Məhkəmə qərarları › İş №2-1(112)-2071/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2071/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2071/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşaqlarının sağlamlıq imkanlarının məhdud hesab edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4 və 22 noyabr 2006-cı il tarixdə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi tanınmasının cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmənin qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilərək cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçının 13.10.2004-cü il təvəllüdlü övladı Kalazadə Yaşara posthipoksik ensepalopatiya, uşaq yaşlanmış nevrozu, gecə enurezu diaqnozu qoyulmuş, epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar və ya teztez təkrarlanan kiçik və qıcolmasız tutulmalar müşayiət olunmuş, bununla əlaqədar sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. Digər övladı 22.11.2006-cı ildə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğluna yumşaq damağın yarığı, əməliyyatdan sonrakı vəziyyət: İİ və İİİ dərəcəli xroniki tonzillit diaqnozu qoyulmuş, bununla əlaqədar oğlu İsmayıl da sağlamlıq imkanı məhdud uşaq hesab edilmişdir. Övladlarının atası Kalazadə Nəcəf Yaşar oğlu ilə ayrılmışdır. O, iddiaçının ondan aliment tələbi etməməyi üçün bir neçə il bundan əvvəl müxtəlif orqanlara şikayət edərək uşaqlarına verilən pensiyanın kəsilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə dəvət edilmiş, orada uşaqlarında xəstəliklər aşkar edilsə də, lakin iddiaçıya bildirilmişdir ki, keçmiş ərinin şikayəti olduğundan pensiyanı dayandıracaqlar. Beləliklə də, 05 iyul 2016-cı il tarixdə uşaqlarının pensiyası dayandırılmışdır. İddiaçı dəfələrlə cavabdeh orqana müraciət etsə də, lakin heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazında göstərilmişdir ki, X4 əlillik vəziyyəti Gəncə 1 saylı uşaq poliklinikasının 07.01.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYA. UŞAQ YAŞLANMİŞ NEVROZU. GECE ENUREZİ; Meyar: 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => 2.1.4. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla)...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 18.02.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYA.USAQ YAŞLANMİŞ NEVROZU.GECE ENUREZİ; Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez- tez təkrarlanan (həft...” səbəbi ilə üç il müddətinə əlillik dərəcəsi verilmişdir. 18.02.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.5 - Xüsusi epileptik sindromlar; Diaqnozun mətni: POSTHİPOKSİK ENSEFALOPATİYANİN ZƏİF NƏZƏRƏ ÇARPAN QALİĞİ; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Kalazadə İsmayıl Nəcəf oğlunun əlillik vəziyyəti Gəncə 1 saylı uşaq poliklinikasının 20.11.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q36 - Dodağın yanğı [dovşando...; Diaqnozun mətni: YUMŞAQ DAMAĞİN ANADANGƏLMƏ TAM YARİĞİ; Meyar: 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə 1 saylı uşaq poliklinikasının 19.11.2015-ci il tarixli 0499003AAA5M saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Yumşaq damağın yarığı, əməliyyatdan sonrakı vəziyyət.Xroniki tonzillit, ll-lll dər; Meyar : 2. İki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => 2.3.5. dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma,...” səbəbi ilə iki il müddətinə əlillik dərəcəsi verilmişdir. Gəncə 1 nömrəli uşaq poliklinikasının 19.11.2015-ci il tarixli 0499003AAA5M saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q35-Q37 - Dodağın və damağın yarığı [dovşandodaq və qurdağız] => Q35 - Damağın yarığı (qurdağzı...; Diaqnozun mətni: Anadangəlmə yumşaq damağın yarığı, cərrahi əməliyyatdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sonda iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək, yekun məhkəmə aktının qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uygun izahat verib iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki: - İddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış 25.06.2021-ci il tarixli ərizəsindən və ********* saylı poçt məxaric qəbzindən görünür ki, o, uşaqlarının yenidən müayinə olunaraq onların pensiyasının bərpa edilməsi üçün sağlamlıq imkanı məhdud uşaqlar hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə 25.06.2021-ci il tarixdə komissiyaya göndərilmişdir. - Cavabdehin 2739 saylı 15 iyul 2016-cı il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, övladları Kalazadə Yaşar və İsmayıl Nəcəf oğullarına sağlamlıq imkanları məhdud uşaqlar təyin edilməməsi barədə müraciəti baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində göstərilən məsələ araşdırılmışdır. Araşdırmada məlum olmuşdur ki, Gəncə şəhər sakini Kalazadə Nəcəf Yaşar oğlu övladları X5 və Kalazadə İsmayıl Nəcəf oğluna əsassız sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ünvanına ərizə ilə müraciət etmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti göstərilən ərizəyə əsasən 25 nömrəli TSEK ilə əlaqə saxlanaraq, Kalazadə Yaşar və Kalazadə İsmayıl Nəcəf oğullarının ekspert sənədləri ilə birlikdə nəzarət qaydasında əyani müayinəyə gəlmələrini təşkil etmək bildirilmişdir. 05.07.2016-cı il tarixdə X7 və Kalazadə İsmayıl Nəcəf oğlu hər ikisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur. Aparılmış müayinələrin nəticəsinə, xəstəliklərinin ağırlığına, fəsadlarına, xəstələrin ümumi vəziyyətlərinə görə mövcud qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən sağlamlıq imkanlarının məhdudluğu təyin edilmiş və 25 nömrəli TSEK-in qərarı ləğv edilmişdir. Bu barədə Kalazadə Yaşar və İsmayıl Nəcəf oğullarının müavinətinin 05.07.2016-cı ildən dayandırılması Gəncə şəhəri Nizami rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoruna məktubla bildirilmişdir”. - Cavabdehin 5446 saylı 27.10.2016-cı il tarixli iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, övladları Kalazadə Yaşar və ismayıl Nəcəf oğullarına sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması barədə təkrar şikayət ərizəsi baxılmaq üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində göstərilən məsələ araşdırılmışdır. 05.07.2016-cı il tarixdə X7 və Kalazadə İsmayıl Nəcəf oğlu hər ikisi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əyani müayinədə olmuşdur. Aparılmış müayinələrin nəticəsinə, xəstəliklərinin ağırlığına, fəsadlarına, xəstələrin ümumi vəziyyətlərinə görə mövcud qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” əsasnaməyə əsasən sağlamlıq imkanlarının məhdudluğu təyin edilməmiş və 25 nömrəli TSEK-in qərarı ləğv edilmişdir. X7 və Kalazadə İsmayıl Nəcəf oğlu səhiyyə müəssisəsində müayinə olunaraq, xəstəliklərinin ağırlaşması barədə göndəriş verildiyi halda təkrar sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün 25 nömrəli TSEK-ə müraciət edərək, tibbi ekspert sənədləri ilə Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etməlidir. Xəstə müayinə zamanı TSEK-in qərarı ilə razılaşmadıqda 1 ay müddətində Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edə bilər. - "xxxx" MMC tərəfindən verilmiş 13.06.2009-cu il tarixli 0068970/09 №-li epikrizdən görünür ki, Qalazadə ismayıl Nəcəf oğlu 12.06.2009-ci il tarixdə stafıloplastika əməliyyatı keçirmişdir. - Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 016675 saylı arayışdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu 01.11.2015-ci il tarixə qədər sağlamlıq imkanları məhdud hesab edilmişdir. - 25 saylı Tibbi-Sosial Ekspert Komissiyasının **********2 saylı müayinəyə dair məlumatdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu iki il müddətinə: => daxili orqanların və sistemlərin pozulmaları: => dəri örtüklərinin və ya selikli qişanın geniş həcmli zədələnmələri (xoralanma, eritrodermiya, nəzərəçarpan qaşınma, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki meyarı ilə sağlamlıq imkanları məhdud hesab edilmişdir. -- Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 016625 saylı arayışdan görünür ki, Kalazadə İsmayıl Nəcəf oğlu 01.01.2016-ci il tarixə qədər sağlamlıq imkanları məhdud hesab edilmişdir. - 25 saylı Tibbi-Sosial Ekspert Komissiyasının **********2 saylı müayinəyə dair məlumatdan görünür ki, X7 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => epilepsiya və davamlı, terapevtik rezistentj məhdudluğunun müəyyənepilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə olunması meyarı:2- 3 dəfə) kiçik və ya qıcolmasız tutmalar (G40-G41.9) meyarı ilə sağlamlıq imkanları məhdud hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 ekpert rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X4, 2006-cı il təvəllüdlü Kalazadə İsmayıl Nəcəf oğlunun adına tərtib edilmiş sənədlərə, 18.01.2021-ci tarixli məhkəmə-tibbi müayinələrinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: X2 və Kalazadə İsmayıl Nəcəf oğlunda 18.01.2022-ci il tarixdə əyani müayinə zamanı əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığı üçün təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 40 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarına məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə əlilliyin təyini üçün əsas vermir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırki iddia mahiyyətcə iddiaçının uşaqlarının publik hüququnun təmin edilməsi – onların sağlamlıq imkanlarının məhdud olmasının müəyyən edilməsinin cavabdehə həvalə edilməsindən ibarətdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən: 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.4-cü bənd bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı övladlarının sağlamlıq imkanlarının məhdudluğunun müəyən edilməsi üçün müraciər etsə də, cavabdeh tərəfindən 13 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4 və 22 noyabr 2006-cı il tarixdə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanları məhdud uşaq kimi tanınmasından imtina edilmişdir. Məhkəmə araşdırması zamanın işin hallarının tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza nəticəsində ekspert aşağıdakı qənaətinə gəlmişdir ki, 2004-cü il təvəllüdlü X4 və 2006-cı il təvəllüdlü Kalazadə İsmayıl Nəcəf oğlunun adına tərtib edilmiş sənədlərə, 18.01.2021-ci tarixli məhkəmə-tibbi müayinələrinə və qərardadda göstərilən suallara uyğun əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığı üçün təyin edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 40 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə əlilliyin təyini üçün əsas vermir. Göründüyü kimi ekspert də əyani müayinə zamanı əlilliyə əsas verə biləcək patofunksional dəyişikliklər aşkar olunmadığına görə iddiaçının uşaqlarının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması üçün əsas olmadığını bildirmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan ekspert rəyini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət edərək ekspert rəyini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 13 oktyabr 2004-cü il tarixdə anadan olmuş X4 və 22 noyabr 2006-cı il tarixdə anadan olmuş Kalazadə İsmayıl Nəcəf oğlunun sağlamlıq imkanları məhdud uşaqlar kimi tanınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşaqlarının sağlamlıq imkanlarının məhdud hesab edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar