Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2082/2023 09.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “sərəncamının ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, yaşayış sahəsi almaq üçün təminata qoyulmuş, mənzilsiz, kirayədə yaşayış sahələrinin yaxşılaşdırılmasına ehtiyacı olan hərbi qulluqçuların yaşayış sahələri ilə təmin edilməsi məqsədi ilə iddia üzrə üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017- ci il tarixli qərarı ilə "Bakı-52" hərbi şəhərciyində 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bundan sonra Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında, qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya (iddiaçı da daxil olmaqla) mənzil ayrılmış və yuxarıda göstərilən protokol Bakı qarnizonu rəisi tərəfindən 16 aprel 2019-cu il tarixdə təsdiq edilərək mənzillərin göstərilən hərbi qulluqçulara yaşayış sahəsi kimi paylanması qərara alınmışdır ki, nəticə etibarı ilə ona göstərilən binada 2 saylı mənzil verilmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli, 1786 saylı məktubuna əsasən Bakı Şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 128 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 2 saylı mənzil xidməti mənzillər fondundan çıxarılaraq onunla daimi icarə müqaviləsi bağlanmışdır. Bundan sonra isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona həmin mənzildən daimi istifadə hüququna dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı qeyd edir ki, göstərilən binada bizə mənzil kimi verilmiş sahələr kazarma tipində olduğuna və yaşayış üçün tam yararsız olduğuna görə sakinlər həm birlikdə, həm də ayrıayrılıqda xeyli miqdar pul xərcləyərək həm binanın ümumi istifadədə olan yerlərini, həm də mənzilləri əsaslı surətdə yenidən qurmaqla təmir etdirmiş və artıq 3 (üç) ildir ki, ailə üzvləri ilə birlikdə öz mənzillərində yaşayırlar. Lakin bütün bunlara baxmayaraq, iddiaçı (bildiyinə görə yuxarıda göstərilən digər sakinlər də), 2022-ci ilin təxminən 2-ci rübündə Müdafiə Nazirliyinin Hüquq İdarəsindən dəvət alaraq ora getdikdə, AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə iddiaçı arasında bağlanmış daimi icarə müqaviləsini müvəqqəti icarə müqaviləsinə çevrilməsi və yaxud da, DƏDRX-ə müraciət edərək ona verilmiş çıxarışın ləğv edilməsi təklif olunmuşdur. Lakin bu təklifin səbəb və əsasları barədə ona heç bir tutarlı cavab verilmədiyinə görə o həmin təklifi qəbul etməmişdir. Bu hadisədən sonra iddiaçıya məlum olmuşdur ki, onunla daimi icarə müqaviləsi bağlanmasına dair Bakı şəhər Cavabdeh Başçısının 17 may 2019-cu il tarixli, 128 nömrəli sərəncamı cavabdehin, yəni Bakı Şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli, 224 nömrəli sərəncamı ilə ləğv edilmişdir (yəni cavabdeh olan inzibati orqan öz sərəncamı ilə özünün tarix etibarı ilə 16 ay əvvəl verilmiş sərəncamını ləğv etmişdir) və qeyd etməlidir ki, cavabdehin həmin sərəncamı barədə ona heç bir məlumat verilməmişdir. Digər tərəfdən, iddia üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq onlara (o cümlədən iddiaçıya) verilmiş çıxarışların ləğv edilməsi, yaşayış sahəsinin təyinatının dəyişdirilməklə xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirilir ki, yuxarıda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14-də yerləşən 2 saylı mənzil onun yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçu kimi qanunvericiliyin tələblərinə uyğun olaraq verildiyindən, habelə həmin mənzil üzərində onun daimi istifadə hüququnun dövlət qeydiyyatına alındığından, Bakı şəhər Cavabdeh Başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli Sərəncamı tam qanunsuz və ədalətsizdir. Yəni cavabdehin yuxarıda göstərilən sərəncamı ilə iddiaçı və onunla yaşayan ailə üzvləri tamamilə əlverişsiz bir vəziyyətə salınmış, nəticə etibarı ilə daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüququnun pozulmasına yönələn inzibati akt qəbul edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Mülki Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edir ki, yuxarıda göstərilən hüququn müdafiəsinə Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə təminat verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamı məhkəmə qaydasında ləğv edilməlidir.
3. Daha sonra iddiaçı iddia tələbini “Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 224 nömrəli Sərəncamının “Cavabdeh Başçısının xx.xx.2019-cu il 128 nömrəli Sərəncamının ləğv edilməsi” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması kimi dəyişdirmişdir.
4. Məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək mübahisələndirən sərəncamın təqdim olunma tarixinə dair ətraflı məlumat verməklə buraxılmış prosessual müddətin bərpası haqqında əsaslandırılmış ərizəni təqdim etməsini təklif etmişdir.
5. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək Bakı Şəhər Yasamal RİH-nin tərəfindən (habelə digər 14 nəfər hərbçi tərəfindən) mübahisələndirilən (bütün iddialar Bakı İnzibati Məhkəməsinin icraatındadır) xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamı cavabdeh tərəfindən İddiaçı (eləcə də digər hərbçilərə) ümumiyyətlə təqdim olunmamış, habelə bu barədə ona (onlara) heç bir məlumat verilməmişdir. Onlar belə bir sərəncam barədə 2022-ci ilin may ayında növbə ilə AR Müdafiə Nazirliyinə çağırılıb onlarla edilən söhbət zamanı xəbər tutmuşlar. Həmin söhbətlər zamanı sakinlərə Əmlak Komitəsinə gedib könüllü ərizə yazaraq mənzillərin daimi istifadəsindən imtina edilməsi, sonra isə həmin mənzillər barəsində müvəqqəti icarə müqaviləsi bağlanmasına razılıq verilməsi tələb olunmuş, lakin sakinlər bununla razılaşmamışlar. Belə olan halda sakinlərə mənzillərinin əllərindən alınacağı bildirilmişdir. Odur ki, sakinlər hüquqi yardım almaq üçün xx.xx.2022-ci il tarixdən etibarən 4 saylı Vəkil Bürosu ilə ayrı-ayrılıqda müqavilə bağlamağa məcbur olmuş (həmin müqavilələr üzrə vəkillər Vəkil və Emin Zeynalovdur) və keyfiyyətli hüquqi yardımın təmin edilməsi məqsədi ilə göstərilən sərəncam(lar)ın əldə edilməsi üçün 4 saylı Vəkil Bürosu tərəfindən xx.xx.2022-ci il tarixli 166 saylı sorğu ilə Bakı şəhəri Cavabdehnə müraciət edilmiş, lakin sorğuya təxminən 45 gün ərzində cavab gəlməmiş, icra hakimiyyətinə edilən çoxsaylı telefon zəngləri zamanı sorğuya cavab göndərildiyi hər dəfə bildirilsə də, 2022-ci ilin avqust ayının əvvəllərinədək sözügedən cavab 4 saylı Vəkil Bürosunun ünvanına daxil olmamışdır. Göstərilən səbəbdən vəkil X1 Rayon İH-nə gedərək sorğunun cavabını bilavasitə tələb etmiş, xeyli mübahisə və soz-söhbətdən sonra ona qeyri-rəsmi qaydada, yəni heç bir sənədə imza etdirmədən 1305/d nömrəli, xx.xx.2022-ci il tarixli cavabın surəti təqdim edilmiş və həmin cavab məktubunda AR "Kommersiya sirri haqqında" Qanununa istinad edilməklə sərəncamların yalnız məhkəmə sorğusu əsasında verilməli olması göstərilmişdir. Nəhayət, Yasamal RİHB-nın xx.xx.2020-ci il tarixli 224 saylı sərəncamının kserosurəti çox çətinliklə də olsa Müdafiə Nazirliyindən əldə edilmiş və bundan sonra 2 (iki) həftə ərzində digər əlaqəli sənədlər toplanmaqla tərəfimizdən iddia ərizəsi hazırlanaraq xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin dəftərxanasına təqdim edilmişdir. Məlumat üçün onu da qeyd etməliyik ki, Müdafiə Nazirliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı 2-1(112)-9219/2022 saylı inzibati iş üzrə İddiaçı 2022-ci ilin iyun ayında göndərilən məktuba yalnız hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti əlavə edilmişdir. Göründüyü kimi mübahisələndirilən sərəncam (və ya onun surəti) ümumiyyətlə iddiaçıya (habelə digər iddiaçılara) təqdim edilməmiş, iddia ərizəsi isə sözügedən sərəncamın kserosurəti qeyri-rəsmi əldə edildikdən sonra 2 (iki) həftə ərzində, yəni 30 günlük müddət keçmədən verilmişdir.
6. Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - ünvan 2 ünvanında yerləşən mənzil xidməti mənzillər siyahısında çıxarılsın. - ünvan 2 ünvanında yerləşən mənzilə dair vətəndaş İddiaçı ilə daimi icarə müqaviləsi bağlanılsın. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən ünvan 2 ünvanında yerləşən mənzilin gələcəkdə vətəndaş vətəndaş İddiaçı adına dövlət qeydiyyatına alınması xahiş edilsin. - Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə göndərilsin.
7. Bakı Şəhər Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəcamına əsasən aşağıdakılar nəzərə alınmışdır: - Cavabdeh Başçısının 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139, 140 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamları ləğv olunsun. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ünvanında yerləşən yaşayış sahələrinə dair vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi və bu mənzillərin xüsusi təyinatlı yaşayış sahələri siyahısına daxil edilməsi xahiş edilsin. - Sərəncamın surəti AR Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilsin.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 (yeni qaydalarla AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 14C, M1, m2) Bakı Şəhəri Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəcamına əsasən iddiaçının daimi istifadəsinə verilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
10. Cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü sərəncamın qismən ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.
12. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
15. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
16. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
19. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli 02№-li qərardadından:
29. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır.
31. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.
20. Məhkəmə müəyyən edir ki, iddiaçıya münasibətdə qəbul olunmuş Cavabdeh Başçısının xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamı qanunsuz əlverişli inzibati aktdır.
21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş 1.8-ci maddəsinə əsasən, yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.
22. Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamın qəbul edilməsi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə aparılmış razılaşma, balanssaxlayıcı kimi Müdafiə Nazirliyinin qərarı olmamışdır. Odur ki, həmin sərəncamın qəbul edilməsi üçün hüquqi bir əsas olmamaqla yanaşı qanuni məqsəd daşımamış, yəni ictimai mənafenin təmin edilməsinə yönəlməmişdir.
23. İddiaçı həmin sərəncam qəbul edilən zaman hərbçi olmuşdur və odur ki, müvafiq proseduru bilməli olduğu və ya kobud ehtiyatsızlıqla bilmədiyi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsinə əsasən etimadın qorunması hüququna istinad edə bilməz.
24. “İnzibati icraat haqqında” Qanundan: 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
25. Odur ki, Cavabdeh Başçısının qeyd edilən xx.xx.2019-cu il tarixli 128 nömrəli Sərəncamı qanunsuz inzibati akt olduğundan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 224 nömrəli Sərəncamı ilə ləğv edilmişdir.
26. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı həmin mənzildə yaşayır, həmin mənzildən çıxarılmamışdır. Odur ki, həmin sərəncamın ləğvi nəticəsində onun mənzil hüququ pozulmamışdır.
27. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın qəbulu əsasında iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva