Məhkəmə qərarları › İş №2-1(112)-2085/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2085/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2085/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi Ekspertiza Mərkəzi nəzdində yaradılmış əyani həkim komissiyasının onun üçün verilmiş 15.02.21-ci il tarixli göndərişə “əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir” qərarının dəyişdirilərək İİ qrup müharibə əlili statusunun bərpa olunması vəzifəsinin cavabdeh həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, istefada olan polkovnik-leytenantdır, 1979-2009-cu illərdə Ordu sıralarında 30 (otuz) təqvim ili, onun son 17 (on yeddi) ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. İ Qarabağ müharibəsinin veteranıdır, 1992-ci ildə Kəlbəcər rayonunun ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşarkən yaralanmışdır. Təqribən 2004-cü ildən etibarən səhhətindəki narahatlıqlar artdığından hər il, hətta bəzən ildə iki dəfə Mərkəzi Klinik Hərbi Hospitalda stasionar müalicələr almışdır. 2009-cu ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) xəstəliyə görə - hərbi həkim komissiyasının qərarına əsasən hərbi xidmətə yararsız sayılaraq, müdafiə nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. Sonralar dəfələrlə Ordu sıralarına qayıtmaq istəsə də, Hərbi Həkim Komissiyası bunun mümkünsüz olduğunu bildirmişdir. 2010-ci ilin fevral ayından İİ qrup müharibə əlili kimi Prezident təqaüdü almışdır. 2021-ci ilin fevral ayının 13də əlillik müddətini artırmaq üçün lazım olan sənədlər 20 saylı poliklinikadan elektron qaydada A) Əsas diaqnoz: “Kəllədaxili travmaların nəticələri. Keçirilmiş kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Mikroocaqlı üzvi nişanələr. Ensefalopatiya” B) Ağırlaşma: “Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları”. C) Yanaşı gedən xəstəliklər: “Qan dövranı çatışmazlığı İİİ dərəcə. Stenokardiyanın digər formaları. ÜİX. Stabil gərginlik stenokardiyası FS İİ. İnfarktdan sonrakı kardioskleroz. Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış beş ədəd dərmanlı stend implantasiyasından sonrakı vəziyyət” diaqnozları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə göndərilmişdir. Həmin vaxtdan, yəni fevral ayının 13-dən bu günə kimi (6 aydır) əlilliyə görə aldığı Prezident təqaüdü və pulsuz dərman təminatı da dayandırılmışdır. 2021-ci ilin iyul ayının 9-da onu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzinə komissiyadan keçməyə dəvət etmişlər. Orada heç bir müayiə aparmamışlar. 2021 -ci ilin avqust ayının 3-də TSERAS-dan mobil telefonuna mesaj gəlmişdir ki, İddiaçı üçün verilmiş 15.02.21 tarixli göndərişə Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbindən əlilik təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 13, 48 və 49-cu maddələrinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı 13 sentyabr 2021-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi göstərilməklə iddia tələbinin “komissiya tərəfindən 15.02.2021 tarixli göndəriş üzrə qəbul edilmiş qərarın ləğv edilərək, 2-ci qrup müharibə əlili statusunun bərpa olunması vəzifəsinin cavabdehə üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının 06.01.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabı nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno- nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının 04.02.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabi nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 20 saylı Şəhər Poliklinikasının 10.02.2015-ci il tarixli 2756003AAB3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azerbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin diger pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 15.02.2016-cı İİ tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 20 nömrəli Şəhər Poliklinikasının 15.02.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişi əsasında baxılmış və “X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının,baş beyin silkələnməsinin q\əlamətləri. Postravmatik ensefalopatiya,k\d hipertenziya ilə.Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. Qan dövranı çatmamazlığı İİİ FS.İnfarktdan sonraki kardioskleroz (28.11.2019). Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (28.11.2019;17.12.2019). OU-Presbiopiya eynək. VİSOU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası.OU-hipertonik angiopatiyası.Yayılmış osteoxondroz.ağrı sindromu.ÜlX.Stabil gərğinlikstenokardiyası FS ll.Veqetativ damar distoniyası,tez-tez b\v paroksizmlərlər.Hipertoniya xəstəliyi İİ dər.çox ağır risk.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat vermiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində komissiya tərəfindən 15.02.2021 tarixli göndəriş üzrə qəbul edilmiş qərarın ləğv edilərək, 2-ci qrup müharibə əlili statusunun bərpa olunmasını xahiş etsə də, bu tələb mahiyyət etibarilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edilməsidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır; 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5-ci bəndinə əsasən, Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir; 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3.-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 2.6-cı bəndinə əsasən, Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İşin faktiki hallarına əsasən, İddiaçı əlillik vəziyyətinə 20 saylı Şəhər Poliklinikasının 06.01.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabı nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri; Meyar: 2.2. ikinci dərəcə əlillik => DİGƏR: Mikroocaqlı üzvi nevroloji nişanələrlə davamlı asteno-nevroloji vəziyyət. Kəllədaxili hipertenziya. Travmatik ensefalopatiya keçirilmiş kəllə-beyin travmasının...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 20 saylı Şəhər Poliklinikasının 04.02.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G60-G64 - Polinevropatiyalar və periferik sinir sisteminin digər zədələnmələri => G61 - İltihabi nevropatiya => G61.8 - Digər iltihabi polinevropatiyalar; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Astenonevrotik sindrom. Posttravmatik ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri. Mikroocaqlı üzvi nevroloji nişanələr. Asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra 20 saylı Şəhər Poliklinikasının 10.02.2015-ci il tarixli 2756003AAB3Q saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azerbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90- G99 - Sinir sisteminin diger pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra elektron təyinatla 15.02.2016-cı İİ tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Başın travmasının nəticələri, Mikroocaqlı üzvi nevroloji nişanələri. Ensefalopatiya” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra Bakı 20 nömrəli Şəhər Poliklinikasının 15.02.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişi əsasında baxılmış və “X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının,baş beyin silkələnməsinin q\əlamətləri. Postravmatik ensefalopatiya,k\d hipertenziya ilə.Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. Qan dövranı çatmamazlığı İİİ FS.İnfarktdan sonraki kardioskleroz (28.11.2019). Sol mədəciyin yan və aşağı divarının keçirilmiş kəskin miokard infarktına görə aparılmış 5(beş)ədəd dərmanlı stent implantasiyasından sonraki vəziyyət (28.11.2019;17.12.2019). OU-Presbiopiya eynək. VİSOU=0.8 (onda səkkiz)+2.50D Dpp=62.Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-5 f\a diskin protuziyası.OU-hipertonik angiopatiyası.Yayılmış osteoxondroz.ağrı sindromu.ÜlX.Stabil gərğinlikstenokardiyası FS ll.Veqetativ damar distoniyası,tez-tez b\v paroksizmlərlər.Hipertoniya xəstəliyi İİ dər.çox ağır risk.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində sonuncu dəfə verilən 15.02.2021-ci il tarixli 2756003AAEK3 saylı tibbi göndərişdə - Əsas diaqnoz: “T90.5 Kəllədaxili travmaların nəticələri keçirilmiş qapalı kəllə beyin travmasının, baş beyin silkələnməsinin q/əlamətləri. Postravmatik ensefalopatiya, k/d hipertenziya ilə”; - Ağırlaşma: “F48.0 Nevrasteniya Mikroocaqlı üzvi nişanələr davamlı asteno-nevrotik sindrom. İ99 Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar. Qan dövranı çatmamazlığı İİİ FS.” qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 T 39/2022 saylı (ekspertizanın başlanma tarixi 05 yanvar 2022-ci il, başa çatma tarixi 27 yanvar 2022-ci il) rəyində ekspertlər belə nəticəyə gəlmişlər ki, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 20 nömrəli şəhər poliklinikasının 15.02.2021-ci il tarixli 2756003AAEK3 saylı göndərişlə göndərilmiş (Forma № 088 saylı) arayışda olan diaqnozlar aparılmış kliniki laborator və funksional diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Şəxsin əyani müayinəsi zamanı həmin xəstəliklər əlillik əlamətləri təyin etmədiyindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 1.5-ci bəndinə əsasən, Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30-İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00-C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçı barəsində tərtib edilmiş göndərişin onun kliniki, laborator və instrumental diaqnostik müayinələri əsasında müəyyən edildiyi, şəxsin əyani müayinəsi zamanı həmin xəstəliklər əlillik əlamətləri təyin etmədiyindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı diaqnozu onun əlillik təyinatına imkan vermədiyindən, başqa sözlə göstərilən diaqnoz üzrə xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən əlillik təyinatının aparılmasından imtina əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar