Məhkəmə qərarları › İş №2-1(112)-2075/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2075/2021

19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2075/2021 19.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (Əsəd Əhmədov küçəsi 1 A) inşa etdiyi 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, 25.10.10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi (Əsəd Əhmədov küçəsi 1 A) 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil (bundan sonra- mənzil) üzərində əmlakın sahibi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi üçün 14.07.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Belə ki, iddiaçı ilə “X1” MMC arasında bağlanmış 13.02.2013-cü il tarixli müqaviləyə əsasən sonuncu mənzili iddiaçının mülkiyyətinə vermişdir. İddiaçıya verilmiş 13.02.2013-cü il tarixli maliyyə arayışından görünür ki, onun mənzilə görə “X1” MMC-yə borcu yoxdur. “X1” MMC-nin iddiaçıya verilmiş 15.03.2018-cü il tarixli arayışından görünür ki o, həqiqətən mənzilin sahibidir və təmirə başlanması üçün razılıq verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsi ilə mənzilə sahiblik və istifadə hüququ bir daha tanınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7320/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 255/2019, 13.03.2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali məhkəməsi Mülki Kollegiyasının 2(102)-7669/2019 saylı, 12.12.2019-cu il tarixli qətnaməsi ilə isə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş 2(103)-7320/2019 saylı 29.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Cavabdehin **********88 nömrəli, 18.08.2020-ci il tarixli cavab məktubunda qanunsuz olaraq, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş və beləliklə də, iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdehin məhkəməyə təqdim edilmiş 06.11.2020-ci il tarixli, **********61 saylı etirazında göstərilmişdir ki, iddia etirazla qarşılanır. Vətəndaş müvafiq tələblə 14.07.2020ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, qevd olunan mənzil yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi idarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin, qeyd olunan yaşayış binasına “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra daşınmaz əmlak sahibləri tərəfindən təqdim ediləcək notarial qaydada təsdiq edilmiş müqavilə əsasında sahələrinə mülkiyyət hüquqlarının qeydiyyatı aparıla bilər. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********88 saylı, 18.08.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli, binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evləridə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazəyə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014-cü il tarixli, 302 saylı qərərı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04.03.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin 2(112)-2075/2021 saylı, 18.01.2021-ci il tarixli qərardadı ilə “X1” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - “X1” MMC ilə bağlanmış 13 fevral 2013-cü il tarixli müqavilədən müəyyən edilir ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında yerləşən 1 saylı yaşayış binasının evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilin əvəzi tam ödənilməklə İddiaçı tərəfindən əldə edilmişdir. - “X1” MMC tərəfindən verilmiş 13.02.2013-cu il tarixli 120 saylı maliyyə arayışından görünür ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. - “X1” MMC tərəfindən verilmiş 15.03.2018-ci il tarixli arayışından görünür ki, iddiaçı “X1” MMC-də 1 saylı yaşayış binasında 98 saylı mənzilin sahibidir. - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa edilən 1 saylı yaşayış binasının 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququ tanınmış, mənzilin ona təhvil verilməsi barədə öhdəlik “X1” MMC-nin üzərinə qoyulmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7320/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-255/2019 saylı, 13.03.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-7669/2019 saylı, 12.12.2019-cu il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məhkəmə sorgusuna cavab olaraq göndərilən 19.02.2021-ci il tarixli 05/09-326 saylı məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində (Əsəd Əhmədov küçəsi, 1A) “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 1 nömrəli yaşayış binasının istismara icazə sənədi arxivdə aşkar edilməmişdir. İşin hallarına görə iddiaçı çoxmənzilli binada onun sahibliyində olan mənzilin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmiş, lakin tikinti obyektinin istismarına icazə olmadığı üçün imtina edilmişdir. Məhkəmə, cavabdehin imtinasını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri qeydiyyat orqanına verilən ərizəyə əlavə olunmalıdır. Maddələrin tələbləri işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-c ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. İddiaçının sahibliyində olan mənzilin də daxil edildiyi binanın istismara qəbul aktı təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçı tərəfindən bildirilmiş dəlil istinad edilən Qanunun 8.0.6-cı maddəsinin tətiqi ilə bağlıdır. Həmin Qanunun: - 8.0.6-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi hesab olunur. İddiaçı hesab edir ki, onun tərəfindən mənzilin tikintisi müqavilə əsasında məhdud məsuliyyəti cəmiyyətə həvalə edildiyindən, həmin cəmiyyətlə yaranan münasibətlər mənzil-tikinti kooperativi ilə payçılar arasında yaranan münasibətlər kimi qiymətləndirilməklə, qanunun analogiyasından istifadə edilməli və göstərilmiş maddədə sadalanmış sənədlər təqdim edilməklə onun mülkiyyət hüququ qeydə alınmalı idi. Bu dəlilə münasibətdə məhkəmə qeyd edir ki, ilk olaraq qanunun analogiyasından hansı hallarda istifadə edilməli olduğu məsələsinə qiymət verilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 1.0-ci maddəsinə əsasən, bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.10-ci maddəsinə əsasən, qanunun analogiyası - konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; - 13.1-ci maddəsinə əsasən, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər; - 16.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz: 16.0.4. normativ tənzimləmə mövcud olduqda. Müddəaların tələblərindən göründüyü kimi, qanunun analogiyasından yalnız konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığı halda istifadə oluna bilər. Belə münasibətləri tənzimləyən normanın mövcud olması qanunun analogiyasından istifadə edilməsini istisna etməlidir. Göstərilənlərlə bağlı məhkəmə iddiaçının dəlilinə münasibətdə bildirir ki, onun sahibliyində olan mənzilə dair mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsaslar yuxarıda göstərilmiş Qanunun 8.0.9 və 8.0.10-cu maddələrində dəqiq müəyyən edildiyindən, həmin hallarla bağlı Qanunun 8.0.6-cı maddəsinin analogiya üzrə tətbiqi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə ziddir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı istifadəsində olan mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin mənzilin əldə edilməsinə dair MMC ilə bağlanmış müqaviləni, maliyyə arayışını, mənzil üzərində istifadə hüququnun tanınmasına dair qüvvədə olan məhkəmə aktlarını cavabdeh qeydiyyat orqanına təqdim etsə də, binanın istismara qəbul aktını və ya tikinti obyektinin istismarına icazəni cavabdehə təqdim etməmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində (Əsəd Əhmədov küçəsi, 1A) “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş 1 nömrəli yaşayış binasının istismara icazə sənədinin arxivdə aşkar edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş sənədlər cavabdeh orqana təqdim edilmədiyi üçün imtina qanuni və əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “X1” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində (Əsəd Əhmədov küçəsi 1 A) inşa etdiyi 1 saylı evin 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m-dən ibarət olan 3 otaqlı 98 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar