Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2077/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X3 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmması barədə cavabdehin xx.xx.2021-ci il tarixli 697 Ş/H nömrəli əmrində dəyişiklik edilməsi, həmin əmrdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun onun həqiqi vəziyyətinə uyğun olan 41.0.10-cu bəndinin (bağlaşma ləğv edildikdə) qeyd edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmması barədə cavabdehin xx.xx.2021-ci il tarixli 697 Ş/H nömrəli əmrində dəyişiklik edilməsi, həmin əmrdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun onun həqiqi vəziyyətinə uyğun olan 41.0.10-cu bəndinin (bağlaşma ləğv edildikdə) qeyd edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək cavabdeh AR Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hərbi hissədə əsgər kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Sonradan xx.xx.2021-ci il tarixdə könüllü olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətə qəbul edilmiş və gizir hərbi rütbəsində xx.xx.2021-ci il tarixədək xidmət etmişdir. İddiaçı ailənin tək oğul övladı olduğundan, atası və anası ahıl yaşda olduqlarına və səhhətlərindəki problemlərə görə daimi qulluq tələb olunduğundan ərizəsi əsasında Dövlət Sərhət Xidmətinin xx.xx.2021-ci il tarixli 697 Ş/H nömrəli əmri əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan əmrdə hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.6-cı maddəsi (xidməti uyğunsuzluğa görə) qeyd olunmuşdur. Hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrdə həmin əsasın qeyd olunması iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan həmin əmrdə dəyişiklik edilməsi, əmrdə ehtiyata buraxılma əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun onun həqiqi vəziyyətinə uyğun olan 41.0.10-cu bəndinin (bağlaşma ləğv edildikdə) qeyd edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətdə hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrdə dəyişiklik edilməsi barədə xahişi, hərbi xidmətə bərpa kimi qəbul edərək, müraciətin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan imtinası qanunsuz və əsassızdır və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra aldığı ali təhsil sahəsi üzrə işləmək üçün bir neçə işəgötürənə müraciət etmiş, müsahibə əsasında işə qəbulu məqbul hesab edilmiş, lakin işə qəbulla bağlı sənədlərinə, o cümlədən hərbi biletinə baxış keçirildikdən sonra onun işə götürülməsinin mümkün olmadığı, səbəbinin isə hərbi biletində hərbi xidmətdən ehtiyata buraxılma əsasının hərbi xidmətə uyğunsuzluq qeyd edilməsi olduğu bildirilmişdir. Halbuki, iddiaçı AR Konstitusiyası ilə müəyyən olunmuş müddətli hərbi xidmət vəzifəsini layiqincə icra etmiş və müddətli həqiqi hərbi xidmət müddətinin bitməsi ilə əlaqədar ehtiyata buraxılmışdır. İddiaçının sonradan müqavilə ilə hərbi xidmətini müqavilə müddəti bitməmiş sona çatdırmasının cavabdeh tərəfindən hərbi uyğunsuzluq kimi qeyd edilməsi iddiaçının AR Konstitusiyası ilə müəyyən olunmuş əmək hüququnu sərbəst həyata keçirməsinə maneə yaratmışdır. İddiaçı ilə eyni vaxtda hərbi xidmətə qəbul edilmiş və ehtiyata buraxılma barədə ərizə ilə müraciət etmiş gizir rütbəsində olan digər hərbi qulluqçuların ehtiyata buraxılması barədə əmrdə qanuni əsas kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.10-cu bəndi (bağlaşma ləğv edildikdə) qeyd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən iddiaçının iddiasına dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə eyni vaxtda hərbi xidmətə qəbul edilmiş və ehtiyata buraxılma barədə ərizə ilə müraciət etmiş gizir rütbəsində olan digər hərbi qulluqçuların ehtiyata buraxılması barədə əmrdə qanuni əsas kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.10-cu bəndi (bağlaşma ləğv edildikdə) qeyd edilmişdir. İddiaçı yazdığı raportla əlaqədar xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissədə onunla söhbət aparılmışdır. Söhbət zamanı İddiaçı xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşulmuş, şikayət və təklifləri dinlənilmiş, xidməti fəaliyyət zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırılmışdır. İddiaçı ailəsində (bacısının səhhətində) problemlər olduğunu, evin tək oğlan övladı olmasını, sərhədçi peşəsini düzgün seçmədiyini, əvvəl xidmət etdiyi yerdə olarkən belə təxris olmaq istədiyini bildirmiş, Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Söhbət zamanı hərbi xidmətə könüllü qaydada daxil olma qaydası, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri İddiaçı nəzərinə çatdırılmış, qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Söhbətin sonunda İddiaçı ehtiyata buraxılması barədə tələsik qərar verməməsi barədə tövsiyə verilərək fikrini dəqiqləşdirmək üçün vaxt verilsə də, İddiaçı bundan imtina edərək 2-ci söhbətə ehtiyacı olmadığını bildirərək tez bir zamanda Silahlı Qüvvələrin ehtiyatına buraxılmasını təkidlə xahiş etmişdir. Qeyd olunan söhbətə dair arayışla İddiaçı tanış edilmiş və öz imzası ilə təsdiq edilmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı ərizədə Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir. Həmçinin, hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin maddənin 2-ci bəndinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixində təyinat vərəqəsini alsa da, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunsa da və şəxsi işinin SHXÇDXnın Bakı şəhəri Sabunçu rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec müraciət edərək iddia müddətini buraxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun çıxış edərək buraxılmış iddia müddətinin bərpa edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya dair etirazın məzmununa uyğun çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 1.4-cü bəndinə göstərilmişdir ki, ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüququ dəyərləndirmədir, 2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır, 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi İddiaçı tələbi - iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmması barədə cavabdehin xx.xx.2021-ci il tarixli 697 Ş/H nömrəli əmrində dəyişiklik edilməsi, həmin əmrdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun onun həqiqi vəziyyətinə uyğun olan 41.0.10-cu bəndinin (bağlaşma ləğv edildikdə) qeyd edilməsindən ibarət olmaqla mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşdə olan raportun təsdiq edilmiş surətinə əsasən xx.xx.2021-ci il tarixdə qərargah bölüyü 1-ci mühafizə tağımı qrup komandirinin müavini İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq, həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağının, həmçinin Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə gizir İddiaçı raportuna əsasən vəsatət verilmişdir. İşdə olan X2 xx.xx.2021-ci il tarixli əmrinin təsdiq edilmiş surətinə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, gizir İddiaçı qərargah bölüyü 1-ci mühafizə taqımı mühafizə qrupu komandirinin müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2021-ci il tarixli bağlaşma ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin N nömrəli Təyinatların qeydiyyat kitabından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı hal-hazırda onun barəsində cavabdehin verdiyi xx.xx.2022-ci il tarixli əmr barədə xx.xx.2021-ci ildə məlumatlı olmasına baxmayaraq məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçı tərəfindən onun hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsini tələb etdiyi cavabdehin qəbul etdiyi inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qarşı əmrdə dəyişiklik edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə təqdim edilənədək qanunla müəyyən edilmiş iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. Belə ki, iddiaçı hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra qan xərçəngindən əziyyət çəkən bacısı X1 müalicəsi ilə bağlı xəstəxanalarda olmuşdur. Məhkəmənin inzibati iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının “iddia müddətinin ötürülməsinin üzrlü hesab edilərək mahiyyəti üzrə işə baxılması” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmması barədə cavabdehin xx.xx.2021-ci il tarixli 697 Ş/H nömrəli əmrində dəyişiklik edilməsi, həmin əmrdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılma əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun onun həqiqi vəziyyətinə uyğun olan 41.0.10-cu bəndinin (bağlaşma ləğv edildikdə) qeyd edilməsinin cavabdehə həvalə edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2077/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2077/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver