Məhkəmə qərarları › İş №2-1(112)-2084/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2084/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2084/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X30 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi tələbinə dair iddiasına ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı onun şəhid ailəsi kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil növbəsinə qəbul edilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə etdiyi ərizəyə cavab olaraq 08 noyabr 2019-cu il tarixli, Ə-236-068 saylı məktubla bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə - 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) daimi qeydiyyatda olduqları 3 otaqlı şəxsi mənzilin yaşayış sahəsi (46.78 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan mənzil növbəsinə qəbul edilməsi barədə xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Eyni zamanda bildirilir ki, ailə üzvlərinin adına olan çox sayda torpaq və yaşayış sahələrinin satılması ilə əlaqədar Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış şəraitini qəsdən pisləşdirdiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur”. Aşağıda qeyd olunanlara əsasən cavabdehin sözügedən imtinası əsassız və qanunsuz hesab edilərək onun üzərinə onun mənzil növbəsinə qəbul olunması öhdəliyi qoyulmalıdır. Belə ki, övladı X16 05.06.1993-cü ildə 2-ci dəfə hərbi xidmətə çağrılıan zaman xidməti vəzifələrini yerinə yetirən zaman Gəncə şəhərində qəhrəmancasına şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azəbraycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən “Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar”. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan şəhid anası İddiaçı mənzil növbəsinə qəbul edilməsi barədə ünvanlarına daxil olmuş ərizəsinə Cavabdehndə baxılaraq müəyyən edilmişdir ki, ailənin 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) daimi qeydiyyatda oldğu 3 otaqlı şəxsi mənzilinin yaşayış sahəsi (46.78 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan iddiaçının mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. Məlumat üçün bildirmişlər ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə - 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. Eyni zamanda əlavə olaraq bildirmişlər ki, İddiaçı və ailə üzvlərinin adına olan çox sayda torpaq və yaşayış sahəslərinin satılması ilə əlaqədar Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən iddiaçının yaşayış şəraitini qəsdən pisləşdirdiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Eləcə də, iddiaçı öz izahatında onun və ailə üzvü olan oğlunun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməklə özgəninkiləşdirilmiş əmlakların çox olmasının səbəbini oğlunun makler fəaliyyəti ilə məşğul olması ilə əlaqələndirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə iddiaçının müraciətinə cavab olaraq verilmiş 08.11.2019-cu il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə - 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) daimi qeydiyyatda olduğu 3 otaqlı şəxsi mənzilinizin yaşayış sahəsi (46.78 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan mənzil növbəsinə qəbul edilməsi barədə xahişinin yerinə yetirilməsi imkan xaricindədir. Ailə üzvlərinizin adına olan çox sayda torpaq və yaşayış sahələrinin satılması ilə əlaqədar Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış şəraiti qəsdən pisləşdirildiyi gündən 5 ildən tez olmayaraq mənzil uçotuna dayanmaq hüququ yoxdur. İşdə olan 142 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 642 nömrəli, 19.10.2019-cu il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, B.Nuriyev küçəsində yerləşən 24 saylı evin 6-cı mərtəbəsində, yaşayış sahəsi 46.78 kv.m olan, 3 otaqlı tam şəraitli 110 saylı mənzil 3 saylı XTMKTB-nə məxsusdur. Mənzilin icarədarı X3r. Ailə tərkibi 6 nəfərdən ibarətdir. Onlardan daimi qeydiyyatda olanlar- 1943-cü il təvəllüdlü X25-hüseyn oğlu (özü), 1945-ci il təvəllüdlü İddiaçı həyat yoldaşı, 1969-cu il təvəllüdlü X17 (oğlu), 1981-ci il təvəllüdlü X12 (gəlini), 2000-ci il təvəllüdlü X21 (nəvəsi), 2001-ci il təvəllüdlü X8r (nəvəsi). İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışın suətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində istifadədə olan 0.128 ha torpaq sahəsində yerləşən 24 nömrəli, 9 mərtəbəli binada, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 110 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 637 nömrəli reyestr kitabının 58438 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan İmişli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 973400 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X18 hərbi xidməti yerinə yetirərkən 05.06.1993-cü il tarixdə Gəncə şəhərində həlak olmuşdur. İşdə olan Nizami rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 005574 nömrəli vəsiqənin surətindən görünür ki, X13 28.08.2007-ci il tarixdə şəhid ailəsi kimi vəsiqə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********66 nömrəli, 01.11.2019-cu il tarixli və **********33 nömrəli, 01.11.2019-cu il tarixli arayışların surətindən görünür ki, X6 və X14 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********51 nömrəli, 01.11.2019-cu il tarixli arayışdan görünür ki, X5 adına İmişli rayonu, Aranlı kəndində 0.2 ha torpaq sahəsi – ümumbirgə mülkiyyətdə, JN-233 A qeydiyyat nömrəsinə əsasən, İmişli rayonu, Aranlı kəndində 0.05 ha torpaq sahəsi – ümumbirgə mülkiyyətdə JN-590 A qeydiyyat nömrəsinə əsasən qeydiyyatdan keçmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********38 nömrəli, 08.11.2019-cu il tarixli arayışdan görünür ki, X9 adına ünvan 4 ünvanında yerləşən mənzil 03.07.2008-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 02.05.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; ünvan 5 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi 21.05.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 12.07.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.025 ha torpaq sahəsi 20.12.2013-cü il tarixdə, ********** nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 25.12.2013-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni sahə, məhəllə 23, 5 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0203 ha torpaq sahəsi 07.12.2013cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 13.02.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.0257 ha torpaq sahəsi 08.04.2017-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 10.10.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Həzi Aslanov küçəsi, 3 C saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0232 ha torpaq sahəsi 16.01.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 12.03.2019-cu il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; ünvan 6 12.10.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 31.10.2015-ci il tarixli bağışlama müqaviləsi ilə özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.0171 ha torpaq sahəsi 10.09.2015-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə istifadə hüququ üzrə qeydiyyatdan keçmiş, 14.10.2015-ci il tarixli istifadə hüququnun alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 0.0167 ha torpaq sahəsi 10.09.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə istifadə hüququ üzrə qeydiyyatdan keçmiş, 14.10.2015-ci il tarixli istifadə hüququnun alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.1032 ha torpaq sahəsi 07.02.2015-ci il tarixdə, ********** qeydiyyat nöməsi ilə istifadə hüququ üzrə qeydiyyata alınmış, 11.02.2015-ci il tarixli istifadə hüququnun alğı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində 0.1004 ha və 0.015 ha torpaq sahəsi 26.12.2014-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə istifadə hüququ üzrə qeydiyyatdan keçmiş, 22.01.2015-ci il tarixli, 07.05.2015-ci il tarixli, 11.12.2015-ci il tarixli, 03.10.2016-cı il tarixli istifadə hüququnun alğı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********47 nömrəli, 04.11.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0.024 ha torpaq sahəsi 04.08.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə istifadə hüququ üzrə qeydiyyatdan keçmiş, 23.09.2015-ci il tarixli alğısatqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0.0097 ha torpaq sahəsi 25.08.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 31.03.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 27ci məhəllə, 22 B saylı sahə 18.10.2016-cı il tarixdə, ********** nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 30.03.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; ünvan 6də 0.01563 ha torpaq sahəsi 15.10.2015-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 31.10.2015-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş; ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.01989 ha torpaq sahəsi 02.04.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş, 22.06.2016-cı il tarixli alğısatqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır. Belə ki,məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 7 ünvanında yaşayan X19 6 nəfər ailə tərkibi ilə (özü, əri, oğlu, gəlini və 2 nəvəsi) daimi qeydiyyatda olduqları 3 otaqlı, yaşayış sahəsi 46.78 kv.m olan mənzildə yaşayırlar. Onun ailə üzvləri X6 və X14 adına Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat aşkar edilməmiş, X5 adına İmişli rayonu, Aranlı kəndində 0.2 ha torpaq sahəsində – ümumbirgə mülkiyyətdə, JN-233 A qeydiyyat nömrəsinə əsasən, İmişli rayonu, Aranlı kəndində 0.05 ha torpaq sahəsi – ümumbirgə mülkiyyətdə JN-590 A qeydiyyat nömrəsinə əsasən qeydiyyatdan keçmiş torpaq sahələri qeydiyyatdan keçmiş, oğlu X9 adına daşınmaz əmlakın dövlət reyestrində ümumilikdə 11 daşınmaz əmlak, özünün adına isə 5 daşınmaz əmlak qeydiyyatdan keçərək müxtəlif tarixlərdə özgəninkiləşdirilmişdir. Özgəninkiləşdirilən daşınmaz əmlaklardan əksəriyyətinin özgəninkiləşdirildiyi tarixdən 5 il vaxt keçməmişdir. Həmçinin, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0.0097 ha torpaq sahəsi iddiaçının adına 25.08.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və 31.03.2018-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 adına özgəninkiləşdirilmişdir. Sözügedən torpaq sahəsi 8 ilə yaxın iddiaçının mülkiyyətində qalmışdır. Göründüyü kimi, iddiaçının və onun ailə üzvü olan oğlunun mülkiyyətində və istifadəsində olmuş əmlakınların əksəriyyətinin özgəninkiləşdirmə tarixindən 5 il vaxt keçməmiş, iddiaçı tərəfindən 31.03.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş torpaq sahəsi isə 8 ilə yaxın onun mülkiyyətində olmuşdur. İddiaçı məhkəmə iclasında izahatında mülkiyyətində olmuş əmlakların oğlunun makler fəaliyyəti göstərməsi ilə əlaqələndirsə də, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 0.0097 ha torpaq sahəsinin 8 ilə yaxın ( 25.08.2011-ci il tarixdən - 31.03.2019-cu il tarixədək) iddiaçının mülkiyyətində olması halı da iddiaçının əsas gətirdiyi dəlilləri təkzib edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X11 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məşhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar