Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2081/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçıya cavabdehin 30 iyun 2021-ci il tarixli **********321000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində 2018-ci ilin 2-ci rübü üzrə əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi) məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış vergi məbləği əsassızdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, qərar ona təqdim edilmədiyindən, müraciət etdikdən sonra qərarı elektron kargüzarlıq vasitəsi ilə 17 avqust 2021-ci il tarixdə almışdır. 3 avqust 2021-ci il tarixdə Dövlət Vergi Xidmətinin müvafiq strukturuna müraciət edərək, 18 fevral 2019-cu il tarixli vergilərin hesablanması barədə qərarı almadığını qeyd etmiş, elektron kargüzarlıq ilə əlaqədar müqaviləsinin mövcud olubolmaması və həmin qərarın elektron sistemdə, AVİS altsistemində hansı tarixdə və saatda oxunmasını təsdiqləyən sənədlər mövcuddursa, bu sənədlərin həmin məlumatın təqdim edilməsini xahiş etmişdir. Çünki, həmin qərarı almamışdır. 17 avqust 2021-ci il tarixdə ona elektron məktub gəlmişdir. Həmin məktubda iş üzrə cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 18 fevral 2019-cu il tarixli **********492500 saylı “Vergilərin hesablanması barədə” qərarın hansı tarixdə ona rəsmi qaydada təqdim olunması barədə məlumat verilməsi əvəzinə, yeni qərar təqdim etmiş, 18 fevral 2019-cu il tarixli qərarın isə ləğv olunub-olunmaması, onun oxunuboxunmaması barədə bildirilməmişdir. Lakin vergi orqanı qanunvericiliklə müəyyən edilmiş qaydada onun müraciətini araşdırmadan, ümumiyyətlə müraciətə aid olmayan məsələyə münasibət bildirmiş və əvvəlki qərar (18 fevral 2019-cu il tarixli **********492500 saylı “Vergilərin hesablanması barədə” qərar) qərara münasibət bildirmədən, eyni vergi dövrünə təkrar ikinci dəfə kameral yoxlama keçirmiş və 30 iyun 2021-ci ıl tarixli **********321000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” yeni kameral qərar çıxarmışdır. Halbuki, eyni dövr üzrə iki dəfə kameral yoxlama həyata keçirilməsi və müxtəlif tarixlərdə iki kameral qərarın çıxarılması vergi qanunvericliyində nəzərdə tutulmamışdır. Vergi orqanının kameral vergi yoxlaması başa çatdıqdan sonra hansı əsasla eyni dövr üzrə (2-ci rüb 2018-ci il vergi dövrü) yenidən kameral vergi yoxlaması keçirməsi qərarda öz əksini tapmamışdır. Belə ki, o, inşa etdiyi fərdi yaşayış evinin bütün layihə sənədlərini toplamış və həmin sənədlər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsdiqlənmişdr. Qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisi üçün əlavə olaraq Dövlət Ekspertiza Baş İdarəsindən 29 avqust 2017-ci il tarixli 24083 saylı rəy də alınmışdır. Bütün dövlət orqanlarının zəruri icazə və rəyləri aldıqdan sonra yuxarıda qeyd olunan ünvanda fərdi yaşayış evinin tikintisini aparılmışdır. Bütün bu işlərin çətinliyi ilə bərabər vergi orqanının əməkdaşları iddiaçıya vergi borcunun olmasını bildirmişlər. Vergi borcunun hansı halla əlaqədar hesablandığı soruşulduqda isə, ona məlumat vermişlər kı, tikinti aparıb ev tikmişdir, buna görə də vergi ödəməlidir. Lakin iddiaçı fərdi yaşayış evimi sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq tikməmişdir. Azərbaycan Respublikasında fərdi yaşayış evi tikmək istəyən şəxslər bina tikintisi üzrə “sadələşdirilmiş vergi” ödəməli deyil. Qanunvericilikdə belə bir hal qeyd olunmayıb. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 18 fevral 2019-cu il tarixli **********492500 saylı “Vergilərin hesablanması barədə” qərara əsasən 2018-ci ilin 2-ci rübü üzrə ona əlavə vergi (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergisi) məbləği hesablanmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı onun barəsində 2018-ci ilin 2-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmasına dair 18 fevral 2019-cu il tarixli **********492500 saylı “Vergilərin hesablanması barədə” qərarın ləğv olunması tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2021-cı il tarixli 2-1(112)-2499/2021 saylı qərarı ilə iddia təmin edilərək 18 fevral 2019-cu il tarixli **********492500 saylı “Vergilərin hesablanması barədə” qərarı ləğv olunmuşdur. Həmin inzibati mübahisə üzrə iş hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin icraatında baxılmaqdadır. Qeyd olunan hallarla əlaqədar olaraq iddiaçı vergi orqanına dəfələrlə müraciət edilmişdir. Lakın onun şikayətləri obyektiv araşdırılmamış və hesablanmış vergi məbləği silinməmişdir. Əksinə, sonuncu müraciətə cavab olaraq vergi orqanı əvvəlki qərara münasibət bildirmədən, eyni vergi dövrünə təkrar ikinci dəfə kameral yoxlama keçirmiş və yeni kameral qərar çıxarmışdır. Halbuki, eyni dövr üzrə iki dəfə kameral yoxlama həyata keçirilməsi, kameral yoxlama keçirilməsi üçün müəyyən edilən müddətlərə əməl olunmaması və müxtəlif tarixlərdə iki kameral qərarın çıxarılması qanunvericliyin tələblərinin kobud şəkildə pozulmasıdır (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən). Bu hal vergi orqanı tərəfindən qəbul olunmuş qərarların ləğv olunması üçün birbaşa əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Hazırki mübahisə üzrə həyata keçirilən kameral vergi voxlamasında və çıxarılmış kameral qərarlarda vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatların nədən ibarət olması, hansı mənbədən götürülməsi göstərilməmişdir. Ümumiyyətlə mənə məlum olmayan hallar barədə nə araşdırma aparılmamış, nə də ki, mənim həmin araşdırmada iştirakım təmin edilməmişdir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş ^ergı bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Əgər vergi orqanı 2019-cu ildə kameral vergi yoxlaması aparmışdırsa, bu yoxlamanın nəticəsində 18 fevral 2019-cu il tarixli **********492500 saylı vergilərin hesablanması barədə qərar çıxarmışdırsa (hansı kı, həmin qərar birinci instansiya məhkəməsi tərəfindən ləğv olunub), deməli kameral vergi yoxlaması başa çatmışdır. Vergi orqanı kameral vergi yoxlaması başa çatdıqdan sonra hansı əsasla eyni dövr üzrə (2-ci rüb 2018-ci il vergi dövrü) yenidən kameral vergi yoxlaması keçirə bilərdi. Həmin Məcəllənin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicismə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Vergi orqanı kameral vergi yoxlaması başa çatdıqdan sonra verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etmişdisə, nəyə görə bu barədə vergi ödəyicismə məlumat vermirdi. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Əgər vergi orqanı kameral yoxlama aparmaq üçün məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etmişdirsə, nəyə görə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb etməmişdir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicismə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisının bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 2019-cu ildə 2-ci rüb 2018-ci il vergi dövrü üzrə kameral yoxlama həyata keçirən vergi orqanı vergilərin hesablanmasına dair vergi orqanının qərannı vergi ödəyicisinə 5 iş günü müddətində göndərməli olduğu halda. 30 iyun 2021-ci il tarixdə əsassız və qanunsuz olaraq **********321000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə еути hesabat dox rünə ikinci dəfə qərar çıxarır. Halbu ki, kameral yoxlama başa çatdıqdan sonra eyni dövr üzrə yenidən kameral yoxlama keçinlə bilməzdi. 30 iyun 2021-ci il tarixli **********321000 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması baıədə qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdıqedici sənədlər barədə məlumat qrafasında “Vergi Məcəlləsinin müddəlarına əsasən Sizə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini təqdim etmədiyinizə görə əlaqəli məlumatlara əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. Bu hesablama ilə bağlı Vergi Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ aşağıda göstərilir”. Vergi orqanı “Vergi Məcəlləsinin müddəaları” dedikdə konkret olaraq nəyi nəzərdə tutur bilinmir. Yəni, vergi orqanı bu qrafada konkret olaraq hesablamanın səbəblərini göstərməli idi. Həmin Məcəllənin 37.6cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması. vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericilivinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Göstərilənlərə və Azərbaycan Respublikası Konsititusiyasının 13, 27, 29, 33, 43-cü maddələrinə, Vergi Məcəlləsinin 3.8, 15.1.9, 53.3, 62, 64-cü maddələrinə, «İnzibatı icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 71, 72, 89.1-ci maddələrinə, İPM-in 2, 8, 32, 35.1, 45, 46-cı maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli **********321000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 16 fevral 2022-ci il tarixli məktubunda iddia ilə bağlı bildirilir ki, vergi ödəyicisinin 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin yoxlanılması zamanı vergi ödəyicisi tərəfindən ünvan 2 ünvanda ümumi sahəsi 2.110,92 kv.m olan binanın 2018-ci ilin 2-ci rübündə fərdi yaşayış binası kimi təməlqoyma işlərinə başlanılmasına baxmayaraq, binanın vergiyə cəlb edilən sahəsi üzrə cari vergi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 22 iyun 2021-ci il tarixli **********3438 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla cari vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 151.235,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 30 iyun 2021ci il tarixli **********321000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 219.3cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binariiri yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilmiş binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 220.8-ci maddəsinə əsasən bina tikiritisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat olmaqla həmin maddə ilə müəyyən edilmiş qaydada hesablanır. Eyni zamanda, həmin Məcəllənin 220.8-1-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti lə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır. Eyni zamanda, binanın fotoşəklindən də aydın görünür ki, həmin bina çox mənzilli və geniş həcmli binadır və bu tipli binanın satış və digər kommersiya məqsədləri üçün tikildiyi şübhə doğurmur (fotoşəkillər əlavə olunur). Binanın eskiz layihəsinə əsasən tikilinin hər mərtəbəsində 4 mənzil olmaqla ümumilikdə binada 20 mənzil mövcuddur. İddiaçının fərdi yaşayış məqsədləri üçün 20 ədəd mənzil tikməsi isə ağlabatan deyildir və bu hal həmin binanın fərdi yaşayış məqsədi üçün tikilməsi ehtimalını istisna edir. Hətta sözügüdən bina fərdi yaşayış evi kimi qəbul edilsə belə vergitutma obyekti hesab edilir. Belə ki, Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan 219.3-cü maddəsinə əsasən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri də vergitutma obyektidir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən malların təqdim edilməsi dedikdə mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən mal dedikdə hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su nəzərdə tutulur. Normalardan göründüyü kimi, hər hansı malı (o cümlədən fərdi yaşayış evini) hədiyyə etmək, yəni bağışlamaq belə təqdim edilmə sayılır. Aydın məsələdir ki, iddiaçı tikdiyi “fərdi yaşayış evi”nin hər 20 mənzilində özü və ya ailə üzvləri yaşaya bilməz. Hətta iddiaçının məqsədi inşa edilmiş binanın bir və ya bir neçə mənzilini hər hansı formada özgəninkiləşdirmək (satmaq, bağışlamaq və s.) olduğu halda, qeyd olunan tikili təqdim edilmək üçün inşa edilmiş beləliklə, vergitutma obyekti kimi qəbul edilməlidir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatihi (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanuni və əsaslıdır. Göstərilənlərə və Vergi Məcəlləsinin 16.1, 67, 70, 94-cü maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62.1-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı şəhəri Xətai RİH başçısının 17 mart 2017-ci il tarixli 68 nömrəli sərəncamı ilə İddiaçı Bakı şəhəri, İ.İsmayılov küçəsi, 50 saylı binanın yanında təqdim edilmiş layihəyə uyğun olaraq fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin layihəyə AR FHN X3 Xidməti tərəfindən müvafiq rəy verilmişdir. Bundan sonra, sözügedən fərdi yaşayış evinin layihəsi FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsi və Respublika Gigiyena və Epidemiya Mərkəzi ilə razılaşdırılmışdır. Binanın tikintisi başa çatdırıldıqdan sonra vergi orqanı (DVX Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsi) tərəfindən iddiaçıya 22 iyun 2021-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı həmin sənədləri təqdim etmədiyindən, cavabdeh inzibati orqan tərəfindən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə istinadən kameral vergi yoxlaması ilə ona 2018-ci ilin 2-ci rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi üzrə 151.235,45 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 30 iyun 2021-ci il tarixli **********321000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, binanın fotoşəklindən onun çoxmənzilli və geniş həcmli olması aydın görünür, bu tipli binanın satış və digər kommersiya məqsədləri üçün tikildiyi şübhə doğurmur, binanın eskiz layihəsinə əsasən tikilinin hər mərtəbəsində 4 mənzil olmaqla ümumilikdə binada 20 mənzil mövcuddur, iddiaçının fərdi yaşayış məqsədləri üçün 20 ədəd mənzil tikməsi isə ağlabatan deyildir və bu hal həmin binanın fərdi yaşayış məqsədi üçün tikilməsi ehtimalını istisna edir, bina fərdi yaşayış evi kimi qəbul edilsə belə vergitutma obyekti hesab edilir. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmır və tikilinin fərdi yaşayış evi olduğunu və bununla bağlı aidiyyəti orqanlarla razılaşdırmaların alındığını bildirir və 30 iyun 2021-ci il tarixli həmin qərarı mübahisələndirir. İPM-in 8.1.2-ci maddəsinə (1-ci cümləsi) əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nizami rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə vurğulayır ki, iddiaçının hazırda inzibati orqanın 30 iyun 2021-ci il tarixli **********321000 nömrəli qərarını mübahisələndirmək üzrə subyektiv hüququ olduğundan (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddəti buraxılmadığından, mübahisələndirilən qərar hazırkı cavabdeh inzibati orqan tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab edir ki, iddia mümkündür. «İnzibati icraat haqqında» Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyrimüəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan redaksiyada tələblərinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 221.2-ci maddəsinə görə sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, bu Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir. Məhkəmə hazırkı inzibati məhkəmə icraatında müəyyən edilən hallarla bağlı aşağıdakıları diqqətə çəkir: - vergi qanunvericiliyinin qeyd olunan (kameral vergi yoxlaması keçirilən) dövrdə qüvvədə olan normaları kameral vergi yoxlamasının müvafiq vergi bəyannaməsinin vergi ödəyicisi tərəfindən təqdim olunduğu vaxtdan 30 iş günü müddətində keçirilməsini nəzərdə tutur. Vergi Məcəlləsinin müddəalarına görə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi vergi orqanına müvafiq bəyannaməni hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq təqdim edir. Hazırkı işin hallarına görə isə, 2018-ci ilin 2-ci rübü üzrə bəyannamənin həmin ilin iyul ayının 20-dən sonrakı vaxtda, yəni Vergi Məcəlləsi ilə müəyyən olunmuş tarixdən gec təqdim edilibedilməməsi ilə bağlı cavabdeh inzibati orqan heç bir münasibət bildirməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə həmin dövr üzrə kameral vergi yoxlaması ən geci 2018-ci ilin iyul ayının 20-dən 30 iş günü günü keçənədək keçirilə bilərdi. Halbuki, inzibati orqan nəticəsi barədə 30 iyun 2021-ci il tarixli qərar qəbul etdiyi kameral vergi yoxlamasını onun üçün müəyyən olunmuş müddəti 2 ildən artıq vaxt pozmaqla keçirmişdir. Bununla da, 30 iyun 2021-ci il tarixli həmin akt qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin, eləcə də «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; - cavabdeh inzibati orqanın 30 iyun 2021-ci il tarixli həmin qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) maddəsinə, həmin Məcəllənin 62-ci və İPM-in 38.1-ci maddələrinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş və inzibati məhkəmə icraatında kameral vergi yoxlamasının keçirilməsi üçün əsaslar, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırda mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktların özündə yazılı şəkildə əsaslandırılması yeterli qiymətləndirilmir. Bu isə o deməkdir ki, həmin qərarın qəbulunda «İnzibati icraat haqqında» Qanunun 48.1-ci maddəsinin tələbləri pozulmuşdur; - müvafiq tikilinin “fərdi yaşayış evi” statusunda olmasına dair iddiaçının məhkəmə icraatında təqdim etdiyi (inzibati icraat çərçivəsində də təqdim oluna bilərdi) sənədlərin, yəni sərəncam, rəy və s. sənədlərin onlardakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Cavabdeh inzibati orqan lazımi sübutlara əsaslanmaqla sözügedən sənədlərdəki məlumatların mötəbərliyini mübahisələndirə bilər. Bu halda bu məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiq desək sübut etmək yükü daşıyır. Odur ki, iddiaçının sifarişi ilə inşa edilən tikilinin “fərdi yaşayış evi” sayılmaması ilə bağlı dəlillər də tutarlı deyil. Bununla da belə nəticəyə gəlmək olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qanunsuzdir. Həmçinin məhkəmənin qənaətinə görə, mübahisələndirilən 30 iyun 2021-ci il tarixli inzibati akt qanuna zidd sayılmaqla yanaşı, onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borclarını (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edlərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 14.1, 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinn Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 iyun 2021-ci il tarixli **********321100 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2081/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2081/2022
22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver