Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2072/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Əmək pensiyaları haqqında’" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşı tamam olduğu 09 dekabr 2021-ci il tarixdən təyin olunması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1961-ci il tarixində doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətlərindən görünür ki, 11 iyul 1979-cu il tarixdən 10 may 1980-ci il tarixinədək (09 ay 29 gün) Ermənistan SSR “Zeytun” sovxozunda fəhlə vəzifəsində işləmiş, 01 aprel 1980-ci il tarixdən 23 aprel 1982-ci il tarixinədək (2 il 22 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 07 iyun 1982-ci il tarixdən 20 oktyabr 1982-ci il tarixinədək (04 ay 13 gün) Gürcüstan SSR “Elevatortikinti” trestində fəhlə, 01 noyabr 1982-ci il tarixdən 04 noyabr 1983-cü il tarixinədək (01 il 03 gün) Gürcüstan SSR “Gürcükəndtikintiqurqşdırma” trestinin 25 saylı Xüsusisəyyarmexaniki kolonnasında fəhlə, 22 mart 1984-cü il tarxdən 02 aprel 1984- cü il tarixinədək (10 gün) Gürcüstan SSR Mameuli rayon “Kəndyaşayışkommunal” təsərrüfat Biriyində fəhlə, 15 aprel 1984-cü il tarixdən 10 noyabr 1985-ci il tarixinədək (01 il 06 ay 25 gün) həmin idarədə bənna (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 27 dekabr 1985-ci il tarixdən 11 aprel 1986-cı il tarixinədək (03 ay 14 gün) həmin idarədə fəhlə, 12 aprel 1986-cı il tarixdən 16 yanvar 1987-ci il tarixinədək (09 ay 04 gün) Gürcüstan SSR “Gürcüxüsusitikintitəmirquraşdırma” trestində bənna (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 15 aprel 1987-ci il tarixdən 04 noyabr 1987-ci il tarixinədək (06 ay 19 gün) RSFSR-də Tatarıstan MSSR-in N-Oktyabrskiy Yİ-də bənna(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qəran ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 04 yanvar 1988-ci il tarixdən 17 oktyabr 1988-ci il tarixinədək (09 ay 13 gün) həmin vilayətin “Mamıkovskiy” sovxozunun tikinti briqadasında bənna(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edümiş siyahıda paraqraf 29 a), 04 sentyabr 1989-cu il tarixdən 16 noyabr 1992-ci il tarixinədək (03 il 02 ay 12 gün) “Bakısementtəmir” XB-də bənna, 16 noyabr 1992-ci il tarixdən 25 mart 1993-cü il tarixinədək (04 ay 19 gün) “Turan” KM-də bənna(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 26 mart 1993-cü il tarixdən 15 iyun 1993-cü il tarixinədək (02 ay 19 gün) “Tərəqqi-Turan” KM-də bənna(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 16 iyun 1993-cü il tarixdən 30 sentyabr 1997-ci il tarixinədək (04 il 03 ay 14 gün) “Şelflayihətikinti” zavodunda bənna(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qəran ilə təsdiq edilmiş siyahıda paraqraf 29 a), 04 sentyabr 1996-cı il tarixdən 10 avqust 1997-ci il tarixinədək (11 ay 06 gün) “Santa-Fe” korporasiyasının “Dədə Qorqud” qazma qurğusunda takelajçı, 11 avqust 1997-ci il tarixdən 01 dekabr 1999- cu il tarixinədək (02 il 03 ay 19 gün) “Xəzər Qazma” şirkətində takelajçı 01 dekabr 1999-cu il tarixdən 06 fevral 2010-cu il tarixinədək (10 il 02 ay 05 gün) “Dədə Qoqud” qazma qurğusunda X2 və kran operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qəran ilə təsdiq edilmiş siyahıda paraqraf 10 a), 06 fevral 2010-cu il tarixdən 30 iyul 2020-ci il tarixinədək (10 il 05 ay 24 gün) “İstiqlal” qurğusunda takelajçı vəzifəsində işləmiş, 30 iyul 2020-ci il tarixdən bu günə kimi həmin qurğuda rəngsaz vəzifəsində işləyir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 24.0.1 maddəsinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanmda qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Beləliklə, 60 yaşına çatdığı 09 dekabr 2021-ci il tarixinədək ümumi iş stajı 25 ildən artıq, yəni 43 il 07 ay 09 gün təşkil etmiş və həmin staj illərinin 21 il 09 ay 10 gün (12 il 6 aydan artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır.Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməyini sübut edən arayışları ərizəsinə əlavə edir və bildirir ki, həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuşdur.Göründüyü kimi, qanunvericliyin tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 09 dekabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. 01 iyul 2017-ci il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqmda” Azərbaycan Respublikasının Qanununun 9.1 maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər- 60 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.Göstərilənləri nəzərə alaraq, pensiya almaq hüququ yarandığı 09 dekabr 2021-ci il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir.Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2 maddəsinə əsasən, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1 maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.2 maddəsinə əsasən, bu Məcəllənin 33.1 maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundən cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı (AZE 15013649; FİN xxxxxxx) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialına qarşı “60 yaşın tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-11868/2024 nömrəli inzibati iş vardır. Hesab edilir ki, icraatda olan 2- 1 (112)-11868/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubuna əsasən müəyyən edilir ki, müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı eyni iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-899/2023 nömrəli Qərarı ilə iddia təmin edilməmişdir. Daha sonra İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2022-ci tarixədək qüvvədə olan) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində iddiaçının işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) qazma bəndi (10.1), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) qaldırıcıların maşinistləri vəzifələri və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifələri nəzərdə tutulmuşdur. “Bakıxüsusisementtəmirtikinti” KM-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışında iddiaçının xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərə əsasən iddiaçının işlədiyi bənna peşəsinin sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Həmçinin, SOCAR-ın “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”nun iddiaçıya dair arayışında xx.xx.1993- xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində bənna vəzifəsində işlədiyi müddətdə xüsusi bənna manqalarında daim işləyib-işləməmədiyi barədə hər hansı məlumat qeyd olunmayıb. Mərkəzi Filiala təqdim edilmiş “X7 Ltd” şirkətinin 15 yanvar 2024-cü il tarixli arayışında iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1999-xx.xx.2006-сı il tarixləri arasındakı dövrlər ərzində X2, xx.xx.2006xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində kran operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi takelajçı vəzifəsi “X8” LTD-nin arayışında istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin qazma bəndinin fəhlələr yarımbəndində nəzərdə tutulmayıb, X2 və kran operatoru vəzifələri isə həmin Siyahının neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması bəndində nəzərdə tutulan qaldırıcıların maşinistləri vəzifələrinə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (02 il 05 ay 1 gün (xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 899/2023 nömrəli Qərarında da iddiaçının tələb olunan güzəştli iş stajına malik olmadığı qeyd olunmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı dair ИЗ seriyalı ******* nömrəli xx.xx.1980-ci il tarixli hərbi biletin surəti məhkəməyə təqdim olunmuşdur. “Bakıxüsusisementtəmirtiki” Kollektiv müəsisəsinin xx.xx.2023-cü il tarixli 41 nömrəli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən Bakısementtəmirtikinti” KM-nin 2 saylı sahəsinə xx.xx.1989-cu il tarixindən 3-cü dərəcəli bənna peşəsinə işə qəbul edilib. (Əsas: xx.xx.1989-cu il tarixli 63-K saylı əmr).xx.xx.1992-ci il tarixindən ARƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilib. (Əsas: xx.xx.1992-ci il tarixli 80-K saylı əmr). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf nm 29-cu maddəsinin a bəndinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən, İddiaçı zərərli bənna peşəsi üzrə güzəştli şərtlərlə ümumi iş stajı 03 il 02 ay 12 gün (üç il iki ay on iki gün) təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun xx.xx.2023-cü il tarixli 14-2-8/2-M-xx-xx/2023-66 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən bənna peşəsində: “Şelflayihətikinti" LSTBnin Ehtiyyat hissələri, Qeyri standart avadanlıqlar və Xalq İstehlakı malları zavodunun Təmir müəssisəsi və təmir tikinti sahəsində xx.xx.1993-cü il tarixindən (Əsas: xx.xx.1993cü il tarixli 64/K nömrəli əmr) xx.xx.1997-ci il tarixinədək (Əsas: xx.xx.1997-ci il tarixli 28/K nömrəli əmr) işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 04 il 03 ay 14 gün xx.xx.1993-xx.xx.1997-04 il 03 ay 14 gün İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: yük daşıyan divarların, təməllərin, taqların, tonozların, sütunların hörülməsi, pəncərə və qapı çərçivələrinin quraşdırılmasında iştirak etmək, yığma dəmirbeton konstruksiyalarda doldurma işinin icra edilməsi və sair işlərdən ibarət olmaqla.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li SiyahisT’mn XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində “bənna briqadalarında və kompleks briqadaların xususi bənna manqalarında daim işləyən bənnalar” peşəsi üzrə 2290000a-12680 vəzifə koduna uyğundur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 163223/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 5 may 2023-cü ii tarixli 3-17-1/2-M-99503/2023 nömrəli məktubla cavablandırılmış 20 iyun 2024-cü il tarixində daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünüz iş, tutduğunuz vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) qazma bəndi (10.1), neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində (10.2) qaldırıcıların maşinistləri vəzifələri və bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.1992-ci il və xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində “Bakısementtəmirtikinti” KM-da bənna, xx.xx.1996-xx.xx.1999cu il tarixləri arasındakı dövr ərzində “X7” LTD-də takelajçı və xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində X2, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində kran operatoru, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində isə takelajçı vəzifələrində işlədiyi qeyd olunub. İşlədiyi takelajçı vəzifəsi “X8” LTD-nin sizə dair arayışında istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin qazma bəndinin fəhlələr yarımbəndində nəzərdə tutulmayıb, X2 və kran operatoru vəzifələri isə həmin Siyahının neft, qaz və qaz kondensatı hasilatı, qəbulu və saxlanması bəndində nəzərdə tutulan qaldırıcıların maşinistləri vəzifələrinə aid deyil. Həmçinin, SOCAR-ın “Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun dair arayışında bənna vəzifəsində çalışdığı müddətdə xüsusi bənna manqalarında daim işləyib-işləməməyi barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (2 il 15 ay 1 gün (xx.xx.2020- xx.xx.2023-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır. X7 Ltd şirkətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Moylə oğlu həqiqətən X9 Ltd şirkətində Yarım Dalma üzən X4 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 27 (iyirmi yeddi) il 05 (beş) ay 25 (iyirmi beş) gün təşkil edir. Ss Əmək İşlədiyi tarix İşlədiyi Vəzifəsi, ixtisasın kodu kitabçasında müddəti il ay qeydiyyat No gün 1 30-31 xx.xx.1996- 00.11.24 Takelajçı- .Bölmə X. 11000000, Neftin 10.08. 1997 qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft,qaz, qaz kondensatı,kömür və şistin emalı, 1100000a, a) fəhlələr 2 32 xx.xx.1997- 02.03.20 Takelajçı- Bölmə X. 11000000, Neftin xx.xx.1999 qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft,qaz, qaz kondensatı,kömür və şistin emalı, 1100000a, a) fəhlələr 3 33 xx.xx.1999- 06.08.21 X5- (qaldıncılann maşınistləri) 10.2 xx.xx.2006 (b) 4 34 xx.xx.2006- 03.06.26 Kran Operatoru- (qaldıncılann xx.xx.2010 maşınistləri) 10.2 (b) 5 35 xx.xx.2010- 10.05.24 Takelajçı- Bölmə X. 11000000, Neftin xx.xx.2020 qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft,qaz, qaz kondensatı,kömür və şistin emah, 1100000a, a) fəhlələr 6 36 xx.xx.2020 03.05.09 Rəngsaz Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 35-ci Bölmə İNTERSEAL GREY - 670 STORM GREY - 670 К 724 ALUMİNİUM - 670 RED - 990 WHİTE-990 BLACK - 990 QATMALAR : THİNNER-220 THİNNER-713 THİNNER - 822 İddiaçı dair xx.xx.1980-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1979-cu il tarixdə 62 saylı, xx.xx.1979-cu il tarixli əmrə əsasən “Zeytun” sovxozunda fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci il tarixdə 36 saylı xx.xx.1980-ci il tarixli əmrə əsasən ordu sıralarında həqiqi hərbi xidmətə getdiyinə görə işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə 62 saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən Gürcüstan SSR 11 saylı “Elevatortikinti” trestində fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1982-ci il tarixdə 125 saylı xx.xx.1982ci il tarixli əmrə əsasən öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1982-ci il tarixdə 44 saylı xx.xx.1982-ci il tarixli əmrə əsasən Gürcüstan SSR “Gürcükəndtikintiquraşdırma” trestinin 25 saylı xüsusisəyyarmexaniki kolonnasında 4 dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1983-cü il tarixdə 54K saylı xx.xx.1983-ci il tarixli əmrə əsasən 32-ci maddəyə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 32 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən Gürcüstan SSR Marnueli rayonu “kəndyaşayışkommunal” təsərrüfat Birliyində tikinti briqadasında 3-ü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 35 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar vəzifəsindən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə 20K saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən 5-ci dərəcəli bənna vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə 50K saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən öz istəyi ilə işdən azad edilmişdir.xx.xx.1985-ci il tarixdə 84 nömrəli xx.xx.1985-ci il tarixli əmrə əsasən Marnueli rayonu “Kəndyaşayışkommunal” təsərrüfat birliyində tikinti briqadasında 3-cü dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1986-cı il tarixdə öz əarizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə 32 nömrəli xx.xx.1986-cı il tarixli əmrə əsasən Gürcüstan SSR “Guücükəntikintiquraşdırma” trestinin 3 dərəcəli bənna olaraq işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixdə 06 nömrəli əmrə əsasən xx.xx.1987-ci il tarixli öz istəyi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə 68 nömrəli xx.xx.1987-ci il tarixli əmrə əsasən Tatarıstan MSSR-in Oktyabrskiy Yİ-də 3 dərəcəli bənna olaraq işə qəbul edilmişdir. xx.xx.1987-ci il tarixli 143 nömrəli xx.xx.1987-ci il tarixli əmrə əsasən öz istəyi ilə 31- ci maddəyə əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci il tarixli 2 nömrəli xx.xx.1988-ci il tarixli əmrə əsasən “Mamıkovskiy” sovxozunun tikinti briqadasında bənna olaraq işə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixli 44 nömrəli xx.xx.1988-ci il tarixli əmrə əsasən İşin bitməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixli 63 nömrəli əmrə əsasən “Bakısementtəmir” XB-də 3 dərəcəli bənna olaraq işə qəbul edilmişdir. xx.xx.1990-cı il tarixdə 65 nömrəli əmrə əsasən 4-cü dərəcəli bənna vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 80 nömrəli xx.xx.1992-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məclləsinin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdə 64 nömrəli xx.xx.1993-cü il tarixli əmrə əsasən “Şelflayihətikinti” zavoduna 6 dərəcəli bənna olaraq işə qəbul edilmişdir. xx.xx.1996-cı il tarixdə SR0132 nömrəli xx.xx.1996-cı il tarixli əmrə əsasən “Sabta Fe” korparasiyasının “Dədə Qorqud” qazma qurğusunda takelajçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdə SR0132 nömrəli xx.xx.1997-ci il tarixli əmrə əsasən Xəzər Qazma Şirkətinə keçirilməklə vəzifəsindən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdə 79 nöməli xx.xx.1997-ci il tarixli əmrə əsasən Xəzər Qazma Şirkətinə takelajçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1999-cu il tarixdə xx.xx.1999-cu il tarixli 47 nömrəli əmrə əsasən “Dədə Qorqud” qurğusunda X5 vəzifəsində işləmişdir. xx.xx.2006-cı il tarixdə xx.xx.2006-cı il tarixli 524 nömrəli əmrə əsasən Həmin qurğuda kran operatoru vəzifəsinə keçirilmişdir. xx.xx.2010cu il tarixdə 743 nömrəli xx.xx.2010-cu il tarixli əmrə əsasən istiqlal qurğusunda takelajçı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 1656 nömrəli xx.xx.2020-ci il tarixli əmrə əsasən istiqlal qurğusunda rəngsaz vəzifəsinə keçirilmişdir. X7 Ltd şirkətinin xx.xx.2023-cü il tarixli CDC-İst-026 nömrəli məktubundan görünür ki, 27 Oktyabr 2023-cü il tarixli 2-1(112)-10312/2023 saylı işə aid məktuba cavab olaraq nəzərə çatdırılır ki, İddiaçı şirkətdə işlədiyi müddətdə aşağıdakı vəzifələrdə çalışmışdır: 04.09.96-cı il tarixdən 01.12 1999-cu il tarixədək Takelajçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək X5, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Kran Operatoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Takelajçı vəzifələrində işləmiş və xx.xx.2020-ci ildən hal-hazıkı günədək Xəzər dənizində yerləşən İstiğlal qazma qurğusunda Rəngsaz vəzifəsində çalışmaqdadır. X7 Ltd şirkətinin xx.xx.2023-cü il tarixli CDC-İst-013 nömrəli məktubundan görünür ki, 26 May 2023-cü il tarixli 2-1(112)-10312/2023 saylı işə aid məktuba cavab olaraq bildirir ki, İddiaçı Moylə oğlu 04 Sentyabr 1996-cı il tarixdən hal- hazıradək X9 Ltd şirkətində işləyir. O, 04.09.96-cı il tarixdən 01.12 1999-cu il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək Xəzər dənizində yerləşən Dədə Qorğud və İstiqlal qazına qurğularında Talclajçı vəzifəsində işləmişdir. (Bölmə X, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün),neft,qaz.qaz kondensatı, kömür və şistin emalı. KOD - 1100000a, fəhlələr). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 1530 nömrəli arayışından görünür ki, İddiaçı Moylə oğlu həqiqətən 04.1980-cı il tarixdən 23.04 1982-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş və tərxis olmuşdur. xx.xx.1993-cü il tarixdən - 22 09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir və MN-nin xx.xx.1995-ci il tarixli Əmri ilə tərxis olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli 1531 nömrəli arayışından görünür ki, X1 həqiqətən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Müharibə Veteranıdır". Azərbaycan Respublikası Dövlət Neft Şirkəti H.Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 14-2-8/2-119/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazrliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 11868/2024 saylı iş üzrə göndərmiş olduğu hakim sorğusunda qeyd olunan hallar müvafiq qaydada araşdırılmışdır. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmama dair” verilmiş xx.xx.2023-cü il tarixli 14-2- 8/2-M-xx-xx/2024 nömrəli arayışda qeyd olunan dövrlər zavodun arxivində saxlanan sənədlər tədqiq edilməklə yenidən araşdırılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.1997-ci il tarixləri aralığında aşağıdakı dövrlərdə öz hesabına məzuniyyət verilmişdir: 1)xx.xx.1996-xx.xx.1997-ci il. 1996-cı ilin dekabr ayında 136872.00 manat istehsalatda uzun illər səmərəli fəaliyyətinə görə ödəniş edilmiş, ödənişdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur .2)xx.xx.1997-xx.xx.1997. 1997-ci ilin aprel ayında 700.000 manat işəmuzd əmək haqqı, may ayında 500.000 manat işəmuzd əmək haqqı ödənilmişdir. Əlavə olaraq bildirilir ki, 1997-ci ilin yanvar ayında X. Mustafayevə 472101.20 manat əmək məzuniyyəti üçün ödəniş edilmiş və ödənişdən məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasında isə Tikinti Materialları və Təmir-Tikinti sahəsinin 5-ci dərəcəli bənnası İddiaçı zavodlar arasında mövcud olmuş müqavilənin şərtlərinə uyğun olaraq Gəmi Təmiri Zavoduna işləməyə göndərilmiş və 1997ci ilin iyun- sentyabr aylarında ona hər ay üçün 480.000 manat maaşına əlavə (doplata) şəklində əmək haqqı ödənilmişdir. Beləliklə, zavod tərəfindən İddiaçı xx.xx.1996 xx.xx.1997-ci il tarixləri arasında cəmi beş ay üçün əmək haqqı ödənilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə almaqla vətəndaşa əmək haqqının ödənilmədiyi beş ay müddətin onun bizim müəssisədə işləmiş olduğu 04 il 03 ay 14 gün əmək stajına daxil edilbedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmaqla Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən İddiaçı “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” verilmiş xx.xx.2023-cü il tarixli 14-2-8/2-M-12- 33/2023-66 nömrəli arayışda qeyd olunan məlumatları bir daha təsdiq edilmişdir. X7 Ltd şirkətinin xx.xx.2025-ci il tarixli CDC-İst-06-25 nömrəli məktubundan görünür ki, 24 Yanvar 2025-ci il tarixli 2-1(112)-2072/2025 saylı işə aid məktuba cavab olaraq nəzərə çatdırılır ki, İddiaçı şirkətdə işlədiyi müddətdə aşağıdakı vəzifələrdə çalışmışdır. Xəzər dənizində yerləşən Dədə Qorqud qazma qurğusunda Kran Operatoru və X2 vəzifəsində işləmiş (xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək X5, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Kran Operatoru) və bu vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına uyğun olan aşağıdakı vəzifə və Kodları nəzərdə tutulmuşdur. Paraqraf X, Bölmə 2. Neft-qaz kondensatının hasilatı a) Fəhlələr, KOD- 1100000a-14012, Vəzifə-Qaldirıcıların Maşininstləri. Xəzər dənizində yerləşən X4 Takelajçı yəni Fəhlə (04.09.96-cı il tarixdən 01.12 1999-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ) Bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft.qaz, qaz kondensatı.kömür və şistin emalı, 1100000a, a) fəhlələr Xəzər dənizində yerləşən X4 Rəngsaz vəzifəsində çalışmaqdadır. (xx.xx.2020- ci ildən hal-hazıki günədək). Bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft.qaz, qaz kondensatı.kömür və şistin emalı, 1100000a, a) fəhlələr. İddiaçı sığorta hesabından görünür ki, 2006 yanvar-2024 iyun tarixlərində cəmi gəlir:445329.93, cəmi ödənilmiş 111333.76, cəmi hesablanmış 111332.41, pensiya kapitalı 175827.05 manatdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi X10 Presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 47) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 il; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 6 ayı həmin işlər olmalıdır); Hazırda (xx.xx.2022-ci il tarixdən) qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair ilk dəfə xx.xx.2023-cü ildə müraciət etmişdir. İddiaçının ən azı 25 il ümumi siğorta stajının və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması işin halları ilə müəyyən edilir və cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh qurum tərəfindən iddiaçıya güzəştlə şərtlərlə pensiya təyin edilməsindən imtinanın əsası kimi onun xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “Bakıxüsusisementtəmirtikinti” KM-də bənna peşəsində, SOCAR-ın “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”nda xx.xx.1993-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində bənna peşəsində, “X7 Ltd” şirkətində xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1999-cu il, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1999-xx.xx.2006-сı il tarixləri arasındakı dövrlər ərzində X2, xx.xx.2006-xx.xx.2010cu il tarixləri arasındakı dövr ərzində kran operatoru vəzifələrində işlədiyi dövrün güşəzştli iş stajı kimi nəzərə alınmaması nəticəsində iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (02 il 05 ay 1 gün (xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil etməsi göstərilmişdir. Məhkəmə araşdırması zamanı X7 Ltd şirkətinin xx.xx.2025-ci il tarixli CDC-İst-06-25 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı şirkətdə işlədiyi müddətdə Xəzər dənizində yerləşən Dədə Qorqud qazma qurğusunda Kran Operatoru və X2 vəzifəsində işləmiş (xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək X5, xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək Kran Operatoru) və bu vəzifələr AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarına uyğun olan aşağıdakı vəzifə və Kodları nəzərdə tutulmuşdur. Paraqraf X, Bölmə 2. Neft-qaz kondensatının hasilatı a) Fəhlələr, KOD- 1100000a-14012, Vəzifə-Qaldirıcıların Maşininstləri. Xəzər dənizində yerləşən X4 Takelajçı yəni Fəhlə (04.09.96-cı il tarixdən 01.12 1999-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ) Bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft qaz, qaz kondensatı, kömür və şistin emalı, 1100000a, a) fəhlələr Xəzər dənizində yerləşən X4 Rəngsaz vəzifəsində çalışmaqdadır. (xx.xx.2020- ci ildən hal-hazıki günədək). Bölmə X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft.qaz, qaz kondensatı.kömür və şistin emalı, 1100000a, a) fəhlələr. Belə olan halda, yuxarıda qeyd edilən dövrlər məhkəmədə iddiaçının zərərli işlərdə xx.xx.2021-ci il tarixədək ən azı 12 il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verir. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, Həmin Qanun 2017-ci il iyul ayının 1-dən qüvvəyə minmişdir. 30 noyabr 2018-ci il tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Həmin Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı xx.xx.1961-ci ildə anadan olub və inzibati orqana müvafiq tələblə ilk dəfə xx.xx.2023-cü ildə müraciət etmişdir. İddiaçıya iddia tələbinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-2072/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2072/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver