Məhkəmə qərarları › İş №2-1(112)-2086/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2086/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2086/2021 29.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddiaçının və yetkinlik yaşına çatmamış övladlarının yaşayış yeri üzrə qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı İddiaçı və himayəsində olan övladları xx.xx.2007-ci il təvəllüldlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2006-ci ildə keçmiş həyat yoldaşı X5 yaşadığı Binəqədi qəsəbəsi, mədən 1, korpus 28, 1 nömrəli evə qeydiyyata alınmışdır. Həmin ünvanda yaşayarkən X9 ilə birgə nikahından 3 övladları dünyaya gəlmişdir. Məhkəmədə onların nikahları pozulduqdan sonra həmin 3 uşağın iddiaçının yanında qalması məhkəmə tərəfindən müəyyən edilmişdir. İddiaçı nikahda olduğu dövrdə qeyd edilən ünvanda fərdi yaşayış evi tikmiş və orada ailəsi ilə yaşamısdır. Yaranmış ailə münaqişəsi zəminində həyat yoldaşı öz valideyinlərinin yanına getmişdir. İddiaçı isə 3 uşaqla hal-hazırda yaşadığı evdə qalır. İddiaçının göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar iddiaçının qaynanası iddia ərizəsi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-795/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş İddiaçı və cаvаbdеh Bakı şəhər Binəqədi rayon Polis İdarəsi məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi xx.xx.2021-ci il tarixli, 059-8090- 1221 nömrəli məktubla məhkəməyə müraciət edərək İddiaçı iddiası üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasını cavabdehin iştirakı olmadan keçirilməsinə və qərar çıxarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini nəzərdən keçirdikdən, tədqiq olunmuş sübutları tam və hərtərəfli araşdırdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Binəqədi rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin tələblərinə əsasən İddiaçı X3, X4 və X4 ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Binəqədi rayon məhkəməsinin 2(001)-5472/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X9 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə həmin tərəflər arasında nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 3 uşağın hazırki iş üzrə iddiaçının yanında qalması, uşaqların saxlanması üçün xx.xx.2019-cu ildən başlayaraq X2 hər ay üç uşağa görə qazancının (başqa gəlirlərinin) yarısı miqdarında alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Binəqədi rayon məhkəməsinin 2(001)-795/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X6 cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı və cavabdehin himayəsində olan və onunla birlikdə mübahisə predmeti olan fərdi yaşayış evndə yaşayan xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 X10 məxsus olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilmələri barədə iddiası təmin edilməmişdir, işə baxılan zaman müəyyən edilmişdir ki, İddiaçı həmin evdən istifadə hüququ yaranmamışdır, İddiaçı mənzildən istifadə hüququ mövcud olmadığı üçün iddiaçı onun mövcud olmayan hüququna xitam verilməsini tələb edə bilməz.Qətnamənin nəticə hissəsində qeyd edilən qətnamənin cavabdeh İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 5 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu göstərilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı və onun yanında qalması məhkəmə qətnaməsi ilə müəyyən edilmiş yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 5 ünvanda qeydiyyatda olmuşlar, həmin evin mülkiyyətçisi onların qeyd edilən evdən istifadə hüquqlarının itirilməsi barədə məhkəməyə müraciət etmiş, iddia rədd olunsa da iddiaçının və uşaqlarının evdən istifadə hüquqları olmaması müəyyən edildiyi üçün qətnamənin nəticə hissəsində İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2007-ci il təvəllüdlü X11, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X12 ilə birlikdə ünvan 5 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu göstərilmişdir.Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini inşa edərək orada uşaqları ilə yaşadığını bildirərək həmin ünvana özünün və azyaşlı uşaqları xx.xx.2007-ci il təvəllüldlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi qanunverici qeydiyyata alınmanın hansı sənədlər əsasında həyata keçirilməli olduğunu dəqiq müəyyən etmişdir və qanunun qeyd edilən maddəsinin mənasından görünür ki, şəxs, üç əsasla: mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş başqa sənəd təqdim etdikdə həmin sənədlərdə qeyd edilən ünvana qeydiyyata alına bilər. İşin faktiki hallarına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində nə mülkiyyət hüququ, nə icarə (və ya kirayə) müqaviləsi, nə digər qanuni əsaslarla yaşayır və bunun nəticəsi olaraq o, cavabdeh orqana, həmçinin məhkəməyə qanunla tələb olunan sənədləri təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı onun və himayəsində olan övladları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı onun və himayəsində olan övladları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmasıbarədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar