Məhkəmə qərarları › İş №2-1(112)-2080/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2080/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2080/2021 16.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmədiyi və təqsiri təsdiq edildiyi üçün vurulmuş maddi və mənəvi zərərin əvəzi 10 498 (on min dörd yüz doğsan səkkiz) manat məbləğində vəsaitin şəhid ailəsinə ödənilməsi və 2020-ci ilin noyabr ayından Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən ona hər ay 12 (on iki) manat müavinət ödənilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2080/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə əsl olmayan cavabdeh DSMF əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X2 x xxx 1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuşdur. Həmin vaxtdan bu günə kimi o şəhid ailəsi kimi dövlət tərəfindən ayrılmış vəsaiti alır. Lakin ona məlum olub ki, həmin vəsaitdən əlavə “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001 -ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən şəhid ailəsi üzvlərinin hər birinə 12 manat məbləğində müavinət təyin edilmişdir. Həmin fərmandan xəbəri olmadığı üçün eləcə də, aidiyyəti orqanlar ona bir şəhid ailəsi kimi xəbərdar etmədiyinə və həmin vəsaiti onlara ayırmadıqlarına görə o və ailə üzvləri bu günə kimi həmin müavinəti almamışdır. Şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi ilə əlaqədar bütün proseslər Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq cavabdeh tərəf - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Cavabdeh tərəfin təqsiri üzündən o və onu ailə üzvləri bu hüquqdan məhrum olub maddi və mənəvi zərər çəkmişdir. Eyni zaman da bu qanunsuzluqların Nəsimi rayonunda yüzlərlə şəhid ailəsinin başına gətirilməsi təsdiq olunmuşdur. Belə ki, o həmin quruma şifahi müraciət edərkən ona bildirirdilər ki, şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi ilə əlaqədar prezidentin fərmanı mövcud deyil. Belə olan halda “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanını təqdim etmiş, bundan sonra qanun pozuntusuna yol vermiş Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi ona ancaq 3 illik vəsaiti ödəməyə hazır olduğunu bildirmişdir. O isə ondan imtina edərək ona və ailə üzvlərinə dövlət tərəfindən ayrılmış vəsaiti tam həcmdə ödənilməsini tələb etmişdir. Qeyd edilən Fərmana əsasən, 2002-ci ildən bu günə kimi (oktyabr 2020-ci il) ona 18 il və 10 ayın, böyük oğluna 5 ilin, kiçik oğluna isə 14 ilin müavinəti ödənilməlidir. Nəzərə alınsa ki, 1 ilin müavinəti 144 (yüz qırx dörd) manatdır və ona 2712 (iki min yeddi yüz on iki) manat, Yusifov Nicata 720 (yeddi yüz iyirmi) manat, Yusifov Nihata isə 2016 (iki min on altı) manat, cəmi maddi ziyana görə 5 448 (beş min dörd yüz səksən səkkiz) manat ödənilməlidir. Şəhidin atasına olan 1584 (min beş yüz səkkən dörd) manat və anasına isə 576 (beş yüz yetmiş altı) manat vəsaiti onların rəhmətə getməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna bağışlayır. Bundan başqa iddia qaldırmaq üçün sənədlərin notarial təsdiqinə əlavə 50 manat xərci çıxmış, həmçinin, şəhid ailəsinə mənəvi zərər dəymişdir. Belə olan halda maddi və mənəvi zərərin əvəzi olaraq 10498 manat məbləğində ödəniş cavabdeh tərəfindən həyata keçirilməlidir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon xidmət nümayəndəliyinə ərizə ilə müraciət edərək, şəhid ailəsi kimi ona və ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlərin tam həcmdə ödənilməsini xahiş etmişdir. İddiaçı müraciətinə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılaraq ona bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Buna əsasən vətəndaş tələb olunan sənədləri təqdim etdikdən sonra sözügedən müavinətə hüququnun olub-olmamasına yenidən baxılacaqdır. İddiaçı isə müavinətin son üç il üçün ödənilməsi ilə razılaşmayaraq, yuxarıda qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” xx xxxxxx 2001- ci il tarixli 613 nömrəli Fərmanına əsasən şəhid ailəsi üzvlərinin hər birinə - 40,0 min manat (8 manat) məbləğində aylıq müavinət təyin edilmiş, xx xxxxxx 2005-ci il tarixli 282 nömrəli Fərmanı ilə edilmiş dəyişiklə həmin məbləğ artırılaraq 60,0 min manat (12 manat) məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ““Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli 1223 nömrəli Fərmanına əsasən beşinci abzasdan “, şəhid ailəsi üzvlərinin hər birinə” sözləri çıxarılmışdır. Göründüyü kimi, şəhid ailəsi üzvləri üçün nəzərdə tutulmuş ödənişin növü müavinətdir. Azərbaycan Respublikasında müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, şəhid ailəsi üçün nəzərdə tutulmuş müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.1- 4.0.1.3-cü, 4.0.1.5-4.0,1,6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Yuxarıda qeyd olunan normaların əlaqəli təhlilindən göründüyü kimi, qanunvericiliklə müavinətlərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur ki, inzibati orqan sözügedən müavinətin əvvəlki üç il üçün ödənilməsindən imtina etməmişdir. İddianın maddi və mənəvi ziyan hissəsi ilə bağlı bildiririk ki, bu hissədə də iddia tələbi əsaslı deyil. Belə ki, vətəndaşın Prezidentin yuxarıda adıçəkilən Fərmanından xəbərsiz olduğundan gec müraciət etməsi və bununla əlaqədar həmin müddət ərzində müavinət ala bilməməsi cavabdeh inzibati orqanın təqsiri deyil. Belə ki, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları’nın 3.1-ci bəndinə əsasən müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxs müavinət, təqaüd və kompensasiya almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə Şöbəyə və ya Mərkəzə elektron qaydada və poçt vasitəsilə ərizə ilə müraciət edə bilər. Yuxarıda qeyd olunan normadan göründüyü kimi, müavinətin təyin edilməsi üçün şəxsin müvafiq qaydada müraciəti tələb edilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21,2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Həmin məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddələrin məzmunundan göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk öncə zərər vurulması faktı mövcud olmalı, həmin dəymiş zərər bilavasitə təqsirli hərəkətin nəticəsi olmalı, zərərlə nəticə arasında səbəbli əlaqə olmalıdır.Həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf ,ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki,'Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması (sübutedici nəyinsə olması yəni resept yaxud psixiatr yardımlı və bununları sübut edən nələrsə) və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Buna görə də hesab edirik ki, İddiaçı "şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin ödənilməsi" barədə iddia tələbi təmin olunmamalıdır. İş üzrə şifahi məhkəmə baxışı iclasında məhkəmənin 2-1(81)-2080/2021 saylı, xx xxxx 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının övladlarına münasibətdə maddi zərərin ödənilməsi, həmçinin, mənəvi zərərin ödənilməsi hissələrində mümkün sayılmamış, iddianın iddiaçıya maddi zərərin əvəzinin ödənilməsi qismən 396 manat hissəsində, həmçinin, iddiaçıya 2020-ci ilin noyabr, dekabr ayları üzrə 12 manat sosial müavinət təyin edilərək ödənilməsi hissəsində icraata xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı qeyd edərək, əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın xx xxxx 2006-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, şəhid ailəsi üzvləri pensiyaçı olmadıqda aylıq müavinətlər onlara şəhid ailəsi vəsiqəsi və ərizələri əsasında 2002-ci il yanvarın 1-dən, lakin aylıq müavinət almaq hüququnun yarandığı gündən tez olmamaqla, yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hesablanır. Müraciət edildiyi vaxtdan üç gün ərzində ödəniş müəssisəsinə tapşırıq vərəqəsi göndərilməklə aylıq müavinətin ödənilməsi həyata keçirilir. Yuxarıda qeyd olunan normadan göründüyü kimi, şəhid ailəsi üzvləri üçün müavinət onların ərizələri əsasında təyin edilir və müraciət edildiyi vaxtdan üç gün ərzində müavinətin ödənilməsi həyata keçirilir. Yəni şəxsin ərizəsi - müvafiq qaydada müraciəti olmadan ona inzibati orqan tərəfindən şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan və iddiaçının izahatlarına əsasən iddiaçının hazırda araşdırılan tələbi iddiaçıya maddi zərərin əvəzi olaraq 2002-ci ildən xx.xx.2018-ci ilədək ödənilməli olan müavinətin ödənilməsi və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına əsasən ona hər ay 12 manat müavinətin təyin edilməsi ilə bağlıdır. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” xx xxxxxx 2001- ci il tarixli 613 nömrəli Fərmanı təşkil edir. Həmin Fərmana əsasən şəhid ailəsi üzvlərinin hər birinə - 40,0 min manat (8 manat) məbləğində aylıq müavinət təyin edilmiş, xx xxxxxx 2005-ci il tarixli 282 nömrəli Fərmanı ilə edilmiş dəyişiklə həmin məbləğ artırılaraq 60,0 min manat (12 manat) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı sözügedən Fərmana istinad edərək 2002-ci ildən hazırki vaxtadək ona ödənilməli olan lakin ödənilməmiş müavinətin ödənilməsini, həmçinin,hər ay üzrə 12 manat sosial müavinətin təyin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Cavabdehin iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli **********9 nömrəli imtina məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, "Sosial müavinatlar haqqında. Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranır.Yuxarıda qeyd edilənlərə əsasən tələb olunan sənədləri şəxsiyyət vəsiqəsinin surətini, şəhid statusunun təsdiq edən sənədin surətini, şəhidin ölüm haqqında şəhadətnaməsinin surətini, nigah haqqında şəhadətnamənin surətini, şəhidin dul arvadının yeni nigaha daxil olub-olmaması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəsimi rayon qeydiyyat şöbəsindən arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Nəsimi rayon xidmət nümayəndəliyinə təqdim edildikdən sonra sizin sözügedən müavinət hüququnuzun olub- olmamasına yenidən baxılacaqdır. Məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə” müavinət təyin edilməsi üçün Mərkəzi filiala müraciəti daxil olmuşdur. İddiaçı müraciəti təmin olunmuş və ona “sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı yarımbəndinə uyğun olaarq 12 manat məbləğində “şəhid ailəsinin üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə” müavinət təyin edilmişdir. Beləliklə, Məhkəmə iddiaçıya 2002-ci ildən bəri ödənilməli olan lakin ödənilməmiş maddi zərərin tələbi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən sosial müavinətin ödənişi ilə bağlı xx.xx.2021-ci ildə müraciət ərizəsi təqdim etmiş, ondan əvvəl isə müavinətin ödənilməsi barədə yazılı ərizə ilə rəsmi müraciət etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2002-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın xx xxxx 2006-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, şəhid ailəsi üzvləri pensiyaçı olmadıqda aylıq müavinətlər onlara şəhid ailəsi vəsiqəsi və ərizələri əsasında 2002-ci il yanvarın 1-dən, lakin aylıq müavinət almaq hüququnun yarandığı gündən tez olmamaqla, yaşadıqları ərazi üzrə rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hesablanır. Müraciət edildiyi vaxtdan üç gün ərzində ödəniş müəssisəsinə tapşırıq vərəqəsi göndərilməklə aylıq müavinətin ödənilməsi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikasında müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, şəhid ailəsi üçün nəzərdə tutulmuş müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən bu Qanunun 4.0.1.1-4.0.1.3-cü, 4.0.1.5-4.0,1,6-cı və 4.0.1.13-cü maddələrində nəzərdə tutulan aylıq müavinətlərdən bir neçəsini almaq hüququ olan şəxslər öz arzusuna əsasən bir növ aylıq müavinət seçə bilərlər. “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir.Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı sosial müavinətin təyin edilməsinə dair müavinət işi təqdim edilmişdir. Müavinət işindən aydın görünür ki, İddiaçı xx xxxxxx 2021-ci il tarixli ərizəsinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək aylıq 12 manat olmaqla müavinət təyin edilmişdir. Bundan əlavə Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin ““Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli 1223 nömrəli Fərmanına əsasən beşinci abzasdan “,şəhid ailəsi üzvlərinin hər birinə” sözləri çıxarılmışdır. Göründüyü kimi, hazırda qüvvədə olan Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz edilməsinin təmin edilməsi haqqında” xx xxxxxx 2001- ci il tarixli 613 nömrəli Fərmana əsasən şəhid ailə üzvlərinə bu Fərmanda qeyd edilən sosial müavinətin ödənilməsi xx xxxxxx 2021-ci il tarixdən nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçıya müvafiq müraciəti əsasından xx.xx.2018-ci ildən xx.xx.2020-ci il tarixədək aylıq 12 manat olmaqla müavinət təyin edildiyindən, həmçinin, xx xxxxxx 2020-ci il tarixindən müvafiq sosial müavinətin ödənilməsinin qanuni əsası mövcud olmadığından hazırda sosial müavinətin təyin edilməsi iddia əsassızdır, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına əsas vermir. Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Konstitusiya prinsipi olan bərabərlik prinsipi isə bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrı-seçkiliyin tətbiq olunmasını qadağan edir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar