Məhkəmə qərarları › İş №2-1(112)-2062/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2062/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2062/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçıların vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X17, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X16 İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar X18 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə (üçüncü şəxslər “Nurgün Motors MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X10 İdarəsi) qarşı “X1 verilməsi və sair” tələblərinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən etibarnamə əsasında təqdim olunmuş 7 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050, C11365643, C11401694, C11356451 olan avtonəqliyyat vasitələrinin cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsindən imtinasının əsassız hesab edilməsi, həmin 7 ədəd avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi və X1 verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, avtonəqliyyat vasitələrinin dayanacaqda saxlanılması üçün gündəlik 10 manat olmaqla qərar icra olunan günədək ödəniş haqqı miqdarında dəymiş maddi zərərin, eləcə də dayanacaqda saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatın uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda dəymiş 500 manat maddi ziyanın, eləcə də 10 000 manat mənəvi ziyanın cavabdehdən tutulması və iddiaçıya ödənilməsi, hüquqi xidmətə görə 1000 manat və məhkəmə xərcləri 50 manat, cəmi 1050 manat məbləğin cavabdehdən tutulmaqla iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini, habelə cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməsi şübhəli olduğundan, onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Məhkəmənin 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinə hüquqi yardım göstərilmiş, hazırkı iddia üzrə İddiaçı qismində çıxış etməsi üçün müvafiq subyektiv hüququnun olmaması, onun etibarnamə üzrə digər şəxslərin nümayəndəsi qismində cavabdeh orqana müraciət etdiyi bildirilmiş, tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. xx.xx.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edilmiş, ərizədə İddiaçı ilə yanaşı iddiaçı qismində X23, X19, X11 və X5, cavabdeh qismində Dövlət Gömrük Komitəsi və Dövlət Gömrük Komitəsinin X10 İdarəsi, üçüncü şəxs qismində “Azərterminalkompleks" Birliyi və "xxxx" MMC göstərilmiş, iddia tələbi aşağıdakı kimi müəyyən edilmişdir: cavabdeh Dövlət Gömrük Komitəsi X10 İdarəsinin, İddiaçı tərəfindən, digər iddiaçıların adından ona təqdim olunmuş etibarnamələr əsasında Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 X12 adına, C11404457 və C11357050 X6 adına 14 iyul 2021-ci il tarixdə; C11401604 və C11356451 X18 adına, C11365643 X3 adına 05 avqust 2021-ci ii tarixdə Azərbaycan Respublikasına gətirmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməməsinə yönəlmiş hərəkətlərinin (hərəkətsizliyinin) əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq, həmin avtonəqliyyat vasitələrinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi X10 İdarəsinə həvalə olunması; Cavabdeh Dövlət Gömrük Komitəsinin İddiaçı tərəfindən, digər iddiaçıların adından ona təqdim olunmuş etibarnamələr əsasında, Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1- 8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 X13 adına, C11404457 və C11357050 X6 adına 14 iyul 2021-cı il tarixdə, C11401694 və C11356451 X18 adına, C11365643 X3 adına 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən imtinasının əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq, hamin avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vəzifəsinin Dövlət Gömrük Komitəsinə həvalə olunması; Həmin avtonəqliyyat vasitələrinin dayanacaqda məcburi saxlanılması üçün gündəlik 10 manat olmaqla qərar icra olunan günədək ödəniş haqqı miqdarında, iddiaçılar X15, X7, X20 və X4 dəymiş maddi zərərin, eləcə də dayanacaqda məcburi saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda dəymiş 500 manat, yəni X15 1000 manat; X7 1000 manat; X20 1000 manat və X4 500 manat maddi ziyanın, eləcə da hər bir iddiaçıya ayrı-ayrılıqda 2500 manat (toplam 10 000) mənəvi ziyanın; hüquqi xidmətə görə 1400 manat və məhkəmə xərcləri 50 manat, cəmi 1450 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və müvafiq olaraq iddiaçılara ödənilməsi barədə qərar çıxarılması, cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməsi şübhəli olduğundan, onlar barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadları ilə bu vəsatət qismən təmin edilmiş, İddiaçı ilə yanaşı X23, X19, X11 və X5 iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, vəsatət qalan hissədə təmin edilməmiş, iddiaçıların nümayəndəsinə hüquqi yardım göstərilməklə tələbin dəqiqləşdirilməsi təklif edilmiş, məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X10 İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçılar bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Dövlət Gömrük Komitəsi, üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X10 İdarəsi, “Azərterminalkompleks" Birliyi və "xxxx" MMC göstərilmiş, iddia tələbi aşağıdakı kimi müəyən edilmişdir: cavabdeh Dövət Gömrük Komitəsinin İddiaçı tərəfindən digər iddiaçıların adından ona təqdim olunmuş etibarnamələr əsasında, Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 X12 adına, C11404457 və C11357050 X6 adına 14 iyul 2021-ci il tarixdə; C11401694 və C11356451 X18 adına, C11365643 X3 adına 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirilmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməməsinə yönəlmiş hərəkətlərinin (hərəkətsizliyinin) əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq (ayrı-ayrılıqda), həmin avtonəqliyyat vasitələrinə X1 verilməsi vəzifəsi Dövlət Gömrük Komitəsinə (X10 idarəsinə) həvalə olunması; Dövlət Gömrük Komitəsinin İddiaçı tərəfindən, digər iddiaçıların adından ona təqdim olunmuş etibarnamələr əsasında, Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 X12 adına, C11404457 və C11357050 X6 adına 14 iyul 2021-ci il tarixdə; C11401694 və C11356451 X18 adına, C11365643 X3 adına 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirilmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən imtinasının əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq (ayrı-ayrılıqda), həmin avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və avtonəqliyyat vasitələrinin müvafiq olaraq iddiaçılara təhvil verilməsi vəzifəsi Dövlət Gömrük Komitəsinə həvalə olunması; həmin 7 ədəd avtonəqliyyat vasitələrinin dayanacaqda məcburi saxlanılması üçün gündəlik 10 manat və ya tələb olunan dəyərində, qərar icra olunan günədək ödəniş haqqı miqdarında, iddiaçılar X15, X7, X20 və X4 dəymiş maddi zərərin, eləcə də dayanacaqda məcburi saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda dəymiş 500 manat, yəni X15 1000 manat; X7 1000 manat; X20 1000 manat və X4 500 manat maddi ziyanın, eləcə də hər bir avtonəqliyyat vasitələrinin sahibinə, yəni X15, X7, X20 və X4 ayrı-ayrılıqda 2500 manat (toplam 10 000) mənəvi ziyanın; hüquqi xidmətə görə 1400 manatdan və məhkəmə xərcləri 50 manatdan, müvafiq olaraq, X15 400 manat və 14 manat, X7 400 manat və 14 manat; X20 400 manat və 14 manat, və X4 200 manat və 8 manat cavabdehdən tutulması və müvafiq olaraq iddiaçılara ödənilməsi, cavabdehin vəzifəli şəxlərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməsi şübhəli olduğundan, onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurara xəbər verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin 14 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı münasibətdə qeyri-mümkün hesab edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı etibarnamə əsasında- 4 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan avtonəqliyyat vasitəsini 14 iyul 2021-ci il tarixdə və 3 ədəd Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11365643, C11401694, C11356451 olan avtonəqliyyat vasitəsini 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirmişdir. Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq, gömrük məqsədləri üçün lazım olan bütün sənədləri və məlumatları müəyyən olunmuş formada cavabdehin bu işə məsul olan əməkdaşlarına təqdim edilməklə, həmin avtonəqliyyat vasitələri gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün bəyan edilmişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən açıq-aşkar qərəzli, o cümlədən qeyri-səmimi və qeyri-şəffaf qaydada, göstərilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi aparılmamış və həmin avtonəqliyyat vasitələri məcburi dayanacaq məntəqəsində saxlanılmışdır. Həmin avtonəqliyyat vasitələrinin dayanacaqda saxlanılması üçün gündəlik 10 manat olmaqla ödəniş haqqı hesablanmağa başlanılmışdır. Həmin avtonəqliyyat vasitələrinin hal-hazırda açıq havada 40 dərəcə istilik və günəş şüaları altında (gələcəkdə isə yağmurlu və yağışlı, yəni nəm hava şəraitində) saxlanılması-onun həm əvvəlki xarici görünüşünün itirilməsinə, yəni rənginin solmasına, həm də müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə səbəb ola bilər. Bununla da hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda maddi ziyan dəyə bilər. Cavabdehin əməkdaşlarının ona qarşı etdikləri bilə-bilə qanunsuz və qərəzli hərəkətlərinin qarşısının alınması baxımından, qeyd olunan avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə görə cavabdehə yazılı müraciətlər olunsa da, cavabdeh avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsindən əsassız və qanunsuz olaraq imtina etmişdir. Cavabdeh qanunvericiliklə nəzərdə tutulan vəzifələrini icra etmək əvəzinə, natamam və təhrif olunmuş məlumatlar verməklə, iddiaçının hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol vermiş və avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsindən əsassız olaraq imtina etmişdir. İmtinanın əsası kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunun olması, idxal olunan bu nəqliyyat vasitələrinin Yaponiyanın daxili bazarı üçün istehsal olunduğu və şirkətin əhatə dairəsinə daxil olan ölkələrə aid olmadığı üçün sözügedən nəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartının tələblərinə cavab vermədiyi göstərilmişdir. Sonra isə 2011-ci ildən öncə Yaponiyada istehsal olunan nəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartına uyğun olmaması nəticəsinə gəlinmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubunun tərtib olunma tarixinə nəzər saldıqda müəyyən olunur ki, iddiaçı tərəfindən idxal olunan avtonəqliyyat vasitələri 2021-ci ilin iyul və avqust ayında ölkəyə gətirilmişdir. Cari ilin iyul və avqust ayında gətirilən həmin avtomobillər barədə, “Nurgün Motors" MMC-də və cavabdehdə 4 ay əvvəl, yəni mart ayında məlumatın olması ən azından inandırıcı hesab edilə bilməz. Hazırda mübahisə predmetinin obyektləri olan avtomobillərin Avro 4 Ekoloji Standartının tələblərinə cavab vermədiyi barədə "xxxx" MMC tərəfindən cavabdehə məlumat verilmədiyi halda, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubundakı cavab təhrif olunmuşdur. Belə ki, həmin məktubda göstərilmişdir ki, 4 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan avtonəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartına uyğunluq testindən keçirilibkeçirilməməsi haqda məlumat yoxdur. «2011-ci ildən öncə Yaponiyada istehsal olunan nəqliyyat vasitələri Avro 4 Ekoloji Standartına uyğun deyil»- kimi cavabdehin mövqeyi ümumiyyətlə qəbul edilən deyil. Belə ki, iddiaçı cavabdehin gəldiyi bu nəticəni şərti olaraq qəbul etsə, belə qənaətə gəlmək olar ki, cavabdeh tərəfindən 2011-ci ildən öncə Yaponiyada istehsal olunan nəqliyyat vasitələrinin hamısını Avro 4 Ekoloji Standartına uyğunluq testindən keçirmiş və həmin avtomobillərin qeyd olunan tələbə cavab vermədiyinə tam əmin olmuşdur. Bundan öncə, cari ilin iyun ayında etibarnamə əsasında gətirdiyi 10 ədəd, şassi nömrələri müxtəlif, Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703 olan avtonəqliyyat vasitələri Avro 4 Ekoloji Standartının tələblərinə uyğun hesab edilmiş və cavabdeh tərəfindən gömrük rəsmləşdirilməsi həyata keçirilməklə, müvafiq şəhadətnamələr verilmişdir. Hazırda isə «2011-ci ildən öncə Yaponiyada istehsal olunan nəqliyyat vasitələri Avro 4 Ekoloji Standartına uyğun deyil»- kimi cavabdehin gəldiyi nəticə, bir ay bundan öncə gəldiyi nəticədən fərqlidir. Bunun səbəbi isə cavabdehin bəzi əməkdaşlarının iddiaçıya qarşı açıq-aşkar qərəzli olmalarını sübut edir. Avtomobil mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını tənzimləmək üçün tətbiq olunan Avro 4 Ekoloji Standartına əsasən- katalizator avtomobilin mühərrikinə daha yaxın məsafədə yerləşdirilməsini və xüsusi qızdırıcı ilə təchiz edlməsini; emal edilmiş zərərli qazların təkrar sirkulyasiyası sisteminin tətbiq edilməsini; sistemə əlavə havanın daxil edilməsi üçün mexanizmin yaradılmasını; qazların paylanma fazaları mühərrikin iş rejimindən asılı olaraq dəyişməyə başlamasını və yanacağın injeksiyası birbaşa mühərrikin silindirlərində baş verməsini nəzərdə tutur. Gömrük rəsmiləşdirilməsinin aparılması üçün cavabdehə təqdim olunan 7 ədəd Nissan Tıida markalı, buraxılış ili 2010cu il, kateqoriyası M1-8703 olan avtonəqliyyat vasitələri texniki göstəriciləri baxımından eyni olmaqla, yalnız və yalnız şassi nömrələri və rəngləri ilə fərqlidir. Yaponiyada işlənmiş avtomobillərin ixracatını həyata keçirən “X29” şirkəti tərəfindən hər bir avtomobilin Avro 4 Ekoloji Standartına uyğunluq sertifikatı cavabdehə təqdim olunsa da, cavabdehin əməkdaşları tərəfindən həmin sertifikat nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin imperativ normasına əməl olunmamış, iddiaçının hüquqlarına qarşı qanunsuz hərəktlərə yol verilmiş və avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən əsassız olaraq imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 1000-210/2xx-xx/015846 saylı iddiaya etirazında və etiraza əlavəsində göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X10 İdarəsində aparılan sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, gətirilən avtonəqliyyat vasitələrinin buraxılış illəri 2010-cu il və istehsal ölkəsi Yaponiyadır. Avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə qəbul olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Avro - 4” ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro - 4 ekoloji normaları tətbiq edilir. Eyni zamanda 1 aprel 2014-cü il tarixindən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların Avro - 4 ekoloji normalara uyğun olması əsas götürülür. Azərbaycan Respublikasının Dövlət Standartının Rəsmi nəşrinin “Yol Nəqliyyatı, Ekoloji Siniflər AZS 636 - 2012” bölməsinin “Əlavə C” hissəsində qeyd olunan avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğuna əsasən ekoloji siniflərə görə texniki reqlamentlərin tələblərinə uyğun gələn nəqliyyat vasitələrinin mənşə ölkəsi və buraxılış illəri cədvəlinə əsasən mənşə ölkəsi Yaponiya olan nəqliyyat vasitələrinin buraxılış ili 2011-ci il olduğu təqdirdə Avro - 4 ekoloji normalarının tələblərinə uyğun gəlir. Bu səbəbdən də İddiaçı tərəfindən etibarnamə əsasında Azərbaycan Respublikası ərazisinə müvafiq olaraq 14 iyul 2021-ci il tarixində 4 ədəd - buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan “Nissan Tiida" markalı və 05 avqust 2021-ci il tarixində gətirilən 3 ədəd - buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11365643, C11401694, C11356451 “Nissan Tiida” markalı avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarının tələblərinə uyğun olması barədə “X1 verilməsindən imtina olunmuşdur. İddiaçıya qeyd olunanlarla bağlı müvafiq olaraq 17 iyul 2021-ci il tarixli, 2200- 040/0xx-xx/003638 nömrəli və 14 avqust 2021-ci il tarixli 2200-040/0xx-xx/004099 nömrəli rəy məktubları təqdim edilmişdir. Cavabdeh tərəfindən hansı qanunvericiliyin imperativ normasına əməl olunmadığı, iddiaçının hüquqlarına qarşı hansı qanunsuz hərəkətlərə yol verildiyi iddia ərizəsində öz əksini tapmamış və əsaslandırılmamışdır. Belə ki, avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Dövlət Gömrük Komitəsinin X10 İdarəsi tərəfindən aparılmır və həmçinin gömrük rəsmiləşdirilməsi mövcud olmadığı halda, cavabdeh tərəfindən avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasından imtina edilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Dövlət Gömrük Komitəsinin X10 İdarəsi gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanı deyil, Dövlət Gömrük Komitəsinin X10 İdarəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “100/008” nömrəli “10 sentyabr” 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə xx.xx.2012-ci il tarixdə daxil edilmiş qeydiyyat nömrəsi **********0008 olan və xx.xx.2012-ci il tarixdə qüvvəyə minən “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin X10 İdarəsi haqqında Əsasnamə”yə əsasən gömrük ekspertizalarını keçirən Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumdur. Qeyd olunan avtonəqliyyat vasitələrinin İddiaçı tərəfindən gömrük rəsmiləşdirilməsi üçün bəyan edilməsi həyata keçirilməyib. Belə ki, etibarnamə əsasında Azərbaycan Respublikası ərazisinə 14 iyul 2021 -ci il tarixində gətirilən 4 ədəd buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan “Nissan Tiida” markalı avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarının tələblərinə uyğun olması barədə “X1 alınması üçün həmin avtonəqliyyat vasitələrinə aid sənədlər İddiaçı tərəfindən Dövlət Gömrük Komitəsinin X10 İdarəsinə təqdim olunmuşdur. Gömrük orqanlarına gömrük rəsmiləşdirilməsi üçün bəyanedilmə bu mərhələdən sonra, yəni avtonəqliyyat vasitələrinin Avro - 4 ekoloji normalarının tələblərinə uyğun olması barədə “X2” alındıqdan sonra avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə ixtisaslaşmış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin struktur qurumu olan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində mümkün olur. İddia ərizəsində qeyd olunan iddia tələbinin "hüquqi xidmətə görə 1000 manat və məhkəmə xərcləri 50 manat, cəmi 1050 manat məbləğin cavabdeh Dövlət Gömrük Komitəsindən tutulmaqla, iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar bildirilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 48.8-ci maddəsinə əsasən şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Amma bu o demək deyil ki, cavabdeh orqanın təqsiri olmamasına baxmayaraq, iddiaçının çəkdiyi vəkil xidmətlərinin xərcləri öz mövqeyini haqlı olaraq müdafiə edən inzibati orqanın üzərinə qoyulmalı və iddiaçının şəxsi mövqeyinə görə maddi zərər kimi qəbul edilməlidir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən qabaq müvafiq ərizə ilə inzibati orqana, yəni Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə ərizə ilə müraciət edərək, ərizəsində “Dövlət Gömrük Komitəsinin X10 idarəsinin rəis müavini barəsində öz iradını bildirmişdir. Lakin qeyd olunan ərizədəki tələbdən fərqli olaraq, İddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə təqdim edilən iddia ərizəsində Dövlət Gömrük Komitəsinə qarşı fərqli iddia tələbləri irəli sürülmüşdür. Həmçinin İddiaçı tərəfindən Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə təqdim edilən iddia ərizəsində 7 ədəd avtonəqliyyat vasitələrinin X1 verilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehin üzərinə qoyulması göstərilsə də, iddiaçının Bakı İnzibati Məhkəməsindən əvvəl Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində tələbi isə xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında onun adına ölkəyə daxil olan 4 ədəd avtonəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartının tələblərinə uyğunluğu məsələsi ilə bağlı rəy verilməsindən ibarət olmuşdur. Həmçinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrdə qeyd olunanlar əsassızdır, işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır. Qeyd olunan iddia tələbinin “həmin avtonəqliyyat vasitələrinin dayanacaqda məcburi saxlanılması üçün gündəlik 10 manat olmaqla qərar icra olunan günədək ödəniş haqqı miqdarında iddiaçılar X15, X7, X20 və X4 dəymiş maddi zərərin cavabdehdən tutulması və müvafiq olaraq iddiaçılara ödənilməsi” hissəsi ilə bağlı bildirilmişdir ki, müstəqil təsərrüfat subyektləri olan avtodayanacaq terminalları tərəfindən haqq alınması ilə bağlı ödənişlər gömrük orqanları tərəfindən alınmır, alınan vəsait Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına keçirilmir. Həmçinin qeyd olunan yığımlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarında nəzərdə tutulmuş gömrük yığımlarına aid deyildir. Eyni zamanda İddiaçı və digərlərinə məxsus avtonəqliyyat vasitələrinin müəyyən dövr ərzində saxlanıldığı avtonəqliyyat terminalı Dövlət Gömrük Komitəsinin strukturuna daxil deyil. Qeyd olunan avtonəqliyyat terminalı Dövlət Gömrük Komitəsinin struktur vahidi olmadığı üçün terminal xərcləri ilə bağlı ödənilən məbləğlərin qaytarılması vəzifəsi Komitənin üzərinə qoyula bilməz. Qeyd olunan avtodayanacaq terminalında göstərilən xidmətlərə görə alınan haqq həmin yerdə fəaliyyət göstərən müstəqil təsərrüfat subyektləri tərəfindən sərbəst olaraq müəyyən edilir və bu xidmət haqqları dövlət tərəfindən tənzimlənən qiymət və tariflərin siyahısına daxil edilməmişdir. Avtonəqliyyat vasitələrinin terminalda saxlanması ilə əlaqədar göstərilən xidmətlərin növü, dəyəri və ödənişlərin alınması terminal tərəfindən tənzimlənir və həyata keçirilir. Bu səbəbdən də, göstərilmiş xidmətlərə görə alınan haqq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq gömrük idarəsində alınmadığından və alınan vəsait Komitənin hesabına keçirilmədiyindən ödənilmiş məbləğin geri qaytarılması gömrük orqanlarının səlahiyyətləri xaricindədir. İddiaçılar avtonəqliyyat vasitələrinin yararsız vəziyyətə düşməsi barədə hər hansı bir sübut, dəlil məhkəməyə təqdim etməmiş, yalnız öz subyektiv fikir və mülahizələrinə əsaslanmışdır. Cavabdeh orqanın təqsiri olmamasına baxmayaraq, iddiaçının çəkdiyi vəkil xidmətlərinin xərcləri öz mövqeyini haqlı olaraq müdafiə edən inzibati orqanın üzərinə qoyulması və iddiaçıların şəxsi mövqeyinə görə maddi zərər kimi qəbul edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materillarından müəyyən olunur ki, İddiaçı ona verilmiş etibarnamə əsasında Azərbaycan Respublikasına 7 ədəd ‘'Nissan Tiida" markalı, istehsal tarixi 2010cu il, şassi nömrəsi C11365643, C11401694, C11356451, C11354424, C11407617, C11404457, C11357050 olan nəqliyyat vasitəsi idxal etmiş, həmin nəqliyyat vasitələrinə X2 verilməsi üçün X10 İdarəsinə müraciət etmişdir. İdarə məsələ ilə bağlı "xxxx" MMC-yə məktub ünvanlamış və Yaponiyanın “Nissan” firmasının təmsilçisi olduğuna görə respublikaya idxal edilmiş 4 ədəd “Nissan Tiida" markalı, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050, buraxılış ili 2010 olan nəqliyyat vasitələrinin AVRO 4 Ekoloji Standartına uyğun olmasına dair istehsalçıya verilən sorğu əsasında alınmış cavab üzrə məlumatlandırılması xahiş olunmuşdur. İdarənin məktubuna "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə cavab verilmiş və məktubda göstərilmişdir ki, mövcud sorğu istehsalçının region üzrə idarəetmə mərkəzinə yönləndirilmiş, həmin mərkəzdən alınmış cavaba görə sözügedən 4 ədəd Nissan Tiida markalı, şassi nömrələri C11354424, C11407617, C11404457, C1 ******* buraxılış ili 2010 olan nəqliyyat vasitələri onların nəzarətində olan region ölkələrinə aid avtomobillər olmadığına görə, həmin avtomobillərin AVRO 4 Ekoloji Standartına uyğunluq testindən keçirilib- keçirilməməsi haqda məlumat yoxdur. Bundan sonra xx.xx.2021-ci il tarixdə İdarə İddiaçı 2200-040/0xx-xx/003638 tarixli məktub ünvalanmış və göstərmişdir ki, idxal olunmuş 4 ədəd “Nissan Tiida" markalı, istehsal tarixi 2010-cu il, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan nəqliyyat vasitələrinin təqdim olunmuş sənədlərinin araşdırılması nəticəsində müəyyən olundu ki, nəqliyyat vasitəsi AVRO 4 Ekoloji Standartına uyğun deyil və bu səbəbdən nəqliyyat vasitəsinə müsbət rəyin verilməsi mümkün deyil. Məlumat üçün bildirilmişdir ki, Yaponiya 2011-ci ildə AVRO 4 Ekoloji Standartına keçmişdir. İdarə xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanlanmış 2200-040/0xx-xx/004099 nömrəli məktubda digər 3 ədəd ‘'Nissan Tiida" markalı, istehsal tarixi 2010-cu il, şassi nömrəsi C11365643, C11401694, C11356451 olan nəqliyyat vasitəsi ilə bağlı eyni məsələləri qeyd etmiş və nəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartına uyğun olmaması səbəbindən müsbət rəyi verməkdən imtina etmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək, ölkəyə gətirdiyi 4 ədəd avtomobilin buraxılmasına maneə yaradıldığını bildirməklə, məsələnin həll edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının bu müraciətini 1000-130/1xx-xx/012688 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavablandırmış və göstərmişdir ki, müraciət aidiyyəti üzrə X10 İdarəsinə göndərilmiş və həmin İdarə bildirmişdir ki, etibarnamə əsasında İddiaçı adına ölkəyə daxil olan 4 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan nəqliyyat vasitələrinin Avro 4 Ekoloji Standartına uyğun olub-olmamasına dair X10 İdarəsi tərəfindən 2200-040/0xx-xx/001212 saylı, 2200-040/0xx-xx/001213 saylı, xx.xx.2021-ci il tarixli və 2200-040/0xx-xx/001282 saylı, xx.xx.2021-ci il tarixli sorğular ilə "xxxx" MMC-yə müraciət edilmiş və şirkətdən X10 İdarəsinə daxil olmuş 50 və 51 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları əsasında müəyyən olunmuşdur ki, idxal olunan bu nəqliyyat vasitələri Yaponiyanın daxili bazarı üçün istehsal olunduğu və şirkətin əhatə dairəsinə daxil olan region ölkələrinə aid olmadığı üçün sözügedən nəqliyyat vasitələri Avro 4 Ekoloji Standartının tələblərinə cavab vermir. Məhz bu səbəbdən rəsmiləşdirilmədən imtina olunmuşdur. Belə ki, 2011-ci ildən öncə Yaponiyada istehsal olunan nəqliyyat vasitələri Avro 4 Ekoloji Standartına uyğun deyil. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tərəfindən carı il ərzində ölkəyə 30 ədəddən çox müxtəlif markalı minik nəqliyyat vasitələri idxal olunaraq optimal müddətdə gömrük rəsmiləşdirilməsi həyata keçirilmişdir. İddiaçı eyni zamanda iş məhkəmə icraatında olarkən ərizə ilə cavabdehə müraciət edərək,Yapon istehsalı olan. 7 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, katiqoriyası M1-B703, şassi nömrələri C********. C11407617, C11404457, C11357050, C********. C11401694, C11355451 olan avtonəqliyyat vasitələrinin məcburi qaydada dayanacaqda saxlanıldığı müddət ərzində, hər bir avtomobilə görə gündəlik 10 manat dayanacaq haqqı miqdarında; eləcə də dayanacaqda saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayn-ayrılıqda dəymiş 500 manat, toplam 3500 (500x7) manat maddi ziyanın və 10 000 manat mənəvi ziyanın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ya tabeçilikdə işləyən bu işə məsul olan əməkdaşları tərəfindən ödənilməsinin təmin edilməsini xahiş etmişdir. X16 İdarəsi xx.xx.2021-ci il tarixdə 2200-011/0xx-xx/005965 nömrəli məktubla cavabdehdən daxil olmuş bu müraciət cavablandırmış və göstərmişdir ki, etibarnamə əsasında vətəndaş İddiaçı adına ölkəyə daxil olan 4 ədəd Nissan Tiida markalı buraxılış ili 2010-cu il, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050 olan nəqliyyat vasitələrinin AVRO 4 Ekoloji Standartına uyğun olub-olmamasını müəyyən etmək üçün Nurgun Motors MMC-yə müraciət edilmişdir. Müraciətə cavab olaraq Nurgün Motors MMC bu nəqliyyat vasitələrinin nəzarətində olan region ölkələrinə aid avtomobillər olmadığına görə həmin avtomobillərin AVRO 4 Ekoloji Standartına uyğunluq testindən keçirilib-keçirilməməsi haqqında məlumatın olmadığı qeyd edilmişdir. Yaponiya 2011-ci ildə AVRO Ekoloji Standartına keçdiyinə görə, 2011-ci ildən öncə Yaponiyada istehsal olan nəqliyyat vasitələri AVRO 4 Ekoloji Standartına uyğun deyil. Vətəndaş İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən ölkəmizə 23 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il olan nəqliyyat vasitələri gətirilib və rəsmiləşdirilmişdir. İddiaçılar hazırda cavabdedin onun tələbinə verdiyi imtinanı mübahisələndirərək hazırkı iddianı qaldırmışlar. Məhkəməyə təqdim edilmiş sonuncu iddianın dəqiqləşdirilməsi barədə ərizəyə əsasən iddia tələbləri aşağıdakılardan ibarətdir: İ tələb - 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitəsinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməməsinə yönəlmiş hərəkətlərinin (hərəkətsizliyinin) əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq (ayrı-ayrılıqda), həmin avtonəqliyyat vasitələrinə X1 verilməsi; İİ tələb - 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsindən imtinasının əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq (ayrı-ayrılıqda), həmin avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi; İİİ tələb - avtonəqliyyat vasitələrinin iddiaçılara təhvil verilməsi; İV tələb - 7 ədəd avtonəqliyyat vasitələrinin dayanacaqda məcburi saxlanılması üçün gündəlik 10 manat və ya tələb olunan dəyərində, qərar icra olunan günədək ödəniş haqqı miqdarında, iddiaçılara dəymiş maddi zərərin, eləcə də dayanacaqda məcburi saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda dəymiş 500 manat maddi ziyanın, eləcə də hər bir avtonəqliyyat vasitələrinin sahibinə, 2500 manat (toplam 10 000) mənəvi ziyanın ödənilməsi; V tələb - hüquqi xidmətə görə 1400 manatdan və məhkəmə xərcləri 50 manatın cavabdehdən tutularaq iddiaçılara ödənilməsi; Vİ tələb - cavabdehin vəzifəli şəxlərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməsi şübhəli olduğundan, onlar barəsində xüsusi qərardad çıxarmaqla prokurara xəbər verilməsi. İ tələb üzrə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 aprel 2014-cü il tarixli 049 saylı əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının sertifikatlaşdırma sistemi. Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası - AZS ***-**** dövlət standartının 1-ci hissəsinə əsasən həmin standart ümumi istifadədə olan yol şəbəkəsində istismar üçün nəzərdə tutulan təkərli nəqliyyat vasitələrinin, onların avadanlıq və hissələrinin (həmçinin təkərli nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin) – yük və minik avtomobillərinin, avtobusların, xüsusi nəqliyyat vasitələrinin, qəza və operativ xidməti nəqliyyat vasitələrinin, trolleybusların, elektromobillərin, motosikletlərin, motorollerlərin, mopedlərin, motovelosipedlərin, mokiklərin, qoşqu və yarımqoşquların (bundan sonra nəqliyyat vasitələri∗) məcburi sertifikatlaşdırma və tipinin təsdiqi qaydalarını müəyyən edir. Standarta əsasən: - Nəqliyyat vasitəsinin tipinin təsdiqi – lazımi tərzdə eyniləşdirilmiş nəqliyyat vasitəsinin Azərbaycan Respublikasında qəbul olunmuş təkərli nəqliyyat vasitələrinin, onların avadanlıq və hissələrinin sertifikatlaşdırılması üçün məcburi olan texniki tələblər siyahısına uyğunluğuna zəruri əminliyin təmin edildiyini müəyyən edilmiş prosedurlara əsasən təsdiq edən sənəd. Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqi haqqında sənəd - lazımi tərzdə eyniləşdirilmiş nəqliyyat vasitəsinin, onun avadanlıq və hissələrinin konkret AZS ECE qaydalarına uyğunluğuna zəruri əminliyin təmin edildiyini sübuta yetirən üçüncü tərəfin fəaliyyəti. Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqinə dair bildiriş – lazımi tərzdə eyniləşdirilmiş təkərli nəqliyyat vasitəsinin, onun avadanlıq və hissələrinin müəyyən AZS ECE qaydalarına uyğunluğuna zəruri əminliyin təmin edildiyini göstərən və 1958-ci il Cenevrə Sazişinin qaydalarına uyğun verilmiş sənəd. - 5.1 Nəqliyyat vasitələrinin, onların avadanlıq və hissələrinin sertifikatlaşdırılması zamanı Azərbaycan Respublikasında qüvvədə olan sertifikatlaşdırılan məhsula dair normativ sənədlərdən və AZS ECE qaydalarından istifadə edilir. Sertifikatlaşdırma nəticələrinin tanınması zamanı isə ekvivalent və müqayisə olunan Avropa İttifaqının direktivlərindən və reqlamentlərindən (bundan sonra - Aİ direktivləri və reqlamentləri) istifadə edilir. - 5.2 Azərbaycan Respublikasına sərbəst dövriyyəyə buraxılması məqsədilə kiçik partiyalarla və ya tək nümunədə idxal olunan nəqliyyat vasitələrinin bu standarta uyğunluğu sertifikatlaşdırma orqanı tərəfindən verilən uyğunluq sertifikatı ilə təsdiqlənir. - 6.4.2 Sifariş baxılmaq üçün qəbul edildikdə, sertifikatlaşdırma orqanı təqdim olunmuş sənəd və materialların ekspertizasını aparır. Ekspertizanın nəticəsi müsbət olduğu təqdirdə sertifikatlaşdırma orqanı sifarişçiyə uyğunluq sertifikatı və ya “Nəqliyyat vasitəsinin tipinin təsdiqi haqqında sənəd” təqdim edir. - 7.1 İstehsal olunan məhsulun sertifikatlaşdırılmış nümunəyə və müvafiq NS-in tələblərinə uyğun olunmasına əmin olmaq məqsədilə uyğunluq sertifikatı, «Nəqliyyat vasitəsinin tipinin rəsmi təsdiqinə dair bildirişi», «Nəqliyyat vasitəsinin tipinin təsdiqi» haqqında sənədi verən sertifikatlaşdırma orqanı sertifikatlaşdırılan məhsulun inspeksiya nəzarətini həyata keçirir - Standartın Əlavə A-da məcburi olan Təkərli nəqliyyat vasitələrinin, onların qurğu və hissələrinin sertifikatlaşdırılması zamanı tətbiq olunan sertifikatlaşdırma sxemləri öz əksini tapmışdır. Həmin sxemin 9-cu hissəsində nəzərədə tutulmuşdur ki, Fərdi məhsullar üçün, həmçinin kiçik məhsul partiyaları üçün, məcburi sertifikasiya olunmalı, eyni zamanda müəssisənin şəxsi ehtiyacları üçün əldə olunan, əgər tələb olunan məhsulun təhlükəsizliyi Azərbaycan Respublikasının uyğunluğun təsdiq edilməsinin Milli sistemində nəzərdə tutulmuş sənədlər ilə təsdiq edilir. - Sertifikasiya üzrə orqan uyğunluq haqqında bəyannaməni nəzərdən keçirir. Ərizəçi tərəfindən verilmiş sənədlərin təhlilini aparır. Məhsulun eyniləşdirilməsini aparır. Ərizəçiyə uyğunluq sertifikatını və ya “Nəqliyyat vasitəsinin tipinin təsdiq edilməsi haqqında sənədi” verir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avro-4 ekoloji normalarına uyğunlaşdırılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilmişdir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xx.xx.2012-ci il tarixli 64 nömrəli əmri ilə təsdiq edilmiş “Yol nəqliyyatı. Ekoloji siniflər” AZS ***-**** dövlət standartına əsasən -3.2. tullantı – nəqliyyat vasitələrinin işlənmiş qazlarında olan atmosfer havasına atılan çirkləndirci maddələrdir. -3.4. ekoloji sinif – nəqliyyat vasitəsinin konstruksiyasına görə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitəsini xarakterizə edən təsnifat kodudur. - 4.1. konstruksiya ilə nəzərdə tutulmuş tullantıların səviyyəsindən asılı olaraq nəqliyyat vasitələri 6 ekoloji siniflərə bölünür. - 4.4. 4-cü ekoloji sinifə (Avro 4) tullantıların hədd səviyyəsi 3-cü cədvəldə göstərilən texniki normativ hüquqi aktların tələblərinə uyğun olan M və N kateqoriyalı nəqliyyat vasitələrinə aid edilir. Standarta əlavə edilən Cədvəl 3-də 4-cü ekoloji sinifə (Avro 4) aid olan nəqliyyat vasitələrinin tullantılarının səviyyəsini təyin edən texniki normativ hüquqi aktların siyahısı təsdiq edilmişdir, bu aktlar “Məcburi” olaraq qiymətləndirilmişdir. Həmin Siyahıda normativ hüquqi aktlar olaraq AZS ECE-49-2012 - Sıxılmadan alışdırma prinsipi ilə və təbii qazla, həmçinin sıxılmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərin və sıxılmada alışdırma prinsipi ilə və təbii qazla və zərərli maddələrin atılması baxımından sıxılmış neft qazı ilə işləyən, məcburi alışdırma sisteminə malik olan mühərriklərə təchiz edilmiş nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər və AZS ECE-83-2012 -Mühərrik üçün lazım olan yanacaqdan asılı olaraq zərərli maddələrin atılması baxımından nəqliyyat vasitələrinin sertifikatlaşdırılmasına dair vahid göstərişlər nəzərdə tutulmuşdur. Məcburi xarakter daşıyan cədvəldən görünür ki, nəqliyyat vasitəsinin 4-cü ekoloji sinifə aid olan nəqliyyat vasitəsi olması üçün onun mühərrikinin benzin, sıxılmış təbii qaz, mayeləşmiş karbohidrogen qazı üzrə tələb olunan normalar konkret göstərilmiş, nəqliyyat vasitəsinin mühərrikinin həmin normalara cavab verdiyi təqdirdə 4-cü ekoloji sinifə uyğun olması müəyyən edilmişdir. Məsələn, M1 kateqoriya nəqliyyat vasitəsinin 4-cü ekoloji sinifə aid olması üçün onun benzin üzrə atmosferə atılan maddələrin normaları AZS ECE 83 standarı ilə təsdiq edilən göstərişin 5.3.1.4-cü bəndinə uyğun olmalıdır (həmin bəndə əsasən 5.3.1.5-ci bəndin tələbinə uyğun olaraq sınaq 3 dəfə təkrarlanmalı, qaz tullantılarının maxsimal həddi həmin bənddə göstərilən cədvəl 1-də verilən normalara uyğun olmalıdır). Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: 65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər. 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir. 325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır. İşdən görünür ki, cavabdeh iddiaçılar tərəfindən idxal edilmiş nəqliyyat vasitələrinin yuxarıda istinad olunan standarta uyğun olaraq 4-cü ekoloji sinifə uyğun olmasının müəyyən edilməsi məqsədilə X10 İdarəsinə təqdim etmiş, İdarə nəqliyyat vasitəsinin 4-cü ekoloji sinifə aid olmadığını müəyyənləşdirərək iddiaçılara imtina cavabı vermişdir. Lazımi tərzdə eyniləşdirilmiş təkərli nəqliyyat vasitəsinin, onun avadanlıq və hissələrinin müəyyən müvafiq qaydalara uyğunluğunu müəyyən edən X2 sonrakı gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün zəruri olan sənəd olduğundan və şəxsə münasibətdə hüquqi nəticə yaratdığından (həmin sənəd olmadan gömrük rəsmiləşdirilməsi mümkünszdür) məhkəmə həmin şəhadətnaməni inzibati akt olaraq qəbul edir və hesab edir ki, iddiaçıların bu tələbi məcburetmə haqqında iddiaya aiddir. İddiaçılar barəsində qəbul ediləcək bu aktlar onlara əlavə hüquq verdiyinə görə onların hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüquqları mövcuddur. İddiaçılar hazırkı tələblə məhkəməyədək cavabdehə müraciət etmiş, imtina cavabı aldıqdan sonra 30 gün müddətində məhkəmədə iddia qaldırmışlar. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə bir neçə iddiaçı olsa da, onların tələbləri eyni faktiki və hüquqi əsaslara söykənir. Belə ki, iddiaçıların adından cavabdeh orqana nümayəndələri İddiaçı müraciət etmiş, cavabdeh vahid məktubla həmin nəqliyyat vasitələrinə münasibət bildirmiş, iminasının əsası eyni olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə mümkünlük şərtlərinə cavab verir. İddianın əsaslılığına gəldikə, yuxarıda istinad olunan işin hallarından müəyyən olunur ki, cavabdehin tabeliyində olan X10 İdarəsi iddiaçılar tərəfindən idxal edilmiş nəqliyyat vasitələrinin 4-cü ekoloji sinifə aid olmasının müəyyənləşdirilməsi üçün bu sahədə təsdiq edilmiş aidiyyəti dövlət standartının “məcburi” kimi müəyyən etdiyi Cədvəl 3-dəki normativ aktlara uyğunluğunu müəyyən etmək üçün hər hansı bir ekspertiza aparmamış, Yaponiya istehsalı olan avtomobillərin 2011-ci ildən sonra 4-cü ekoloji sinifə aid edilməsi, iddiaçıların idxal etdiyi Yaponiya istesalı olan nəqliyyat vasitələrinin isə 2010-cu il buraxılışlı olması əsası ilə X2 verməkdən imtina etmişdir. Lakin cavabdehin istinad etdiyi bu hal “Yol nəqliyyatı. Ekoloji siniflər” AZS ***-**** dövlət standartının Əlavə C (Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu) hissəsində nəzərdə tutulmuş, həmin Əlavə tövsiyə xarakteri daşımışdır. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, nəqliyyat vasitələri idxal olunduqdan sonra onlara məcburi sertifikatlaşdırma və tipinin təsdiqi tətbiq edilir. Nəqliyyat vasitəsinin tipi təsdiq edilərkən onun aid olduğu ekoloji sinfi də müəyyənləşdirilməlidir. Nəqliyyat vasitəsinin aid olduğu ekoloji sinfin müəyyənləşdirilməsində məqsəd, nəqliyyat vasitəsi işlədikcə onun mühərrikində olan işlənmiş qazların atmosferə hansı səviyyədə çirkləndirici maddə buraxdığını müəyyən etmək və buna uyğun sinifləşdirməkdir. İstinad olunan dövlət standartından da müəyyən olunur ki, yalnız avtomobilin buraxılış ili əsas götürülməklə bu halın müəyyənləşdirilməsi qeyri-mümkündür. Qanunverici məhz bu hala görə gömrük ekspertizasının keçirilməsini nəzərdə tutmuş, müvafiq tədqiqat aparılmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin istinad etdiyi standartın məcburi tələblərində göstərilən normativ hüquqi aktlara uyğun hər hansı bir dəyərləndirmə aparmadan yalnız tövsiyə olunan normalara istinad edərək iddiaçılara imtina cavabı verməsi əsaslı olmamışdır. O da qeyd edilməlidir ki, müvafiq dövlət orqanları və cavabdehin özü tərəfindən verilmiş məlumatlara əsasən cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli qərarı təsdiq edildikdən sonra Yaponiya istehsalı olan 2010-cu il buraxılışlı Nissan Tiida markalı 71 ədəd nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Göründüyü kimi, cavabdeh iddiaçı barəsində əlverişli inzibati akt qəbul etməkdən imtina edərkən bərabərlik prinsipini pozmaqla öz inzibati praktikasına zidd qərar qəbul etmiş və bu zaman tam inzibati icraat aparmaqla zəruri araşdırmanı həyata keçirməmiş və fərqli qərar qəbul etməsini əsaslandırmamışdır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, inzibati orqan işin faktiki hallarını kifayət qədər araşdırmadan qərar qəbul etdiyi hallarda məhkəmə işin faktiki hallarını tam araşdırılmalıdır. Lakin məhkəmə proses çərçivəsində digər, zəruri araşdırmaları özü həyata keçirmək iqtidarında olmadıqda, məsələn, məhkəmənin inzibati orqanın əvəzinə aparmalı olduğu araşdırma xeyli vaxt tələb etdikdə, məhkəmə işi araşdırılması üçün inzibati orqana geri göndərə bilər. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparmaqla inzibati orqanın yerinə onun işini görən orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarını təmin etməkdən ibarətdir. İPM-in 73.3.3-cü maddəsində də göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Hazırkı halda cavabdeh hər hansı bir ekspertiza keçirmədən, zəruri inzibati araşdırma aparmadan iddiaçıların tələblərini təmin etməkdən imtina etdiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, məhkəmənin mövqeyi nəzərə alınaraq zəruri inzibati araşdırma aparıldıqdan sonra iddiaçıların müraciətinə qiymət verilməlidir. İİ tələb üzrə Azərbaycan Respublikası Gömrük Məcələsinin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2002-ci il tarixli 062 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin nümunəvi Qaydaları”na əsasən: - 1.2. Bu Qaydalar fiziki və hüquqi şəxslər tərəfindən (fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mal və nəqliyyat vasitələrinin gətirilməsi və aparılması istisna edilir) Azərbaycan Respublikası gömrük ərazisinə gətirilən, həmçinin bu ərazidən aparılan mallar və nəqliyyat vasitələri üzərində gömrük orqanları tərəfindən həyata keçirilən gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin mərhələlərinin ardıcıllığını müəyyən edir. - 1.3. Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, gömrük işi üzrə Azərbaycan Respublikasının qanunvericilik aktları, o cümlədən Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktları ilə müəyyən edilmiş qaydada gömrük orqanlarının yerləşdiyi yerlərdə və Dövlət Gömrük Komitəsinin normativ hüquqi aktları ilə müəyyən edilmiş yerlərdə gömrük orqanları tərəfindən həyata keçirilir. - 2. Malların və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsi və müəyyən gömrük rejimi altında yerləşdirilməsinə qədər gömrük işinə dair keçirilən bütün hərəkətlər ilkin əməliyyatlar hesab olunur. - 2.1. İlkin əməliyyatların əsas məqsədi - mal və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinin və onların müəyyən gömrük rejimi altında yerləşdirilməsinin asanlaşdırılmasına və surətləndirilməsinə xidmət edir. Həmin əməliyyatlar əsas gömrük rəsmiləşdirilməsi icraatına qədər aparılır və hazırlıq mərhələsi hesab edilir. - İlkin əməliyyatlar zamanı gömrük orqanının vəzifəli şəxsləri aşağıda göstərilən əməliyyatları həyata keçirirlər: - - Azərbaycan Respublikasının gömrük sərhədindən mal və nəqliyyat vasitələrinin keçirilməsi və ya mal və nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılması barədə gömrük orqanlarına şəxslər tərəfindən verilən məlumatların qəbulu; - - gömrük nəzarətinə təqdim edilən mal və nəqliyyat vasitələrinin və onlara aid sənədlərin qəbulu; - - malların, nəqliyyat vasitələrinin və onlara dair sənədlərin gömrük məqsədləri üçün eyniləşdirilməsinin aparılması: - - gömrük nəzarəti altında malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının müəyyən etdiyi yerlərə çatdırılması üçün tədbirlərin həyata keçirilməsi; - - mal və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarına yerləşdirilməsinə gömrük nəzarətinin təmin edilməsi; - - mal və nəqliyyat vasitələrinin müvəqqəti saxlanc anbarlarına yerləşdirilməsini təsdiq edən sənədlərini və ya qısa bəyannamənin qəbulu; - - mallardan prob və nümunələrin götürülməsi, mallar barədə səlahiyyəti olan şəxslər, onların nümayəndələri və digər dövlət nəzarət orqanları tərəfindən prob və nümunələrin götürülməsinə nəzarət; - - mal və nəqliyyat vasitələrinin çatdırıldığı yerlərdə və müvəqqəti saxlanc anbarlarında malların saxlanılması şərtlərinə riayət edilməsinə nəzarət; - - məlumatların və rəsmiləşdirilmiş sənədlərin əsas gömrük rəsmiləşdirilməsini aparan əməkdaşlara verilməsi, müvafiq qaydada sənədlərin və məlumatların hazırlanıb gömrük orqanının aidiyyəti bölmələrinə verilməsi; - - əsas gömrük rəsmiləşdirilməsinin asanlaşdırılmasına və tezləşdirilməsinə yönəldilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin normativ-hüquqi aktları ilə nəzərdə tutulan digər əməliyyatlar. - İlkin əməliyyatlar zamanı təqdim olunan sənədlərdə məlumatların düzgünlüyünə və tamlığına görə malları gömrük orqanına bəyan edən şəxs (mal sahibi, onun səlahiyyətli nümayəndəsi və yaxud daşıyıcı) qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. - 3. Əsas gömrük rəsmiləşdirilməsinin məqsədi - mal və nəqliyyat vasitələrinin müəyyən gömrük rejimi altında yerləşdirilməsidir. Mal və nəqliyyat vasitələrinin əsas gömrük rəsmiləşdirilməsinə aşağıdakı mərhələlər daxil edilir: - a) yük gömrük bəyannamələrinin qəbulu, qeydiyyatı və uçotu; - b) seçilmiş gömrük rejiminin tələblərinə riayət edilməsinə nəzarət; - c) Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına (bundan sonra - XİF MN) uyğun olaraq malların kodunun və mənşə ölkəsinin müəyyənləşdirilməsinin düzgünlüyü, məhdudiyyət və qadağalar üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə riayət edilməsinə nəzarət; - d) valyuta nəzarəti və gömrük dəyərinin müəyyən edilməsinə nəzarət; - e) gömrük ödənişlərinə nəzarət; - f) gömrük baxışı və malların buraxılması. İşin hallarından görünür ki, iddiaçılar tərəfindən idxal edilən nəqliyyat vasitələri ilə bağlı ilkin əməliyyatlar həyata keçirilmiş, gömrük orqanları tərəfindən məlumatlar, gömrük nəzarətinə təqdim edilən nəqliyyat vasitələri və onlara aid sənədlər qəbul edilmiş, nəqliyyat vasitələri və onlara dair sənədlərin gömrük məqsədləri üçün eyniləşdirilməsinin aparılması məqsədilə müvafiq hərəkətlər edilmişdir. Lakin nəqliyyat vasitələrinə X2 verilməsindən imtina olunduğundan əsas gömrük rəsmiləşdirilməsinə keçilməmiş, yəni iddiaçılar həmin mallarla bağlı gömrük bəyannamələri təqdim etməmiş, mallar müvafiq gömrük proseduru altında yerləşdirilməmişdir. Belə olan halda aydın olur ki, iddiaçıların bu tələbi birinci tələbin müsbət həllindən asılıdır. Lakin ilkin tələb üzrə cavabdeh tərəfindən araşdırma tam aparılmadığından və buna görə də məhkəmə tərəfindən tələbin təmininə yönəlmiş müsbət qərarın qəbulu mümkün olmadığından iddiaçının cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi məzmununda tələbinin təmin olunması istisna edilir. İİİ tələb üzrə: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 83.1.2. məhv edilənədək; 83.1.3. dövlətin xeyrinə imtina olunanadək; 83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Göründüyü kimi, nəqliyyat vasitələrinin təhvil verilməsi, yəni buraxılışı yalnız gömrük rəsmiləşdirilməsi yekunlaşdıqdan sonra mümkün olduğundan və hazırkı iş üzrə bu hallar mövcud olmadığından iddiaçıların bu tələbləri də təmin oluna bilməz. İV tələb üzrə: Kompensasiya ödənilməsi ilə bağlı iddiaçıların tələbinə gəldikdə, məhkəmə qeyd edir ki, bu tələb üzrə əsas mümkünlük şərti hazırkı tələb üzrə ilkin olaraq cavabdeh quruma müraciət edilməsi olmuşdur. İşdən görünür ki, iddiaçılar cavabdehə məhkəmə icraatı gedişində müraciət etmişlər. Prosessual qənaət prinsipinə və cavabdehin imtina cavabı verməklə iddiaçıların bu məzmunda tələbinə artıq öz münasibətini ifadə etdiyinə əsalanan məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də mümkün sayılmalıdır. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, kompensasiya iddiasının təmin edilməsi üçün zərər cavabdehin qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmalıdır. Yəni iddiaçının xahiş etdiyi hərəkətin edilməsi bilavasitə inzibati orqanın fəaliyyətinə aid olmalı, müvafiq qaydada bu məsələ publik hüquqla tənzimlənməli, inzibati orqan qanunvericiliyə əsasən daşıdığı vəzifəsini pozmalı, orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz olmalı, orqanın vəzifə pozuntusu ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin hazırkı iş üzrə bu hallar müəyyən edilmir. Digər tərəfdən işdən nəqliyyat vasitələrinin saxlanması üçün iddiaçıların hansı məbləğdə və kimə ödəniş etməsi müəyyən olunmur. Eyni zamanda nəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünü itirməsi və yararsız vəziyyətə düşməsinə görə maddi ziyan, habelə əlavə olaraq mənəvi ziyan tələb etsələr də, bu tələblərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. V tələb üzrə İPM-in 108.1-ci madəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. İPM-in 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İPM-in 111.2-ci madəsinə əsasən proses iştirakçısının mübahisəni əhəmiyyətsiz hissədə uduzduğu hallarda, prosessual xərcləri tam şəkildə ödəmək vəzifəsi qarşı tərəfin üzərinə qoyula bilər. Sadalanan normaları əsas götürən məhkəmə hesab edir ki, hazırkı halda iş üzrə prosessual xərclər iddiaçıların özlərinə aid edilməlidir. Vİ tələb üzrə: Hazırkı iş üzrə cavabdehin vəzifəli şəxlərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsinə şübhə müəyən edilmədiyindən iddia tələbi bu hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçılar X18, X12, X8 və X3 7 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050, C11365643, C11401694, C11356451 olan avtonəqliyyat vasitəsinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi barədə müraciətləri ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Prosessual xərclər iddiaçıların özlərinə aid edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar