Məhkəmə qərarları › İş №2-1(112)-2079/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2079/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2079/2022 04.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə (vəkil, ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17 ünvanında yerləşən 1 saylı mənzilin sosial kirayə müqaviləsi əsasında iddiaçıya verilməsi haqqında sərəncamın verilməsi və onunla həmin mənzilə dair sosial kirayə müqaviləsinin bağlanması öhdəliklərinin Cavabdehnə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17 ünvanında yerləşən 1 saylı mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması ilə bağlı sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 fevral 1985-ci il tarixdən bugünə qədər ünvan 2 ünvanında qeydiyyatda olmaqla daimi yaşayır. Qeyd olunan mənzillə bağlı bütün kommunal ödənişlər iddiaçı tərəfindən ödənilir. Ərizəyə əlavə edilən və Yasamal rayon MKTB tərəfindən 04 iyul 2009-cu il tarixdə verilmiş Forma №2 Arayışından da göründüyü kimi, şəxsi maliyyə haqq-hesabı 10 fevral 1985-ci ildə açılmışdır, ona görə ki, o, həmin vaxtlardan yuxarıda qeyd olunan ünvanda yerləşən 1 otaqlı 16.22 kv.m sahəsi olan, 4 mərtəbəli binanın 1-ci mərtəbəsindəki kommunal şəraitli mənzildə yaşayır. Arayışdan eyni zamanda o da müəyyən olunur ki, sözügedən mənzildə yalnız iddiaçı qeydiyyatdadır. Yasamal RİH MKTB-nin 22 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışda da onun ünvan 2 ünvanında 10 fevral 1985-ci ildən hal-hazıra qədər qeydiyyatda olduğu göstərilmişdir. Haqqında danışılan mənzildə yeganə qeydiyyatda olan şəxs kimi yaşadığı mənzilə dair istifadə hüququ olduğu üçün onunla sosial kirayə müqaviləsinin bağlanması barədə aidiyyəti üzrə göstəriş verilməsi üçün cavabdehə müraciət edilmişdir. Lakin cavabdeh tərəfindən verilən xx.xx.2021-ci il tarixli C-49-068 saylı məktubda müraciətinə əsaslı olmayan cavab verilmiş, yalnızca tələbi ilə əlaqədar məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı öz iddiasını onunla əsaslandırır ki, o Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17, mənzil 1 ünvanında yerləşən mənzildə 10 fevral 1985-ci il tarixdən yaşayır və kommunal xidmətlərə görə ödənişlər edir. Buna görə də qeyd edilən mənzilə dair onunla rayon İcra Hakimiyyəti arasında sosial icarə müqaviləsi bağlanmalıdır. Hesab edirlə ki, iddiaçının bu iddiası əsassızdır və buna görə də təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Yerli icra Hakimiyyəti haqqında əsasnaməsinə 4.9.8-cu bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin verilməsinə dair 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki- hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəçi rayon icra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Müraciətində qeyd olunan mənzilə dair onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmişdir. Eyni zamanda ərizəçi qeyd olunan ərizəsinə hər hansı hüquqmüəyyənedici sənəd əlavə etməmiş, mənzildə hansı əsasla yaşadığını göstərməmişdir. Cavabdeh məktubu ilə iddiaçının müraciətinə cavab olaraq yaşayış sahəsinə dair tələb olunan sənədlərin tam şəkildə təqdim edilmədiyindən iddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanılmasının mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci bəndinə əsasən “Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.” Həmin məcəllənin 51.1- ci bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.” Həmin Məcəllənin 50-ci maddəsində sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan qismində hesab edilməsinin əsasları sədaların. Qeyd olunan maddənin 50.1.1-ci bəndinə əsasən “sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar” yaşayış sahəsinə ehtiyacı olan qismində qəbul oluna bilər. Ərizəçinin rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətində ailə tərkibi və digər halların müəyyən edilməsi mümkün olmamışdır. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda Mənzil Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən “bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə” bu yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmaqdan imtina üçün əsasdır. Qeyd edilənlərdən məlum olur ki, ərizəçi Cavabdehnə müraciət edərək sosial kirayə müqaviləsinin onunla bağlanması üçün hər hansı əsası müraciətində əks etdirməmiş, müvafiq qanunvericilik ilə nəzərdə tutulan sənədləri ərizəsinə əlavə etməmişdir və bununla da onun tələbi əsassız hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, ərizədə qeyd edilən yaşayış sahəsi iddiaçının yalnız istifadəsində olduğundan həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması mümkün deyildir. İş materiallarında olan kommunal xidmətlərin ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17 ünvanda yerləşən 1 nömrəli mənzilə dair kommunal xidmətlər İddiaçı tərəfindən ödənilir. İş materiallarında olan Cavabdeh Mənzil Kommunal Təsərrüfatı Birliyi 22 saylı İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2022-ci il tarixli Arayışına əsasən İddiaçı xx.xx.1985-ci il tarixdən hal-hazıradək Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17, mənzil 1 ünvanda qeydiyyatdadır. İşin mübahisəsiz halıdır ki, iddiaçı hal-hazıradək fasiləsiz və etirazısz olaraq həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2009-cu ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Həmin Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan mənzildə yaşadığından və xx.xx.1985-ci il tarixdən daimi qeydiyyatda olduğundan, həmçinin həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, mənzilin balans saxlayıcısı olan orqan Yasamal RİH-dən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17 ünvanında yerləşən 1 saylı mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanılması ilə bağlı Sərəncamın verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar