Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-207/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “əmək kitabçasının verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinətinə və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əslinin ona verilməsi, ona məxsus əmək kitabçası məhv edildiyi və ya onun tapılması hər hansı səbəbdən qeyri-mümkün olduğu təqdirdə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmağının əsası (əgər işdən çıxarılmışdırsa), günü, ayı və ili barədə məlumatlar bərpa edilərək həmin məlumatlar barədə müvafiq qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əsli ilə eyni hüquqi qüvvəyə malik olması qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş dublikatının ona verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq öhdəliklərinin icrası haqqında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əslinin ona verilməsi, ona məxsus əmək kitabçası məhv edildiyi, itirildiyi, yararsız hala salındığı və ya onun tapılması hər hansı səbəbdən qeyri-mümkün olduğu təqdirdə isə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmağının əsası (əgər işdən çıxarılmışdırsa), günü, ayı və ili barədə məlumatlar bərpa edilərək həmin məlumatlar barədə müvafiq qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əsli ilə eyni hüquqi qüvvəyə malik olması qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş dublikatının ona verilməsinə dair Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq öhdəliklərinin icrası haqqında iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, o, Göyçay şəhərində anadan olmuş, müharibə veteranıdır. 1985-ci ilin avqust ayından 1986-cı ilin aprel ayına qədər Göyçay şəhərində SMD-3 adlı idarədə fəhlə işləmişdir. Sonra 1986-1988-ci ildə hərbi xidmətdə olduğuna görə əmək fəaliyyətini dayandırmalı olmuşdur. 1990-cı ilin yanvar ayından aprel ayına qədər Mədəniyyət Nazirliyinin Təmir-tikinti idarəsində fəhlə işləmiş, sonra isə həmin ildə “Bərpaçı” EBİİ-nin 2 saylı XEBİE-də fəhlə vəzifəsinə işə qəbul olunmuşdur. O, 1991-ci ildə 18 saylı XEBİE-yə tikinti ustası vəzifəsinə təyin edilmişdir. 1991-ci ildə bir müddət tikinti ustası vəzifəsində işlədikdən sonra, 1991-ci ildə 18 saylı XEBİE-də iş icraçısı vəzifəsinə təyin edilmişdir. O vaxtdan müəssisə ləğv edilənə qədər iş icraçısı vəzifəsində çalışmışdır. Bu qayda ilə iş icraçısı vəzifəsində əmək fəaliyyəti işlədiyi “Bərpaçı” EBİİ-nin yerləşdiyi bina uçana qədər davam etmişdir. O, əmək kitabçasının ona təhvil verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinə müraciət etdikdə isə ona şifahi olaraq müəssisənin binasının uçduğu, əmək kitabçasının yaxın zamanlarda təhvil veriləcəyi, binanın uçduğuna görə sənədlərin verilməsində çətinliklərin yarandığı bildirilmiş və ona bir müddət sonra müraciət etmək məsləhət görülmüşdür. Buna baxmayaraq, o, bir neçə dəfə Komitəyə gələrək müraciət etmiş, lakin ona hər dəfə şifahi olaraq cavab vermişlər ki, məsələ ilə bağlı guya müəyyən işlər görülür və ona məlumat veriləcəkdir. Həmin vaxtlar o, artıq ixtisasından kənar sahələrdə işləməyə başladığına, eyni zamanda əmək kitabçasının ona yaxın zamanlarda təhvil veriləcəyinə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin əməkdaşları tərəfindən əmin edildiyinə və onun işi ilə əlaqədar vaxtının daha da az olduğuna görə əmək kitabçasının qaytarılması üçün əvvəlkindən daha da az müraciət edirdi, lakin ona hər dəfə eyni şifahi və ümumi cavablar verilirdi. Göstərilənlər 2000-ci ilə qədər davam etmişdir. Bir müddət sonra isə ona bildirilmişdir ki, müəssisə ümumiyyətlə ləvğ edilmişdir. Yəni işəgötürənin artıq mövcud olmamasına baxmayaraq, əmək kitabçası ona bugünədək təhvil verilməmişdir. Ona məxsus əmək kitabçası və vəzifədən azad edilməsi barədə əmrlər haqqında məlumatı yoxdur, halbuki 1990-cı ilin fevral ayında o, işə qəbul edilərkən ona əmək kitabçası açılmış və işə qəbul haqqında müvafiq əmr imzalanmışdır. Onun 1990-cı ildə Bakı şəhər İcra Hakimiyyəti aparatının yanındakı Tarix və Mədəniyyət abidələrinin bərpası və təmiri üzrə “Bərpaçı" elm-istehsalat idarəsinin 2 saylı XEBİE-də fəhlə vəzifəsinə işə qəbul edilməsi, 1991-ci ildə həmin idarənin 18 saylı XEBİE- yə tikinti ustası vəzifəsinə təyin edilməsi, həmin vəzifədə bir müddət işlədikdən sonra 1991-ci ildə 18 saylı XEBİE-də iş icraçısı vəzifəsinə təyin edilməsi barədə məlumatları təsdiq edəcək şahidləri var. “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1992-ci il tarixli, 500 saylı qərarına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanındakı Tarix və Mədəniyyət abidələrinin bərpası və təmiri tresti Bakı şəhər İcra Hakimiyyəti aparatının yanındakı Tarix və Mədəniyyət abidələrinin bərpası və təmiri üzrə “Bərpaçı” elm-istehsalat idarəsi maddi-texniki vasitələri və istehsalat bazaları ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinə verilmişdir. Öz növbəsində qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin ləğv edilməsi haqqında” 03 fevral 2000-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasında tarix və X1 və bərpası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin funksiyaları, əmlakı və onun tabeliyində olan təşkilatlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir. “Bərpaçı” Elmi İstehsalat İdarəsinin qeyd edilən Fərmana əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməli təşkilatlar sırasından istisna edilməsi haqqında həmin Fərmanda hər hansı müddəa nəzərdə tutulmamışdır. Göstərilən Fərman Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin arxiv sənədlərinin, ona məxsus əmək kitabçası daxil olmaqla Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin arxivində saxlanılması üçün əsasdır. İdarənin tərkibinə verildiyi komitənin ləğv edilməsi idarənin də ləğv edilməsi, idarənin ləğv edilməsi isə işçilərin də ya ixtisar edilərək, ya da müəssisənin ləğv edildiyinə görə tutduqları vəzifələrdən azad edilmələri anlamına gəlir. Belə olduğu halda onun hər hansı əsasla tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmr qəbul edilməli və ona məxsus əmək kitabçası ona təhvil verilməli idi. Hazırda ona məxsus əmək kitabçası ona ixtisası üzrə başqa vəzifəyə qəbul edilərək işə düzəlməsi üçün lazımdır. Eyni zamanda əmək kitabçası gələcəkdə ona əmək stajı hesablanarkən pensiya (təqaüdün) təyin edilməsi üçün də lazım olacaqdır. Ona məxsus olan əmək kitabçasının mühafizə edilməsi üçün “Bərpaçı” Elmi İstehsalat İdarəsi tərəfindən dövlət arxivinə təhvil verilib-verilməməsi barədə 12.12.2018 tarixli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə etdiyi müraciətə cavab olaraq Milli Arxiv İdarəsindən bildirilmişdir ki, sorğuda qeyd olunan ləğv olunmuş Bakı şəhər İcra Hakimiyyəti apartının yanındakı X3 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət arxivinə və Dövlət arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Ona məxsus əmək kitabçasının Milli Arxiv İdarəsinə təhvil verilməməsi barədə Milli Arxiv İdarəsi tərəfindən ona ünvanlanmış cavab məktubu əmək kitabçasının bugünədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində saxlanıldığını iddia etmək üçün əsasdır. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbərinin ona ünvanladığı cavab məktubunda əmək kitabçasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilmədiyi göstərilir. Lakin əmək kitabçasının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməməsi əsassızdır, çünki Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin ləğv edilməsi haqqında” 03 fevral 2000-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasında tarix və X1 və bərpası sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin ləğv edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin funksiyaları, əmlakı və onun tabeliyində olan təşkilatlar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbərinin cavab məktubu ona məxsus əmək kitabçasının Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2000-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsi ləğv edildiyinə görə həmin Komitənin ləğv edilənədək aid olduğu orqanda, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin idarə arxivində saxlanılmalı olduğu anlamına gəlir. Lakin “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən “Ləğv edilmiş dövlət idarə, müəssisə və təşkilatlarının varisi olmadıqda onların arxiv fondları qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna verilir”. Göstərilən müddəa ona məxsus əmək kitabçasının Milli Arxiv İdarəsinə verilməməsi barədə Milli Arxiv İdarəsinin məktubu ilə təkrarən təsdiqlənir, çünki “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən ləğv edilmiş idarənin varisi olmasa idi, onun arxiv fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət arxiv fonduna verilərdi. Milli Arxiv İdarəsinin məktubunda əmək kitabçasının Milli Arxiv Fonduna təhvil verilmədiyinin göstərilməsi ləğv edilmiş idarənin ləğv edildiyi vaxt varis təşkilatının olmasından irəli gəlir. Ona görə də ona məxsus əmək kitabçası ləğv edilmiş idarənin varis təşkilatının arxiv fonduna aid edilir və varis təşkilatın idarə arxivində saxlanılmalıdır. Varis təşkilat dedikdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin ləğv edilməsi haqqında” 03 fevral 2000-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi (hazırda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2000-ci il tarixli Fərmanına əsasən onun işlədiyi idarə ləğv edilmişdir və ona bugünədək vəzifədən azad edilməsi barədə əmr verilməmişdir, onun şəxsi işi və əmək kitabçası üzrə kargüzarlığın aparılmasının davam etməsini ehtimal etmək məcburiyyətindədir. Bu isə onun əmək kitabçasının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin arxiv fondunda saxlanılmalı olduğu anlamına gəlir. Ona məxsus əmək kitabçası cavabdeh qismində göstərdiyi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin idarə arxivində saxlanılmalıdır və onun müraciəti əsasında ona təhvil verilməli idi. Onun işdən çıxması (vəzifədən azad edilməsi) barədə hər hansı əmr ona təqdim edilməmişdir. Göründüyü kimi, müvafiq inzibati orqan tərəfindən əmək qanunvericiliyi kobud şəkildə pozulmuşdur və hazırda cavabdeh qanunla nəzərdə tutulmuş hərəkətləri etməkdən boyun qaçırmaqla əmək qanunvericiliyi ilə üzərinə qoyulmuş öhdəlikləri əsassız olaraq icra etmir. Ona məxsus əmək kitabçası ərizəsində göstərilən əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə bütün qeydlər göstərilməklə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı "Bərpaçı" Elmi-İstehsalat İdarəsində əmək fəaliyyətini işlədiyi müəssisənin binası uçana qədər davam etdirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1992-ci il tarixli 500 nömrəli Qərarının 3-cü hissəsinə əsasən "Bərpaçı” Elmi-İstehsalat İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinə verilmişdir. İddiaçı əmək kitabçasının ona təhvil verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinə müraciət etdiyini və müəssisənin binasının uçması səbəbindən əmək kitabçasının ona yaxın zamanda veriləcəyi barədə məlumat verildiyini, lakin əmək kitabçasının vətəndaşa təhvil verilmədiyini iddia ərzəsində qeyd etmişdir. Adıçəkilən Komitə “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Tarix və X1 və Bərpası Komitəsinin yaradılması haqqında" ölkə Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 354 nömrəli Fərmanı ilə yaradılmış və "Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsinin ləğv edilməsi haqqında” 3 fevral 2000-ci il tarixli 270 nömrəli Fərmanla ləğv edilərək funksiyaları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmişdir. Qeyd olunan Komitənin funksiyalarının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə verilməsi zamanı İddiaçı əmək kitabçası və ya həmin müəssisədə işləməsini təsdiq edən heç bir sənəd verilməmişdir. İddiaçı əmək kitabçasının verilməsi ilə bağlı ilk dəfə 8 yanvar 2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmşdir. Qeyd olunanlardan aydın olur ki, Komitənin yaradılmasından sonra 29 il ərzində iddiaçının əmək kitabçasının ona təqdim edilməsi və ya yeni əmək kitabçasında hər hansı qeydlərin aparılması və digər bu tipli heç bir müraciəti və iddiası olmamışdır. Həmçinin, iddiaçı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etdikdə əvvəllər işlədiyini iddia etdiyi qurumda işləməsini təsdiqedici heç bir rəsmi sənədin əslini və ya surətini təqdim etməmişdir. İddiaçının 29 il ərzində əmək kitabçası ilə bağlı hər hansı tələbinin olmaması iddia ərizəsində qeyd edildiyi kimi şəxsin həqiqətən adıçəkilən qurumda işləməsinə əsaslı şübhələr meydana gətirir. İddiaçının iddia etdiyi kimi işlədiyini təsdiqedici heç bir sənəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməmişdir və iddia ərizəsində qeyd olunan hadisələr adıçəkilən qurumun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməsindən əvvəl baş vermişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 30.01.2020-ci il tarixli məktubun surətindən görünür ki, 2000-ci ildə ləğv olunmuş Azərbaycan Rerspublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsi işçilərin əmək kitabçalarını Mədəniyyət Nazirliyinə təhvil verməmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən İddiaçı ünvanlanmış 21.02.2019-cu il tarixli məktubdan görünür ki, «Bərpaçı» X5 İdarəsinin sənədləri Bakı ŞİH-nin idarə arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər baş idarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.09.2021-ci il tarixli məktubdan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında bağlanılmış əmək müqaviləsi bildirişi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 20.08.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi vəzifədə işləməsini təsdiq edən sənədlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən məhkəməyə ünvanlanmış 11.10.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı iş yeri və vəzifəsi barədə Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatında sorğuda göstərilən məsələlərə dair məlumatın aşkar edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28.02.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin «Bərpaçı» X6 Emalatxanasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əmək kitabçasının əslinin və ya dublikatının ona verilməsini tələb edir. Lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 30.01.2020-ci il tarixli məktubda 2000-ci ildə ləğv olunmuş Azərbaycan Rerspublikası Nazirlər Kabineti yanında Tarix və X1 və Bərpası Komitəsi tərəfindən işçilərin əmək kitabçalarının Mədəniyyət Nazirliyinə təhvil verilmədiyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 20.08.2021-ci il tarixli məktubda İddiaçı iddia ərizəsində qeyd etdiyi vəzifədə işləməsini təsdiq edən sənədlərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilmədiyi bildirilir. Göründüyü kimi, iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. Bundan başqa, həm Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, həm Bakı şəhər İcra Hakimiyyəti, həm də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış sorğulara cavablarda iddiaçının iddia ərizəsində qeyd etdiyi vəzifələrdə işləməsini təsdiq edən sənədlərin onlara təhvil verilmədiyi bildirilmişdir. Göründüyü kimi, iddiaçının əvvəllər dövlət qulluqçusu olması iş materialları ilə öz təsdiqi tapmır. Göstərilənlərə əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-207/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-207/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver