Məhkəmə qərarları › İş №2-1(112)-2073/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2073/2023

24.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2073/2023 24.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “sərəncamın ləğv edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə "Bakı-52" hərbi şəhərciyində N nömrəli N mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya, o cümlədən birgə iddiaçılardan İddiaçı1 mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır. Nəticədə İddiaçı1 göstərilən binada 6 saylı mənzil verilmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 129 nömrəli sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 6 saylı mənzil xidməti mənzillər fondundan çıxarılaraq İddiaçı1 ilə daimi icarə müqaviləsi bağlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı1 həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı1 çıxarış aldıqdan 1 (bir) ay sonra, Bakı şəhəri 19 saylı notariat kontorunda xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş daimi istifadə hüququnun bağışlama müqaviləsi əsasında ona məxsus 6 saylı mənzili İddiaçı2 özgəninkiləşdirmiş və sonuncuya xx.xx.2020-ci ildə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışda isə mənzilin ünvanı yeni qaydalarla: AZ 107N, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14B, M1, m1 göstərilmişdir. Lakin bütün bunlara baxmayaraq, İddiaçı1 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsi və yaxud da, DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə İddiaçı1 heç bir tutarlı cavab verilmədiyinə görə o, həmin təklifi qəbul etməmiş və eyni zamanda həmin mənzili İddiaçı2 bağışladığını bildirmişdir. Bu hadisədən sonra məlum olmuşdur ki, İddiaçı1lə daimi icarə müqaviləsi bağlanmasına dair Bakı şəhər Cavabdeh başçısının 17 may 2019-cu il tarixli, 129 nömrəli sərəncamı cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix eibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir) və cavabdehin həmin sərəncamı barədə iddiaçıya heç bir məlumat verilməmişdir. Yuxarıda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 6 saylı mənzil İddiaçı1 yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən, habelə həmin mənzil üzərində daimi istifadə hüququ dövlət qeydiyyatına alındığından, Bakı şəhər Cavabdeh başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli sərəncamı tam qanunsuz və ədalətsizdir. Yəni cavabdehin yuxarıda göstərilən sərəncamı ilə biz tamamilə əlverişsiz bir vəziyyətə salınmış, nəticə etibarı ilə daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqların pozulmasına yönələn inzibati akt qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə mübahisələndirilən sərəncamın iddiaçılara təqdim (elan) olunma tarixi göstərilməklə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini və sərəncamda tələb olunan digər məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və üçüncü şəxsin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.N-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia mübahisələndirmə növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in N2.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mübahisələndirmə növündə olduğundan iddiaların qaldırılması zamanı iddia iddia müddətinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. Belə ki, İPM-in N8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan N0 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Göründüyü kimi, müddətin axımı inzibati aktın ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə təqdim olunduğu və ya bu barədə məlumat verildiyi vaxtdan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan başlanır. Hazırkı mübahisə üzrə nəzərə almaq lazımdır ki, iddiaçının mübahisələndirdiyi Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli sərəncamdan əvvəldən məlumatlı olduğu və həmin sərəncamın cavabdeh tərəfindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi məhkəmə araşdırması və iş materiallarında olan sənədlər ilə öz təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə nazirinin ““Bakı-52” hərbi şəhərciyində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi haqqında” 26 aprel 2019-cu il tarixli 161 №li əmrindən görünür ki, Müdafiə Nazirliyinin Mənzil-istismar İdarəsinin rəisi “Bakı-52” hərbi şəhərciyində, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən baş plan üzrə N nömrəli 20 mənzilli yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması və həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilməsi ilə bağlı irəli gələn məsələlərin qanunvericilikdə müəyyən edilmiş qaydada həll edilməsi, təhvil-qəbul işlərinin Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 55 nömrəli qərarına əsasən aparılması müəyyən edilmiş və əmrin icrasına nəzarət Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisinə tapşırılmışdır. -Bakı şəhəri Cavabdeh Başçısının “Mənzilin xidməti mənzillər siyahısından çıxarılması haqqında” 17 may 2019-cu il tarixli 129 №li sərəncamından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə "Bakı-52" hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak X1 xx.xx.2019-cu il tarixli, **********11 nömrəli məktubuna əsasən "ünvan 1 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verılməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin xx.xx.2019-cu il tarixli 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan "ünvan 2 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı (xidməti) mənzil fondundan çıxarılması qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 161 sayl əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyınatl yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-İstismar hissəsinin 6 nömrəli Mənzil-istismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaş İddiaçı1 ünvan N ünvanında yerləşən yaşayış sahəsinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq, ünvan N ünvanında yerləşən mənzilin xidməti mənzillər siyahısından çıxarılması, həmin mənzilə dair vətəndaş İddiaçı1 ilə daimi icarə müqaviləsinin bağlanılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən mənzilin gələcəkdə vətəndaş İddiaçı1 adına dövlət qeydiyyatına alınmasının xahiş edilməsi və sərəncamın surətinin AR Müdafiə Nazirliyinin Mənzil- İstismar idarəsinə göndərilməsi müəyyən edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 adına yüklü edilmiş ünvan N (Yeni qaydalarla: AZ 107N, ünvan 4 ünvanında yerləşən 10N.5 kv.metr sahədən ibarət, İddiaçı1 adına qeydiyyatdan keçmiş və Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş NM-1425 reyestrli, xx.xx.2019-cu il tarixli mənzilin istifadə hüququnun bağışlanma müqaviləsinə əsasən qeyd olunan mənzil İddiaçı2 istifadəsinə verilmişdir. -Bakı şəhəri Cavabdeh başçısının “Cavabdeh başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, 17 may 2019-cu il tarixli Sərəncamlarının ləğv edilməsi haqqında” 04 sentyabr 2020-ci il tarixli, 224 №li sərəncamında aşağıdakılar qeyd edilmişdir: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qərarı ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən, təyinatı dəyişdirilərək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edilən binaya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 01 mart 2019-cu il il tarixli, **********11 nömrəli məktubuna əsasən "ünvan 5 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 nömrəli Protokolu ilə yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahısının təsdiq edilməsi, həmin hərbi qulluqçulara yaşayış sahələrinin verilməsi və əvvəlki kirayə müqavilələrinin ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin xx.xx.2019-cu il tarixli, 11/1877 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin mənzil fonduna aid olan, “ünvan 2 ünvanında yerləşən 20 mənzilin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi qanunazidd hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019cu il tarixli, 161 saylı əmrinə əsasən qeyd olunan ünvanda yerləşən mənzillər yaşayış binasının sosial təyinatlı yaşayış fondu kimi istifadə olunması üçün həmin binanın Abşeron rayon Mənzil-istismar hissəsinin 6 nömrəli Mənzil-İstismar sahəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-istismar idarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşların Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu ii tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamları ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, N055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyimiz xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunsun. Qeyd olunanları nəzərə alaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilsin. Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin.” Müvafiq sorğu ilə cavabdeh tərəfindən Yasamal RİHB-nin 129 nömrəli, xx.xx.2019cu il tarixli və xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamlarının verilməsinə əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi ilə Süleyman Dadaşov küçəsinin kəsişməsində, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən üç mərtəbəli kazarma binasının təyinatının dəyişdirilək xüsusi təyinatlı yaşayış binası kimi istifadə edildiyini nəzərə alaraq binaya yeni ünvanın müəyyən edilməsinə göstəriş verilməsi barədə xx.xx.2019-cu il tarixli, 1/7N1 nömrəli məktuba baxılmış və həmin binaya ünvan 7 ünvanları təyin edilmişdir. -Bakı qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 18 npmrəli protokolunun surətindən görünür ki, yaşayış sahəsini almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayan və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların siyahılarına baxılmış və protokola əlavə edilmiş siyahı üzrə 20 nəfər hərbi qulluqçuya yaşayış sahələri (mənzillər) verilmişdir. Həmin siyahı üzrə 19-cu sırada olan İddiaçı1 ünvan 11, mənzil 6 (N/59, 50) təqdim olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsi tərəfindən Bakı Qarnizonunun sorğusuna cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli 11/1877 nömrəli məktubun surətindən görünür ki, “Bakı-52” hərbi şəhərciyinin baş planı üzrə N nömrəli N mərtəbəli bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı məznil fonduna aid edilməsi Qaydası”na uyğun həyata keçirilməsi qanunazidd deyildir. -AR Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri Cavabdehnə ünvanlanmış xx.xx.2020ci il tarixli, N055 nömrəli məktubdan görünür ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N08.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə AR Baş Prokuroluğundan daxil olmuş arayışda qeyd olunan təkliflərin icrası ilə əlaqədar ünvan 10 ünvanında yerləşən 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17,18, 19 və 20 nömrəli mənzillərə dair verilmiş 17 may 2019-cu il tarixli 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9 və 140 saylı sərəncamların, eyni zamanda onların əsasında verilmiş reyestrlərdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. -Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış 04 sentyabr 2020-ci il tarixli, 1627/d saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Cavabdehnə göndərdiyi 1N oktyabr 2020ci il tarixli məktubdan görünür ki, ünvan 11 ünvanında yerləşən mənzillərin üzərinə hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması barədə xx.xx.2020-ci il tarixli, 1627/d nömrəli məktuba baxılmış və qeyd olunan mənzillər üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılmasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, və ya bu hüquqdan imtina barədə notarial qaydada təsdiq edilmiş ərizənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Əmlak Xidmətləri Məkanına və ya “ASAN xidmət" mərkəzlərinə təqdim ediləcəyi təqdirdə müraciətiə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağı bildirilmişdir. Məhkəmənin sorğusu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Müdafiə nazirinin 26 aprel 2019-cu il tarixli 161 №li əmrin verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə edilmiş: -Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Bakı qarnizonunun rəisinə göndərilən 27 aprel 2017-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsi tərəfindən Bakı qarnizonunda hərbi qulluqçuların yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən (keçmiş N №-li hərbi hissənin ərazisi) N №li üç mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulması planı hazırlandığı qeyd olunmuş və adıçəkilən hərbi şəhərcikdə yerləşən üç mərtəbəli kazarma binasının təyinatını dəyişərək xüsusi təyinatlı yaşayış binası kimi Müdafiə Nazirliyinin mənzil fonduna keçirilməsinə icazə verilməsi xahiş edilmişdir. -Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən Abşeron rayon Mənzil- İstismar hissəsinin rəisinə ünvanlanan 25 may 2017-ci il tarixli məktubundan görünür ki, Bakı qarnizonu rəisinin xx.xx.2017-ci il tarixli 6272 nömrəli qərarına əsasən Müdafiə Nazirliyinin "Bakı-52" hərbi şəhərciyində yerləşən 4 №li üç mərtəbəli binada olan qeyriyaşayış sahələrinin təyinatının dəyişdirilərək müvəqqəti yaşayış sahəsi kimi (xüsusi təyinatlı yaşayış sahəsi kimi) mənzill fonduna keçirilməsinə icazə verildiyi bildirilmişdir. -Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisi tərəfindən Cavabdeh başçısına ünvanlanan 06 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Müdafiə Nazirliyinin “Bakı-52" hərbi şəhərciyində yerləşən (keçmiş N nömrəli hərbi hissənin ərazisi) N nömrəli N mərtəbəli kazarma binası yaşayış binası kimi yenidən qurulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli **********11 nömrəli məktubu ilə həmin binaya ’’ünvan 15 ünvan nömrələri təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2019-cu il tarixli 161 nömrəli əmri ilə “Bakı-52” hərbi şəhərciyində yerləşən N mərtəbəli kazarma binası sosial təyinatlı yaşayış fonduna daxil edilmişdir. Məktubda Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.N.1. maddəsinə istinad edilərək sözügedən binanın sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncamın verilməsi xahiş edilmişdir. -Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi tərəfindən Bakı qarnizonunun rəisinə ünvanlanmış 22 aprel 2019-cu il tarixli 11/1877 nömrəli məktubundan görünür ki, sözügedən bina Müdafiə Nazirliyinin sərəncamında (balansında) və istifadəsində olduğuna görə daimi icarə müqaviləsinin bağlanılmasına və gələcəkdə mənzillərin özəlləşdirilməsinə icazənin verilməsi "Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasına uyğun həyata keçirilməsinin qanunazidd olmadığı bildirilmişdir. -Cavabdeh tərəfindən Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin rəisinə ünvanlanan 08 sentyabr 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 26 aprel 2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən vətəndaşlar tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1,2, N, 4, 5, 6, 7, 8, 9,10,11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinin gələcəkdə özəlləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə xüsusi təyinatlı mənzil fondundan çıxarılması və daimi icarə müqaviləsi bağlanmasına icazənin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1787 saylı məktubuna əsasən “Bakı-52” hərbi şəhərciyində yerləşən xüsusi təyinatlı yaşayış binasının sosial təyinatlı mənzil fonduna keçirilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 121, 122, 12N, 124,125,126,127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamları ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1,2, N, 4, 5, 6, 7, 8, 9,10, 11,12,1N,14,15,16,17,18,19, 20 ünvanında yerləşən mənzillər xidməti mənzillər siyahısından çıxarılmış, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən mənzillərə dair vətəndaşlarla daimi icarə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2020-ci il tarixli, N055 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, N, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1N, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019cu il tarixli sərəncamlarının ləğv edilməsi, eyni zamanda onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi xahiş olunmuşdur. Cavabdeh Başçısının 224 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh Başçısının 121, 122, 12N, 124, 125, 126, 127, 128, 129, 1N0, 1N1, 1N2, 1NN, 1N4, 1N5, 1N6, 1N7, 1N8, 1N9, 140 nömrəli, xx.xx.2019-cu il tarixi Sərəncamları ləğv olunmuşdur və rayon İcra Hakimiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə həmin ünvanlara verilmiş istifadə hüququna dair çıxarışların ləğv edilməsi barədə məktub ünvanlanmışdır. Məktubda qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin predmetini təşkil edən Bakı Şəhər Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı ilə ləğv edilmiş Cavabdeh başçısının xx.xx.2019-ci il tarixli 129 nömrəli Sərəncamı qəbul edilərkən inzibati icraat haqqında qanunvericliyin və maddi hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi haqqında” Qaydaların: -1.2-ci bəndinə əsasən yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. -1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. -N.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu Qayda ilə müəyyən edilmiş qaydada razılıq verildikdə, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanı tərəfindən 10 gün ərzində qərar qəbul edilir və yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilir. -4.1-ci bəndinə əsasən, yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə bu Qayda ilə müəyyən edilmiş prosedura uyğun olaraq keçirilir. İstinad olunan normaların tələbinə müvafiq olaraq xüsusi təyinatlı mənzil fonduna aid edilən yaşayış sahəsinin mənzil fondundan çıxarılmasını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanının, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında çıxarılması ilə şərtləndirmişdir. Hazırkı halda isə Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 129 nömrəli Sərəncamının qəbul edildiyi zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə belə bir razılaşdırmanın, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2019-cu il tarixli 1/7N1 nömrəli məktubla ünvanlanmış müraciət xüsusi təyinatlı mənzil fondunun bir növündən digərinə keçirilməsi ilə bağlı deyil, Müdafiə Nazirliyinin “Bakı-52” hərbi şəhərciyində yerləşən sözügedən xüsusi təyinatlı yaşayış binasına ünvan verilməsi ilə bağlı olmuşdur. Odur ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 129 nömrəli sərəncamının qəbul edilməsi üçün hüquqi əsas olmamaqla yanaşı, o cümlədən sərəncam qanuni məqsəd daşımamış, ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.N. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddia tələbi üzrə iddiaçılar mübahisələndirilən sərəncam onların ünvan 11, mənzil 6 üzərində qeydiyyata alınmış istifadə hüquqlarını pozan inzibati akt olduğuna istinad edərək həmin sərəncamın ləğv edilməsini tələb edir. Məhkəmə yuxarıda sadalanan qanunvercilik normalarını hazırkı iddiaya tətbiq edərək hesab edir ki, İddiaçı1 münasibətdə qəbul edilmiş Cavabdeh başçısının xx.xx.2019cu il tarixli 129 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı sözügedən sərəncam qəbul edilən zaman hərbçi olmuş və müvafiq proseduru bilməli olduğu üçün hazırda “İnzibati icraat haqqında” Qanunun 67.6.N-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 129 nömrəli sərəncamı qanunsuz inzibati akt olduğundan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Odur ki, mübahisələndirilən sərəncamın ləğv edilməsi üçün qanunda nəzərdə tutulan tələblər mövcud olmadığından hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 7N.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, NN.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar