Məhkəmə qərarları › İş №2-1(112)-2061/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2061/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2061/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun 1000/525Ş” nömrəli, 27 07 2022-ci il tarixli “gömrük orqanlarından xaric edilməyi və gömrük orqanlarında xidmətinə xitam verilməsi barədə əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının yenidən işə bərpa edilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 615Ş nömrəli, 07 sentyabr 2010-cu il tarixli əmri ilə Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin “Bakı Beynəlxalq Liman” dəniz nəzarət postunun gəmi kapitanının köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1186Ş nömrəli xx.xx.2018-ci il tarixli əmri ilə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarə olunması şöbəsinin gömrük katerinin kapitanın köməkçisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/525Ş nömrəli, 27 07 2022-ci il tarixli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Xətai rayonunda yerləşən “Qaçağan” adlı kafe-restoranda saat 22:00 radələrində 4 nəfər - iddiaçı, Xəyyam, Asim və Natiq adlı yoldaşlarla əyləşmişdilər. Asim kənarda olan bir nəfəri yanına çağırmış və ondan onu tanıyıb-tanımadığını souşmuşdur. O tanımadığını dedikdə masada əyləşən Xəyyam həmin nəfəri tanımadınsa, onda get kənarda otur deyə ifadə işlətmişdir. Həmin şəxs yaxınlıqdakı masada əyləşdikdən sonra Xəyyamla söz mübadiləsi etməyə başlamış və ayağa qalxıb söhbəti davam etdirmişdirlər. İddiaçı da masadan qalxaraq onları sakitləşdirməyə və Xəyyamı masaya qaytarmağa çalışmışdır ki, mübahisə böyüməsin və gərəksiz söhbətlər baş verməsin. O, hesabı verməyə gedəndə bu zaman ərazi üzrə sahə müvəkkili Zaur adlı polis əməkdaşı iddiaçının qoluna girərək kənara doğru dartmağa başlamışdır. O, Xəyyamın mübahisə edəcəyindən çəkindiyi üçün yenidən içəriyə daxil olmaq istədikdə sahə müvəkkili Zaur sinəsindən yumuruqla vurub itələyərək onu içəri daxil olmağa qoymamışdır. İddiaçı nə baş verdiyini anlamamışdı. O heç bir səbəb olmadan və spirtli içkinin təsirindən iddiaçını təhqir edir, nalayiq ifadələr işlətmiş və əmrlə həyətə çıxmağını tələb etmişdir. Sonra göstəriş vermişdir ki, iddiaçını maşına mindirsinlər. İddiaçını ilk növbədə bölməyə aparmış, əlinə qandal vurmuşlar. Bölmədən sonra onun spirtli içki qəbul edib-etməməyini yoxlamaq üçün müayinəyə aprmışlar. İddiaçı onlardan tələb etmişdir ki, özləri də müayinədən keçsinlər. Çünki, həmin restoranda yanaşı masada ağır dərəcəli alkoqol qəbul etmişdilər və hərəkətlərinin ölçüsünü bilmirdilər. Müayinədən sonra onu yenidən bölməyə qaytarıb bağlı kameraya salmışdılar. Axşam saat 10:00-dan səhər saat 10:00-a kimi onu bağlı kamerada heç bir əsas olmadan saxlamışlar. Atası bölməyə gələrək vəziyyəti görmüş və X6 qəbuluna gedib onu da aparacağını, polis əməkdaşlarının törətdikləri qanunsuzluqları deyib onları ifşa edəcəyini söylədikdə həmin bölmə əməkdaşlarında qorxu hissi yaranmağa başlamış və atasının şikayət etməməsi üçün onu ələ almağa başlamışlar ki, lazım deyil, ehtiyac yoxdur, özümüz burda qaydasına qoyacağıq, şikayətə ehtiyac yoxdur. İddiaçı atasına demişdir ki, bir halda ki, səhvlərini boyunlarına alırlar, daha şikayət etməsinlər ki, məsələ bağlansın. Daha sonra isə heç bir yerə şikayət etməyib işinə davam etmişdir. Üzərindən bir-neçə gün keçdikdən sonra Dövlət Gömrük komitəsindən onu çağırmış və Bakı şəhər Baş Polis İdarəsindən komitəyə məktub gəldiyini, onun polisə tabe olmadığını, özünə xəsarət yetirməyə cəhd etdiyini yazdıqlarını bildirmişlər. Polis əməkdaşları ona qarşı bir oyun qurub onu ağır duruma salmışlar. İddiaçı bütün baş verənləri Komitədə öz izahatında təfsialtı ilə qeyd etmiş və ona gedib işini davam etdirməyi söylənilmişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçıya məlumat gəlmişdir ki, o, göstərilən mübahisədən dolayı-özünə xəsarət yetirmə, polisə tabe olmama səbəbindən əmrlə işdən azad edilmişdir, xidmətinə xitam verilmişdir. 02 avqust 2022-ci il tarixdə Komitəyə müraciət edərək əmri və əmək kitabçasını əldə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhər Baş Polis İdarəsindən daxil olan məktub və ona əlavə edilmiş materiallar əsasında X1 İdarəsinin apardığı araşdırma nəticəsində müəyyən edilmişdir ki, Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi gömrük xidməti kapitanı İddiaçı xidmətdənkənar vaxtda 22 iyul 2022-ci il tarixdə şam etdiyi kafedə orta dərəcəli sərxoş vəziyyətdə olmaqla səs-küy salmış, etdiyi hərəkətə görə araşdırma aparılması üçün polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirmiş, polis orqanlarına məxsus xidməti avtomobilin yan şüşəsini sındırmış, polis orqanına gətirildikdən sonra özünə xəsarət yetirməyə cəhd göstərmiş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9"nin 11.1-ci və 11.3cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Buna görə də Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 27 iyul 2022-ci il tarixli 1000/525 ş nömrəli əmri ilə xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi gömrük xidməti kapitanı İddiaçı Azərbaycan Respublikasının 1999cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddiasının rədd edilməsi barədə qərar verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xətai rayonu, 1-ci dairə ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından görünür ki: -xx.xx.2022-ci il tarixli Xətai RPİ-nin əməkdaşları tərəfindən Xətai RPİ-nin 37-ci PŞnin rəisinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində inzibati ərazidə xidmətdə olarkən bir nəfər şəxsin H.Aslanov qəsəbəsi, Qaçağan kafesinin qarşısında nalayiq küçə söyüşləri işlətdiyini gördük. Biz həmin şəxsi sakitçiliyə riayət etməyə dəvət etsəkdə həmin şəxs bizim bu sözlərimizə məhəl qoymayaraq bizə qarşıda nalayiq ifadələr işlədərək tabezilik göstərməyə başladı. Buna baxmayaraq biz həmin şəxsi ictimai asayişi pozmamasını, sakitçiliyə riayət etməsini və ətrafdakı vətəndaşların narahatçılığına səbəb olacaq hərəkətlərinə son qaymasını tələb etdikdə bizim dəfələrlə ona etdiyimiz xəbərdarlığa baxmayaraq həmin şəxs öz hərəkətlərinə davam edirdi. Bu zaman ərazidə xidmət aparan PPX-nin əməkdaşları da hadisə yerinə yaxınlaşaraq həmin şəxsi sakitçiliyə riayət etməsini dəfələrlə bildirsə də, həmin şəxs öz hərəkətlərinə yenədə davam edirdi. Buna görə də həmin şəxsi polis şöbəsinə dəvət etməkdən ötrü PPX-nin ** PB *** dövlət qeydiyyat nişanlı avtopatrul avtomobilinə əyləşdirdikdə həmin şəxs həmin avtomobilin arxa sağ yan şüşəsini başı ilə vurub sındıraraq tabesizlik hərəkətlərinə davam etdi. Polis şöbəsinə gətirildikdə həmin şəxsin xx.xx.1985-ci il təvəllüdlü İddiaçı olduğu müəyyən edildi. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq vət. İddiaçı barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 039-11654-1222 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci ii tarixdə Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin Gömrük katerinin kapitanının köməkçisi, gömrük xidməti kapitanı İddiaçı "orta" dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Xətai rayonu, H.Aslanov qəsəbəsində yerləşən “Qaçağan” adlı kafedə səs-küy saldığına görə barəsində araşdırmanın aparılması üçün polis orqanına dəvət olunarkən qanuni tələblərə qəsdən tabe olmayaraq “Mercedes” markalı xidməti avtomaşının yan şüşəsini sındırmışdır. İddiaçı ərazi aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə gətirildikdən sonra qanunsuz hərəkətlərini davam etdirib özünə xəsarət yetirməyə cəhd göstərmiş, onun hərəkətlərinin qarşısı alınmış və sərxoşluq dərəcəsini təyin edən müayinədən keçirilərək müvafiq protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə sizə göndərilir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı İddiaçı gömrük orqanlarından xaric edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 1000/525Ş nömrəli əmrinə əsasən Bakı Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, polis general- mayoru Vüqar Ələkbərovun 26 iyul 2022-ci il tarixli 039-11654-1222 nömrəli məktubunun araşdırılması ilə müəyyən edilmişdir ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi, gömrük xidməti kapitanı İddiaçı 22 iyul 2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə orta dərəcəli şərxoş vəziyyətdə olmaqla səs-küy salmış, etdiyi hərəkətə görə araşdırma aparılması üçün polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizjjk nümayiş etdirmiş, polis əməkdaşlarının xidməti istifadəsində olan avtomobilin yan şüşəsini sındırmış, polis orqanına gətirildikdən sonra isə özünə xəsarət yetirməyə cəhd göstərmiş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9”nin 11.1-ci və 11.3cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9”nin 11.1-ci və 11.3cü bəndlərinin tələbini kobud şəkildə pozduğuna görə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi, gömrük xidməti kapitanı İddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilsin və həmin Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Xətai rayon prokurorluğunun vət. İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar toplanmış J69-C-22 saylı materiallara əsasən İddiaçı ilə Xətai RPİ-nin 37-ci polis şöbəs əməkdaşları arasında baş vermiş mübahisə ilə əlaqədar aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan müəyyən olunur ki: “(......)Araşdırma zamanı İddiaçı barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasına əsasən MTE və PA ETT X10 Şəxsin Xətai rayon şöbəsindən rayon prokurorluğuna daxil olmuş xx.xx.2022-ci il tarixli 897 say rəydə qeyd edilmişdir: 1) Vət. İddiaçı başın təpə nahiyəsini əzilmiş yarası, sol ayağın İ barmağının dırnaq sədəfinin düşməsi, hər iki kürək nahiyəsini sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə, kənar şəxs(lər) tərəfindən törənə bilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. 2. Vət. İddiaçı müəyyən ediln xəsarətlərin xarakter və lokalizasiyalarma görə özü-özünə yetirilməsi inkar olunur. Araşdırma zamanı İddiaçı təqdim etdiyi və hadisənin baş verdiyi “Qaçağan” kafesinin videokamerasının qeydə aldığı hadisənin qısa bir epizodur görüntüləri qeydə alınmış videogörüntliyə dair “CD” diskə tərəfimdən baxış keçirilmişı CD diskə baxış keçirilən zamanı müəyyən edildi ki, həmin CD diskdə 01 ədəd videof vardır. Həmin 02:42 dəqiqədən ibarət olan VİD-20220727-WA0005 adlı fayla ba keçirən zaman müəyyən edildi ki, “Qaçağan” kafesinin əvvəlcə həyətyanı sahəsində, daha sonra isə çıxış hissəsində X8 ilə İddiaçı arasında əvvəlcə sözlü mübahisə yaranır, daha sonra isə Z.Ş.Usubov əli ilə E.X.Mirzəy özündən əks istiqamətə itələyərək onu özündən aralayır. Bunun ardınca isə onların sözlü mübahisəsi davam edir. Bundan sonra isə Z.Ş.Usubovun hadisə yerində olan Polis əməkdaşlarını çağıraraq onlara İddiaçı oradan aparılmasını tapşırdığı təxmin edilir. Bundan sonra PPX əməkdaşları İddiaçı PPX-nm xidməti avtomobil əyləşməyə dəvət etdiklərini, lakin sonuncunun əyləşmədiyini və bundan sonra sonra ona polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilərək məcburi qaydada xidməti avtomobilə oturduqları müşahidə edilir. Videogörüntü səssiz formada çəkildiyindən danışıqlar qeydə alınmayıb. Beləliklə aparılmış araşdırma zamanı baş vermiş hadisələrin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir.” Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 dekabr 2022-ci il tarixli qərarından görünür ki, vət. İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar araşdırmanın nəticəsi olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Xətai Rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında öyrənilərək ləğv edilmiş və əlavə araşdırma aparılması üçün geri qaytarılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki: "(.....) İddiaçı intihara cəhd etməsi və hadisə yerinə cəlb edilmiş PPX-nın xidməti avtomobilinin şüşəsini qəsdən vurub sındırması faktları öz təsdiqini tapmamış, həmçinin baş vermiş hadisələrin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Qərarla Vət. İddiaçı ilə Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları arasında baş vermiş mübahisə ilə əlaqədar aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsini qərara almışdır." Xətai Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Xətai rayon prokurorluğunun İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar toplanmış 369-C-22 saylı materialı üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki: "(.....)Beləliklə, araşdırma zamanı İddiaçı intihara cəhd etməsi, polis əməkdaşlarına qarşı tabesizlik, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik, şəxslər üzərində zor tətbiq etmə və ya belə zorun tətbiq edilməsi hədəsi və hadisə yerinə cəlb edilmiş PPX-nın xidməti avtomobilinin şüşəsini qəsdən vurub sındırması faktları öz təsdiqini tapmamış, həmçinin baş vermiş hadisələrin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Odur ki, vət. İddiaçı ilə Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları arasında baş vermiş mübahisə ilə əlaqədar aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır." «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı mübahisələndirdiyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 27 iyul 2022-ci il tarixli əmrin ləğv edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, İddiaçı Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük idarəsi Dəniz nəqliyyatı vasitələrinin idarəolunması şöbəsinin gömrük katerinin kapitanının köməkçisi, gömrük xidməti kapitanı rütbəsində xidmət etmiş, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli 039-11654- 1222 nömrəli məkubu ilə göndərilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı 22 iyul 2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə orta dərəcəli sərxoş vəziyyətdə olmaqla səs-küy salmış, etdiyi hərəkətə görə araşdırma aparılması üçün polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirmiş, polis əməkdaşlarının xidməti istifadəsində olan avtomobilin yan şüşəsini sındırmış, polis orqanına gətirildikdən sonra isə özünə xəsarət yetirməyə cəhd göstərmiş, bununla da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 30 yanvar 2012-ci il tarixli 01/03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9”nin 11.1-ci və 11.3-cü bəndlərinin tələbini kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və Əsasnamənin 120-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: -1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra “vətəndaşlar” adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. -69-cu maddəsinə görə gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında ” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4 aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. -69-1-ci maddəsinə əsasən bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. -120-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər: 8) gömrük orqanlarından xaric edildikdə; Sadalanan normalara əsasən gömrük orqanlarında xidmət keçən vəzifəli şəxsə tətbiq olunan intizam tənbeh tədbirlərindən biri, eyni zamanda xidmətə xitam verilmənin əsaslarından biri gömrük orqanlarından xaric etmədir. Qanunverici gömrük orqanı vəzifəli şəxsinə intizam tənbeh tədbirinin tətbiq edilməsinin bir neçə əsasını nəzərdə tutmuşdur: -Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələblərin pozulması, -“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl edilməməsi və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törədilməsi. Əsasnamənin 16-cı maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin: 1) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa; 1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə; 2) gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa; 3) müqavilə ilə mülki-hüquqi xarakterli gömrük işi ilə əlaqədar işləri yerinə yetirməyə; 4) öz xidməti vəziyyətindən istifadə etməklə üçüncü şəxslərə Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmayan hər hansı bir yardım göstərmək və bunun müqabilində haqq, imtiyazlar və xidmətlər əldə etməyə; 5) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsi ilə iştirak etməyə; 6) tətillərin təşkili və onların keçirilməsində iştirak etməyə; 7) siyasi partiyalar yaratmağa və yaxud onların işində iştirak etməyə; 8) əvəzçilik şərti ilə istənilən haqqı ödənilən işi görməyə (elmi-tədris və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur. Əsasnamənin 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq. Göründüyü kimi intizam tənbeh tədbirinin tətbiq edilməsi əsasları ilə bağlı Əsasnamənin 69-cu maddəsi bilavasitə Əsasnamənin 16 və 44-cü maddələrində sadalanan hallardan birinin pozulmasına göndəriş edir. Eyni zamanda Əsasnamənin 69-1-ci maddəsi 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş “xidmətdən xaric edilmə” növündə intizam tənbeh tədbirinin tətbiq edilməsi əsaslarını digər tənbeh növlərindən fərqli olaraq nisbətən konkretləşdirir. Həmin maddəyə əsasən bu növ tənbehin- xidmətdən xaric edilmənin əsasları aşağıdakılar ola bilər: -1.vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulması -2.xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsi -3.Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verilməsi. Hazırkı iş üzrə mübahisələndirilən əmrdə iddiaçının xidmətdən xaric edilməsinin sadalanan hüquqi əsaslardan hər hansı birinə istinad edilməmiş və bu bu halların mövcudluğu əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən əmrin məzmunundan görünür ki, iddiaçıya xidmətdən xaric edilmə tənbehinin tətbiqi zamanı aşağıdakılar əsas götürülmüşdür: faktiki əsas qismində -iddiaçının 22 iyul 2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə orta dərəcəli şərxoş vəziyyətdə olmaqla səs-küy salması; -polis orqanına dəvət olunması barədə polis əməkdaşlarının qanuni tələbinə tabesizlik nümayiş etdirməsi; -polis əməkdaşlarının xidməti istifadəsində olan avtomobilin yan şüşəsini sındırma; -polis orqanına gətirildikdən sonra özünə xəsarət yetirməyə cəhd göstərmə. hüquqi əsas qismində: - “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9”nin 11.1 -ci və 11.3-cü bəndlərinin tələbini kobud şəkildə pozma. Məhkəmə işin mahiyyətinə qiymət verməzdən öncə qeyd edir ki, əmrdə istinad olunan faktiki hallar xidmətdən xaric edilmənin yuxarıda qeyd edilən 3 halından hər hansı birinə uyğun deyildir. Belə ki, iddiaçı barəsində polis əməkdaşları ilə mübahisə ilə əlaqəli hallar qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə xidmətdənkənar vaxtda, şam etdiyi kafedə baş vermiş, başqa sözlə sözügedən hal xidmət başında, xidməti vəzifələrini icra edərkən baş vermədiyindən, bu hal istinad edilən 1-ci hala- “vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulması” kimi qiymətləndirilmir. Eyni zamanda sözügedən mübahisə xidməti vəzifələrin icrası ilə bağlı deyildir, xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsi ilə əlaqədar baş verməmişdir, bu əsasdan “xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsi” və ya “Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə yol verilməsi” hallarına da aid edilmir. Qeyd edilməlidir ki, mübahisələndirilən əmrdə iddiaçının hərəkətləri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının «30» yanvar 2012-ci il tarixli 01/03 №-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X5 11.1 və 11.3-cü maddələrinin tələbini kobud şəkildə pozulduğuna istinad edilmişdir. Belə ki, adıçəkilən Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X5: 1.1. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9 (bundan sonra «X9») gömrük orqanı əməkdaşının xidmətdə və xidmətdənkənar, gündəlik həyatda davranış qaydalarının norma və müddəalarını, əxlaq prinsiplərini müəyyən edir. 1.2.Bu Kodeks gömrük orqanı əməkdaşının etik davranış normalarını təyin etməklə yanaşı, şəxsi məsuliyyət, qanuna riayət edilməsi, özünə və başqalarına münasibət prinsiplərini, ictimaiyyətlə münasibətdə etik və digər məsələlərin həllinə dair vəzifələri özündə əks etdirir. 1.3.Bu Kodeks bütün gömrük orqanı əməkdaşlarına, o cümlədən, gömrük orqan və təşkilatlarında çalışan xüsusi rütbəsi olmayan işçilərə şamil edilir. 1.4.Hər bir gömrük orqanı əməkdaşı bu Kodeksin müddəalarını dərindən öyrənməli, onun tələblərinə sözsüz əməl etməyə borcludur. 1.5.Gömrük orqanı əməkdaşının xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Xidməti davranış Azərbaycan Respublikasının qanunvericiliyi və bu Kodekslə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır. 11.1.Gömrük orqanı əməkdaşı sağlam həyat tərzi keçirməli, ləyaqətli davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. 11.3.Xidmətdənkənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də, ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içki qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirində tam azad olmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, əmrin əsasında dayanan və «X9»nin sadalanan 11.1 və 11.3-cü maddələrinin pozuntusu kimi qiymətləndirilən hallar iş üzrə cinayət prosesini həyata keçirən orqanın qanuni qüvvəsini almış qərarı ilə öz təsdiqini tapmamışdır. Belə ki, Xətai Rayon Prokurorluğunda İddiaçı Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə əlaqədar iş 3 dəfə araşdırılmış və toplanmış təhqiqat materiallarına baxılaraq baş vermiş mübahisənin cinayət hadisəsi olması müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin araşdırma nəticəsində İddiaçı polis əməkdaşlarına qarşı tabesizlik, ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə qarşı açıqca hörmətsizlik, şəxslər üzərində zor tətbiq etmə və ya belə zorun tətbiq edilməsi hədəsi və hadisə yerinə cəlb edilmiş PPX-nın xidməti avtomobilinin şüşəsini qəsdən vurub sındırması, intihara cəhd etməsi faktları öz təsdiqini tapmamışdır. Məhkəmə hazırkı məhkəmə icraatında İddiaçı xx.xx.2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə digər şəxslər, eləcə də PŞ-nin əməkdaşları ilə baş vermiş hadisənin yuxarıda da qeyd edildiyi kimi cinayət prosesini həyata keçirən orqan-Xətai rayon Prokurorluğunda araşdırılaraq qiymət verildiyini nəzərə alaraq hadisənin mahiyyəti ilə bağlı əlavə araşdırma aparılması və ya həmin halların hüquqa zidd olması ilə bağlı qiymətləndirilməsini zəruri hesab etmir. Lakin məhkəmə bununla yanaşı qeyd edir ki, nə qədər ki, mübahisələndirilən əmrin əsası məhz sözügedən xx.xx.2022-ci il tarixdə baş vermiş hadisələrlə əlaqədardır bu zaman hazırkı işə baxan məhkəmə yalnız həmin hadisə ilə əlaqəli iddiaçının hərəkətlərinin onun xidmətdən xaric edilməsinə əsas verib-vermədiyi baxımından dəyərləndirmə aparmalıdır. Dövlət Gömrük Komitəsinin 21 sentyabr 2001-ci il tarixli 080 nömrəli əmri ilə təsdiq edilmiş “Azəbaycan Respublikası Gömrük X2”nın “V.İntizam tənbehləri və onların tətbiqi qaydası” adlanan bölməsinin 21-ci maddəsində göstərilir ki, xidməti intizamın poulması (intizam xətası) əməkdaşın təqsiri üzündən xidməti vəzifələrinin və ya ona verilmiş tapşırıqların tələb olunan səviyyədə icra olmaması deməkdir. Qaydanın 22-ci maddəsinə əsasən xidməti intizamın kobud şəkildə pozulmasına aiddir: 1.“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməməsi 2.Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinə dair sənədlərin gömrük rəsmiləşdirilməsi və ya gömrük nəzarəti zamanı saxlanılmış və ya müsadirə edilmiş əmlakn habelə şəxsi nömrəli möhürün tabel silahının itirilməsi 3.Üzrlü səbəb olmadan əməkdaşın bütün iş günü xidmət yerinə gəlməməsi 4.Əməkdaşın alkoqollu içkilər, narkotik, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə xidmət yerinə gəlməsi habelə xidmət yerində həmin içkiləri və ya maddələri qəul edərək sərxoş vəziyyətdə olması 5.“Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsi ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi 6.Əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsi 7.Xidmət vaxtı ərzində, bilavasitə xidmət yerində inzibati hüquqpozmalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllərə yol verilməsi Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə xidmətdənkənar vaxtda şam etdiyi kafedə orta sərxoş vəziyyətində olmaqla səs-küy salması kimi halın baş verdiyi və bu halın cavabdehin qeyd etdiyi kimi gömrük orqanının vəzifəli şəxsinin Əsasnamənin 44-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək, gömrük orqanlarında müəyyən edilən daxili intizam qaydalarını gözləmək kimi vəzifəsinin pozulması, yaxud «X9»nin 11.1 və 11.3-cü maddələrinin tələblərinin yerinə yetirilməməsi kimi qəbul olunsa belə bu hal özlüyündə iddiaçıya birbaşa xidmətdən xaric edilmə kimi tənbeh növünün tətbiqinə birbaşa əsas vermir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə onu da diqqətə alır ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-1-ci maddəsində xidmətdən xaric edilmənin əsasları sadalanarkən eyni zamanda həmin maddənin məzmununda “bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehin vəzifələrin icrası zamanı (......) tətbiq edilə bilər” ifadəsinin yer alması qeyd edilən xidmətdən xaric edilmənin tətbiq edilmə əsasının qiymətləndirməsində inzibati orqanın qiymətləndirmə azadlığına malik olmasından, intizam tənbeh tədbirlərindən birini seçməklə bağlı diskresion səlahiyyət sahibi olmasından xəbər verir. “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X9”nin aşağıdakı bəndlərinə əsasən: -12.1 Bu Kodeksdə təsbit olunmuş prinsip və qaydalara gömrük orqanı əməkdaşı tərəfindən əməl edilməməsi, həmçinin, digər əməkdaşlar və vəzifəli şəxslər tərəfindən həmin prinsip və qaydaların pozulması hallarına göz yumulması xidməti intizamın pozulması kimi qiymətləndirilir və «Gömrük orqanlarında xidmət haqqında» Əsasnamədə nəzərdə tutulmuş intizam məsuliyyəti doğurur. -12.2 İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş pozuntu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən müəyyən edilir. “Azəbaycan Respublikası Gömrük X2”nın aşağıdakı bəndlərinə əsasən: -26.İntizam tənbehi tətbiq olunmazdan əvvəl əməkdaşdan yazılı izahat tələb olunmalıdır. Zərurət yaranarsa izahatda göstərilən məlumatlar barədə xidəti araşdırma aparılır və onun nəticələrinə dair müvafiq rəy çıxarılır. -27. İntizam tənbehinin tətbiqi üçün əsas bir qada olaraq əməkdaşın intizam xətası törətdiyini təsdiq edən xidməti araşdırmanın nəticələri barədə rəy hesab olunur. Xidməti araşdırma və yoxlamaların təşkili və aparılması qaydası Dövlət Gömrük Komitəsinin sədri tərəfindən müəyyən edilir. -28.İntizam tənbehi tətbiq edilərkən törədilən xətanın ağırlığı, xarakteri, hansı şəraitdə törədilməsi həmin xətanı törədən əməkdaşın əvvəki xidməti və davranışı nəzərə alınmaldır. -30.İntizam tənbehinin tətbiqinin məqsədəuyğun olmadığı hallarda gömrük orqanının rəisi tabeçilikdə olan əməkdaşa intizama ciddi riayət etməyin zəruriliyi barədə yazılı və ya şifahi şəkildə xəbərdarlıq etməklə kifayətlənə bilər. -31.Gömrük orqanlarında xidmətinə xitam verilmə son hədd intizam tənbehidir və xidməti intizam kobud şəkildə və yaxud mütəmadi olaraq pozulduqda və ya gömrük orqanlarında xidmətlə bir araya sığımayan hərəkətlərə yol verildikdə tətbiq olunur. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Göründüyü kimi istər cavabdeh inzibati orqanın hazırkı iş üzrə tətbiq etdiyi sahə qanunverciliyi, istərsə də inzibati icraat qanunvericiliyi inzibati orqana intizam hüquq pozuntusuna görə intizam tənbeh tədbirlərindən birini seçməkdə diskresion səlahiyyəti tanımış, lakin qanunvericilik eyni zamanda xətanın ağırlığı, xarakteri, hansı şəraitdə törədilməsi həmin xətanı törədən əməkdaşın əvvəki xidməti və davranışı nəzərə alınması tələbini irəli sürməklə seçilən tənbeh tədbirini törədilmiş intizam xətasına mütənasib seçilməsini vurğulamış, bununla da inzibati orqanın diskresion səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməsi, inzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsini önləmişdir. Belə ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində mütənasiblik prinsipi ifadə edilərək göstərilmişdir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, mütənasiblik prinsipi uyğunluq, zərurilik və yararlılıq meyarlarına cavab verməlidir. Uyğunluq meyarına görə fərdin və ya hüquqi şəxsin hüquq və azadlıqlarını məhdudlaşdıran hər hansı bir tədbir inzibati orqan tərəfindən nəzərdə tutulan məqsədə nail olmaq üçün uyğun olmalıdır. Zərurilik meyarına əsasən inzibati orqan tərəfindən tətbiq olunan məhdudlaşdırıcı tədbirlər daha az məhdudlaşdırıcı qanunvericilik vasitələrinin olmadığı yerdə, qarşıya qoyulmuş məqsədlərə nail olunmaq üçün ən yumşaq, zəruri olmalıdırlar. Yararlılıq meyarı qarşıya qoyulmuş məqsədlərə qeyri-mütənasib olan hər hansı həddən artıq inzibati tədbirlərdən istifadə edilməməsini, ictimai maraqlarla tarazlaşdırmasını nəzərdə tutur. Yəni inzibati orqan hansı formada olmasından asılı olmayaq şəxsin hüquqlarına müdaxilə edərkən bu müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin fundamental hüquqlarının qorunması tələbləri arasında “ədalətli tarazlığa” nail olmalı, istifadə olunmuş vasitələrlə qarşıya qoyulmuş məqsəd arasında mütənasibliyin səbəbli əlaqəsi olmalıdır. Xüsusən qeyd edilməlidir ki, müvafiq tədbirlə mənafelərinə toxunulmuş şəxs fərdi və həddən artıq yükə məruz qaldığı halda, tələb olunan tarazlığa nail oluna bilməz. Yəni mütənasiblik müəyyən dərəcədə “daha çox” və “daha az” anlayışlar arasında formalaşan amildir. Mütənasiblik prinsipinin əsas məqsədi hüquqla vəzifə, öhdəliklə mülkiyyət, məqsədlə vasitələr arasında vahid məxrəci yaratmaqdır. Ona görə inzibati orqan tərəfindən görülən tədbirlərin həcmi ehtiyac və lazımlılıq tələbatı ilə qiymətləndirilməlidir. Qeyd edildiyi kimi xidmətdən xaric edilmə intizam tənbeh tədbirinin son həddidir. Bu növ tənbehin tətbiqi üçün törədilmiş intizam xətasının həmin tənbehə mütənasib olması mütləqdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının xidmətdən xaric edilməsini yalnız Baş Polis İdarəsindən daxil olmuş 8 vərəqdən ibarət material və iddiaçıdan aldığı izahatla kifayətlənərək tətbiq etmiş, lakin bu zaman adıçəkilən daxili intizam qaydalarının sadalanan 26, 27, 28-ci maddələrinin tələblərini nəzərə almadan lazımı xidməti araşdırma aparmamışdır. Eyni zamanda inzibati orqan tətbiq edilən tənbehin zərurliyini xətanın ağırlığı, xarakteri, törədilmə şəraiti, iddiaçının indiyədək olan xidməti fəaliyyəti və s. kimi mühüm hallar baxımından qiymətləndirməmiş, tənbehin xətaya mütənasibliyini və yararlılığını yoxlamamışdır. Halbuki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu baxımdan inzibati orqanın qeyd edilən əmri həm də “İnzibati icraat haqqında” Qanunun aşağıdakı normaların tələblərinin pozulması ilə qəbul edilmiş hesab edilməlidir: -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Beləliklə, iddiaçı barəsində əliverişsiz inzibati akt-mübahisələndirilən əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirməmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmuşdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırda cavabdeh mübahisəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əmr ləğv edilməli və İddiaçı işə bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/525Ş nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı işə bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar