Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2068/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızı, X5 kаtibliyi, cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində inspektor vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı İran İslam Respublikasının vətəndaşı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin 26 iyul 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq ünvan 3 saylı mənzilə müvəqqəti qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 26 iyul 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq ünvan 3 saylı mənzilə müvəqqəti qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, iddiaçı Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən NEDA TBZ MMC-nin qanuni sahibi olaraq NEDA TBZ MMC-ni xx.xx.2021-ci il tarixində dövlət qeydiyyatına aldırmışdır. Bundan sonra MMC-nin fəaliyyəti məqsədi ilə subicarəyə verən X2 ilə NEDA TBZ MMC arasında xx.xx.2022-ci il tarixində subicarə müqaviləsi bağlanmışdır. Hazırda həmin ərazidə tibbi fəaliyyət ilə məşğul olur. Bundan sonra X6 ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə müvəqqəti qeydiyyata alınmağına etiraz etməməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi cənab V.Hüseynova notarial qaydada ərizə ünvanlamışdır. Həmin müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsinə təqdim olunmuş və cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixində ******* nömrəli qərar ilə ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında qərar qəbul edilmiş və həmin qərarda qeyd olunmuşdur ki, miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, baş miqrasiya xidməti müşaviri X11 İslam Respublikası vətəndaşı xx.xx.1990-cı il təvəllüdlü A97020595 nömrəli pasporta malik olan İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli 181466/m nömrəli müraciətinə baxaraq müəyyən etmişdir ki, Shabani Neda xx.xx.2022-ci il tarixli müraciətində Miqrasiya Məcəlləsinin 45.1.6.1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılmasını xahiş etmişdir. Təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1036-11 Q nömrəli Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1-ci maddələrini rəhbər tutaraq qərara alınmışdır ki, İran İslam Respublikası vətəndaşı Shaabani Nedanın xx.xx.2022-ci il tarixli müraciətinin təmin edilməməsi, İran İslam Respublikası vətəndaşı A97020595 nömrəli pasporta malik olan Shaabani Nedanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyinin qoyulması, qərar barədə maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verilməsi, bu qərarın 2-ci bəndinin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti baş idarəsinə məlumat verilməsi və qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququ ona izah edilsin. Hazırda cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixində ******* nömrəli qərar ilə razı olmadığına görə şikayət vermək qərarına gəlmişdir. Cavabdeh orqan iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə ərizəyə imtina verərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsə imtina verilməsi üçün əsas olan halın mövcudluğu müəyyən edilmişdir. Lakin hansı halların mövcudluğu barədə konkret hal göstərməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və formal mülahizələrə əsaslanır. Belə ki, iddia ərizəsinə əlavə olunmuş MMC-nin nizamnaməsində və xx.xx.2022-ci il tarixli subicarə müqaviləsindən göründüyü kimi hazırki MMC Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə dövlət qeydiyyatına alınmış və subicarə müqaviləsindən də göründüyü kimi icarəyə götürdüyü ərazi üzrə fəaliyyətini davam etdirir. Həmçinin NEDA TBZ MMC-nin təsisçisinin yığıncağının xx.xx.2022-ci il tarixli 01 saylı qərarından da göründüyü kimi Neda Shaabani NEDA TBZ MMC-yə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda o, MMC-nin direktoru kimi fəaliyyət göstərir. Təmsil etdiyi MMC qanunla müəyyən edilmiş bütün öhdəlikləri tam icra edir. İddiaçı cavabdehin qərarını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, Shaabani Neda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazəsinin müddətinin uzadılması ilə bağlı xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Shaabani Nedanın rəhbərlik etdiyi şirkətin fəaliyyətində qeyri-müəyyənliklərin olduğu, həmçinin subicarə müqaviləsi əsasında real sahibkarlıq subyekti ilə sövdələşməyə gedərək sahibkarlıq fəaliyyətinin mövcudluğunu göstərməyə cəhd etdiyi müəyyən edilmiş, bununla da onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri (direktoru) kimi faktiki fəaliyyətinin olması öz təsdiqini tapmamışdır. X8 Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinə əsasən müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina üçün əsas yaranmışdır. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə adıçəkilən əcnəbinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılması barədə xx.xx.2022-ci il tarixli 181466/m nömrəli müraciəti təmin edilməmişdir. İnzibati icraat zamanı qanunvericilikdə sadalanan sənədlər Shaabani Neda tərəfindən Dövlət Miqrasiya Xidmətinə təqdim edilmişdir. Lakin onun müraciəti təmin edilmədiyindən, yəni ona ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmədiyindən ünvan 2 ünvanında yerləşən 33 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi C.Məmmədli iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: 0****** nömrəli Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinə əsasən İran İslam Respublikasının vətəndaşı xx.xx.1990-cı il təvəllüdlü İddiaçı xx.xx.2022-cildən xx.xx.2022-ci ilə qədər ünvan 3 ünvanında yaşamağa icazə verilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80.70 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə X3 adına qeydiyyatdan keçmişdir. X3 **********690 nömrəli xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunan ərizəsinə əsasən İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə müvəqqəti qeydiyyata düşməsinə etiraz etmədiyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli subicarə müqaviləsinə əsasən, subicarəverən qismində Saeid İmanpour, icarəçi qismində İddiaçı Mohammad olmaqla, subicarəyəverən 07 iyul 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 4 ünvanında yerləşən obyekti icarəçinin müvəqqəti istifadəsinə verməyi öz öhdəsinə götürür, icarəçi isə icarəyə verilən icarə obyektini qəbul edir. Bunun müqabilində icarəçi icarə obyektindən istifadəyə görə bu müqavilədə nəzərdə tutulmuş miqdarda və qaydada icarə haqqı ödəməyi öz öhdəsinə götürür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsisçisinin yığıncağının 01 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC Nizamnaməsində müəyyən edilmiş icraedici və sərəncamverici səlahiyyətlərə, bütün idarə, təşkilat və müəssisələrdə təmsilçilik səlahiyyətlərinə, o cümlədən bank hesabının açılması və hesab üzrə sərəncam verilməsi səlahiyyətinə malik olan “Direktor” təyin edilmiş İddiaçı-ya bütün səlahiyyətlərin həvalə olunması, "NEDA TBZ” MMC-də “direktor” vəzifəsinin icra edilməsinin İddiaçı-ya həvalə edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarxili əmək müqaviləsi bildirişinin surətinə əsasən, iddiaçı ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılaraq həmin müqavilə üzrə direktor vəzifəsi verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN-i **********, qeydiyyata alındığı tarix xx.xx.2021-ci il, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr, ev 5, ofis 126, qanuni təmsilçisi İddiaçıdır. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina haqqında qərarı”na əsasən İran İslam Respublikası vətəndaşı Shaabani Nedanın 04 iyul 2022-ci il tarixli Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi əsasında ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilmiş icazənin müddətinin uzadılması tələbi barədə müraciəti təmin edilməmiş, İran İslam Respublikası vətəndaşı A97020595 nömrəli pasporta malik otan Shaabani Nedanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyi qoyulmuşdur. İddiaçı əlavə sübut qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsinin, təsisçisi İddiaçı Mohammad olaraq qeyd olunan "xxxx" MMC-nin Nizamnaməsinin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti xx.xx.2023-cü il tarixdə məktubu ilə bildirmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində Shaabani Nedanın (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi və rəhbəri olması barədə məlumat mövcuddur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti Bakı şəhəri X9 üzrə Baş İdarəsi xx.xx.2023-cü il tarixdə məktubu ilə bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ciil tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlər üzrə sadələşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən surətinin verilməsi mümkün olmamışdır; hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 2021-ci ilin 3-cü və 4-cü rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təsdiq edilmiş surətləri təqdiim edilmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsaslı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Həmin Məcəllənin 44.3.-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Həmin Məcəllənin 44.4-cü maddəsinə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir: 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; 45.1.2. ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyduqda; 45.1.3. Azərbaycan Respublikasının ərazisində azı 100.000 manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaiti olduqda; 45.1.3-1. Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara müddətli əmanət müqaviləsi əsasında azı 100.000 manat məbləğində pul vəsaiti qoyduqda; 45.1.4. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda; 45.1.4-1. bu Məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş mütəxəssis olduqda; 45.1.5. Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda; 45.1.6. xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.6-1. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda; 45.1.7. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda; 45.1.7-1. bu Məcəllənin 64.0.6-cı, 64.0.6-1-ci, 64.0.7-ci, 64.0.9-cu, 64.0.10-cu, 64.0.11-ci, 64.0.17-ci, 64.0.18-ci və 64.0.19-cu maddələrində nəzərdə tutulan hallarda; 45.1.8. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;… Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 45.1.7-ci maddəsində göstərilən hal o vaxt Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas hesab olunur ki, həmin şəxslər azı 5 nəfər ilə tam iş vaxtı şəraitində və ya 10 nəfər ilə natamam iş vaxtı şəraitində əmək müqaviləsi bağlamaqla faktiki fəaliyyət göstərirlər. Bu hal üzrə işçilərin ən azı 80 faizinin Azərbaycan Respublikası vətəndaşı olması tələb olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 46.1.1. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 46.1.2. pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır); 46.1.3. doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün); 46.1.4. müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd; 46.1.4-1. Bu Məcəllənin 45.1.1-ci və 45.1.5-ci maddələrində göstərilən əsaslarla əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı həmin maddələrdə nəzərdə tutulmuş ailə üzvünün və ya yaxın qohumun notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi; 46.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış; 46.1.6. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti; 46.1.7. iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti; 46.1.8. 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil; 46.1.9. qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd); 46.1.10. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.11. əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla); 46.1.12. dövlət rüsumunun ödənilməsi barədə sənəd. İşin faktiki hallarına əsasən, iddiaçı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 46-cı maddəsində göstərilmiş Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamağa dair icazə müddətinin uzadılması üçün tələb olunan sənədləri cavabdehə təqdim etsə də, cavabdeh inzibati icraat zamanı aşardırılma nəticəsində həmin Məcəllənin 50.1-ci maddəsini rəhbər tutaraq müraciətin təmin olunmasından imtina etmişdir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) qanuni təmsilçisi (təsisçisi və rəhbəri) olması barədə məlumat mövcud olsa da, fəaliyyətinin hazırda mövcudluğu barədə təsdiqedici sənədərlər aşkar olunmamışdır. Məhkəmə tərəfindən iddiaçıdan 2022-ci il üzrə “Neda Tbz" Məhdud Məsuliyyətli Cəmiyyətinın sahibkarlıq fəaliyyəti formal deyil, faktiki olmasını sübut edən sənədlərin: vergi bəyannamələrin, mühasibat sənədlərin və ya hər hansı bir digər sənədlərin təqdim edilməsi tələb olunsa da, iddiaçı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı 2022-ci il üzrə vergi orqanına vergi bəyannamələrini təqdim etməmişdir. Beləliklə iddiaçının "xxxx" MMC –nin rəhbəri (direktoru) kimi fəaliyyətinin olması öz təsdiqini tapmamışdır. Bu onu deməyə əsas verir ki, iddiaçının sahibkarlıq fəaliyyəti formal xarakter daşıyır, iddiaçı həmin cəmiyyətin rəhbəri (direktoru) kimi fəaliyyət göstərmir. Belə olan halda, cavabdeh haqlı olaraq müraciətin təmin olunmasından imtina etmiş və bu barədə inzibati akt (qərar) qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 48.1-ci maddəsinə görə bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən (müddətinin uzadılmasından) imtina edilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə görə aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə... Beləliklə, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq ünvan 1, mənzil 33 saylı mənzilə müvəqqəti qeydiyyata alınması barədə tələb ilə əcnəbilərə müvəqqəti yaşamaq üçün icazə sənədini verən orqana müraciət edən iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etsə də, ötən il ərzində iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni təmsilçisi olduğu Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri kimi faktiki fəaliyyətini təsdiq edən hal və ya sənəd mövcud olmadığından, cavabdehin imtinası qanunsuz hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən (müddətinin uzadılmasından) cavabdeh tərəfindən qаnuni əsаslаrlа imtinа оlunaraq bu haqda əsaslı qərar çıxarıldığından, işin bu cür hаlındа isə cavabdehin hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə cavabdehin 26 iyul 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq ünvan 3 saylı mənzilə müvəqqəti qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd еdilməlidir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 58-ci, 68-ci, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 26 iyul 2022-ci il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müddətinin uzadılaraq ünvan 3 saylı mənzilə müvəqqəti qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə iddiа tələbi rədd еdilsin. Qərаrdаn оnu аldıqdаn 30 gün müddətində Bаkı İnzibаti Məhkəməsi vаsitəsi ilə Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6im Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2068/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2068/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver