Məhkəmə qərarları › İş №2-1(112)-2073/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2073/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2073/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi idarə heyətinin qərarının İddiaçı aid hissədə ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilk dəfə xx.xx.2009-cu il tarixdə ümumi xəstəlik səbəbindən 3-cü dərəcəli əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik müddətsiz təyin edilmişdir, iddiaçı bir müddət əlilliyə görə əmək pensiyası almış lakin sonradan iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. Bundan sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-l5091/2023 saylı qərarı ilə iddia təmin edilmişdir. Adıçəkilən məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Bundan sonra adıçəkilən qərar icraya yönəldilmiş və cavabdeh inzibati orqan tərəfindən icra edilərək iddiaçının dayandırılmış əlilliyi bərpa edilmişdir. Daha sonra iddiaçı bir müddət cari əmək pensiyasını almağa davam etsə də sonradan onun cari əmək pensiyası ödənişi xx.xx.2024-cü ildən dayandırılmışdır. İddiaçı bununla bağlı DOST mərkəzinə müraciət etmiş və DOST mərkəzi tərəfindən ona pensiyasının dayandırılmasının səbəbi kimi cavabdehin müvafiq məktubuna əsasən xx.xx.2024-cü il tarixdən iddiaçı barəsində əyani müayinə zamanı diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edildiyi bildirilmişdir. Şifahi olaraq iddiaçıya DOST mərkəzində bildirilmişdir ki, hazırkı iş üzrə cavabdehin “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq vətəndaşı istənilən halda əyani müayinəyə dəvət etmək hüququ mövcuddur. Cavabdeh orqan bu hüququndan istifadə edərək sizin əlillik qiymətləndirilməsini ləğv etmişdir. Cavabdehin qəbul etdiyi qərar iddiaçıya rəsmi olarq təqdim edilməmişdir. Bu əsasdan hesab edirik ki, iddiaçı tərəfindən cavabdehin Qərarının mübahisələndirilməsi üçün müddəti ötürməmişik. Hesab edirik ki, cavabdeh inzibati orqan iddiaçının əlillik qiymətləndirilməsini ləğv edərkən düzgün qənaətə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nm 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxs əyani müainəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində alt sistemə daxil edilir. İlk növbədə onu qeyd etməliyik ki, cavabdeh orqan tərəfindən əlillik qiymətləndirilməsini araşdırılması barədə inzibati icraat düzgün şəkildə həyata keçirilməmişdir. Belə ki, vətəndaşın yaşadığı və qeydiyyatda olduğu ünvana onun barəsində inzibati icraatın başlanması, bu inzibati icraat zamanı onun əyani müayinəyə dəvət edilməsi barədə hər hansı bir bildiriş və ya məlumat göndərilməmişdir. Bundan başqa şəxsə inzibati icraatın yekunu barədə qəbul edilmiş qərar rəsmi olaraq təqdim edilməmişdir. Bu hal aparılmış inzibati icraatın prosessual pozuntular ilə həyata keçirilməsinə dəlalət edir. Mahiyyəti üzrə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edirik. Yuxarıda qeyd etdiyimiz normaya əsasən əlilliyin qiymətləndirilməsi qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olması, həmin sübutların kim tərəfindən təqdim edilməsi, eləcə də risk qrupu dedikdə bu qrupa kimlərin hansı meyar əsasında daxil edilməsini əsaslandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-9077/2024 nömrəli qərarının və idarə heyətinin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərarının iddiaçıya aid olan hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı dair Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AAB5Y nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.19 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan vətəndaçın əlilliyi **********7 nömrəli ESDAS nömrəsi ilə xx.xx.2021-ci il tarixində ləğv edilmiş və xx.xx.2024- cü il tarixində məhkəmə qərarı əsasında 3-17-4/3-1- 97093/2023 nömrəli xidməti məruzə əsasında bərpa edilmişdir Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Z-7953/2024 nömrəli xx.xx.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən əlillik təyinatı aparılan xx.xx.2024- cü il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İnzibati icraat haqqında qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsaslardan biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 13-cü bəndinə əsasən Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması ilə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Baki 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AAB5Y nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.19 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. İddiaçının əlillik dərəcəsinin bərpası barədə qeydlər xx.xx.2024-cü il tarixdə əlillik alt sisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin iddiaçıya ünvanladığı (Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəs., E.Quliyev küçəsi, ev 69X) xx.xx.2024-cü il tarixli 3-17- 4/2-Z-7953/2024 nömrəli bildirişdə qeyd olunmuşdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə iq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi də TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə iştirakını təmin etməlidir. Qeyd edilənləri nəzərə alaraq siz xx.xx.2024-cü il tarixində saat 12:45-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə an: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət ursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin a, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə adar əlilliyi olan şəxslərdə "İZ" formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, kəmə aktı və s.) gətirmə xahiş olunmuşdur. İddiaçının əyani müayinəyə gəlmədiyi halda, onun iştirakı olmadan müvafiq inzibati akt qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 19 aprel 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair Baki 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AAB5Y nömrəli göndərişi DTSERA-da əyani müayinə əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.19 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan vətəndaşın əlilliyi **********7 nömrəli ESDAS nömrəsi ilə xx.xx.2021-ci il tarixində ləğv edilmiş və xx.xx.2024-cü il tarixində məhkəmə qərarı əsasında 3-17-4/3-1- 97093/2023 nömrəli xidməti məruzə əsasında bərpa edilmişdir Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-Z-7953/2024 nömrəli xx.xx.2024-cü il tarxli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2024-cü il tarixindən "diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. İddiaçı barəsində diaqnozun təsdiqini tapmaması barədə qərar xx.xx.2024-cü il tarixdən əlillik alt sisteminə daxil edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Heyətinin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 3523/2024 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl ayani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın (bundan sonra Qayda) 3.7-ci bəndinin va "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 26 (iyirmi altı) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişlı-xəbərnaməli məktub göndərilmişdir. Vətəndaşlar əyani müayinəyə gəlmədiklərindən Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən həmin vətəndaşların tibbi-ekspert sənədləri və ekspertiza üçün əhəmiyyətli olan digər məlumatları araşdırılmış və onlar barəsində "diaqnozun təsdiqini tapmamasına dair qərar qəbul edilmişdir. (siyahı əlavə olunur). Aparılmış inzibati icraatın nəticələrini və əyani müayinənin həyata keçirilməsi haqqında Tibbi-Sosial Ekspert komissiyasının xx.xx.2024cü il tarixli, 3-17-4/3-3-2963/2024 nömrəli qərarını və 1xx.xx.2024-cü il tarixli, 3-17-4/3-1- 9077/2024 nömrəli xidməti məruzəsini nəzərə alaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 21, 62 və 67-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1"nin 3.2.4 və 4.5.18-ci yarımbəndlərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndini rəhbər tutaraq X6 qərara alır: Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 26 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilsin və "diaqnozun təsdiqini tapmaması"na dair qərar qəbul edilsin. -xx.xx.2024-cü il tarixli 3-17-4/2-K-14586/2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Həmin bildirişlərdə əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, sizə ümumi xəstəlik səbəbindən xx.xx.2019-cu il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-11869/2024 nömrəli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci tarixli 3-17-4/2-8018/2025 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhər sakini İddiaçı əlillik vəziyyəti barədə xx.xx.2025-ci il tarixli, 2-1(112)-2073/2025 nömrəli məktubunuza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) təkrar baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün xx.xx.2024-cü il tarixində, telefon vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin vətəndaş əyani müayinəyə gəlməkdən imtina etmişdir. Nəticə etibarilə xx.xx.2024-cü il tarixli, 2-1(112)- 11869/2024 nömrəli qərardadın icra edilməsi mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2024-cü il tarixli, 2-1(112)-11869/2024 nömrəli məktubunuz tərəfimizdən xx.xx.2024cü il tarixli, 3-17-4/2-33684/2024 nömrəli məktubla cavablandırılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsassızdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İşin hallarından görünür ki, İddiaçı dair Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AAB5Y nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.19 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Sonradan iddiaçının əlilliyi **********7 nömrəli xx.xx.2021-ci il tarixində əlillik alt sistemində etibarsız hesab edilmiş və iddiaçı əlilliyin etibarsızlığını və bərpasını məhkəmə qaydasında mübahisələndirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 15091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdə təyin olunmuş 3-cü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddiaçının əlillik dərəcəsinin bərpası barədə qeydlər xx.xx.2024-cü il tarixdə əlillik alt sisteminə daxil edilmişdir. Bundan sonra iddiaçının qeydiyyatda olduğu ünvana əyani müayinəyə dəvət olunması ilə bağlı bildiriş göndərilmiş, iddiaçı əyani müayinədə iştirak etmədiyindən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixindən barəsində müddətsiz üçüncü dərəcə əlilliyinin ləğvi barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-1-9077/2024 nömrəli qərarı və idarə heyətinin xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-3523/2024 nömrəli qərarı qərar qəbul edilərək xx.xx.2024-cü il tarixdə alt sistemə daxil edilmişdir. Hazırkı iddiasında iddiaçı sözügedən qərarların ona münasibətdə ləğvini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Beləliklə, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsi ilə bağlı təyinatın dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt tələb olunur: -TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, -şəxs əyani müayinəyə cəlb olunmalıdır. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Hazırkı içdən görünür ki, məhkəmənin qanuni qüvvəsinə minmiş qərarında iddiaçıya təyin edilən əlillik dərəcəsinin etibarsızlığı ilə bağlı cavabdehin hərəkətinə maddi deyil, prosessual hüquq normalarının tələblərinə uyğun qiymət verilmiş və cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun məhz inzibati icraatın aparılma qaydalarının pozulması təsbit edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15091/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının əlillik təyinatını bərpa edən cavabdeh sonradan “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən yeni inzibati icraat başlayaraq, nəticədə iddiaçının əlillik dərəcəsinin ləğvi barədə yeni qərar qəbul etmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan əvvəlki qərarının düzgünlüyünə şübhə olduğu əsaslarını isə təqdim etmiş, bununla bağlı yeni inzibati icraat açmışdır. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli xx-xx- 1264/20 nömrəli məktubunda qeyd edilmişdir ki, Talassemiya xəstəliyi ilə əlaqədar əlillik təyin olunmuş 1174 nəfər barəsində müvafiq tədbirlərin görülməsinə dair Sizin xx.xx.2020-ci il tarixli **********9 nömrəli məktubunuzla bağlı əlavə olaraq bildiririk ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli 05-02- 791/20 nömrəli məktubunda haqqında məlumat tapılmadığı bildirilmiş 586 nəfər üzrə yenidən araşdırma aparılmışdır. Araşdırma nəticəsində siyahıda olan 35 nəfərin "Beta talassemiya daşıyıcısı" olduğu (bu şəxslər daşıyıcı olduğu üçün onlar əlil hesab oluna bilməz), 549 nəfərin Talassemiya Mərkəzinə müraciət etmədiyi, hər hansı bir müalicə və dərman vasitələri almadığı, 2 nəfərin isə Beta talassemiya (böyük forma) xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdur. Beləliklə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli xx-xx- 1264/20 nömrəli məktubu eyni zamanda iddiaçının barəsində tərtib edimiş tibbi göndərişin mötəbərliyini şübhə altına almaqla həmin göndıriş əsasında əlillik təyin edən inzibati orqanın iddiaçının əlilliyini yendən qiymtləndirməsinə, bunun üçün yeni inzibati icraat açmasına hüquqi və faktiki əsas kimi çıxış edir. Belə ki, yuxarıda qeyd edilən normaların təhlili göstərir ki, dövlət səhiyyə müəssisələrinin göndərişləri olmadan TSEK-də əlilliyin qiymətləndirilməsi aparıla bilməz, başqa ifadə ilə, dövlət səhiyyə müəssisələrinin göndərişləri yoxdursa, TSEK-də əlilliyin qiymətləndirilməsinin nə mümkünlüyündən, nə də mövcudluğundan bəhs oluna bilər. Müddətsiz əlilliyin təyin edilməsi həmin əliliyin inzibati orqan tərəfindən əsaslar olduğu halda yenidən qiymətləndirilməyəcəyi anlamını ehtiva etmir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Hazırkı işdə də iddiaçının əlillik təyinatına əsas verən tibbi sənədlərin, mötəbərliyinə şübhə olduğundan həmin sənədlər əsasında təyin edilmiş əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair də əsaslı şübhə mövcuddur ki, bu əsaslı şübhə inzibati orqana müddətsiz təyin etdiyi əlilliyin yenidən yoxlamasına əsas verir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən qeyd edilən prosedura riayət edilmiş, iddiaçının əyani müayinəyə dəvət edilməsi ilə bağlı cavabdeh tərəfindən qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş, iddiaçı əlillik təyinatı tələb olunan yoxlama və müayinələrdə iştirak etməmiş və yalnız bundan sonra iddiaçının əlillik təyini qərarı ləğv edilmişdir. Məhkəmə icraatı gedişində də Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-11869/2024 nömrəli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək əlillik vəziyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 (bir) aylıq müddət təyin edilmişdir. Məhkəmə qərardadına əsasən İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi üçün Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Lakin iddiaçı əyani müayinəyə gəlməkdən imtina etmişdir. İPM-nin 1.2 və Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, iddiaçının əyani müayinədə iştirakı həm inzibati icraat zamanı, həm də məhkəmə icraatı gedişində iddiaçının iştirak etməkdən imtina etməsi səbəbi ilə baş tutmamışdır. Məhkəmə hazırkı halda cavabdeh inzibati orqanın mövcud icraat qanunveriiliyinin tələbinə uyğun olaraq iddiaçı barəsində tibb müəssisəsinin məlumatını əsas götürərək yeni icraat açması, iddiaçının icaata cəlb etməsi, müvafq inzibati akt qəbul etmədən iddiaçını əyani müayinəyə dəvət etməsi, iddiaçının isə əynai müayinələrdə iştirakdən imtina etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçı barəsində əlillik təyinatınatının ləğvi ilə bağlı qərarı əsaslı və qanuni hesab edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tibbi göndərişində qoyulmuş diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar