Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2079/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı və Həmkarlar təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 saylı protokolundan çıxarışı əsasında Zabrat qəsəbəsi 1347 saylı küçədə (indiki Məhsəti Gəncəvi) ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı və Həmkarlar təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 saylı protokolundan çıxarışı əsasında ona Zabrat qəsəbəsi, 1347 saylı küçədə (indiki Məhsəti Gəncəvi) 600 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrılsa da ona həmin torpaq sahəsinin plan ölçüsü və yaxud yerləşmə sxemi verilməmişdir. Yerləşmə sxemi olmadığı üçün o, torpaq sahəsini bu günə kimi dövət qeydiyyatına aldıra bilməmişdir. Bütün bunlara əsasən o, Zabrat qəsəbəsi, 1347 saylı küçədə yerləşən (indiki Məhsəti Gəncəvi) 600 kv.m torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə əlaqədar Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli Ə- 392-091 saylı məktubla onun müraciətinə imtina verərək bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı və Həmkarlar təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 saylı protokolundan çıxarışı əsasında ona ayrılmış torpaq sahəsinə dair Cavabdehndə heç bir arxiv sənəd olmadığından həmin torpaq sahəsinin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil və qeyd olunanlarla əlaqədar həmin torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilərək təsdiq edilməsi imkan xaricindədir. Hesab edir ki, Cavabdeh imtinası qanunsuz və əsassızdır. O, bu torpaq sahəsindən uzun zamandır istifadə edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Zabrat qəsəbəsində yerləşən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 saylı xx.xx.1991ci il tarixli Qərarı əsasında Həmkarlar Təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 saylı protokolundan çıxarışı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə aid Rayon İcra Hakimiyyətində heç bir arxiv sənədi yoxdur, ona görə də həmin torpaq sahəsinin qanuna uyğun olub-olmamasını araşdırmaq mümkün deyil. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Sizin Rayon İcra Hakimiyyətinə daxil olmuş Ə-392-091 saylı xx.xx.2020-ci il tarixli ərizənizə baxıldı. Bildiririk ki, Zabrat qəsəbəsində yerləşən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 34 saylı xx.xx.1991-ci il tarixli Qərarı əsasında Həmkarlar Təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 saylı protokolundan çıxarışı əsasında sizə ayrılmış torpaq sahəsinə aid Rayon İcra Hakimiyyətində heç bir arxiv sənədi olmadığından həmin torpaq sahəsinin qanuna uyğun olub olmamasını araşdırmaq miimkün deyil. Qeyd olunanlarla əlaqədar həmin torpaq sahəsinə yerləşmə cizgisinin tərtib edilərək təsdiq edilməsi imkanımız xaricindədir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli 7- 3447/17 nömrəli məktubla məhkəməyə təqdim edilmiş arxiv arayışı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamından çıxarış məhkəməyə təqdim edilmişdir: «Torpaq sahələrinin ayrılması haqqında» xx.xx.1991-ci il tarixli 134 nömrəli Sərəncam, bənd 27 - Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin Zabrat istixana kombinatının (xx xxxxxx 1991-ci il tarixli, 433 nömrəli məktub) xahişinin təmin edilməsi və Lenin rayonu Zabrat qəsəbəsində 1347-ci küçədə fərdi yaşayış binalarının tikintisi və layihələndirilməsi üçün torpaq sahələrinin ayırılması barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.20102-ci il tarixli 36/747 saylı arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 1991-ci ilə dair sərəncamlar kitablarında Bakı şəhər İcra Hakimiyyəti başçısının «Torpaq sahələrinin ayrılması haqqında» xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı vardır. Sərəncamdan çıxarış: bənd 27 - Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin Zabrat istixana kombinatının (xx xxxxxx 1991-ci il tarixli, 433 nömrəli məktub) xahişinin təmin edilməsi və Lenin rayonu Zabrat qəsəbəsində 1347-ci küçədə fərdi yaşayış binalarının tikintisi və layihələndirilməsi üçün torpaq sahələrinin ayırılması barədə sərəncam verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin Zabrat istixana kombinatının (xx xxxxxx 1991-ci il tarixli, 433 nömrəli məktub) xahişinin təmin edilməsi və Lenin rayonu Zabrat qəsəbəsində 1347-ci küçədə fərdi yaşayış binalarının tikintisi və layihələndirilməsi üçün torpaq sahələrinin ayırılması barədə sərəncam verilmişdir (bənd 27). İş materiallarında olan xx xxxxxx 1994-cü il tarixli 6 nömrəli protokoldan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, çıxışları dinliyərək Həmkarlar təşkilatı və əmək kollektivi şurası tərəfindən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 34 nömrəli sərəncamına əsasən təsərrüfatın yaşayış qəsəbəsində əvvəlcədən ayrılmış sərhəd daxilində boş olan yerdən aşağıda adları qeyd olunan yoldaşlara şəxsi mənzil tikdirmək üçün hər birinə 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır - İddiaçı. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 882 saylı məktubdan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 134 saylı sərəncamı, Həmkarlar Təşkilatı və əmək kollektivinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (xx xxxxxxx 2008-ci il tarixdə 1-ci cümlə çıxarılmışdır); 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 65-ci maddəsinin 6-cı bəndinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; 65-ci maddəsinin 7-ci bəndinə əsasən torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; 65-ci maddəsinin 8-ci bəndinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir; 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli 372 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.1999-cu il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə»nin 13-cü bəndinin “q” yarımbəndinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll etmək icra hakimiyyəti başçısının əsas səlahiyyətləri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndinə əsasən müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Aqrosənaye Komitəsinin Zabrat istixana kombinatının (xx xxxxxx 1991-ci il tarixli, 433 nömrəli məktub) xahişinin təmin edilməsi və Lenin rayonu Zabrat qəsəbəsində 1347-ci küçədə fərdi yaşayış binalarının tikintisi və layihələndirilməsi üçün torpaq sahələrinin ayırılması barədə sərəncam verilmişdir. Həmkarlar təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 nömrəli protokoluna əsasən həmin sərəncama uyğun olaraq iddiaçıya təsərrüfatın yaşayış qəsəbəsində əvvəlcədən ayrılmış sərhəd daxilində boş olan yerdən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan sərəncam və qərar ləğv edilməmişdir və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. İddiaçı ona ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin (plan və ölçü sxeminin) hazırlanaraq ona verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Halbuki iddiaçıya torpaq ayrılması barədə müvafiq qərar qəbul edilənədək ayrılmış torpaq sahəsinin sərhədlərini yerində və xəritədə müəyyən etmək, buna dair plan və ölçüsünün hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış plan və ölçününün təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Bu da iddiaçının qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, torpaq ayrılan və ondan sonrakı dövrlərdə torpağa sahiblik və torpaqdan istifadə məsələlərini həll etmək, torpaq istifadəçilərinin müraciəti əsasında plan və ölçü sxemlərinin hazırlanması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxildir. Eyni zamanda qanunvericilik torpaq istifadəçilərinin hüquqlarını qormaqla həmin hüquqların həyata keçirilməsinə maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdedin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamına və Həmkarlar təşkilatı və X3 xx xxxxxx 1994-cü il tarixli 6 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 1347 saylı küçədə (indiki Məhsəti Gəncəvi) İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşmə sxeminin (planı və ölçü sxeminin) verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-2079/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2079/2021
30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver