarixdə məktubla məlumat vermişdir. Həmin məktub iş materiallarının 10-cu səhifəsində mövcuddur. İddiaçı SOCAR 21 fevral 2021-ci il tarixli məktubla pozuntu barədə məlumat əldə etdikdən sonra 05 mart 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq müddətin buraxılmasının üzürlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə inzibati orqanın sənədinin mübahisələndirməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyündən iddianın mümkün sayılmaması məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının namayəndəsi iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. 3-cü şəxs “X26” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və 3-cü şəxs X5 nümayəndəsi (vəkili) qanunla müəyyən edilmiş müddət ötürüldüyündən iddianın mümkün sayılmamasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxslər X22 və X14 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli qərarın surətinə əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 8000 kv. metr boş torpaq sahəsi istehsalat sahəsi üçün vətəndaş X18 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın surətinə əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X18 və X7 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının X7 adına keçirilməsi qərara alınmışdır. - SOCAR-ın **********30490075X00067 nömrəli, 06 fevral 2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisi cənab Mustafa Rəşidova göndərilmiş məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X26” Şirkətinin (Şirkət) istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində olan, Binəqədi qəsəbəsi ərazisində yerləşən 0.94 ha torpaq sahəsi 22 avqust 2017-ci il tarixli ********** qeydiyyat və RX1123641 seriya nömrəli çıxarışla vətəndaş X7, daha sonra 15 noyabr 2017-ci il tarixli ********** qeydiyyat və RX1187557 seriya nömrəli çıxarışla vətəndaş X3 xüsusi mülkiyyətinə verilmişdir. Bununla yanaşı bildirilir ki, sözügedən ərazidə bir ədəd 151375 saylı ləğv olunmuş neft quyusu mövcuddur, həmçinin torpaq sahəsi Şirkətin istismarında olan yüksək təzyiqli işlək neft kəmərinin və eləcə də SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin 1979-cu ildən istismarında olan Binəqədi- Bakı Dş200 magistral neft kəmərinin 3.2 km-də kəmərdən 6.5 metr məsafədə mühafizə zonası daxilində yerləşir. Saziş ərazinin bu və ya digər formada özgəninkiləşdirilməsi həmin ərazidə “X26” Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə maneələr yaradır. Qeyd olunanları nəzərə alaraq, qaldırılan məsələyə aydınlıq gətirilməsi və Azərbaycan Respublikasının Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanununun 5.1-1-ci maddəsinə əsasən həmin çıxarışların verilməsi üçün əsas olmuş sənədlərin surətinin onlara göndərilməsi xahiş edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********35 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə göndərilmiş çıxarışın və onun verilməsinə əsas olmuş müvafiq sənədlərə əsasən: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 0.7755 torpaq sahəsi X9 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 0,94 torpaq sahəsi X9 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - 26 avqust 2017-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilənin təsdiq edilmiş surətinə əsasən X16 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.94 ha olan torpaq sahəsini X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. - AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinə əsasən X16 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.94 ha olan torpaq sahəsini X2. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi X3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. - "xxxx" ASC tərəfindən X10 göndırilmiş DX-17/0647 nömrəli, 02 avqust 2017-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə Bəlidiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarı ilə Binəqədi qəsəbəsində yerləşən ona məxsus 1 ha torpaq sahəsinin, yanından keçən iki dövrəli 110 kV-luq hava xətti "xxxx" ASC-nin balansındadır. Qeyd olunan 1 ha torpaq sahəsi mühafizə zonasına düşmür və 1 ha torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmirlər. - “X24 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəməyə göndərilmiş 170 nömrəli, 28 iyun 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisələndirilən torpaq sahəsi 0,94 ha olmaqla X5 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhər Zəhmətkeş Deputatları soveti icraiyyə Komitəsi) 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahələrinin hüdudları daxilində yerləşir. Eyni zamanda 0,94 ha torpaq sahəsinin 2375 kv.metri yaxınlıqdan keçən neft kəmərinin mühafizə zolağına, 1284 kv.metri isə yaxınlıqdan keçən elektrik xəttinin mühafizə zolağına düşür. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0.964 ha təşkil edir (üzərində tikili yoxdur). Sözügedən torpaq sahəsinin naturada yerləşmə vəziyyətini əks etdirən sxem (koordinatları göstərilməklə) əlavə olunur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.964 ha sahənin 0.94 ha hissəsi **********45 reyestr nömrəsi ilə X9 adına qeydiyyatdan keçmişdir. Sonradan notarial kontorunun xx.xx.2017-ci il tarixli, 4ə-340 nömrəli alqı-satqı müqaviləsinə əsasən sahə X3 adına rəsmiləşdirilmişdir. Həmçinin torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/132 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisi Orxan Səmədzadənin mütəxəssis rəyində qeyd edilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 0.964 ha sahənin 0.94 ha hissəsi **********45 reyestr nömrəsi ilə X9 adına qeydiyyatdan keçmişdir. Sonradan notarial kontorunun xx.xx.2017-ci il tarixli, 4ə-340 nömrəli alqı-satqı müqaviləsinə əsasən sahə X3 adına rəsmləşdirilmişdir. Həmçinin torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə bütövlüklə Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsi”-nin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 38.-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 35.1-ci maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli qərarına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 8000 kv. metr boş torpaq sahəsi istehsalat sahəsi üçün vətəndaş X18 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin digər 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarına əsasən Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X18 və X7 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyətinin tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqlarının X7 adına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 0.7755 torpaq sahəsi X9 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 0,94 torpaq sahəsi X9 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli, 28 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X16 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.94 ha olan torpaq sahəsini X2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi X3 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş üzrə alınmış xx.xx.2023-cü il tarixli, 10/132 nömrəli ekspert rəyinə əsasən alqı-satqı müqaviləsinə əsasən X3 adına rəsmləşdirilmiş torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin və neft kəmərinin mühafizə zolağında yerləşir. Sahə bütövlüklə Azərbaycan Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Beləliklə də hazırki işdən müəyyən olunur ki, iddiaçı qeyd olunan əsaslarla Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 30 yanvar 2004-cü il tarixli 636 nömrəli və 03 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarlarını mübahisələndirir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 19 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Hazırki iddia da mübahisələndirmə haqqında iddia növü olduğuna görə iddianın mümkünlük şərtlərindən biri olan iddia müddəti yoxlanılmalıdır. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərarlar 2004-cü ildə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimləndiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2 və 384.0.5-ci maddələrinə istinad etməklə iddia müddətinin tətbiq edilməli olmamasına dair iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarların ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar