Məhkəmə qərarları › İş №2-1(112)-2083/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2083/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2083/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Socarın “X9 tresti”-nin xx.xx.2023-cü il tarixli 14-2-15/2-C-3- 42/2023-86 nömrəli iddiaçıya dair arayışında xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Xəzər-2” X13 Avtomatika və Nöç üzrə çilingər, xx.xx.1994xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisədə geoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi çilingər peşəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar peşəsinə aid deyil, geoloq vəzifəsi isə quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyğun deyil. Həmçinin “Azneft” İB-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 14- 2-1/2-C-9-42/2023-258 nömrəli arayışında qeyd olunan xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində "SOCAR -ÜMİD” MMC-də geoloq, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qazma üzrə mütəxəssis, xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mərkəzi-mühəndis texnoloji xidmətində növbə rəisi, xx.xx.2014- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə Daşgil məntəqəsində mühəndis-texnoloq vəzifələrində işlədiyiniz qeyd olunmuşdur İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmayıb. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Mərkəzi Filiala təqdim olunan 4 iyul 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının Rusiya Federasiyasında işlədiyi qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında" Qanunun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunan dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il tarixində doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci il tarixindən Mehdi Hüseyn adına üzümçülük sovxozunda fəhlə olaraq başlamışdır. xx.xx.1987-ci ildən başlayaraq Neft sənayesi sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. Belə ki, xx.xx.1987-ci il tarixindən “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin Quyuların əsas təmiri sahəsində xx.xx.1990-cı il tarixinə kimi Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsində çalışmışdır. “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli, 14-2-1/2-C-97-1/2023-276 saylı cavab məktubundan da görünür ki, 02 il, 08 ay, 27 günlük əmək stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neftin, qazın və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması” yarım bölməsində nəzərdə tutulan “quyuların əsas təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. xx.xx.1990-cı il tarixindən xx.xx.1994-cü il tarixinədək keçmiş SSSR-nin Neft sənayesində müxtəlif idarələrdə (Surqut neft) işləmişdir. İddiaçı tərəfindən bu dövrlərin əmək stajının müəyyən edilməsi barədə arxiv arayışlarının alınması mümkün olmamışdır. SOCAR-ın “X9” idarəsi tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli, 14-2-15/2-C-3-42/2023-86 saylı Arxiv arayışında xx.xx.1994-cü il tarixindən xx.xx.2008-ci il tarixinə kimi işlədiyi yerlər tam aydın göstərilmişdir. Həmin arayışa əsasən, iddiaçı: xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Xəzər-2” X13 5-ci dərəcəli Avtomatika və NÖÇ üzrə çilingər peşəsində; xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinə kimi “Xəzər-6” X10 1-ci kateqoriyalı geoloq vəzifəsində; xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi Geoloji şöbədə 13-cü dərəcəli geoloq; xx.xx.1997-ci il tarixindən xx.xx.1999-cu il tarixinə kimi “Xəzər-4” X10 12-ci dərəcəli geoloq vəzifəsində; xx.xx.1999-cu il tarixindən xx.xx.2003-cü ilə kimi Geoloji şöbənin rəisi vəzifəsində; xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixinə kimi “Bayıl Limanı” X11 İdarəsində Geoloji şöbənin rəis müavini vəzifəsində; xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinə kimi Baş geoloqun müavini vəzifəsində; xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci iul tarixinə kimi 1887 saylı X12 Özülünə 12-ci dərəcəli geoloq vəzifəsində; xx.xx.2007-ci il tarixində başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə həmin idarədən işdən azad edilmiş; xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinə kimi “Qum adası” X14 İdarəsində Geoloji şöbədə 15-ci dərəcəli rəis vəzifəsində işləmiş və xx.xx.2008-ci ildə həmin idarədən işdən çıxmışdır. Göstərilən dövr ərzində, yəni xx.xx.1994-cü il tarixindən xx.xx.2008-ci il tarixinə kimi onun 14 il 02 ay 02 gün iş stajı müəyyən edilmişdir. Bu əmək stajının 05 il 04 ay 28 günü Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neftin, qazın və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması” yarımbölməsində nəzərdə tutulan “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. Daha sonra xx.xx.2008-ci il tarixində “X8” MMC-də Geoloq vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2009-cu il tarixinə kimi həmin vəzifədə çalışmışdır. xx.xx.2009-cu il tarixindən başlayaraq "xxxx" MMC-də Geoloq vəzifəsinə təyin olunmuş, xx.xx.2012-ci il tarixində həmin idarədə Qazmaçı vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixində həmin idarənin Mərkəzi mühəndis texnoloji xidmətinə növbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixindən xx.xx.2016-cı il tarixinə kimi Daşgil məntəqəsində Mühəndis Texnoloq vəzifəsində çalışmışdır. Bu dövr ərzində onun işlədiyi bütün vəzifələr, ümumilikdə 8 il əmək stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neftin, qazın və qaz kondensatının hasilatı, qəbulu və saxlanılması" yarımbölməsində nəzərdə tutulan “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. Bundan başqa, xx.xx.2017-ci il tarixindən xx.xx.2017-ci il tarixinə kimi o, N.Nərimanov adına X15 İdarəsinin “Ümid Neft və Qazçıxarma sahəsinin “Daşgil” məntəqəsinə 11-ci dərəcəli mühəndis texnoloq vəzifəsinə təyin edilmiş, bu idarədə onun 27 günlük əmək stajı mövcuddur. Həmçinin xx.xx.2018-ci il tarixindən xx.xx.2012-ci il tarixinə kimi Nərimanov adına X16 İdarəsinin Quyuların əsaslı və yeraltı təmiri sahəsində usta vəzifəsində çalışmışdır. 11 ay 06 gün müddətində əmək stajı vardır. Göstərilən arayışlardan və əmək kitabçasından da aydın olur ki, iddiaçının ümumilikdə 17 il 1 ay 28 gün güzəştli şərtlərlə əmək stajı vardır. Güzəştli pensiya təyin edilməsi üçün o, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etmiş, lakin Filial tərəfindən xx.xx.2023-cü il tarixində ona imtina verilmişdir. Bu imtina qanunsuz və əsassızdır. 17 il 1 ay 28 gün güzəştli əmək stajının bir günün belə nəzərə alınmaması, Nazirlər Kabinetinin Qərarında göstərilən vəzifələrin Filial tərəfindən öz mülahizələrinə görə şərh edilərək uyğunluq təşkil etməməsi qənaətinə gəlməsi əsassızdır. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı hüququ yarandığı tarixədək, onun xx.xx.2006-cı il tarixədək 24 il 06 ay 10 gün, xx.xx.2006-cı il tarixdən sonra 16 il 09 ay sosial sığorta stajı olmaqla ümumilikdə 41 il 03 ay 0 gün, güzəştli is stajı isə 10 il 03 ay 03 gün (xx.xx.1987xx.xx.1990: xx.xx.1991-xx.xx.1992: xx.xx.1994-xx.xx.1999: xx.xx.2006- xx.xx.2007: xx.xx.2018-xx.xx.2018:xx.xx.2018-xx.xx.2019 olmaqla) təşkil edir. Mərkəzi Filiala təqdim edilmiş Socar “X9 tresti”-nin xx.xx.2023-cü il tarixli 14-2-15/2-C-3-42/2023-86 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1994- xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "Xəzər-2” X13 Avtomatika və NÖÇ üzrə çilingər, xx.xx.1994-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisədə geoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin İddiaçı işlədiyi çilingər peşəsi siyahı üzrə müəyyən edilmiş nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə cihazçılar peşəsinə aid deyil. xx.xx.1994-xx.xx.1994-cü il “Xəzər-6” X13 1-ci kateqoriyalı geoloq vəzifəsinə, xx.xx.1997-ci il tarixdən Geoloji şöbəyə 13-cü dərəcəli geoloq vəzifəsinə, xx.xx.1999-cu il tarixdən Geoloji şöbəyə rəis, xx.xx.2003-cü il tarixdən Geoloji şöbəyə rəis müavini, xx.xx.2005-ci il tarixdən baş geoloqun müavini, 01.11,2006-cı il tarixdən 12-ci dərəcəli geoloq, xx.xx.2007-ci il tarixdən Geoloji şöbəyə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad olmuşdur. xx.xx.1999-xx.xx.2006-cı il: xx.xx.2007-xx.xx.2007-ci il tarixlərdə işlədiyi vəzifələr quyularda geofiziki tədqiqatlar aparan mədən-qeofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-qeofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustalar vəzifələrinə uyğun deyil. Həmçinin İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-C-3-42/2023-86 nömrəli arayışa əsasən, İddiaçı həmin müəssisədə güzəştli iş stajı 05 il 04 ay 28 gün təşkil edir. İddiaçı iddia ərizəsində xx.xx.2009-cu il tarixdən xx.xx.2016-ci il tarixədək işlədiyi vəzifələrin əmək şəraitinin ağır və zərərli işlər kateqoriyasına aid olduğunu iddia etsə də, iddiaçı tərəfindən təqdim olunmuş "Azneft” İB-nin xx.xx.2023-cü il tarixli 14-2-1 /2-C-9- 42/2023-258 nömrəli arayışında qeyd olunan xx.xx.2009-xx.xx.2012-ci il tarixləri arasındakı dövr əzrində "xxxx" MMC-də geoloq, xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə qazma üzrə mütəxəssis, xx.xx.2013xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mərkəzi-mühəndis texnoloji xidmətində növbə rəisi, xx.xx.2014-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində isə Daşgil məntəqəsində mühəndis-texnoloq vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin müvafiq arayışda xx.xx.2007-xx.xx.2017-ci il tarixdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısfnm 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1-ci “Qazma” və 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində, 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etmədiyi qeyd olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə əsasən 1 iyul 2020-ci ildən etibarən kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi 65 yaş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddi isə 60 yaş müəyyən edilmişdir. Belə olan halda müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən sonra kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun:

1. 60 yaşının tamam olması;

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması;

3. güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışması tələb olunur. İş materiallarında olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 60 yaşı xx.xx.2023-cü ildə tamam olmuşdur. Göründüyü kimi, iddiaçı yaş ilə bağlı şərti ödəmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı şərtə gəldikdə, işdə olan sənədlərdən görünür ki, o həmin şərti ödəmiş, iddiaçının qanunla nəzərdə tutulan 25 ildən çox ümumi sığorta stajına malik olması cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Belə ki, HЗ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək orduda xidmət etmişdir. ИТ-İ №1131736 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Mehdi Hüseyn adına üzümçülük sovxozunda fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək 2 nömrəli TQİ-də fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1986-cı il tarixədək Qazax TQİ-də fəhlə, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək fəhlə, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək rəngsaz işləmiş, xx.xx.1987-ci il tarixdə “Leninneft” Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin quyuların əsaslı təmiri sahəsinə quyuların əsaslı təmiri üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci ildə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş, xx.xx.1990-cı ildə quyuların əsaslı təmiri üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsinə keçirilmiş və xx.xx.1990-cı ildə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuş; xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Tümen əyaləti, Surqut şəhəri “Surqutneftqaz” İdarəsində çilingər işləmiş, xx.xx.1994-xx.xx.1994-cü illərdə “Xəzər- 2” X10 çilingər, xx.xx.1994-xx.xx.1997-ci illərdə “Xəzər-6” X10 geoloq, xx.xx.1997xx.xx.1997-ci illərdə Geoloji şöbəsində geoloq, xx.xx.1997-xx.xx.1999-cu illərdə “Xəzər-4” X10 geoloq, xx.xx.1999-xx.xx.2003-cü illərdə Geoloji şöbənin rəisi, xx.xx.2003-xx.xx.2005ci illərdə Geoloji şöbənin rəis müavini, xx.xx.2005-xx.xx.2006-cı illərdə Baş geololoqun müavini, xx.xx.2006-xx.xx.2007-ci illərdə geoloq, xx.xx.2007-xx.xx.2007-ci illərdə geoloji şöbəsinin rəisi, xx.xx.2007-xx.xx.2008-ci illərdə geoloji şöbəsinin rəisi, xx.xx.2008xx.xx.2009-cu illərdə “X8” MMC-də geoloq, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək geoloq, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək qazma üzrə mütəxəssis, həmin MMC-nin Mərkəzi-mühəndis texnoloji xidmətində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək növbə rəisi, Daşgil məntəqəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək mühəndis-texnoloq, xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixədək Daşgil məntəqəsində mühəndis-texnoloq, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək X6 Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsində mühəndis-texnoloq, 0411.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək Quyuların əsaslı və yeraltı təmiri sahəsinə 11-ci dərəcəli quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının 2023-cü il tarixə 40 ildən artıq ümumi iş stajı olmuşdur. İddiaçının güzəştli iş stajına gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdə olan “SOCAR” tərəfindən verilmiş 04 may 2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı “Xəzərqazmaneftqazsənaye" İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X11 İdarəsində, “Bayıl Limanı” X11 İdarəsində və “Qum adası“ X14 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə" X11 İdarəsinin adı dəyişdirilərək Üzən X3 İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft" İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 saylı əmri ilə üzən X3 İdarəsi Qazma sexi kimi “Bayıl Limanı" X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X9" tresti yaradılmışdır və “Bayıl Limam" X11 İdarəsi, “Qum adası" X14 İdarəsi trestin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2010-cu il tarixli 148 saylı əmri ilə “Qum adası" X14 İdarəsi yenidən təşkil edilərək, onun maddi-texniki bazasında birbaşa trestə tabe olan, hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Qazmaservis və Logistika İdarəsi yaradılmışdır. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” X11 İdarəsinin adı dəyişdirilərək “Xəzər" X11 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X9” trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən "Xəzər" X11 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05- 000034 saylı əmrinə əsasən "X9" trestinin “Sahil" Qazma İşləri İdarəsi ləğv edilmiş, “Bulla, 8 Mart, Ümid" İstehsalat bölümü kimi və Qazmaservis və Logistika İdarəsi ləğv olunaraq Logistika bölümü kimi fəaliyyət göstərmişdir. "X9" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında" xx.xx.2021 -ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən "Bulla, 8 Mart, Ümid" İstehsalat bölümü hal-hazırda “Sahil" İstehsalat bölümü kimi və “Logistika” və “Tamponaj” istehsalat bölümləri “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Arayışda qeyd olunmuşdur ki, iddiaçının ümumi iş stajıı 14 il 02 ay 02 gün, güzəştli iş stajı isə 05 il 04 ay 28 gün təşkil edir (xx.xx.2008-ci il tarixədək). Eyni zamanda arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 100000а- 18494-kodu NÖÇ və avtomatika üzrə çilingər peşəsi, 1100000b)-17541 kodu ilə geoloqlar vəzifəsi 05 il 04 ay 28 gün güzəştli iş stajı təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun yalnız xx.xx.1994-xx.xx.1999-cü illərdə işlədiyi dövrün zərərli iş rejminə aid olduğunu qəbul etməklə 5 il 5 ay 28 gün güzəştli iş staının olduğunu bildirmişdir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Bakı şəhəri tərəfindən verilmiş 24 №-li, 11 may 2023-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən quyuların əsaslı və yeraltı təmiri üzrə usta vəzifəsində N.Nərimanov adına Neft və Qazçıxarma idarəsində Quyuların əsaslı və yeraltı təmiri sahəsində: xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilə kimi işləyib. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 11 ay 6 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Quyuların əsaslı və yeraltı təmiri üzrə işlərə rəhbərlik edir. Qazma prosesinə pilləli nəzarət edir. Gil məhlulunun hazırlanmasına nəzarət etmək. Vurucu nasosların işləməsinə nəzarət etmək.Quyunun kəmər endirilib sementlənməsinə nəzarət etmək. Mürəkkəb işlər zamanı tutma əməliyyatlarına nəzarət etmək. Möhürün quyunun endirilməsinə və tədqiqinə nəzarət edir.Quyuda mürəkkəbləşmələr zamanı nəzarət edir.Təmirin keyfiyyətinin və texnologiyanın pozulma səbəblərinin aradan qaldırılması üçün tədbirlər görür. Təmir işlərini keyfiyyətlə yerinə yetirməklə bərabər onların müddəti və dəyərinin azaldılması, quyuların təmirlərarası işləmə müddətinin artırılması üzrə tədbirləri həyata keçirir. Mürəkkəb və xüsusi təhlükəli təmir işlərinin aparılmasında rəhbərlik edir. Bu və digər vəzifə xüsusiyyətlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təstiq edilmiş Siyahının 10.2.b bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. SOCAR “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı “Leninneft" Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin Quyuların əsaslı təmiri sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsində işləmişdir. Onun "Leninneft" Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin Quyuların əsaslı təmiri sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 08 ay 27 gün) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı" bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə eynilik təşkil edir. SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” NQÇİ tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı - aşağıdakı cədvəldə qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: Quyuların əsaslı və yeraltı təmiri üzrə usta- 10.2. (b) - quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan ustalar böyük ustalar - xx.xx.2018- xx.xx.2019- 3 ay 16 gün Qeyd edilən dövrlər qəbul edildikdə, aydın olur ki, iddiaçının 60 yaşının tamam olduğu 2023-cü il tarixə cəmi 9 il 5 ay 19 gün güzəştli iş stajı olmuşdur, hansı ki, bu da tələb olunan 12 il 6 aydan azdır. İddiaçı iddia ərizəsində 17 ildən artıq güzəştli iş stajının olduğunu bildirmiş, məsələnin araşdırılması ilə bağlı müvafiq sorğular verilmiş, SOCAR “Azneft” İstehsalat Birliyi 08 may 2023-cü il tarixli məktub ilə sorğuya cavab olaraq bildirmişdir ki, “Azneft” X1 aparatının arxivində saxlanılan “SOCAR-Ümid" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) kadr əmrlərindən müəyyən olunur ki, iddiaçı “SOCAR-Ümid" MMC-də xx.xx.2009-cu il tarixdən (əmr № 8KŞ) xx.xx.2012-ci il tarixədək geoloq, xx.xx.2012-ci il tarixdən (əmr № KŞ-U47/12) xx.xx.2013-cü il tarixədək qazma üzrə mütəxəssis, həmin MMC-nin Mərkəzimühəndis texnoloji xidmətində xx.xx.2013-cü il tarixdən (əmr № KŞ-054/13) xx.xx.2014-cü il tarixədək növbə rəisi, Daşgil məntəqəsində xx.xx.2014-cü il tarixdən (əmr № KŞ-230/16) xx.xx.2017-ci il tarixədək mühəndis-texnoloq vəzifəsində işləmişdir. İddiaçının “SOCAR- Ümid" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qəıarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1ci “Qazma” və 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində, 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etmir. SOCAR tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim olunmuş 22 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş 05 may 2023-cü il tarixli 14-2/2-C-97-1/2023-1370 nömrəli arxiv arayışından və “Azneft” X1 aparatının arxivində saxlanılan “SOCAR-Ümid" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) kadr əmrlərindən müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı “Leninneft" Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin Quyuların əsaslı təmiri sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, “SOCAR-ÜMİD" MMC-də xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək geoloq, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək qazma üzrə mütəxəssis, həmin MMC-nin Mərkəzi-mühəndis texnoloji xidmətində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək növbə rəisi, Daşgil məntəqəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək mühəndis-texnoloq vəzifəsində (peşəsində) işləmişdir. S.C.Cəbrayılovun “Leninneft" Neft və Qazçıxarma İdarəsinin Quyuların yeraltı və əsaslı təmiri sexinin Quyuların əsaslı təmiri sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək (02 il 08 ay 27 gün) işlədiyi quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan “quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində 2130200а—11292 kodu ilə qeyd edilmiş «quyuların əsaslı təmirinin qazmaçıları» peşəsi ilə eynilik təşkil edir. S.C.Cəbrayılovun “SOCAR-Ümid" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1-ci “Qazma” və 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində, 35-ci “Ümumi peşələr” bölməsində qeyd edilən vəzifələrlə eynilik təşkil etmir. S.C.Cəbrayılov eyni zamanda “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X11 İdarəsində, “Bayıl Limanı” X11 İdarəsində və “Qum adası “X14 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X11 İdarəsinin adı dəyişdirilərək X7 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft" İstehsalat Birliyinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 saylı əmri ilə X7 Qazma İdarəsi Qazma sexi kimi “Bayıl Limanı” X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X9” tresti yaradılmışdır və “Bayıl Limanı” X11 İdarəsi, “Qum adası” X14 İdarəsi trestin tabeliyinə verilmişdir. S.C.Cəbrayılovun “X9" trestində işlədiyi (5 il,1 ay, 28 gün) vəzifə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısf’nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.1 “Qazma” yarımbölməsində geoloq vəzifəsi 1100000b-17541 kodu, NÖÇ və avtomatika üzrə çilingər peşəsi isə 1100000a- 18494-kodu ilə eynilik təşkil edir. SOCAR tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı işləmiş olduğu xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Xəzər-6” X10 1-ci kateqoriyalı geoloq, xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək “Xəzər-4” X10 12 dərəcəli geoloq və xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək 1887 saylı X12 Özülündə 12-ci dərəcəli geoloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 bölməsinin (Qazma) “b” bəndinə (quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) uyğun hesab edilə bilər. Göründüyü kimi işəgötürən tərəfindən iddiaçının əmək fəaliyyəti dövrlərindən yalnız müəyyən bir hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr kateqoriyasına aid edilmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin bu sahədə formalaşdırdığı mövqeyi hüquqi baxımdan əhəmiyyətli hesab olunur, çünki əmək funksiyalarının zərərli və ya sağlamlığa ciddi təhlükə törədən xarakter daşıyıb-daşımadığı məhz onun tərəfindən verilən arayış ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, işəgötürənin şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair verdiyi bu arayış sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmamaqla, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhz həmin məlumatlar əsasında şəxsin zərərli şəraitdə işləyib işləməməsi müəyyən olunmalıdır. Hazırkı halda iddiaçının azı 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair müvafiq arayış təqdim edilməmiş, məhkəmə tərəfindən aparılan araşdırma ilə də iddiaçının tələb olunan güzəştli iş stajının olması öz təsdiqini tapmamışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə, cavabdehin xx.xx.1992-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Rusiya Federasiyasında işlədiyi dövrün ümumi iş stajına daxil edilməməsi ilə bağlı bildirir ki, istənilən halda, istər həmin dövrün nəzərə alınmaması, istərsə də nəzərə alınması hazırki halda iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu vermir. Ona görə də Məhkəmə hesab edir ki, həmin dövr üzrə əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 60 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar