Məhkəmə qərarları › İş №2-1(112)-2086/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2086/2025

17.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2086/2025 17.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "qərarın ləğv edilməsi, pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı təyin edilmiş, lakin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və bu müddətdəki ödənilməyən məbləğin birdəfəyə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi pensiya yaşının tamam olduğu vaxtda aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək tələb olunan bütün sənədləri təqdim etmişdir. Müəyyən müddət araşdırma aparıldıqdan sonra ona 2005-ci il tarixdə yaşa görə güzəştli şərtlərlərlə pensiya təyin edilərək 01 fevral 2024-cü il tarixədək ödənilmiş, sonradan isə həmin tarixdən əmək pensiyası azaldılmışdır. İddiaçı idarə tərəfindən göndərilən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının yanlış müəyyən edildiyi aşkar olunub və barənizdə müvafiq aktın qəbul edilməsi istisna edilmir. Onun pensiya məbləği 1644 manatdan, 370 manata salınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi və bərpa olunan günədək təyin edilmiş əmək pensiyasının ödənilməyən hissəsinin hesablanaraq birdəfəyə ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş heç bir nəticə əldə edilməmiş, 25 iyun 2024-cü il tarixli cavab məktubunda cavabdeh bildirmişdir ki, "Mərkəzi Filiala müraciətinizlə bağlı İddiaçı əmək stajının dəqiqləşdirilməsi ilə əlaqədar olaraq aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab verildikdən sonra müraciətinizdə qeyd edilən məsələyə baxılacaqdır". Faktiki olaraq, dolayısı yolla cavabdeh ərizənin icrasından imtina etmiş və bunu imtina kimi qiymətləndiririk. Hesab edir ki, pensiya ödənişi qanunsuz dayandırmaqla iddiaçının sosial təminat hüququ kobudcasına pozulmuş və bununla da ona maddi və mənəvi zərər vurmaqda əlverişsiz şəraitə salınmışdır. İddiaçı 2008-ci ildə pensiya hüququ yarandıqdan sonra əmək pensiyasının təyin olunması üçün müraciət etmiş və əmək pensiyası təyinatı üçün sənədlərə baxılaraq qanuni əsaslarla, yəni sığorta stajı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üçün nəzərdə tutulmuş sığorta stajı, yaşım nəzərə alınmaqla, işlədiyi peşə sahələri "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" ilə uyğun gəldiyindən, pensiya hüququ yarandığı tarixdən həmin dövrdən qüvvədə,olan qanunvericiliyə əsasən, ona müvafiq yaşdan pensiya təyin edilmişdir. İddiaçının pensiyasının dayandırıılması, ona vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının yanlış müəyyən edildiyi aşkar olunması göstərilir. Yəni, guya axırıncı xarici şirkətdə işləməsi barədə sənədlər yoxdur. Halbu ki, iddiaçının işlədiyi yerlər və vəzifələr barədə əmək kitabçasında qeydlər var. Bundan başqa iş verindən alınan arayışlarda həmin şirkətlərdə işlədiyini və nə qədər əmək haqqı aldığını təsdiq edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə iddiaçının əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilib. Eyni zamanda bildirilir ki, ona 8 aprel 2006-cı il tarixindən Fondun Binəqədi rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının pensiya işinə dair sənədlərdə xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “SWİFT Engineering (Azerbaijan) Limited”-də, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Engineering and Network System Services LTD”-də işlədiyi qeyd olunub. Vaxtilə ona əmək pensiyası təyin edilərkən sözügedən müəssisələr tərəfindən iddiaçıya dair təqdim edilmiş 2004-2005-ci illər üzrə əmək haqqı arayışı əsas götürülərək hesablanıb. Müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən “SWİFT Engineering (Azerbaijan) Limited” şirkətinə sorğu göndərilib. Sorğuya cavab olaraq, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “SWİFT Engineering (Azerbaijan) Limited” şirkətinin fəaliyyətdə olmadığı və xx.xx.2004-cü il tarixindən qeydiyyata alındığı bildirilib. Bu fakt sözügedən şirkətin 18 yanvar 2024-cü il tarixli SEA- 2024-002 nömrəli arayışı ilə təsdiq edilib. Bundan başqa, iddiaçının iş stajına dair məlumatların dəqiqləşdirilməsi ilə əlaqədar “Engineering and Network System Services” LTD-yə göndərilmiş 28 iyun 2024-cü il tarixli sorğuya bugünədək cavab verilməyib. Eyni zamanda, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Buna görə də xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə də işləyib- işləməməsilə dair əsaslı şübhələr yaranmışdır. Göstərilən səbəbdən də yuxarıda qeyd edilən müddəti iş stajına daxil etmək mümkün olmadığından, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 30 il 3 ay 20 gün (xx.xx.1965xx.xx.1967-ci il, xx.xx.1967- xx.xx.1969-cu il, xx.xx.1969-xx.xx.1970-ci il, xx.xx.1970xx.xx.1972-ci il, xx.xx.1973- 01,07.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il, xx.xx.1978xx.xx.1979-cu il, xx.xx.1979- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1984-cü il və xx.xx.1984xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb: Belə ki, xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,68 manat (30,22 il x 170 manat:144 ay) hesablanaraq üzərinə 30 manat baza hissəsi əlavə edilərək xx.xx.2006-cı il tarixinə 65,48 (35,68+30) manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 370,72 manat) məbləğində əmək pensiyası müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2006-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 155314,88 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Həmçinin iddiaçının iştirakı ilə 30 yanvar 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə iddiaçıya ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 370,72 manat təşkil edir. İddiaçı tərəf xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək əmək pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-31389/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, təyin edilmiş lakin dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-222837/2024 nömrəli məktubu ilə təqdim olunmuş pensiya işi və inzibati icraat materiallarından görünür ki: -Dövlət Sosial Müdafiə Fondu Binəqədi şöbəsinin qərarı ilə İddiaçı 2 №li siyahı üzrə xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1389/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə İddiaçı hazırki pensiya məbləği 1644 manat 39 qəpik, yenidən hesablanmış pensiya məbləği 333 manat 38 qəpik müəyyən edildi. Yenidən hesablanmanın səbəbi: İnventar (artıqvermə) SWİFTə/h öz təsdiqini tapmadı. -Cavabdehin sorğusuna cavab olaraq verilmiş “SWİFT Engineering (Azerbaijan) Limited” şirkətinin 18 yanvar 2024-cü il tarixli SEA-2024-002 nömrəli arayışına əsasən “SWİFT Engineering (Azerbaijan) Limited” şirkəti (VÖEN: **********) xx.xx.2004-cü il tarixindən qeydiyyatdan keçib. İddiaçı göstərilən dövrdə şirkətdə çalışdığı qeyd edilsə də, həmin dövrdə şirkət qeydiyyatda olmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-2-1/2-42303/2024 nömrəli məktubunda bildirilmişdir ki, "Svift Enjinirinq (Azərbaycan) Limited" Şirkətinin Filialı (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, "xxxx" MMC xx.xx.2009-cu il tarixdə “X4 Soluşnz” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunmuşdur və onun hüquqi varisidir. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında məktubda bildirilmişdir ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunveiciliyin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barənizdə inzibati icraat başlanmışdır. Həmin inzibati icraatın gedişində pensiya hüququnuza yenidən baxılması zamanı sizə artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilib. Belə ki, sizə vaxtilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən orta aylıq əmək haqqının yanlış müəyyən edildiyi aşkar olunub. Eyni zamanda Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını. X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qeyd olunanları nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 8 fevral 2024-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə gəlməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin: -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1389/2024 nömrəli qərarının iddiaçıya təqdim edilməsini sübut edən sənədə istinad etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən qərardan iddiaçının daha əvvəl məlumatlı olduğu sübuta yetirilmədiyi sürəcə hesab olunur ki, iddiaçı sözügedən inzibati aktdan məlumatlı olmamışdır. İddiaçı mübahisələndirilən qərarla hazırkı məhkəmə icraatında tanış olmuşdur. Beləliklə, iddiaçı məhkəmə icraatında məlumatlı olduğu mübahisələndirdiyi inzibati akta münasibətdə iddia müddətini ötürmüş hesab edilmir. Beləliklə, iddia üzrə mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Binəqədi rayon Şöbəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə 57 yaşdan, yəni xx.xx.2006-cı tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin qüvvədə olan xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-1389/2024 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının pensiya məbləği yenidən hesablanmış və pensiya məbləği 1644 manat 39 qəpikdən 333 manat 38 qəpiyə azaldılmışdır. Cavabdeh öz mövqeyini “SWİFT Engineering (Azerbaijan) Limited” şirkətinin 18 yanvar 2024-cü il tarixli SEA-2024-002 nömrəli arayışı ilə əsaslandırmış və bildirmişdir ki, “SWİFT Engineering (Azerbaijan) Limited” şirkəti xx.xx.2004- xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “SWİFT Engineering (Azerbaijan) Limited” şirkəti fəaliyyətdə olmadığından və xx.xx.2004-cü il tarixindən qeydiyyata alındığından, iddiaçının xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı müddət onun iş stajına daxil edilməməli, iddiaçının pensiyası həmin dövrün orta əmək haqqına istinadən hesablanmamalıdır. Bu əsasdan cavabdeh iddiaçının pensiyasını xx.xx.2006-cı il tarixədək iş stajının hər tam ilinə 170 manat götürülməklə (30,22 il x170 man/144 ay) hesablanaraq 30 manat baza hissəsi əlavə edilərək xx.xx.2006-cı il tarixinə 65,48 (35,68+30) manat (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 370,72 manat) məbləğində əmək pensiyası müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı normalara istinad edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. -17-ci maddəsinə əsasən yaşa görə pensiya, pensiya üçün müraciət edənin orta aylıq əmək haqqının (72-ci maddə) 60 faizi, bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə 70 faizi, «b» bəndində nəzərdə tutulan işlərdə çalışan işçilərə isə 65 faizi, lakin minimum pensiyadan az olmayan məbləğdə təyin edilir. Yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Bu Qanunun 13-cü maddəsinin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası güzəştli şərtlərlə pensiya almaq hüququ verən iş stajının kişilərdə 10 ildən və qadınlarda 7 il 6 aydan hər tam ili üçün orta aylıq əmək haqqının bir faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz -71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş minimum əmək haqqı və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 27.1-ci maddəsinə görə bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Qeyd edilməlidir ki, 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Qanun ilə “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsi yeni redaksiyada verilmiş və aşağıdakı şəkildə göstərilmişdir: Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd edilən Qanuna dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmişdir. Beləliklə, göründüyü kimi xx.xx.2010-cu il tarixədək əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün vətəndaş “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi tarixə xx.xx.2006-cı il tarixədək olan iş stajı dövrü üzrə son 24 ay və yaxud xx.xx.2006-cı il tarixədək ardıcıl gələn istənilən 60 ay, yəni 5 ilin orta aylıq əmək haqqı barədə arayış təqdim edirdisə həmin orta aylıq əmək haqqının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsi ilə nəzərdə tutulmuş faizi müəyyən edilərək pensiyanın baza hissəsi çıxıldıqdan sonra pensiyanın sığorta hissəsi müəyyənləşirdi. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 904-İİİ QD Qanununa müvafiq olaraq edilmiş dəyişiklik xx.xx.2010-cu il tarixdən qüvvəyə minmiş, bu dəyişikliklərlə xx.xx.2010-cu il tarixdən sonra qazanılmış hüquqlara münasibətdə xx.xx.2006-cı il tarixdən qüvvədə olan pensiya hesablamalarının aparılması qaydası dəyişdirilmiş, pensiya hesablanarkən əmək haqqına istinad edilməsi aradan qaldırılmış, əmək pensiyalarının hesablanması zamanı bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevirməklə onların fərdi hesabında nəzərə alınması nəzərdə tutulmuşdur. Başqa sözlə, pensiya hüququ xx.xx.2010-cu il tarixədək yaranmış şəxslərə pensiya həmin dövrdə qüvvədə olmuş orta aylıq əmək haqqı əsasında hesabalanaraq ödənilir. İddiaçıya aid pensiya işindən də görünür ki, iddiaçı ƏPQ-nun 9.8 və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamış və bunun 12 il 6 ayını zərərli işlərdə işləmiş və nəticə etibarı ilə inzibati orqan iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən güzəştli pensiya təyin etmişdir. İddiaçıya pensiya təyin edilərkən onun xx.xx.2004xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “SWİFT Engineering (Azerbaijan) Limited”-də, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Engineering and Network System Services LTD”-də işlədiyi müddət onun iş stajına hesablanmış və sonuncunun verdiyi orta əmək haqqı arayışlarına əsasən pensiyanın məbləği hesablanmışdır. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən iş stajı ilə bağlı qeyd edir ki, iddiaçıya məxsus xx.xx.2004-cü il tarixli əmək kitabçasında iddiaçının xx.xx.2004xx.xx.2004-cü il tarixləri arasında “SWİFT Engineering (Azerbaijan) Limited”-də, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Engineering and Network System Services LTD”-də işlədiyi müddət öz əksini tapmış, əmrlərin tarixi, nömrəsi qeyd edilmiş, kitabçada həmin dövrün doldurulma ardıcıllığı pozulmamış və həmin müddət müvafiq olaraq şirkətin direktoru və mühasibi tərəfindən imza və möhür ilə təsdiq edilmişdir. Cavabdehin əsaslandığı “SWİFT Engineering (Azerbaijan) Limited” şirkətinin 18 yanvar 2024-cü il tarixli SEA-2024-002 nömrəli arayış şirkətin hazırkı rəhbərliyi tərəfindən verilmişdir və cavabdeh 18 yanvar 2024-cü il tarixli SEA-2024-002 nömrəli arayışda qeyd edilən ziddiyyətli məqamları araşdırmadan iddiaçının pensiyasının yenidən hesablanmasına dair əlverişsiz inzibati akt qəbul etmişdir. Məhkəmə mübahisələndirilən dövrün araşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə müvafiq sorğu göndərmişdir. Həmin sorğuya cavab olaraq göndərilmiş məktubda bildirilmişdir ki, "Svift Enjinirinq (Azərbaycan) Limited" Şirkətinin Filialının (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və ləğv edilməsi barədə məlumat aşkar edilməmiş, eyni zamanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış və ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Beləliklə, göründüyü kimi, iddiaçının hər iki müəssisədə işlədiyi müddətdə həmin müəssisələr qeydiyyatda olduğundan, iddiaçıya məxsus əmək kitabçasında məlumatlar mötəbər hesab olunur. Cavabdeh həmin məlumatların etibarsızlığı barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, cavabdehin əsaslandığı yeganə sübut “SWİFT Engineering (Azerbaijan) Limited” şirkəti 18 yanvar 2024-cü il tarixli SEA-2024-002 nömrəli arayış olsa da, həmin arayışda qeyd edilən məlumatlar, yəni şirkətin xx.xx.2004-cü ildə qeydiyyata alınması, həmin şirkəti qeydiyyata alan səlahiyyətli orqan kimi vergi orqanı tərəfindən təkzib edilmiş və bildirilmişdir ki, "Svift Enjinirinq (Azərbaycan) Limited" Şirkətinin Filialının (VÖEN **********) xx.xx.2003-cü il tarixdə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasında “SWİFT Engineering (Azerbaijan) Limited”-də, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə “Engineering and Network System Services LTD”-də işlədiyi müddətin şübhə altına alınmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. İddiçıya aid pensiya işində olan 2004, 2005, 2006-cı illəri əhatə edən əmək haqqı arayışları müəssisənin rəhbəri, baş mühasibi tərəfindən imzalanmış və müəssisəyə aid möhürlə təsdiq edilmişdir. Qeyd edilən dövr, əmək haqqı arayışları pensiya təyin edildiyi 2006-cı il tarixdən etibarən mübahisələndirilməmiş, hazırkı işdə də cavabdeh həmin arayışların mötəbərliyinə şübhə altına alacaq əsaslı sübutlara istinad etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddəlrəinə əsasən: -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, cavabadeh orqan iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2004xx.xx.2006-cı il tarixlər arasındakı dövrü araşdırmadan, mötəbər sübutlara istinad etmədən həmin dövr üzrə verilmiş orta əmək haqqı arayışlarını əsas götürməyərək iddiaçının pensiyasını sığorta stajına uyğun olaraq pennsiya kapitalına çevirməklə yenidəən hesablamaqda haqlı olmamışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticəsi aradan qaldırılmalı, yəni ilkin pensiya təyinatı qərarına və hesablanma qaydasına (orta əmək haqqına əsasən) uyğun olaraq pensiyanın əvvəlki məbləğdə hesablanaraq ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında 3-17-1/3-31389/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, xx.xx.2006-cı il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan əvvəlki məbləğə və hesablanma qaydasına uyğun bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanması haqqında 3-17-1/3-31389/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan əvvəlki məbləğə və hesablanma qaydasına uyğun bərpa edilməsi və bu müddətdə ödənilməyən məbləğin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar