Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2084/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin bölgü sixeminin tərtib edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X7 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin bölgü sixeminin tərtib edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 0.04347 ha torpaq sahəsində yerləşən 3a nömrəli 1 mərtəbəli binada yerləşən 54.26 kv metr olan, 27 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzili iddiaçının mülkiyyətindədir. Mənzilə dair texniki pasport verilmişdir. İddiaçı həmin mənzilin bir hissəsini (yarısını) faktiki olaraq satmışdır. Hazırda mənzildə İslam Həsən-zadə yaşayır. Evin kommunal xidmətlərini müvafiq sənədlərə əsasən adıçəkilən şəxs ödəyir. İddiaçı evin bölgüsünün rəsmiləşdirilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 1 iyun 2022-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, arxiv cizgisinə əsasən sözügedən mənzilin kommunal şəraiti payçıların ümuni istifadəsində olduğundan və mənzilin arxiv texniki pasportuna əsasən bir giriş-çıxışı olduğundan, bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdlr. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Mənzil 2007-ci ildən fasiləsiz olaraq iddiaçının istifadəsindədir. Mülkiyyət hüququnun da daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və hakimiyyəti orqanlarının borcudur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 154.1, 157.1, 157.8-ci maddələrinə, Azərbaycan Respubliklası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2.2.2, 14, 33, 25, 38, 45, 68-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 0.04347 ha torpaq sahəsində yerləşən 3a nömrəli 1 mərtəbəli binada yerləşən 54.26 kv metr olan, 27 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzilin bölgü sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 30 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, X4 iddiası etirazla qarşılanır. İddiaçı X4 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdlr. X1 Xanlar Alxan oğlunun nümayəndəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 3a nömrəli evin 4 nömrəli mənzilinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı 27 aprel 2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Arxiv cizgisinə əsasən sözügedən mənzilin kommunal şəraiti payçıların ümuni istifadəsində olduğundan və mənzilin arxiv texniki pasportuna əsasən bir giriş-çıxışı olduğundan, bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdlr. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamışdır. Bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 1 iyun 2022-ci il tarixli məktub ünvanlanmışdır. Həmçinin, müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı məlum olmuşdur ki, faktiki vəziyyətdə mənzil iki hissəyə bölünərək (yaşayış sahəsi yenidən planlaşdırılaraq) ayrı-ayrı vətəndaşlar tərəfindən istifadı olunmaqdadır və yenidən planlaşdırma ilə bağlı hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərilənlərə və İPM-in 35.1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1, 23.2, 24, 26, 27-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 saylı Fərmanının 1.4-cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin qərardadı ilə inzibati məhkəmə icraatı üzrə iddiaçı X7 əsl İddiaçı ilə əvəz edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: (3.2.1) qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; (3.2.2) qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; (3.2.4) daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; (3.2.5) daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; (3.2.6) daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 28 May küçəsi (Çapayev küçəsi), 0.04347 ha torpaq sahəsində yerləşən 3a nömrəli 1 mərtəbəli binada yerləşən 54.26 kv metr olan, 27 kv.m yaşayış sahəsindən ibarət 4 nömrəli mənzil ümumi, o cümlədən paylı mülkiyyətdə deyil, mülkiyyət hüququ ilə iddiaçı ƏliyevXanlar Aıxan oğluna məxsusdur. Belə olan halda, mənzilə dair bölgü sxeminin tərtib edilməsi zərurəti və əsası mövcud olmur. Bundan başqa, iddiaçıya məxsus mənzilin iki hissəyə bölünməsinə gəldikdə isə, həmin mənzilin yenidən qurulması və yenidən planlaşdırılması barədə aidiyyəti orqanın (yerli icra hakimiyyəti orqanının) qərarı olmadığından, bununla bağlı iddiaçı da cavabdehə müvafiq məzmunda, yeni ünvan ayrılmasına dair müraciət təqdim edilmədiyindən, cavabdeh inzibati orqan yeni ünvanın ayrılması məsələsi üzrə inzibati icraat aparmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə mənzilin tək mülkiyyətçisi kimi hazırkı iddiaçının mənzilə dair bölgü sxeminin tərtib edilməsi barədə iddiasına inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2084/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2084/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver