Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2064/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə tələbinə, habelə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Filial) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinin aparatında işlədiyi 7 il 7 ay 2 gün və Müdafiə Sənayesi Nazirliyinin aparatında işlədiyi 12 il 7 ay 20 gün olmaqla, cəmi 20 il 2 ay 22 gün stajının dövlət qulluğu stajı sayılması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Filialın əmək pensiyasının dayandırılması haqqında **********7 nömrəli xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması və əmək pensiyasının ödənilməsinin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 2006-cı ildən şöbə müdiri vəzifəsində işlədiyi Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə öz xahişi ilə 2019-cu ilin iyun ayında işdən azad olunmuş və sənədlərini DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edərək aldığı DİN-nin pensiyasını qanunla nəzərdə tutulmuş qaydada dövlət qulluğu pensiyasına dəyişdirilməsi barədə müraciət etmiş, həmin idarə tərəfindən 20 il 02 ay 22 gün staja müvafiq olaraq dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş və 2021-ci ilin aprel ayı da daxil olmaqla bu pensiya ödənişini almış, lakin may ayından pensiyanın verilməsi dayandırılmışdır. Bununla əlaqədar cavabdehə xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının Daxili İşlər Nazirliyində işlədiyi dövrün qanunvericiliyin tələbləri baxımından dövlət qulluğu stajına daxil edilməsinin mümkünsüz hesab edildiyi göstərilmişdir. Halbuki 7 il 7 ay 2 gün DİN-də, 12 il 7 ay 20 gün Müdafiə Sənayesi aparatında şöbə müdiri vəzifəsində çalışdığı dövr qanunvericiliyə əsasən dövlət qulluğu stajı sayılır. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddiaya yazılı etirazını təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdehin dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur.
2. xx.xx.2022-ci il tarixdə həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı artıq ödənilmiş 24480,61 manat pensiya məbləğinin ondan tutularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № 2-1(112)-10621/2021). Filial tələbini bununla əsaslandırmışdır ki, daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Buna görə də şəxsin Daxili İşlər Nazirliyində işlədiyi dövrün ona 1 iyul 2019-cu il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Cavabdehin dövlət qulluğu stajı 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edilmişdir. Bununla əlaqədar pensiya ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün cavabdehə ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 30 aprel 2021-ci il tarixindən dayandırılmış və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr üçün ona ümumilikdə 37427,86 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 23848 nömrəli iddiaçıya məxsus məlumat vərəqəsinə əsasən Mərkəzi Filial tərəfindən xx.xx.2019-cu il tarixindən hesablanmaqla 22 il 2 ay 16 gün xidmət müddəti üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci və 20.14.1-ci maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyası bərpa edilmiş və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün ümumilikdə 12947,25 manat ödənilməmiş pensiya məbləği hesablanmışdır. Cavabdehə ödənilməmiş 12947,25 manat pensiya məbləği xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi artıq ödənilmiş 37427,86 manat pul vəsaitindən çıxılmaqla ümumilikdə 24480,61 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir və bu barədə yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən razılıq təqdim olunmamışdır. İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli Filial tərəfindən verilmiş iddiaya etirazda göstərmişdir ki, o, 2006-cı ildən şöbə müdiri vəzifəsində işlədiyi Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə öz xahişi ilə 2019-cu ilin iyun ayında işdən azad olunmuş və sənədlərini DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edərək aldığı DİN-nin pensiyasını qanunla nəzərdə tutulmuş qaydada dövlət qulluğu pensiyasına dəyişdirilməsi barədə müraciət etmiş, həmin idarə tərəfindən 20 il 02 ay 22 gün staja müvafiq olaraq dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş və 2021-ci ilin aprel ayı da daxil olmaqla bu pensiyanı almışdır. Göstərilən stajın 07 il 07 ay 02 gün dövrü 1980-1985-ci illər ərzində DİN-nin mərkəzi aparatında rəis heyəti vəzifələrində qulluq etdiyi müddətdir. 2019-cu il 03 iyun tarixində öz xahişi ilə işdən azad olunarkən, “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq Müdafiə Sənayesi Nazirliyində şöbə müdiri olaraq inzibati vəzifə tutmuş, 1991-ci il oktyabr 18-dək dövlət orqanında və 1991-ci il oktyabr 18-dən 1995-ci ilədək “Dövlət qulluğu haqqında” AR Qanunu qüvvəyə minənədək Daxili İşlər Nazirliyinin Aparatında rəis heyəti vəzifələrində qulluq etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-10621/2021 saylı qərardadı ilə məhkəmənin icraatında olan 2-1(112)-9625/2021 saylı və 2-1(112)- 10621/2021 saylı inzibati işlər 2-1(112)-9625/2021 saylı iş üzrə bir icraatda birləşdirilmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil öz iddia ərizəsinə uyğun izahat verdilər və onların verdiyi iddia tələbinin təmin olunması, Filial tərəfindən verilmiş iddianın isə rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi İddiaçı verdiyi iddia tələbini qəbul etməyərək, Filial tərəfindən verilmiş iddianı müdafiə etdi və Filial tərəfindən verilmiş iddianın təmin, İddiaçı iddia tələbinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Filiala qarşı iddiası təmin edilməli, Filialın İddiaçı qarşı iddia tələbi isə rədd edilməlidir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası üzrə məhkəmənin qiymətləndirməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23848 nömrəli hərbi qulluqçunun (xüsusi sütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1995-ci il tarixdə öz xahişi ilə tərxis olunmuş, onun həmin tarixə 22 il 2 ay 16 gün xidmət müddəti mövcud olmuş, İddiaçı xx.xx.1996-cı il tarixdən pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ərizə ilə Filiala müraciət edərək ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialın xx.xx.2019-cu il tarixli **********6 saylı qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-cı maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya məbləği 1193,43 manat müəyyən edilmişdir. Filial xx.xx.2021-ci il tarixdə əmək pensiyasının dayandırılması haqqında **********7 saylı qərar qəbul edərək dövlət qulluqçusu kimi pensiya hüququnun olmamasına görə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasını dayandırmışdır. Filal xx.xx.2021-ci il tarixdə ********** saylı qərarla İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin etmişdir. Filial xx.xx.2021-ci il tarixdə İddiaçı məktub ünvanlayaraq onun dövlət qulluğu stajının 15 ildən az (12 il 7 ay 20 gün (xx.xx.2006 – xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər) təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə ona həmin kateqoriya üzrə 1 iyul 2019-cu il tarixindən əmək pensiyası təyin edildiyini, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində sabiq dövlət qulluqçusu kimi ümumilikdə 24480,61 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığın təqdim edilməsini xahiş etmişdir. İddiaçı hazırda onun barəsində qəbul edilən dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsini və pensiya ödənişinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, Filial xx.xx.2019-cu il tarixdə İddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt İddiaçı əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMF-nin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar qəbul etmədən və hər hansı inzibati akt qəbul etmədən 2021-ci ilin aprel ayından etibarən İddiaçı təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız 4 ay sonra, xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Məhkəmə yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, Filial pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə Filial müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-159/2022 qərarı). İş materiallarından görünür ki, Filial İddiaçı təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, qüvvədə olan aktını ləğv etmədən, pensiya ödənişinin dayandırılması barədə əsaslandırılmış inzibati akt qəbul etmədən, əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə İddiaçı hüquqlarının pozulmasına yol vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Filialın İddiaçı təyin edilmiş dövləttə quluğuna görə əmək pensiyasının dayandırılması barədə qərarı və pensiya ödənişinin verilməməsindən ibarət hərəkəti qanunsuzdur və buna görə də İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” barədə iddiası təmin edilməlidir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” barədə iddiası üzrə məhkəmənin qiymətləndirməsi Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunanlardan aydın olur ki, Filial İddiaçı təyin edilmiş əmək pensiyasını dayandırarkən qanunvericiliyin prosessual hüquq normalarını pozmuş, onun bu hərəkətinin qanuni əsası olmamışdır. Belə olan halda, nə qədər ki, İddiaçı əmək pensiyasının dayandırılması barədə xx.xx.2021-ci il tarixli qərar ləğv edilmiş və ona təyin edilən pensiya ödənişinin bərpa olunması qərara alınmışdır, Filialın İddiaçı hazırkı dövrədək ödənilən pensiya məbləğinin geri qaytarılmasında ibarət iddiası əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının cavabdeh İddiaçı qarşı “İddiaçı artıq ödənilmiş 24480,61 manat pensiya məbləğinin ondan tutularaq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi” barədə iddiası təmin edilməsin. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası təmin edilsin. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli **********7 nömrəli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova