Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2085/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsinə qarşı “Pensiyanın yenidən hesablanması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi və təyin olunan pensiyanın əvvəlki hesablanmış məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci ildə yaşa görə əmək pensiyasına çıxmışdır. Pensiyaya çıxarkən pensiya düzgün hesablamışdır. Belə ki, fərdi hesabının sığorta hissəsində 53739.43 manat pensiya kapitalı vardır. Pensiyaya çıxarkən cavabdeh tərəfindən pensiya kapitalı uyğun hesablanaraq ödənilmişdir. İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 53.739,43 manat pensiya kapitalı vardır. Məcburi dövlət sosial haqlarının tam həcmdə ödənilməsi pensiyanın əvvəlki hesablanmış formada verilməsi üçün Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsinə müraciət etsə də müraciəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, vətəndaş İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506,27 manat hesablanaraq ödənilib.xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilib. Əmək və X4 Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırılması nəticəsində pensiya kapitalının 50% ilə yox 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən vətəndaşın əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. Əmək pensiyaları haqqında azərbaycan respublikası Qanunun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra pensiyaya çıxmış şəxslərə aid olunduğundan həmin dəyişikliyin vətəndaşın pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması müvafiq Fərmana ziddir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi X3 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Nərimanov RPİ tərəfindən xx.xx.2003-cu il tarixdə verilmiş AZE-0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxxxx 1953-cü il təvəllüdlüdür, ünvan 1 “A”, mənzil 23 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2017-ci il tarixli qərarına əsasən İddiaçı Nəsrulla oğluna xx xxxxxx 2016-cı il tarixdən ömürlük yaşa görə pensiya təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2006-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajı və şığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13551,44 manat pensiya kapitalı vardır. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda qeyd edilmişdir ki, İddiaçı (SSN:**********056) xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajı, fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37805,75 manat pensiya kapitalı vardır (pensiya işinin materiallarından). Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Nərimanov rayon Şöbəsinin xx xxxxxx 2019-cu il tarixli imtina məktubundan qeyd edilmişdir ki, İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və xx.xx.2006-cı il tarixədək sığorta stajı ilə(32 il 02 ay 04 gün) pensiyası 506.27 manat hesablanaraq ödənilmişdir. xx.xx.2019-cu il tarixdə pensiyası 605.16 manat olmaqla ödənilmişdir. Əmək və X4 Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 414.60 manat təşkil edir. İşin hallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixli qərarla xx xxxxxx 2016-cı il tarixdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hesab edir ki, pensiya təyini zamanı məcburi dövlət sığorta haqları düzgün hesablanmış, lakin 2019-cu ilin oktyabr ayından pensiya məbləği azaldılmışdır. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin mövqeyinə görə, iddiaçının pensiyasının yenidən hesablanması hüququ xx.xx.2016-cı il tarixdə yarandığı üçün ondan sonra qüvvəyə minən qanun normalarının tətbiq edilməsi mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır (Qanunun bu müddəası xx.xx.2017-ci il tarixədək pensiyaya çıxmış şəxslərə şamil olunur) . Azərbaycan Respublikasının Prezidentinin x xxx 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin qanunun 1.0.8-ci maddəsində xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin sizin pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması, Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün deyil. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra 4 hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Qeyd olunduğu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsində hərbi qulluqçuların təminat xərcliyindən bəhs olunur. Prezident Fərmanının 2.9-cu bəndində də Qanunun 1.0.5-ci maddəsinə istinad edilir. İddiaçının isə hərbi qulluqçu olması işdə olan sənədlərlə təsdiq edilmir. Cavabdeh də iddiaçının hərbi qulluqçu olması barədə mübahisə açmır. Odur ki, cavabdehin istinad etdiyi Prezidentin x xxxx 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Beləliklə, İddiaçı xx.xx.2017-ci il tarixli qərarla ilkin olaraq həmin vaxt qüvvədə olan qanunun normaları nəzərə alınmaqla düzgün pensiya təyin edilmiş, sonradan əslində pensiyanın xx.xx.2017-ci il tarixli Qanunla qanunvericilikdə edilmiş dəyişiklikdən əvvəlki tarixə aid olması əsası gətirilməklə, pensiya kapitalının 50% nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanmışdır. Yuxarıda qeyd olunmuş normaların məzmununa əsasən, dövlət sosial sığorta haqqının 50%nin pensiyaçının fərdi hesabın sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya pensiya yenidən hesablanarkən yuxarıda qeyd edilən normanı əsas gətirərək, dövlət sosial sığorta haqqının 50%-i nəzərə alınması qanunvericiliyin tələblərinə zidd olmuş və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, İddiaçı məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyanin yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 Nərimanov rayon Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-2085/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2085/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver