Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2067/2023 19.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X19) “bağ sahəsinin mərhum X9 məxsus olması barədə arayışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən iddiaçıya ayrılmış 81 saylı bağ sahələri üzərində onların mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 12 sot olan 81 saylı bağ sahəsi ayrılmış X8 vərəsəsidir. Bakı şəhəri 18 saylı notariat kontorunun verdiyi 11 oktyabr 2017-ci il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə"yə əsasən xx.xx.2013-cü ildə ölmüş Abbas Musayevin vərəsəsi kimi ondan qalmış miras əmlakdan tam hissədə pay almaq hüququ var. Bakı şəhər X5 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. "Bağçının üzvlük kitabçası"na əsasən X15 1991-ci ildə "Şabandağ" bağçılıq bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.m olan 81 saylı bağ sahəsi verilib. 11 yanvar 2022-ci ildə həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh orqanın 25 fevral 2022-ci il tarixli **********14 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, kollektivin siyahısında onun adının olmaması və həmçinin "Şabandağ" bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə təhvil verilməməsi göstərilmişdir. Göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi ilə bağlı: Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №-li Sərəncamı ilə, X13 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınıb. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X13 adına X14 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış "Torpaq sahəsinin planı və ölçüsü" tərtib olunub. Lakin onun qanuni istifadəsində olan torpaq sahələri X17 qeyri-qanuni yolla verilib, onların adına torpaq sahəsinin ayrılmasına dair 07 avqust 1991-cı il tarixli, 11/546 saylı protokol ləğv edilməyib ki, bu da torpaq sahələrinə dair digər qurumun adına verilmiş kadastr planının qanunsuz olduğunu təsdiq edir. Cəmiyyətin torpaq sahəsi ilə bağlı 67 nəfərlik siyahısında Musayev Abbas sıra sayı ilə 65-ci yerdə qərarlaşıb. Arxivdə sözügedən məlumatların aşkar olunmaması sözügedən torpaq sahələrinin onun istifadəsinə verilməməsi anlamına gəlmir. Belə ki, "Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 saylı Sərəncamının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etməli və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etməlidir. Göründüyü kimi, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi vəzifəsi Nazirlər Kabinetinə həvalə edilib. Bu səbəbdən də 1991-ci ildən onun istifadəsinə verilmiş bağ sahələrinin arxiv sənədlərinin cavabdeh qurumun arxivində olmamasının məsuliyyəti və nəticələri iddiaçının üzərinə qoyulmamalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iş üzrə iddia tələbinin “Bakı şəhəri Bakı-Hacı Həsən şossesi ünvanında yerləşən, sahəsi 1200 kv.m olan 81 saylı bağ sahəsinin X9 məxsusluğu haqqında arayışın verilməsi” kimi dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində yerləşən sahəsi 1200 kv.m olan 81 saylı bağ sahəsinin mərhum X9 məxsus olması barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq üzvlərinin siyahısında X7 adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinə dair digər şəxsin adına (X19) ləğv edilmiş Azərbacan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Həmçinin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivində aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********14 saylı cavab məktubu ünvanlanmışdır. Həmçinin göstərilən ərazi bağçılıq yoldaşlığın ayrıc aktından kənara yerləşir. Bundan əlavə, təqdim edilən sənədlər surətdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, göstərilən əmlakın sənəd üzrə sahəsi 0.12 ha, faktiki ölçüsü 0.1101 ha təşkil edir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********47 saylı 22 aprel 2022-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq üzvlərinin siyahısında X7 adı aşkar olunmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənar yerləşdiyi və ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkınə Komitəsi tərəfindən digər şəxsə “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verildiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının təqdim etdiyi bağçının üzvlük kitabçasından görünür ki, X2 Cəmiyyətinin üzvlərinin xx.xx.1991-ci il tarixli 11/546 saylı BŞXDSİK qərarına əsasən bağçılıq cəmiyyətinə 1991-ci ildən üzv qəbul edilmişdir və Bakı-Hacıhəsən şossesi Bağçılıq cəmiyyəti bağından sahəsi 1200 kv.m olan 81 saylı bağ sahəsi xx.xx.1991-ci il tarixdə qeydə alınmış qərara əsasən daimi istifadə etmək üçün verilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivi “26 Bakı Komissarı” adına Neft-qazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixdə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən X15 həqiqətən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı il tarixdə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m olmaqla 81 saylı sahə ayrılmışdır. İddiaçı tərəfindən Azərbaycan Respublikası “Şabandağ” bağçılıq-bostançılıq kollektivinə ayrılmış torpaq sahələrinin 3 fərqli nüsxədə planın surətləri təqdim edilmişdir. 1-ci nüsxədə xx.xx.1991-ci il tarixi qeyd edilmiş, lakin kollektivin sədri kimi L.Mirəliyeva göstərilsə də, imzalanmamışdır, 2-ci nüsxədə kollektivin sədri kimi L.Mirəliyeva təfərindən imza göstərilmiş, lakin, tarix qeyd edilməmişdir. 3-cü nüsxədə sədr kimi Şamil Abbasov göstərilmiş, imzalamış, lakin tarix qeyd edilməmişdir. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2017-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ölmüş X7 vərəsəsi İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak xx.xx.2007-ci il tarixli, AB112564 nömrəli qeydiyyat sənədinə əsasən buraxılış ili 1996 olan 10RD618 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq “Şabandağ” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğu təqdim edilmiş, həmçinin **********11 saylı xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Şabandağ” bağçılıq yoldaşlıq birliyinə dair yerləşmə sxemi arxiv qovluğunda aşkar olunmamışdır. Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 11/546 saylı xx.xx.1991-ci il tarixli qərarının 6-cı bəndinə əsasən “26 Bakı Komissarı” adına Neft-qazçıxarma İdarəsinin xahişini nəzərə alaraq/ məktub 02-7/347; xx.xx.1990-cı il/ Qaradağ rayonu Lökbatan – Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq – bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-14996/2023 **********96 saylı xx.xx.2023-cü il tarixli məktubla 81 saylı bağ sahəsinə dair ********** saylı xx.xx.2023-cü il tarixli müayinə aktı təqdim edilmişdir. Sözügedən torpaq sahəsinin sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq 0,1109 ha (0,0091 ha azdır) müəyyən edilmişdir. Torpaq sahəsinin sərhədləri metal tor ilə əhatə olunmuşdur. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin üzərindən və yaxınlığından yerüstü kommunikasiya xətləri keçmir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2-14996/2023 **********96 saylı xx.xx.2023-cü il tarixli məktubla Qaradağ rayonu, Şabandağ qəsəbəsində yerləşən “Şabandağ” bağçılıq yoldaşlıq birliyinin üzvlərinin siyahısı təqdim olunmuş, siyahı 50 üzvdən ibarət olmuş, üzvlərin siyahısında X7 adı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin 330 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən X17 ayrılmış Bakı şəhəri Binəqədi rayonu Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında sahəsi 17276776 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X14 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X19 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III.Məhkəmənin mövqeyi X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş; həmin Fərmanın 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki: - “Şabandağ” bağçılıq yoldaşlığına aid arxiv qovluğunda bağ sahələrinin yerləşmə sxemi aşkar olunmamışdır. - “Şabandağ” bağçılıq-yoldaşlığın arxiv qovluğuna əsasən üzvlərinin siyahısı məhkəmə tərəfindən tədqiq edilmiş və həmin siyahıda X7 adı aşkar edilməmişdir. İddiaçı tərəfindən nə məhkəməyəqədər inzibati icraatda, nə də məhkəmə araşdırması zamanı bağçılıq-yoldaşlığın X7 adının qeyd edildiyi üzvlərinin siyahısı təqdim edilməmişdir. - X7 üzvlük kitabçasından görünür ki, o, 1991-ci ildən “Şabandağ” bağçılıq-yoldaşlıq kollektivinə üzv qəbul edilmişdir, lakin iddiaçının təqdim etdiyi üzvlərin iclasının protokolundan çıxarış xx.xx.1990-cı ilə aiddir. Belə olan halda kollektivin üzvü olmadan X9 bağ sahəsi ayrılması mümkün ola bilməzdi. - İddiaçının hazırda X9 məxsus olduğunu iddia etdiyi torpaq sahəsi bağçılıq yoldaşlığın ayrıc aktından kənarda olmaqla Bakı Şəhər İcra Hakimiyyətinin 330 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən X17 ayrılmış Bakı şəhəri Binəqədi rayonu Xocəsən kəndinin şərq hissəsində yerləşən Xocəsən gölünün ətrafında sahəsi 17276776 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1990-cı il tarixli protokoldan çıxarışın X7 hələ bağçılıq yoldaşlığın üzvü olmadığı dövrdə keçirilmiş iclasda qəbul edilmişdir. İddiaçının təqdim etdiyi bağçının üzvlük kitabçasından görünür ki, X2 Cəmiyyətinin üzvlərinin xx.xx.1991-ci il tarixli 11/546 saylı BŞXDSİK qərarına əsasən bağçılıq cəmiyyətinə 1991-ci ildən üzv qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş hər iki sənəd biridigəri ilə zaman baxımından uyğun olmamaqla bərabər latın qrafikalı əlifba ilə yazılmış və latın qrafikalı əlifba ilə yazılmış möhürlə təsdiq edimişlər. Həmin dövrə dair arxiv qovluğundakı sənədlər və möhür isə kiril əlifbası ilə yazılmışlar. Məhkəmə nəzərə alır ki, hətta X15 Ə.Əmirov adına NQÇİ-də 1958-ci ildən işləsə belə, Mülki Məcəllənin 139-1.1.7 və Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.7-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışı əsas hesab edir, əmək kitabçasını deyil. X15 Ə.Əmirov adına NQÇİ-də işləməsi hələ onun bağçılıq yoldaşlığın üzvü olması hesab edilə bilməz və fərqli hüquqi nəticələrə malikdirlər. İddiaçının təqdim etdiyi üzvlük kitabçasından aydın göstərilir ki, X2 Cəmiyyətinin üzvlərinin xx.xx.1991-ci il tarixli 11/546 saylı BŞXDSİK qərarına əsasən bağçılıq cəmiyyətinə 1991-ci ildən üzv qəbul edilmişdir. Bununla belə iddiaçı tərəfindən təqdim edilən “26 Bakı Komissarı” adına Neftqazçıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixdə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışda qeyd edilir ki, X7 “Şabandağ” bağçılıqbostançılıq kollektivinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı il tarixdə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m olmaqla 81 saylı sahə ayrılmışdır. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2067/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2067/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver