Məhkəmə qərarları › İş №2-1(112)-2064/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2064/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2064/2023 20.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi, mənəvi zərərin, müalicə xərcinin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə əsasən Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmağı ilə bağlı xx.xx.N22-ci il tarixli, 782 ş/h nömrəli əmrin dəyişdirilərək həmin Qanunun 41.0.4. (ştatların ixtisarına görə) maddəsinin əmrdə tətbiq edilməsi vəzifəsinin Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması və cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərə görə N0.000 (yüz min) manat həcmində, müalicə xərclərinin qarşılanması üçün N.000 (on min) manat həcmində və əldən çıxmış fayda qismində 7000 (yeddi) min manat həcmində vəsaitin tutularaq ona ödənilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N14-cü ilin avqust ayında zabit qismində Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmuş, N16-cı ilin may ayında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.1-ci bəndinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. NN-ci ilin oktyabr ayında Vətən müharibəsi zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərliyə çağırılmış və yenidən DSX-də həqiqi hərbi xidmətə cəlb edilərək, hərbi xidmətə qəbulla bağlı təkrar müraciət etmişdir. İxtisasca hüquqşünasdır. Dövlət Sərhəd Xidmətində ixtisasına uyğun olaraq N saylı hərbi hissənin təhqiqat bölməsinin hiiquqşünas-təhqiqatçısı vəzifəsində ədliyyə baş leytenantı hərbi rütbəsində xidmət etmişdir. N21-ci ilin oktyabr ayında heç bir əsas olmadan onu “xidmətdə yol verdiyi nöqsanlara görə” Dövlət Sərhəd Xidməti rəisinin sərancamına götürmüşlər. Lakin nöqsanın nədən ibarət olması barədə heç bir məlumat verilməmiş, bununla bağlı xidməti vərəqədə hər hansı cəzalandırma qeyd edilməmişdir. Əksinə xidməti dövründə rəğbətləndirilmişdir. İddiaçı hesab edir ki, tamamilə böhtan xarakterli olan bu əmrdən sonra 5 ay yarım sərəncamda saxlanılmışdır. Sərəncamda olduğu dövrdə, yəni N21-ci ilin noyabr ayında DSX-də təhqiqatçı vəzifələri ixtisara salındığı üçün N21-ci ilin dekabr ayında ştatların ixtisarı ilə əlaqədar raportla N saylı hərbi hissənin komandirinə müraciət etmiş, lakin müraciəti təmin edilməyərək N22-ci ilin aprel ayında N saylı hərbi hissəyə qeyri-ixtisas üzrə bölük komandirinin müavini vəzifəsinə təyin olunmuş və xidməti yerinə gəlmişdir. İxtisasına uyğun olmayan vəzifəyə təyin olunduğu üçün 2-ci dəfə ştatların ixtisarı ilə ehtiyata buraxılmağı ilə bağlı N saylı hərbi hissə komandirinə raportla müraciət ünvanlamış və müraciətinin qısa zamanda təmin edilməsini xahiş etmişdir. Raportlarının rəsmi olaraq qeydiyyata alınması üçün hərbi hissəyə poçt vasitəsi ilə məktubla göndərsə də həmin müraciətlərinə baxılmamışdır. Daha sonra N nömrəli hərbi hissənin kadrlar bölməsindən xidməti uyğunsuzluğa görə raport yazmalı olduğu bildirilmiş və xx.xx.N22-ci il tarixdə o “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə görə raportla hərbi hissə rəhbərliyinə təkrar müraciət ünvanlamışdır. DSX rəisinin xx.xx.N22-ci il tarixli 782 ş/h nömrəli əmri ilə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Əmr şifahi olaraq ona xx.xx.N22-ci il tarixdə elan edilmiş və həmin tarixdə də təyinat vərəqi təqdim edilmişdir. Ehtiyata buraxılarkən “xidməti uyğunsuzluğa” görə ehtiyata buraxılmağı barədə şifahi məlumat verilmişdir. Xidmətdən buraxılmazdan əvvəl tibbi müayinə üçün hərbi həkim komissiyasında şəhadətləndirilmişdir. Hərbi həkim komissiyasının yerləşdiyi hospitaldan o, AR Neyrocərrahiyə xəstəxanasına MRT cihazında müayinə üçün göndərilmiş və hərbi xidmət dövründə aldığı xəsarət kimi fəqərəarası disklərdə yırtıq, Şmorl düyünləri və protruziyalar aşkar edilmişdir. İddiaçı hesab edir ki, onun hərbi qulluqçu kimi zabit şərəfi, Azərbaycan vətandaşı kimi hüquqlarım ciddi şəkildə pozulmuşdur. Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri qanunsuz əməlləri, müxtəlif hərəkət və hərəkətsizlikləri ilə işgüzar nüfuzuma xələl gətirmiş, bununla da ona maddi və mənəvi zərər vurmuşlar. Onun ştatların ixtisarına görə deyil, məhz xidməti uyğunsuzluqla ehtiyata buraxılmağı tamamilə qanunsuz və əsassızdır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri tərəfindən ona dəymiş mənəvi zərərin miqdarı N0.000 (yüz min) manat həcmindədir. Bundan başqa hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı müalicə xərclərinin qarşılanması üçün N.000 (on min) manat həcmində kompensasiya ödənilməlidir. Həmçinin sərancamda olduğu dövrdə almalı olduğu 13-cü əmək haqqı ona ödənilməmiş və əgər “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.4. (ştatların ixtisarına görə) maddəsi ilə ehtiyata buraxılsa, ona hesablaraq ödənilməli olan son haqq-hesab vəzifə və hərbi rütbə maaşının 5 (beş) misli həcmində olmalı idi. İndiki halda isə bu məbləğ vəzifə və hərbi rütbə maaşının 2 (iki) misli həcmində olacaqdır. Odur ki, əldən çıxmış fayda qismində Dövlət Sərhəd Xidməti tərəfindən 7000 (yeddi) min manat həcmində vəsait ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu X2 Xidmətinə qarşı “əmrin dəyişdirilməsi, vurulmuş mənəvi zərərin, habelə müalicə xərcinin və əldən çıxmış faydanın ödənilməsi” tələbi əsassızdır və təmin olunmamalıdır. Sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N22-ci il tarixli, 782 s/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı N nömrəli hərbi hissədə təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edərkən xidmətində buraxdığı nöqsanlara görə Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. İddiaçı xx.xx.N21-ci il tarixində hərbi hissə rəhbərliyinə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını xahiş etmişdir. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.N21-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı xidmət etmək istəməməsinin səbəbi soruşulduqda o, N21-ci ilin oktyabr ayında sərəncama götürüldüyünü, N21-ci ilin noyabr ayında Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində təhqiqatçı vəzifəsinin ixtisara düşməsi səbəbi ilə əlaqədar olaraq ixtisasına uyğun olmayan vəzifəyə təyin olunduğu üçün Silahlı Qüvvələrin ehtiyatına ştatların ixtisarına müvafiq olaraq buraxılmaq istəyini bildirmişdir. İddiaçı hərbi hissə rəhbərliyi tərəfindən söhbət zamanı izah edilərək bildirilmişdir ki, o, DSX rəisinin xx.xx.N21-ci il tarixli əmri ilə xidmətində buraxdığı nöqsanlara görə DSX rəisinin sərəncamına götürülmüşdür. Onun DSX rəisinin sərəncamına götürülməzdən öncə tutduğu ştat vəzifəsi DSX rəisinin xx.xx.N21-ci il tarixli əmri ilə ixtisar edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyil. DSX rəisinin xx.xx.N22-ci il tarixli əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissəyə maddi texniki təminat bölüyü komandirinin mənəvi psixoloji hazırlıq üzrə müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.N22-ci il tarixdə analoji qaydada raportla müraciət edərək xx.xx.N21-ci il tarixli raportunun icra edilməsini xahiş etsə də, ona qanunvericiliyin tələbləri bir daha nəzərinə şifahi qaydada çatdırılmışdır. İşə əlavə olunmuş materiallardan görünür, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə könüllü qaydada raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə xx.xx.N22-ci il tarixdə 1166 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olduğunu və ehtiyata buraxılacağı təqdirdə şəxsi şinin SHXÇDX-nın Bakı şəhəri Xətai rayon idarəsinə göndərilməsini xahiş etmişdir. DSX MHHK-nın xx.xx.N22-ci il tarixli 1528 nömrəli arayışına əsasən İddiaçı dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmələrdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələrində, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri vəzifələrində, kimya hissələri, yanacaq doldurma və saxlama mütəxəssisləri vəzifələrində, xüsusi qurğularda hərbi xidmətə yararsız, digər yerlədə yararlıdır. Diaqnoz: 1) OU-Deyteranopiya. Dərəcəsi 1,0D olan sadə hipermetropik astiqmatizm. Görmə itiliyinin 0,8 k/i 1,0 olması. 2) L5-S1 fəqərəarası diskin sağ paramedian yırtığı (4mm), funksiyaların pozulması olmayan. Hipertrofik rinit. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı xidmət etmək istəməməsinin səbəbi soruşulduqda o N21-ci ilin oktyabr ayında sərəncama götürüldüyünü, xidmətdə nöqsana yol vermədiyi halda buna məhəl qoyulmadığını qeyd etmişdir. İddiaçı daha sonra N21-ci ilin noyabr ayında Sərhəd Xidmətinin hərbi hissələrində təhqiqatçı vəzifəsinin ixtisara düşməsi səbəbi ilə ixtisasına uyğun olmayan vəzifəyə təyin olunduğu üçün Silahlı Qüvvələrin ehtiyatına ştat ixtisarına uyğun buraxılmaq istəyini bildirmişdir. İddiaçı ehtiyata buraxılması barədə tələsik qərar verməməsi barədə tövsiyyə verilərək fikrini dəqiqləşdirmək üçün vaxt verilmiş və tərxis olacağı təqdirdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı nəzərinə çatdırılmışdır. Lakin İddiaçı fikrində qəti olduğunu bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. xx.xx.N22-ci il tarixdə İddiaçıla hərbi hissədə aparılmış 2-ci söhbət zamanı yenidən İddiaçı tərxis olacağı təqdirdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı nəzərinə çatdırılmışdır. Lakin İddiaçı fikrində qəti olduğunu bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq etmişdir. Digər tərəfdən İddiaçı tərəfindən 3 halda xidmət yerinə vaxtında gəlməməsi müəyyən olunmuşdur. Xidmət yerinə vaxtında gəlməməsi ilə bağlı toplanmış təhqiqat materiallarına dair xx.xx.N22-ci il tarixində N nömrəli hərbi hissənin komandiri tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsinə (zabitin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, habelə üzüriü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) əsas yaranmadığı üçün Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda) əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, təhqiqat zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.N22-ci il tarixində DSX Mərkəzi Hərbi Həkim Komissiyasında (MHHK) şəhadətləndirilmək üçün ezam olunmuşdur. DSX MHHK-dan daxil olmuş xx.xx.N22-ci il tarixli N8 nömrəli telefonoqrama əsasən İddiaçı xx.xx.N22-ci il tarixdə saat 16:00 radələrində DSX Hərbi Hospitalından buraxılsa da xidmət yerinə qayıtmamışdır. Onunla telefon əlaqəsi yaradılan zaman İddiaçı yol xərclərinin qarşılamaq imkanında olmamasını əsassız səbəb gətirərək xidmət etdiyi hərbi hissəyə gələ bilmədiyini qeyd etmişdir. Lakin İddiaçı yol xərclərinin ödənilməsi ilə bağlı hərbi hissənin qərargah rəisi tərəfindən təklif olunsa da, o müxtəlif bəhanələr gətirərək xidmət yerinə gələ bilməyəcəyini bir daha qeyd etmişdir. İddiaçı xx.xx.N22-ci il tarixdə saat 15:N radələrində hərbi hissəyə qayıtmışdır. 2-ci epizodda İddiaçı xx.xx.N22-ci il tarixdə təkrar olaraq qarnizon ərazisini özbaşına tərk etməklə xidmət yerinə gəlməmişdir. Bu səbəbdən həmin tarixdə saat 08.30-da İddiaçıla kadrlar bölməsinin zabiti kapitan Ceyhun Mahmudov tərəfindən telefon əlaqəsi saxlanılmış, xidmət yerinə gəlməməsinin səbəbi soruşulduqda o, Dövlət Sərhəd Xidmətinin Aparatına müraciət etmək üçün Bakı şəhərinə getdiyini bildirmişdir. Həmin gün xidmət yerinə qayıtmamışdır. xx.xx.N22-ci il tarixdə saat 08:N-də hərbi hissəyə geri qayıtmışdır. Qeyd olunan təhqiqat materialları aidiyyəti üzrə öyrənilməsi üçün Lənkəran Hərbi Prokurorluğuna göndərilmişdir. Lənkəran Hərbi Prokurorluğundan göndərilmiş cavab məktubunda əlavə olaraq, İddiaçı barəsində AR İXM-nin 613.2-ci maddəsinə (zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi nissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə) əsasən inzibati icraatın açılması və baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərildiyi qeyd olunmuşdur. Cəlilabad Hərbi Məhkəməsinin 22 iyun N22ci il tarixli qərarına əsasən, inzibati xəta törətmiş İddiaçı AR İXM-nin 613.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) gün müddətə həbs cəzasının təyin olunması və cəzasının hauptvaxtda çəkilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan 2 haldan əlavə olaraq təkrarən İddiaçı xx.xx.N22-ci il tarixdə saat 08:N-də növbəti məzuniyyətdən xidmət yerinə qayıtmalı olduğu halda xx.xx.N22-ci il tarixdə saat 15:N radələrində xidmət yerinə qayıtmışdır. Onunla maddi- texniki təminat bölüyünün komandiri baş leytenant X12 tərəfindən mobil telefonla əlaqə saxlanılmış və xidmət yerinə gəlməməsinin səbəbi soruşulduqda o, nəqliyyat vasitəsində nasazlıq yarandığını bəhanə etmişdir. Qeyd olunan halla bağlı İddiaçı hərbi hissəyə gecikməsi ilə əlaqədar izahat verməsi zərurəti yaranmasına baxmayaraq o, izah verməkdən imtina etmiş və bu aktla təsdiq edilmişdir. İşə əlavə edilmiş məzuniyyət biletinin təsdiq edilmiş surətindən də görünür ki, İddiaçı xx.xx.N22-xx.xx.N22-ci il tarixədək 15 (on beş) gün müddətinə növbəti məzuniyyət verilmiş və hərbi hissəyə qayıtma vaxtı qismində xx.xx.N22-ci il saat 08:N qeyd olunmuşdur. İddiaçı xidməti vərəqəsindən görünür ki, xidmət etdiyi müddət ərzində xx.xx.N21-ci il və xx.xx.N22-ci il tarixlərində “töhmət"; xx.xx.N22-ci il və xx.xx.N22-ci il tarixlərində isə barəsində “şiddətli töhmət” inzitam cəzası verilməklə 4 halda İddiaçı intizam məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Yuxarıda qeyd olunanları yekunlaşdıraraq cavabdeh qeyd edir ki, İddiaçı xidmətində buraxdığı nöqsanlara görə xx.xx.N21-ci il tarixində Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür. xx.xx.N21-ci il tarixində “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə İddiaçı raportunun icrası qanunvericilik baxımından mümkün olmamışdır. Belə ki, adıçəkilən Qanunun 41.0.4-cü maddəsi (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) o halda tətbiq olunur ki, hərbi qulluqçu ştat üzrə müvafiq vəzifə tutmalı və daha sonra həmin vəzifə ştatların ixtisarına düşdüyü üçün bu əsasla sərəncama götürülməlidir. Lakin mübahisə edilən iş üzrə İddiaçı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində N21-ci ilin noyabr ayında təhqiqatçı vəzifəsi ixtisara düşəndə artıq xidmətdə buraxdığı nöqsana görə N21-ci ilin oktyabrın 12-də sərəncama götürülmüş idi. Buna görə də İddiaçı təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinin icrasına layiq görülməyib sərəncama götürüldüyündən onun adıçəkilən Qanunun 41.0.4-cü maddəsinə əsasən sərəncama götürülməklə həmin əsasla Silahlı Qüvvələrin ehtiyatına buraxılması qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. İddiaçı sərəncamda olmasına baxmayaraq Dövlət Sərhəd Xidməti tərəfindən ona etimad göstərilərək N nömrəli hərbi hissədə vəzifəyə təyin olunmuş, lakin sonuncu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə könüllü qaydada raportla müraciət etmişdir. Ona söhbət əsnasında adıçəkilən Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı nəzərinə çatdırılmışdır. Lakin İddiaçı fikrində qəti olduğunu bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. İddiaçı 3 halda xidmət yerinə vaxtında gəlməməsi müəyyən olunmuş və 1 epizodla bağlı Cəlilabad Hərbi Məhkəməsinin 22 iyun N22-ci il tarixli qərarına əsasən, AR İXM-nin 613.2ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) gün müddətə həbs cəzasının təyin olunması və cəzasının Hauptvaxtda çəkilməsi qərara alınmışdır. İddiaçı 4 halda barəsində intizam cəzası tətbiq olunmaqla intizam məsuliyyətinə cəlb olunmuşdur. Yuxarıda qeyd olunanlara əssaən cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Şəmkir Hərbi Prokurorluğu tərəfindən N №li hərbi hissəyə ünvanlanmış N sentyabr N21-ci il tarixli “qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması haqqında” təqdimatdan görünür ki, Şəmkir hərbi prokurorluğunun N21-ci ilin iş planına əsasən, NN-ci ilin ikinci və N21-ci ilin birinci yarımilliklərində Dövlət Sərhəd Xidmətinin N №li hərbi hissəsində təhqiqatın təşkili və aparılmasını tənzimləyən qanunların icra və tətbiq olunması vəziyyəti yoxlanılmış, yoxlama zamanı N №li hərbi hissədə görülmüş işlərlə yanaşı, bəzi hallarda qanun pozuntularına və nöqsanlara yol verildiyinin müəyyən olunduğu qeyd olunaraq, aşağıdakılar təklif edilmişdir: - Təqdimat N nömrəli hərbi hissədə aidiyyəti şəxslərin iştirakı ilə müzakirə olunsun, aşkar olunmuş qanun pozuntuları müşavirə iştirakçılarının diqqətinə çatdırılsın, həmin qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə zəruri tədbirlər görülməsi təmin edilsin; -N nömrəli hərbi hissədə Azərbaycan Respublikası CPM-nin 8.0,3, 48.1.1, 52.3, 86.2.1, N7.1.2, N7.1.3, N7.5, 212.2-ci maddələri, Silahlı Qüvvələrin Daxili Xidmət Nizamnaməsinin 64-cü maddəsinin 11-ci hissəsi və 386-cı maddəsinə tələb olunan qaydada riayət edilməsi təmin edilsin; -Yoxlama zamanı qanun pozuntularına yol vermiş...baş leytenant İddiaçı.. intizam məsuliyyətinə cəlb edilməsi təmin edilsin; -Tədimata baxılması və görülmüş tədbirlər barədə bir aydan gec olmayaraq Şəmkir hərbi prokurorluğuna yazılı məlumat verilsin. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 12 oktyabr N21-ci il tarixli 1993ş/h №li əmrinin təsdiq edilmiş surətindən görünür ki, Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası (N №li hərbi hissə) üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 38-ci maddəsinin 38.2.2-ci maddəsinə müvafiq olaraq ədliyyə baş leytenantı İddiaçı xidmətdə buraxdığı ciddi nöqsanlara görə təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülməsi, son qərar qəbul edilənədək bütün təminat növlərində N №li hərbi hissədə saxlanması qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin ştatlarına əlavə və dəyişiklik edilməsi haqqında” 01 noyabr N21-ci il tarixli 0073 №li əmrində aşağıdakılar göstərilmişdir: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti haqqında Əsasnamənin 17.11-ci maddəsini rəhbər tutaraq əmr edirəm: 1.Dövlət Sərhəd Xidmətinin qeyd olunan silahlı birləşmələrinin (struktur qurumlarının) ştatlarının ixtisar edilsin (1 nömrəli Əlavə);

2. Azərbaycan Respublikası Prezidentinin 23 aprel N21-ci il tarixli 1321 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibinə uyğun olaraq müəyyən edilmiş ştat ehtiyatları hesabına Dövlət Sərhəd Xidmətinin qeyd olunan silahlı birləşmələrinin (struktur qurumlarının) ştatlarına əlavə və dəyişikliklər edilsin (2 nömrəli əlavə);

3. İxtisar edilmiş ştat vəzifələrində xidmət edən hərbi qulluqçular Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülərək əvvəlki vəzifələri üzrə pul təminatları saxlanılmaqla müvafiq qərar qəbul edilənədək vəzifələrinin icrasına buraxılsınlar və yeni ştat strukturuna uyğun vəzifələrə təyin edilmələri üçün aidiyyəti struktur qurumlar tərəfindən təkliflər qısa müddət ərzində məruzə olunsun. Həmin əmrin 1 nömrəli əlavəsindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin X3 “Qazax” əlahiddə sərhəd diviziyasının ştat cədvəli üzrə Təhqiqat bölməsindən 2 (iki) təhqiqatçı vəzifəsi ixtisar edilmişdir. -İddiaçı N nömrəli hərbi hissənin komandirinə ünvanladığı xx.xx.N21-ci il tarixli ərizədən görünür ki, o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. -“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.4cü maddəsinə müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı diviziya rəhbərliyinə müraciəti barədə aparılmış söhbət haqqında xx.xx.N21-ci il tarixli arayışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan ədliyyə baş leytenantı İddiaçı ilə onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə bağlı Sərhəd Diviziyası komandanlığının iştirakı ilə söbət aparılmış, İddiaçı dinlənilmiş, onun xidməti fəaliyyətində hər hansı bir problemlə üzləşməsi və xidmətinə təsir edə biləcək problemlərin olub-olmadığı öyrənilmişdir. Söhbət zamanı İddiaçı qanunsuz olaraq sərəncama götürüldüyünü və bununla bağlı müvafiq olaraq müraciət etdiyini bildirmiş və Qanunun 41.0.4-cü maddəsinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması ilə bağlı müraciət etdiyini məruzə etmiş, söhbət zamanı İddiaçı izah edilərək bildirilmişdir ki, o, DSX rəisinin xx.xx.N21-ci il tarixli əmri ilə xidmətində buraxdığı ciddi nöqsanlara görə DSX rəisinin sərəncamına götürülmüşdür. Onun DSX rəisinin sərəncamına götürülməzdən öncə tutduğu ştat vəzifəsi DSX rəisinin xx.xx.N21-ci il tarixli əmri ilə ixtisar edilmişdir. İddiaçı nəzərinə çatdırılmışdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün deyil. -AR DSX Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin xx.xx.N22-ci il tarixli nizami hissə üzrə 099 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan ədliyyə baş leytenantı İddiaçı maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsinə təyin edilsin və ştat vəzifəsi üzrə “Baş leytenant” hərbi rütbəsində hesab edilməklə xx.xx.N22-ci il tarixdə. Baş leytenant İddiaçı sərəncamda olma müddəti N21-ci ilin dekabr ayının 12-dən vəzifəyə təyin olunanadək uzadılsın və ona təminat xərcliyi tam həcmdə ödənilsin. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin müavini-X4 xx.xx.N22-ci il tarixli 4/942m №-li vəsatəti. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N22-ci il tarixli 401 ş/h №-li əmri. -İddiaçı tərəfindən N №-li hərbi hissənin komandirinə verilmiş xx.xx.N22-ci il tarixli raportdan görünür ki, İddiaçı raportla müraciət edərək xx.xx.N21-ci il tarixli raportu əsasında Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ştatların ixtisarına görə ən qısa müddətdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. -İddiaçı tərəfindən N №-li hərbi hissənin komandirinə verilmiş xx.xx.N22-ci il tarixli (xx.xx.N22-ci il tarixdə qeydiyyata alınmışdır) raportundan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, qeyd etmişdir kir ki, sağlamlıq vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyə ehtiyacı vardır, hərbi qeydiyyata götürülməsi üçün səndlərinin SHXÇDX-nın Bakı şəhəri Xətai rayon idarəsinə göndərilməsini xahiş edir. -Maddi-texniki təminat bölüyü komanirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini baş leytenant İddiaçıla aparılmış 05 may N22-ci il tarixli Söhbət vərəqəsindən görünür ki, İddiaçı yazdığı raportla əlaqədar xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət vərəqəsində aşağıdakılar qeyd edilmişdir: Baş leytenant İddiaçı N22-cı ilin aprel ayından 4-cü sərhəd stəsində maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq uzrə müavini vəzifəsində xidmət edir Hərbi hissəyə təyin olunduğu vaxtdan xidməti vəzifələrinin icrasına səhlənkar yanaşır, tez-tez sıralara gəlmir, yol verdiyi nöqsanlara tərxis olmaq istəməsi ilə əlaqələndirir. Hərbi hissədə şəxsi heyət arasında nizam-intizama mənfi təsir göstərir. Dəfələrlə tövsiyyə xarakterli söhbətlər aparılsada xidmətində dönüş yarada bilməmişdir. Baş leytenant S.H Yusifov dəstə rəhbərliyinə raportla müraciət edərək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Onunla aparılmış söhbət zamanı xidmət etməməsinin səbəbi soruşulduqda, N21-ci ilin oktyabr ayında əsassız olaraq sərəncama götürüldüyünü, xidmətdə nöqsana yol vermədiyi halda buna məhəl qoyulmadığını qeyd etdi. Bundan sonra N21-ci ilin noyabr ayında Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində təhqıqatçı vəzifələrinin ixtisara düşməsi səbəbi ilə ixtisasına uyğun olmayan vəzifəyə təyin olunduğu üçün Silahlı Qüvvələrin ehtiyatına ştat ixtisarına uyğun buraxılmaq istədiyini bildirdi. Ona vaxt verilərək bir daha fikirləşməyi məsləhət görülmüş, tərxis olacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həyata keçiriləcəyi bildirilmişdir. Lakin o, fikrində qəti olduğunu bildirmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə bağlı bir daha təkidlə xahiş etmişdir. Söhbətin sonunda baş leytenant İddiaçı onunla aparılmış səmimi söhbətdən razı qaldığını bildirmiş və Silahlı Qüvvələrin ehtiyatına burxılması üçün köməklik göstərilməsini bir daha xahiş etmişdir. İddiaçı söhbət vərəqəsində qeyd olunanlarla tanış olması barədə imza etmişdir. -İddiaçıla aparılmış 1N may N22-ci il tarixli Söhbət vərəqəsindən görünür ki, İddiaçı yazdığı raportla əlaqədar xx.xx.N22-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbətdə aşağıdakılar qeyd edilmişdir: Baş leytenant İddiaçı Dövlət Sərhəd xidmətində həqiqi hərbi Xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar raportla müraciət etdiyi üçün hərbi xidmətə yararlılığının təyini məqsədi ilə hərbi hissə komandirinin xx.xx.N22-ci tarixli 39 №-li göndərişi ilə DSX Hərbi Hospitalına göndərilmişdir. DSX Hərbi Hospitalının MHHK-nın xx.xx.N22-ci il tarixli 1528 №-li arayışına əsasən baş leytenant İddiaçı dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmələrdə xüsusi təyinatlı hissələr dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələrində suüstü gəmilərdə tanklarin, özügedən artileriya qurğularının, tank və dartıcılar üzrərində qurulmuş mühəndis maşınlarının sürücüləri vəzifələrində, PDM-lərin zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri vəzifələrində, xüsusi qurğularda yararsızdır rəyi verilmişdir. Baş leytenant İddiaçıla yenidən söhbət aparılmış və ona təxris olacağı təqdirdə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı sddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həyata keçiriləcəyi bildirilmişdir. Söhbətin sonunda baş leytenant İddiaçı onunla aparılmış səmimi söhbətdən razı qaldığını bildirmiş və Silahlı Qüvvələrin ehtiyatına burxılması üçün köməklik göstərilməsini bir daha xahiş etmişdir. İddiaçı söhbət vərəqəsində qeyd olunanlarla tanış olması barədə imza etmişdir. -DSX MHHK-nın xx.xx.N22-ci il tarixli 1528 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N08-ci il tarixli, 59 №li Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 35 “c” və 66 “ç” maddələrinin İİİ qrafasına əsasən hərbi xidmətə yararlıdır. Dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmələrdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, hava-desant, desant-hücum hərbi hissələrində, suüstü gəmilərdə, tankların, özügedən artilleriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri vəzifələrində, kimya hissələri, yanacaq doldurma və saxlama mütəxəssisləri vəzifələrində, xüsusi qurğularda hərbi xidmətə yararsızdır. Diaqnoz: 1) OU-Deyteranopiya. Dərəcəsi 1,0D olan sadə hipermetropik astiqmatizm. Görmə itiliyinin 0,8 k/i 1,0 olması. 2) L5-S1 fəqərəarası diskin sağ paramedian yırtığı (4mm), funksiyaların pozulması olmayan. Hipertrofik rinit. Ümumi xəstəlikdir, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. -Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N №li hərbi hissə komandirinin Nizami hissə komandirinin Nizami hissə üzrə 0116 №li 26 aprel N22-ci il tarixli Əmrdən Çıxarışdan görünür ki, baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə müalicəyə getmiş hesab edilməsi, 12 may N22-ci il tarixli Əmrdən Çıxarışa əsasən müalicədən qayıtmış hesab edilməsi, 1N may N22-ci il tarixdə hərbi hissəni özbaşına tərk etməsi barədə, 1N may N22ci il tarixdə hərbi hissəyə qayıtması barədə müvafiq əmrlər imzalanmışdır. -N nömrəli hərbi hissənin kadrlar bölməsinin zabiti vəzifəsində xidmət edən kapitan X7 tərəfindən N №li hərbi hissənin polkovnikinə ünvanlanan 11 may N22-ci il tarixli İzahatdan görünür ki, C.Mahmudov ona verilən suallara cavab olaraq bildirir ki, madditexniki təminat bölük komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməsi üçün Hərbi Hospitala ezam olunmuşdur. DSX Mərkəzi Hərbi Həkim Komissiyasından daxil olmuş xx.xx.N22-ci il tarixli N8 №-li telefonoqrama əsasən baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Hərbi Hospitalından buraxılsa da, xidmət yerinə gəlməmişdir. C.Mahmudov onunla xx.xx.N22-ci il tarixdə saat 13:N radələrində telefon əlaqəsi saxlamış, telefon danışığı zamanı baş leytenant İddiaçı onaə, xidmət yerinə qayıtmasına səbəbi kimi yol pulunun olmamasını əsas gətirmişdir. C.mahmudov isə öz növbəsində baş leytenant İddiaçı, gəlməməyi ilə bağlı aidiyyəti üzrə rəhbərliyə bildirəcəyini söyləmiş, baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə saat 15:N radələrində hərbi hissəyə daxil olmuşdur. X12, X13, X14 tərəfidən də eyni məzmunlu izahatlar verilmişdir. -İddiaçı N №-li hərbi hissədə xidmət edən baş leytenant İddiaçı verilən Xidməti Xasiyyətnamədən görünür ki, N №li hərbi hissənin hərbi qulluqçusu baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdən hal-hazıradək maddi-texniki təminat bölüyü komandirinin mənəvipsixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edir. Göstərilən vəzifədə xidmət etdiyi dövr ərzində özünü zəif hərbi qullulqçu kimi zöstərir, hərbi hissəyə təyin olunduğu vaxtdan xidməti vəzifələrinin icrasına səhlənkar yanaşır, tez-tez sıralara gəlmir, yol verdi nöqsanlara müxtəlif bəhanələr gətirməyə çalışır. Hərbi hissədə şəxsi heyət arasında nizam-intizama ciddi təsir göstərir. Dəfələrlə tövsiyyə xarakterli söhbətlər aparılsa da xidmətində dönüş yarada bilməmişdir. Xidməti fəaliyyətini günün tələbləri səviyyəsində qurmaqda çətinlik çəkir. Baş leytenant İddiaçı şəxsi intizamı aşağıdır və verilən göstərişləri müzakirə edən hərbi qulluqçu kimi xarakterizə olunur. -N №li hərbi hissənin qərargah rəisi tərəfindən həmin hissənin hərbi hissə komandirinə ünvanladığı N may N22-ci il tarixli Raportdan görünür ki, məruzə əsasında maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmək üçün ezam olunduğu, DSX Mərkəzi Hərbi Həkim Komissiyasından daxil olmuş xx.xx.N22-ci il tarixli N8 №-li telefonoqrama əsasən baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Hospitalından buraxılsa da xidmət yerinə gəlmədiyi, onunla xx.xx.N22-ci il tarixdə saat 15:N radələrində telefon əlaqəsi saxlanıldığı və yol pulunun olmadığı üçün gələ bilmədiyini bildirmiş və İddiaçı barəsində müvafiq qərar qəbul olunması üçün sərəncam verilməsini xahiş etmişdir. -N №li hərbi hissənin qərargah rəisi tərəfindən həmin hissənin hərbi hissə komandirinə ünvanlanmış 12 may N22-ci il tarixli əvvəlki məzmunlu raportdan görünür ki, baş leytenant İddiaçı ezamiyyətdən gec gəlməsi ilə bağlı iradlar çatdırıldıqdan sonra xidmət yerində olması və xidməti vəzifələrinin icrası ilə məşğul olması tövsiyə olunmuşdur. -N №li hərbi hissənin qərargah rəisi tərəfindən həmin hissənin hərbi hissə komandirinə verilmiş N may N22-ci il tarixli raportdan görünür ki, məruzə əsasında madditexniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilmək üçün ezam olunduğu, DSX Mərkəzi Hərbi Həkim Komissiyasından daxil olmuş xx.xx.N22-ci il tarixli N8 №-li telefonoqrama əsasən baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə DSX Hospitalından buraxılsa da xidmət yerinə xx.xx.N22-ci il tarixdə saat 12:15 radələrində gəldiyi, baş leytenant İddiaçı ezamiyyətdən gec gəlməsi ilə bağlı iradlar çatdırıldıqdan sonra xidmət yerində olması və xidməti vəzifələrinin icrası ilə məşqul olması tövsiyyə olunmuşdur. -İddiaçı N №li hərbi hissənin komandirinə 1N may N22-ci il tarixdə yuxarıda istinad edilən raportlardakı məzmunda izahat vermişdir. -İddiaçı xidməti vərəqəsindən görünür ki, xidmət etdiyi müddət ərzində subordinasiya qaydalarını pozduğuna görə xx.xx.N21-ci il tarixdə “töhmət”, səhər yeməyinə yubandığına görə xx.xx.N22-ci il tarixdə “töhmət”, səhər yeməyinə yenidən yubandığına görə xx.xx.N22-ci il tarixdə “şiddətli töhmət”, hərbi hissənin ərazisini özbaşına tərk etdiyinə görə xx.xx.N22-ci il tarixdə “şiddətli töhmət" verilmişdir. -İddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqında 4-cü Sərhəd Dəstəsi rəisinin 1N may N22-ci il tarixli Təqdimatı aşağıdakı qaydada əsaslandırılmışdır: Baş leytenant İddiaçı N22-ci ilin aprel ayından 4-cü sərhəd dəstəsində maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edir. Hərbi hissəyə təyin olunduğu vaxtdan xidməti vəzifələrinin icrasına səhlənkar yanaşır, tez-tez sıralara gəlmir, yol verdiyi nöqsanlara müxtəlif bəhanələr gətirməyə çalışır. Hərbi hissədə şəxsi heyət arasında nizam-intizama mənfi təsir göstərir. Dəfələrlə tövsiyə xarakterli söhbətlər aparılsa da xidmətində dönüş yarada bilməmişdir. Baş leytenant İddiaçı dəstə rəhbərliyinə raportia müraciət edərək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Onunla xidmətində dönüş yaratması və xidmətini davam etdirməsi istiqamətində dəfələrlə söhbətlər aparılsa da o, fikrindən dönməmişdir. Ona vaxt verilərək bir daha fikirləşməyi məsləhət görülmüş, tərxis olacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həyata keçiriləcəyi bildirilmişdir. Lakin o, fikrində qəti olduğunu bildirmiş və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması ilə bağlı bir daha təkidlə xahiş etmişdir. Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar tibbi müayinədən keçirilməsi üçün xx.xx.N22-ci il tarixdə DSX MHHK-na göndərilmiş xx.xx.N22-ci tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda müxtəlif bəhanələr gətirərək xidmət yerinə xx.xx.N22-ci il tarixdə qayıtmış, bununla yanaşı tərxis olunmağı ilə bağlı məsələləri tezləşdirmək bəhanəsi ilə xx.xx.N22-ci il tarixdə hərbi hissə qarnizonunun ərazisini özbaşına tərk etmiş və xx.xx.N22-ci il tarixdə saat 08:N radələrində xidmət yerinə qayıtmışdır. Hər iki fakt üzrə Lənkəran şəhər Hərbi Prokurorluğuna məlumat verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq baş leytenant İddiaçı maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji, hazırlıq üzrə müavini vəzifəsindən azad olunmaqla "Hərbi vəzifə və hərb xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması üçün təqdim olunur. -N №li hərbi hissə komandirinin 1N may N22-ci il tarixli Qərarından görünür ki, N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölük komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə saat 16:00 radələrində DSX Hərbi Hospitalından buraxılsa da, xidmət yerinə xx.xx.N22-ci il tarixdə saat 15:N radələrində gəlməsi faktına dair aparılan cinayət təqibi üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 333.3-cü maddəsinə əsas yaranmadığı üçün 39.1.2-ci maddəsinə əsasən, yəni cinayət tərkibi olmadığına görə rədd edilməsi, N nömrəli hərbi hissənin Maddi-texniki təminat bölük komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixdə təkrar olaraq Bakı şəhərinə gedərək qarnizon ərazisini özbaşına tərk etməklə xidmət yerinə gəlməməsi və xx.xx.N22-ci il tarixdə saat 08:N radələrində hərbi hissəyə qayıtması faktına dair aparılan cinayət təqibi üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 333.3-cü maddəsinə əsas yaranmadığı üçün 39.1.2-ci maddəsinə əsasən, yəni cinayət tərkibi olmadığına görə rədd edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.2-ci maddəsinin tələblərinə müvafiq olaraq, qərarın surəti ibtida araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Qərar baş leytenant İddiaçı elan edilmişdir. -Məzuniyyət biletinin təsdiq edilmiş surətindən görünür ki, 2N may N22-ci il tarixdən 12 iyun N22-ci il tarixədək (15 gün müddətinə) növbəti məzuniyyətdə olan Maddi-texniki təminat bölük komandirinin müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı müddəti qurtardıqdan sonra 12 iyun N22-ci il tarixdə saat 08:N radələrində Lənkəran şəhər N №li hərbi hissəyə qayıtmalı olduğu qeyd edilmişdir. -Şəxsi heyət üzrə Şöbənin zabiti tərəfindən N №li hərbi hissənin komandirinə ünvanlanan 13 iyun N22-ci il tarixli Arayışın mətnindən müəyyən edilir ki, N nömrəli hərbi hissənin Maddi texniki təminat bölük komandirinin müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı 2N may N22-ci il tarixdə 15 günlük növbəti məzuniyyətə buraxılmışdır. Baş leytenant İddiaçı 12 iyun N22-ci il tarixdə saat 08:N-də hərbi hissədə olması barədə məzuniyyət biletində qeyd edilmişdir. Həmçinin, şifahi olaraq məlumatlandırılmışdır. Lakin, baş leytenant İddiaçı 13 iyun N22-cı il tarixdə saat 15:N radələrində hərbi hissəyə daxil olmuşdur. Baş leytenant İddiaçı, gecikmə səbəbi kimi 12 iyun N22-ci il tarixin həftənin bazar gününə düşməsi ilə əlaqədar qeyri-iş günü hesab etmiş və 13 iyun N22-ci il tarixdə isə saat 06:00 radələrində hərbi hissəyə qayıtmaq məqsədilə yola düşsə də, öz deməsinə görə şəxsi istifadəsində olan avtomobilində yolda yaranmış nazaslıq səbəbindən 13 iyun N22-ci il tarixdə saat 15:N radələrində hərbi hissəyə daxil olmuşdur. İddiaçı hərbi hissəyə gecikməsi ilə bağlı izahat verməsi zərurəti yaranmasına baxmayaraq o, izahat yazmaqdan imtina etmişdir. -Mayor Y.İsmayılov, kapitan Y.Abdullov, leytenant B.Göyüşov tərəfindən tərtib və imzaları ilə təsdiq edilən 13 iyun N22-ci il tarixli aktdan görünür ki, 2N may N22-ci il tarixdən 12 iyun N22-ci il tarixədək növbəti məzuniyyətdə olan Maddi-texniki təminat bölük komandirinin müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı 12 iyun N22-ci il tarixdə saat 08:N radələrində hərbi hissəyə qayıtmalı olduğu halda, vaxtında xidmət yerinə gəlməmişdir. Qeyd olunan faktla bağlı araşdırma təyin edilmiş və baş leytenant İddiaçı izahatı alınması zərurəti yaranmışdır. Lakin baş leytenant İddiaçı 13 iyun N22-ci il tarixdə izahat verməkdən imtina etmişdir. -Cəlilabad Rayon Məhkəməsinin 22 iyun N22-ci il tarixli 3(096)-03/N22 saylı inzibati xəta haqqında Qərarından görünür ki, Lənkəran Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 2N may N22-ci il tarixli qərar və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı N nömrəli hərbi hissənin maddi texniki təminat bölüyünün komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini, baş leytenant rutbəsində xidmət edərkən 26 aprel N22-ci il tarixdə DSX-nin MlİHK-na şəhadətləndirmək üçün ezam olunmuş, DSX-nin MHHK-dan daxil olmuş xx.xx.N22-ci il tarixli N8 №li telefonoqrama əsasən İddiaçı həmin tarixdə hospitaldan buıaxılmış, lakin hərbi hissəyə gəlməmişdir. Onunla telefon əlaqəsi yaradılan zaman o, yol xərclərini qarşılamaq imkanında olmamasını səbəb gətirərək xidməti yerinə gələ bilmədiyini bildirmişdir. xx.xx.N22-ci il tarixdə, saat 15:N radələrində baş leytenant Samir Yusilov xidməti yerinə qayıtmışdır. İddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir.... Məhkəmə iclasında verdiyi izahatda İddiaçı özünü təqsirli bilmiş, etdiyi əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmənin sözügedən Qərarı ilə İddiaçı AR İXM-nin 613.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) gün müddətə həbs cəzası təyin olunmuş və cəzasını Hauptvaxtda çəkməli olduğu qeyd edilmişdir. -N №li Hərbi Hissə Komandirinin 13 iyul N22-ci il tarixli 0121 №li Əmrindən görünür ki, qərarın icrası təmin edilərək İddiaçı Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Hərbi Polisin hauptvaxtasına göndərilməsi təmin edilmişdir. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N22-ci il tarixli, 782 ş/h saylı əmrinin surətindən görünür ki, İddiaçı Sərhəd Qoşunlarının 4-cü sərhəd dəstəsi (N04 N-li h/h) üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluğa görə) müvafiq olaraq vəzifəsindən azad olunmaqla DSX-da hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı 01 iyul N22-ci il tarixə xidmət illəri: 04 il, 05 ay, 01 gün təşkil edir. Əsas: DSX rəisinin müavini- SQ Komandanının xx.xx.N22-ci il tarixli, 4/N77m N-li vəsatəti və baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixli raportu. -Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N №li hərbi hissə komandirinin Nizami hissə üzrə 0N2 №li 21 iyul N22-ci il tarixl əmrdən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq Maddi-texniki təminat bölük komandirinin müavini vəzifəsində xidmət edən baş leytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, 21 iyul N22-ci il tarixdə şəxsi heyətin sırasından çıxarılmışdır. Baş leytenant İddiaçı N22-ci ilin hesabına məzuniyyətdən tam istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. xx.xx.N22-ci il tarixdən xx.xx.N22-ci il tarixədək birdəfəlik pul mükafatı almağa layiq deyil. Xidmət illəri 04 il, 05 ay, 22 gün. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin müavini-X5 xx.xx.N22-ci il tarixli 4/N77 m №li vəsatəti və baş leytenant İddiaçı xx.xx.N22-ci il tarixli raportu. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N22-ci il tarixli 782 ş/h №li əmri. -Dövlət Sərhəd Xidmətinə göndərdiyi xx.xx.N22-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçı barəsində verilmiş xidməti uyğunsuzluğa görə əmrin dəyişdirilərək ştatların ixtisarı ilə əvəz olunmasını, ədliyyə statusunun bərpa olunmasını, dəymiş mənəvi zərərə görə N0.000 manat, xidmət dövründə yaranan bel yırtığını müalicəsi üçün N.000 manat və əldən çıxmış fayda qismində 7000 manat məbləğində maddi təzminatın ödənilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçının müraciətinə cavab məktubundan görünür ki, ərizədə göstərilən xüsusatlara məhkəmədə baxılaraq yekun münasibət bildiriləcəyi qeyd edilmişdir. Məhkəmə mübahisənin mahiyyəti ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla: -cavabdeh inzibati orqan tərəfindən onun üçün əlverişsiz hüquqi nəticələr yaradan inzibati aktı- “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə əsasən Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmağı ilə bağlı xx.xx.N22-ci il tarixli 782 ş/h nömrəli əmrin dəyişdirilməsini və istinad olunan Qanunun 41.0.4-cü maddəsinə (ştatların ixtisarına görə) uyğun rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsini; -cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərərə görə N0.000 (yüz min) manat, müalicə xərclərinin qarşılanması üçün N.000 (on min) manat həcmində və əldən çıxmış fayda qismində 7000 (yeddi) min manat həcmində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, sərəncama götürüldüyü müddətdə və sonradan ixtisasına uyğun olmayan “maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini” vəzifəsinə təyin edilib xidmətini davam etdiyi dövrdə hərbi hissə komandirinə raportlarla müraciət edərək əvvəllər xidmət etdiyi təhqiqatçı vəzifəsi ixtisar edildiyindən “ştatların ixtisarına görə” əsası ilə ehtiyata buraxılması ilə bağlı yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, lakin müraciətlərinə baxılmamışdır. Ona “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raport verməsi tövsiyə edilmiş, bundan sonra iddiaçı müvafiq raportla hərbi hissə komandirinə müraciət etmiş və nəticədə DSX rəisinin xx.xx.N22-ci il tarixli əmri ilə xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Halbuki, təhqiqatçı vəzifəsi ixtisar edilərkən o, sərəncamda olmuş və son vəzifəsi təhqiqatçı olduğundan ştatların ixtisarına görə əsası ilə ehtiyata buraxılması mümkün idi. Hansı ki, daha əvvəl göstərilən əsasla ehtiyata buraxılmaq üçün hərbi hissə komandirinə müraciət etmişdi. Ona görə də hesab edir ki, əmrin digər əsasa dəyişdirilməsi üçün zəmin vardır. Məhkəmə iddiaçının gətirdiyi dəlillərlə razılaşmır və gəldiyi qənaəti aşağıdakı qaydada əsaslandırır. Məhkəmə bildirir ki, iddiaçının hüquqi marağı “xidməti uyğunsuzluğa görə” hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin dəyişdirilməsi olduğundan, ilk öncə mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları "Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41-ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-); 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); (-); 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 03 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin: q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); e) bəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Həımin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavədə nəzərdə tutulmuş "Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən: 1.Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. 3."Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri - nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə, bunun səbəbi göstərilir; q) nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; 9.Təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin "v”, "q”, "e”, "ə” bəndləri, 158-ci maddəsinin "b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Göründüyü kimi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161-163-cü maddələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı icraat qaydaları və icraat çərçivəsində ehtiyata buraxılma ilə bağlı həyata keçirilməli olan zəruri tədbirlər (buraxılma haqqında hərbi qulluqçuların, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməsi, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbətin aparılması, birinci söhbətin buraxılmağa təqdim olunmazdan qabaq aparılması və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin, maddi-məişət təminatının güzəştləri və üstünlüklərinin izah olunması, digər məsələlər üzrə zəruri izahatların verilməsi və sair) nəzərdə tutulmuşdur. Həmin tələblər imperativ xarakter daşıyır və zabit heyətinə aid hərbi vəzifəli şəxslərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hallarda onlara riayət olunmalıdır. İş materialları ilə müəyyən edildi ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olarq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə hərbi hissə rəhbərliyinə könüllü qaydada raportla müraciət etmiş və həmin raport N nömrəli hərbi hissədə xx.xx.N22-ci il tarixdə 1166 nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd olunan raportdan görünür ki, İddiaçı sağlamlıq vəziyətininin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq DSX-nin Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyə ehtiyacı olduğunu və ehtiyata buraxılacağı təqdirdə şəxsi işinin SHXÇDX-nın Bakı şəhəri Xətai rayon idarəsinə göndərilməsini xahiş etmişdir. İddiaçı müvafiq komissiya tərəfindən şəhadətləndirilmişdir. Ehtiyata buraxılmazdan əvvəl onunla xx.xx.N22-ci il və xx.xx.N22-ci il tarixlərdə söhbət aparılmış və söhbət vərəqələrində qeyd edilənlərə əsasən iddiaçının şikayət və təklifləri dinlənilmiş, ona fikrini dəqiqləşdirmək üçün vaxt verilmiş və tərxis olacağı təqdirdə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı nəzərinə çatdırılmışdır. Lakin İddiaçı fikrində qəti olduğunu bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Söhbətin sonunda iddiaçı onunla aparılan söhbətlərlə razılaşaraq arayışları öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi əmr onun özü tərəfindən yazılmış raport əsasında qəbul edilmiş və cavabdeh həmin əmri verərkən hər hansı qanun pozuntusuna yol verməmişdir. Mübahisələndirilən əmr yuxarıda istinad olunan qanunvericilik normalarının tələbləri baxımından qanuni olmuşdur. Məhkəmə iddiaçının ixtisasına uyğun olmayan vəzifəyə təyin edilməsi və sərəncama götürülərkən vəzifəsinin təhqiqatçı olmasına istinad edərək ehtiyata buraxılma əmrinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.4-cü maddəsində nəzərdə tutulmuş “ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla)” əsası ilə dəyişdirilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarından məlum olur ki, iddiaçı sərəncama təhqiqatçı vəzifəsindən azad edilməklə götürülmüşdü və təhqiqatçı vəzifəsi ixtisar edilərkən onun artıq həmin vəzifə ilə bağlılığı yox idi. Digər tərəfdən, diqqət edilməlidir ki, qanunverici ştatların ixtisarı və təşkilati tədbirlərlə əlaqədar ehtiyata buraxılma halını hərbi qulluqçuların yalnız ixtisasına uyğun olaraq xidmətdə istifadə edilə bilməmə imkanı ilə konkretləşdirmir. Belə olan halda, iddiaçı sərəncama götürüldükdən sonra xx.xx.N22-ci il tarixli əmrlə digər hərbi hissəyə maddi-texniki təminat bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsinə təyin edilmiş və iddiaçı həmin əmri mübahisələndirməmişdir. Bu baxımdan iddiaçının ştatların ixtisarına görə əsası ilə ehtiyata buraxılması barədə dəlili qanunvericiliyin tələbinə uyğun sayıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddia mənəvi zərər, müalicə xərcləri və əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsi əsas iddia ilə əlaqəli olduğundan və əsas iddia təmin edilmədiyindən rədd edilməlidir. “İnzibati icraat haqqında” Qanunun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar