Məhkəmə qərarları › İş №2-1(112)-2081/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2081/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2081/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı iş üzrə məhkəmə bildirişləri əsasında Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağaların götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı iş üzrə məhkəmə bildirişləri əsasında Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağaların götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-159/16 saylı, 11 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı və qeyrilərinə qarşı «qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının həyata keçirilməsinə; maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsindən çıxarılma və pulun tutulması tələbinə dair» iddiası qismən təmin edilərək, İddiaçı Həmiadağa oğlundan 3.213 (üç min iki yüz on üç) manat məbləğində pulun alınaraq X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə ,həmçinin, İddiaçı X1rşı «pul vəsaitinin tutulması barədə» qarşılıqlı iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin 2(009)-159/16 saylı, 11 noyabr 2016-cı il tarixli qətnaməsi qismən, iddianın təmin olunan hissəsində dəyişdirilərək, İddiaçı 12.861 (on iki min səkkiz yüz altmış bir) manat alınaraq X2 verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2018-ci il tarixli, 2(102)-1253/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət arayışından görünür ki, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 2 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı bildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər (qadağalar və məhduiyyət) aparılmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 2 ünvanında yerləşən qeyri- yaşayış sahəsi üzərində qadağa və məhduiyyət aparmasına dair qeydlər aparması və hazırda iddiaçının tələblə həmin qadağa və məhduiyyəti götürməməsi əsassızdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı işlər üzrə mübahisə predmeti göstərilən əmlakın payçıları olan iddiaçı X3 cavabdeh İddiaçı arasında icarə haqqının ödənilməsinə dair iddia tələbindən ibarət olmuş və həmin iş üzrə məhkəmə hər hansı müvəqqəti xarakterli müdafiə tədbiri və ya əmlaka dair hər hansı qadağa qoyulması barədə qərardad olmamışdır. Məhkəmə bildirişi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsindən ibarətdir. Lakin, göstərilən işlər üzrə məhkəmə bildirişləri əsasında daşınmaz əmlaka qadağa qoyulmuşdur. Hazırda isə Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyriyaşayış sahəsinə dair hər hansı məhkəmə mübahisəsi olmamaqla, məhkəmənin icraatında hər hansı iş yoxdur. Göstərilənlərə əsasən, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyil. Göstərilən ünvanda yerləşən ev və torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətçisi iddiaçıdır. Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağanın götürülməsinin təmin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh əsassız olaraq tələbinin təmin edilməsindən imtina etmişdir.Buna görəpozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеhdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki,ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2853/2018, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-64/2018, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(103)-1253/2019 saylı bildirişləri əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Qeyd edilən məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları və bu barədə məlumat rəsmi qaydada məhkəmədən 1 saylı Bakı Ərazi İdarəsinə daxil olacağı təqdirdə ərizəyə qanunamüvafiq qaydada yenidən baxılacağı ilə bağlı iddiaçıya **********76 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 67.6 kv.m-i İddiaçı, 12.5 kv.m-i isə X5 xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6ÜŞ-11464/20 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmiş, xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilərək icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 6ÜŞ-11464/20 saylı arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparatının xx.xx.2020-ci il tarixli, 3m-985/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdrilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 67.6 kv.m-i İddiaçı mülkiyyətindədir. Həmin əmlakla bağlı mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdrilmədən saxlanılmış, xx.xx.2019-cu il tarixdən qanuni qüvvəyə minmişdir. İddiaçı həmin işlər üzrə məhkəmə bildirişləri əsasında ona məxsus daşınmaz əmlak üzərində qoyulmuş məhdudiyyətlərin götürülməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-ci maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); Həmin qanunun 14.5-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci maddəsinə əsasən Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1 və 158.1.1-ci maddəsinə əsasən iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq barədə tədbirlər görülə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki,“2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı iş üzrə məhkəmə bildirişləri əsasında Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağaların götürülməsindən cavabdehin əsassız imtinası nəticəsində iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. Belə ki, yuxarıda göstərilən məhkəmə mübahisələri yekunlaşmış və qəbul edilmiş məhkəmə qərarları öz qanuni qüvvəsini almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.3-cü maddəsinə əsasən isə də nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Yuxarıda göstərilən işlər isə artıq məhkəmədə həll olunmuşdur. Bundan başqa, həmin məhkəmə işləri üzrə iddiaçıya məxsus daşınmaz əmlak üzərinə həbs qoyulması barədə heç bir qərardad qəbul edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı iş üzrə məhkəmə bildirişləri əsasında Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağaların götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68,69, 85, 110-cu -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2835/2018 saylı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-64/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1253/2019 saylı iş üzrə məhkəmə bildirişləri əsasında Bakı şəhəri, İstiqlaliyyət küçəsi 47 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair qeydə alınmış qadağaların götürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar