Məhkəmə qərarları › İş №2-1(112)-2084/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2084/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2084/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, X4 kаtibliyi, İddiaçı Bani-Paşa(Arapelova) Karine Yuryevnanın və vəkili Nümayəndə Arif qızının, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati icraatın yekunlaşdırılaraq mahiyyəti üzrə qərar qəbul edilməsi ” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuş İddiaçı- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə icraatın yekunlaşdırılaraq mahiyyəti üzrə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bani-Paşa (nikahdan əvvəlki soyadı: Arapelova) Karine tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Anası Arapelova (nikahdan əvvəlki soyadı: Arutyunyan) Zabella Petrosovna 1937-ci ildə Bakı şəhərində doğulub. 1989-cu ildə Bakı şəhərində vəfat edib. Anası Azərbaycan SSRnin vətəndaşı olub. Atası X10 1937-ci ildə Bakı şəhərində doğulub. 1994-cü ildə Rusiya Federasiyasının Voronej şəhərində vəfat edib. Atası Azərbaycan SSR-nin vətəndaşı olub. 16 yaşının tamam olması ilə əlaqədar 1972-ci ildə Bakı şəhəri Sabunçu RPİ (İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi) tərəfindən SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. Sonuncu dəfə xx.xx.1980-ci ildə Bakı şəhəri Suraxanı RPİ (İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi) tərəfindən Xİİ-JQ seriyalı. 593148 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. 1973-cü ildə Bakı şəhəri 144 saylı orta məktəbin 8-ci sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. xx.xx.1976-cı il tarixdə X12 oğlu ilə nikaha daxil olmuşdur. Onların nikahları Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınıb. Nikaha daxil olarkən soyadını ‘“Bani-Paşa" soyadına dəyişdirmişdir. Bu nikahdan onların iki oğlu doğulub. Əri X12 oğlu xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olub. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində vəfal edib. Böyük oğlu X19 oğlu xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olub, o, Azərbaycan Respublikasının vətəndaşı olub. 2014-cü ildə Bakı şəhərində vəfat edib. Kiçik oğlu X16 oğlu xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olub, o. Azərbaycan Respublikasının vətəndaşıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayanda o ailə üzvləriylə ünvan 1 ünvanında yaşayırdı. xx.xx.1991-ci il tarixdə o həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Bu barədə ona xx.xx.2013-cü il tarixdə məlumat verilib. Münaqişələr başlayanda qaynanası pasportunu və doğum haqqında şəhadətnaməsini yandırdı ki, ölkəni tərk edə bilməsin. O vaxtdan heç bir sənəd olmadan Azərbaycanda yaşayır. Hal-hazırda, ünvan 2 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmək üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə müraciət etdi. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Sabunçu rayon Qeydiyyat Şöbəsi onun müraciətini təmin etmədi. Bundan sonra o, Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6370/2021 saylı. xx.xx.2021-ci il tarixli qərarı əsasında o, 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edildi. Lakin bir neçə gündən sonra o həmin doğum haqqında təkrar şəhadətnaməni nikah haqqında şəhadətnaməsiylə birlikdə taksidə unudaraq itirdi. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən yenidən doğum haqqında təkrar şəhadətnamə ilə təmin edildi. Artıq onun 68 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Hər hansı bir ölkənin vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Sənədləri DMX tərəfindən qəbul edildikdən sonra ona Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin nəticəsinə dair qərarın xx.xx.2022-ci il tarixdə hazır olacağı barədə bildiriş təqdim edildi. Lakin sonradan Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş 1 1.02.2022-ci il tarixli məktubda Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparıldığı, araşdırmanın nəticəsi barədə ona əlavə məlumat veriləcəyi bildirildi. O, eyni zamanda, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına etdiyi müraciət də araşdırılması üçün Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Dövlət Miqrasiya Xidməti tərəfindən həmin müraciətə də eyni cavab verilmişdir. O, müraciətiylə bağlı cavabın hazır olub-olmadığını öyrənmək üçün xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Dövlət Miqrasiya Xidmətinə də müraciət etmişdir, lakin ona bildiriblər ki, cavab hazır deyil. Sonuncu dəfə o, xx.xx.2024-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair icraatı yekunlaşdırıb. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinin nəticəsi barədə qərar qəbul edilməsini xahiş etdi. Həmin müraciətinə Dövlət Miqrasiya Xidməti özünün xx.xx.2024-cü il tarixli. 3-37/2-B-4812- 26- 1-08-6718/2024 nömrəli məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZ-T seriyalı 179190 nömrəli Doğum haqqında Şəhadətnamədən görünür ki, X8 xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Bu barədə bdoğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 1670 nömrəsi ilə qeyd edilmişdir. Atası X10-milliyyəti erməni, anası X5-milliyyəti ermənidir. Şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. -Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Himayə sənədinə əsasən X24 BMT QAK-ın mandatı altında olan şəxsdır. Sənəd xx.xx.2025-ci il tarixədək etibarlıdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-37/2-K-4274-xxxx-6254/2024 nömrəli Arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 9 noyabr 1956-cı il təvəllüdlü Karine Bani-Pashaya (himayə sənədi № ***- *******4) Dövlət Miqrasiya Xidməti tərəfindən 15 may 2024-cü il tarixindən 31 may 2025ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. -xx.xx.1980-cı il tarixli 593148 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X7 və X9 arasında xx.xx.1976-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 372 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə” xx.xx.2022-ci il tarixli ******* nömrəli Bildirişdən görünür ki, Arapelova Karine müraciətinin nəticəsi barədə sorğunun qeydiyyata alındığı vaxtdan 20 gün müddətdə qəbul ediləcək müvafiq qərarın xx.xx.2022-ci il tarixdə götürülməsinin zəruriliyi barədə məlumatlandırıldı. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2022-ci il tarixli ******* nömrəli məktubunda göstərilmişdir ki, X3 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37-08/2-494/2023 nömrəli məktubunda göstərilmişdir ki, X3 Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. -xx.xx.2022-ci il tarixli 28917 nömrəli Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün Ərizə-Anketdən görünür ki, Bani-Paşa Yuryevna xx.xx.1956-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Milliyyəti ermənidir, ailə vəziyyəti duldur. SSRİ nümunəli pasport, 16 yaşının tamam olması ilə əlaqədar 1972-ci ildə Bakı şəhəri Sabunçu RPİ tərəfindən verilib. Xİİ-JQ seriyalı 593148 nömrəli SSR nümunəli pasport, xx.xx.1980-cı ildə Bakı şəhəri Suraxanı RPİ tərəfindən verilib. Doğulduqdan xx.xx.1980-cı ilə qədər ünvan 4 ünvanında yaşamışdır. xx.xx.1980-cı ildə ünvan 5 ünvanında yaşamış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Həmişə Azərbaycan Respublikasında yaşamışdır. X11 Petrosovna 1937-ci il tarixdə Bakı şəhərində doğulmuş, milliyyəti erməni, vətəndaşlığı Azərbcan SSR olmaqla, 1989-cu il tarixdə vəfat etmişdir. Atası X10 1937-ci tarixdə Bakı şəhərində doğulmuş, milliyyəti erməni, vətəndaşlığı Azərbaycan SSR, olmaqla 1994-cü ildə Rusiya Federasiyasının Voronej şəhərində vəfat etmişdir. Hazırda ünvan 6 ünvanında olduğu yer üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır. Cavabdeh Azəbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-37/2-B-4812-26- 1-08-6718/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. (...) Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. Həmin Qanunun 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Qanunun 18-ci maddəsinə əsasən: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.5. valideynlərindən biri və ya hər ikisi vətəndaşlığını dəyişərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdirsə və ya onların Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdirsə; 2.2.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa; 2.2.7. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındırsa; 2.2.8. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaqdırsa. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. -4.3-cü bəndinə əsasən həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. -4.4-cü bəndinə əsasən isə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. İşin hallarından müəyyən olunur ki, AZ-T 179190 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş, atası X10, anası X2maqla, milliyyəti ermənidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə X1 nümayəndəliyinin himayə sənədinə əsasən xx.xx.1956-cı il təvəllüdlü Bani-Paşa Karine qaçqın kimi xx.xx.2024-cü il tarixdə 9xx-xx-00250 nömrəsi ilə qeydiyyata alınmış, eyni zamanda iddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən 15 may 2024-cü il tarixindən 31 may 2025-ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, ******* nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-37-08/2- 494/2023 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinizin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə icraatın yekunlaşdırılaraq mahiyyət üzrə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hüquqi marağı onun barəsində icraatın yekunlaşaraq müvafiq qərarın qəbul edilməsi (mənsubiyyətin tanınması barədə və ya imtina edilməsi barədə) qərar qəbul edilməsi deyil, uzun müddət respublika ərazisində məskunlaşmış şəxs olaraq barəsində ona vətəndaşlıq statusundan irəli gələn hüquq və vəzifələrə sahib olmaq imkanı verəcək əliverişli inzibati aktınvətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi barədə inzibati aktın cavabdeh inzibati orqan tərəfindən qəbul edilməsinə nail olmaqdır. İddiaçının hüquqi marağına xidmət edən bu iddia məcburetmə haqqında iddia (İPM-nin 33.1-ci maddəsi məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.) növünə uyğundur. İPM-nin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı cavabdehə müraciət etdiyi, lakin inzibati orqan isə qeyd edilən müraciətə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq qayadada və müddətdə baxaraq mahiyyəti üzrə cavablandırmamaqla hərəkətsizliyə yol verdiyini əsas götürərək İPM-in qeyd edilən 33.3-cü maddəsinin tələbindən çıxış edərək nzibati orqana iddiaçının müraciətinə baxılması ilə əlaqədar 1 (br) aylıq müddət təyin etmiş, lakin iddiaçının müraciəti üzrə müvafiq qərar qəbul edillməmişdir. Başqa sözlə, iş üzrə iddiaçının müraciəti bilavasitə hərəkətsizlikdən müdafiəyə uyğun olan məcburetmə haqqında iddia növünə uyğun olsa da, lakin iddiaçı tərəf məhkəmənin İPM-nin 13-cü maddəsinin tələbindən irəli gələn yanlış iddia növünün hüquqi marağına xidmət edən növü ilə əvəz olunmasında, tələbin dəyişdirilməsimdə təklif etdiyi yardıma baxmayaraq iddia tələbini dəqiqləşdirməmiş, tələbini iddiaçı üçün hazırkı vəziyyətdə hüquqi nəticə yaratmayan iddia növündə saxlamışdır. Beləliklə., hazırkı tələblə bağlı iddia qaldırmasına hüquqi marağı müəyyən olunmur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar