Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2061/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2008-ci il buraxılışı olan “Mencisa 700 R” markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşquya qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan 2018-ci ildə 2008-ci il buraxılışı olan “MENCİSA 700R” markalı 99ZD376 dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqunu etibarnamə əsasında X1, X2 “700R” markalı 99ZD376 dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqunu öz adına rəsmiləşdirmək istədikdə cavabdehə müraciət etmiş, cavabdeh əmlakın üzərində məhdudiyyətin olduğunu bildirmişdir. Məhdudiyyətin götürülməsi ilə bağlı müraciət etdikdə, cavabdeh yazılı şəkildə bildirmiş ki, “MENCİSA 700R” markalı 99ZD376 dövlət qeydiyyat nişanlı özüboşaldan yarımqoşqu 09.06.2013- cü il tarixdə İtaliya Respublikasından oğurlandığı üçün “İNTERPOL”un Mərkəzi Bürosundan 13.06.2019-cu il tarixdə daxil olmuş məlumat əsasında saxlanması barədə DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Bununla bağlı məhdudiyyətin götürülməsindən imtina edilmişdir. İmtinanın qanunsuz olduğu hesab edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan AZE №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə olunmuş AD N 521160 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 99ZD376 qeydiyyat nişanlı Mencisa 700R yarımqoşqu markalı, Tip: özüboşaldan avtonəqliyyat vasitəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına qeydiyyatdan keçmişdir. Qeydiyyat üçün əsas isə Gömrük vəsiqəsi-630535 angi nömrə və qeydiyyat şəhadətnaməsidir. Sözügedən vəsiqə 03.06.2019-cu il tarixdə AR DİN BDYPİ Qİİ tərəfindən verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 05 mart 2020-ci il tarixli, №016-18289Ə-3220 saylı imtina məktubunun surətindən görünür ki, etibarnamə əsasında istifadəsində olan "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə ünvanlanan müraciətə baxılmışdır. Müraciətlə əlaqədar bildiriblər ki, 03.06.2019-cu il tarixdən İddiaçı adında qeydiyyatda olan "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu 09.06.2013-cü il tarixdə İtaliya Respublikasından oğurlandığından "İNTERPOL" un Mərkəzi Bürosundan 13.06.2019-cu il tarixdə daxil olmuş məlumat əsasında saxlanılması barədə DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. Odur ki, "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərində mülkiyyət hüququnuzun tanınması məsələsinə baxılması üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 13.04.2021-ci il tarixli, № 016-40294-1221 saylı cavab məktubundan görünür ki, "MENCİSA 700R" markalı ban nömrəsi: ZHZSA700R80005910 olan **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu 09.06.2013-cü il tarixdə İtaliya Sosial Respublikasından oğurlandığından "İNTERPOL" un Mərkəzi Bürosundan 13.06.2019-cu il tarixdə daxil olmuş məlumat əsasında saxlanılması barədə DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir. Həmçinin DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin qərarı əsasında "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərində olan məhdudiyyət götürülsə də respublika ərazisindən kənara çıxarılması qadağandır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi Bürosunun №21-7170-1219 saylı 13.06.2019-cu il tarixli məktubunun surətindən görünür ki, qeyd olunan (**-ZD-***.**-DN-*** və **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri istisna olmaqla) qeydiyyat nişanlı nəqliyyat vasitələrinin axtarışda olmaları barədə -İNTERPOL-un Baş Katibliyinin «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur. **-ZD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı bildiririk ki, İNTERPOL-un Baş Katibliyindən alınan məlumata görə, VİN:ZHZSA700R80005910 dövlət qeydiyyat nişanı AF51714 olan “İVECO” markalı nəqliyyat vasitəsi 09.06.2013- cü il tarixdə İtaliyada oğurlanmış və İNTERPOL-un Baş Katibliyinin «ASF» avtomatlaşdırılmış axtarış sistemi bazasında 15.07.2013-cü il tarixdə qeydə alınmışdır. **-DN-*** və **-TL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin düzgün yoxlanılması uçün onların 17 işarədən ibarət VİN nömrələrinin təqdim olunması zəruridir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 03.06.2019-cu il tarixdən "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sahibidir, cavabdehə müraciət edərək həmin avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi həmin nəqliyyat vasitəsinin 09.06.2013-cu il tarixdə İtaliya Sosial Respublikasından oğurlandığından “İnterpol”un Mərkəzi Bürosundan 13.06.2019-cu il tarixdə daxil olmuş məlumat əsasında saxlanılması barədə DİN-in Baş X10 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilməsini və "MENCİSA 700R" markalı **-ZD-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun üzərində olan məhdudiyyətin götürülsə də respublika ərazisindən kənara çıxarılması qadağan olunduğunu göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə ki, iddia tələbi əsassız olduğundan və cavabdehin imtinası qanunazidd olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbi üzrə iddiası təmin edilməməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68ci, 69-cu, 85-ci mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2061/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2061/2021
22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver