Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2087/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X6 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından verilmiş imtinanın qanunsuz hesab edilməsi, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından verilmiş imtinanın qanunsuz hesab edilməsi, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildən ürək çətışmamazlığı xəstələyindən əziyyət çəkir. Bu xəstəliklər səbəbindən 2012-ci ildə ürəyində ağır cərrahiyyə əməliyyatı keçirilmiş, 2013-cü ilin əvvələrində ona 2-qrup əlillik dərəcəsi təyin edilərək təqaüdə çıxmışdır. 2014-ci və 2015-ci illərdə göndəriş əsasında stasionar müalicə almış və təyin edilmiş əlillik dərəcəsi yenidən təsdiq edilmişdir. Növbəti dəfə 2020-ci ildə göndəriş üzrə yoxlanışa göndərilmiş, ambulator müayinə və müalicə edildikdən sonra əlilliyi saxlanılmasından qanunsuz olaraq imtina edilmişdir. İmtinada "sənədlərə əsasən xəstə diaqnozu ilə əlaqədar 1998-ci ildən xəstə olmağına baxmayaraq 1998-ci ildən 2019cu ilədək heç bir ambulator və stasionar müalicənin qeyd olunmadığına" istinad edilmiş, əlavə olunmuş sənədlərdə 1998-ci ildən 2019-cu ilədək çoxsaylı müalicələrinin göstərilməsinə baxmayaraq nədənsə bu hallar cavabdeh tərəfindən naməlum səbəbdən nəzərə alınmamışdır. Belə ki, ürək xəstəsi kimi xx.xx.2010-cu il tarixdən 8 saylı şəhər poliklinikasında qeydiyyata alınaraq müayinə və müalicə olunmuş, göndəriş əsasında 2010-cu ilin dekabr ayında “X2” göndərilərək müəlicəni orada davam etdirmişdir. Müalicələrin nəticəsi olmadığına görə 2012-ci ildə “X3” ürək nahiyəsindən açıq cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyatdan sonra “X7 İnstitutunda” stasionar qaydada müalicəni davam etdirmiş, lakin sağlamlığını bərpa edə bilməmişdir. Göndəriş əsasında xx.xx.2015ci il tarixdə “X7 İnstitutunda” ambulator qaydada müalicədə olmuşdur. Sonuncu dəfə göndəriş əsasında xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 3 saylı ŞKX-da stasionar müalicədə olmuş, 3-cü dərəcəli ürək çatışmamazlığı xəstəliyin təsdiq olunaraq xəstəlik tarixindən çıxarışla rəsmiləşdirilməmişdir. Həmin vaxtdan hal-hazıradək poliklinikanın kardioloqu tərəfindən müayinə və müalicə davam etdirilir. Qeyd olunan halların sənədlərlə təsdiq edilməsinə baxmayaraq “sənədlərdə müalicənin qeyd olunmamasının" göstərilməsi qeyri-qanunidir və onun qanunla qorunan hüquqlarını pozur. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 11 nömrəli şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli 2749003AACQ2 saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1; Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi polıartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => İM05.0 - Sero..., Diaqnozun mətni: Seropozitiv revmatoid artrit, Revmatoit artirit .poliartirit forma seropozitiv gedişat aktvlik İİİ dərəcə İİ rengenaloji mərhələ. Oynaqların funksional çatmamazlığı İİ dərəcə . Hipertoniya xəstəliyi İİ mərhələ, ÜİX, aterosklerotik kardioskleroz, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: ixtisaslaşmış müalicə müəssəsində müayinə müalicə olunması məsləhət görülür” əsası ilə imtina verilmişdir. Həmin poliklinikanın xx.xx.2017-ci il tarixli 2749003AACXY saylı göndərişi əsasında qiymətləndirilmiş və “X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumarmı xəstəlikləri MOO-M25 - Artropatiyalar => M05- M14 - iltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.9 - Dəqi..., Diaqnozun mətni: Revmotoit artrit poliartrit forma, aktivlik dərəcə, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müayinə və müalicəsi davam etdirilsin” əsası ilə imtina verilmişdir. xx.xx.2020-ci il tarixli 2749003AADRF saylı göndəriş əsasında qiymətləndirilərkən Səbəbi: => GÖZDƏN ƏLİL, X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H30-H36 - Tor qişanın və damarlı qişanın xəstəlikləri => H35 - Tor qişanın digər xəstəlikləri -> H35.3 - Arxa qütbün və ləkənin degenerasi..., Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası, Xorioretinal distrofiya. Ağırlaşmış katarakta. Astiqmatizm. Dəqiqləşdirilməmiş osteoporoz. Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri. Revmatoid poliartrit. Monokulyar korluq. Vizus OD=0.05 Kİ- 0.1 Vizus OS=0,03 K etmir, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnozu təsdiqliyən müayinələr tam aparılmayıb. Forma 88-də müalicə aldığı müddətdən sonrakı, yeni tibbi rəy göstərilməlidir” əsası ilə imtina verilmişdir. Daha sonra, həmin poliklinikanın 24.11,2020-ci il tarixli 2749003AADTG saylı göndəriş əsasında qiymətləndirilərkən “X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H40-H42 - Qlaukoma => H40 - Qlaukoma => H40.0 - Qlaukomaya şübhə, Diaqnozun mətni: Arxa qütbün və ləkənin degenerasiyası. Gözün digər xəstəlikləri nəticəsində ikincili qlaukoma, OS 2ci li qlaukoma. Ağırlaşmış katarakta, Astiqmatizm, Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə günlərinin sayı azdır” əsası ilə imtina verilmişdir. 8 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX .Gərginlik stenokardiyası. İİİ fs. İnfarktdan sonrakı kardioskleroz. (1998).AkŞ-dan sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif)” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ‘ Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX .Gərginlik stenokardiyası. İİİ fs. İnfarktdan sonrakı kardioskleroz. (1998).AkŞ-dan sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 8 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2709003AACPQ saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX.gərginlik stenokardiyası İİİ F.s.Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ F.s.(NYHA); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstə diaqnozu ilə əlaqədər 1998-ci ildən xəstə olmağına baxmayaraq, xəstənin 1998-ci ildən 2019-ci ilədək heç bir ambulator və stasionar müalicəsi qeyd olunmayıb. E.T. Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya dair cavabdehin etirazına uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılmış və iddiaçıya “Stenokardiyanın digər formaları, ÜİX. gərginlik stenokardiyası İİİ F.s. Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ F.s.(NYHA)” diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Belə ki, sənədlərə əsasən xəstə diaqnozu ilə əlaqədar 1998-ci ildən xəstə olmağına baxmayaraq, xəstənin 1998-ci ildən 2019-cu ilə kimi heç bir ambulator və stasionar müalicəsi qeyd olunmayıb. E.T. Kardiologiya İnstitutundan ixtisaslaşmış müayinə və müalicə almaq məsləhət görülür. 8 nömrəli şəhər Poliklinikası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına verilən 2709003AACPQ nömrəli göndərişə əsasən iddiaçı İİ qrup əlildir, əsas diaqnozu Stenokardiyanın digər formaları, ÜİX. gərginlik stenokardiyası İİİ F.s kimi qeyd olunmuş, TSEK-ə göndərilməsi üçün əsas əlillik müddətinin qurtarması, yenidən baxılması olmuşdur. X4 epikrizinə əsasən iddiaçıya ürəyin işemik xəstəliyi, gərginlik stenokardiya diaqnozu qoyulmuşdur. Medikamentoz müalicə aparılmış, anqioqrafiya müayinəsinin nəticəsinə əsasən kardioloji konsiliumun qərarı ilə təcili cərrahi əməliyyat olmuşdur. X9 İnstitutunun 7046 nömrəli xx.xx.2012-ci il tarixli epikrizinə əsasən iddiaçıya ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.s infarktan sonrakı kar-z. Aorta koronor şuntlama əməliyyatından sonrakı vəziyyət (xx.xx.2012) diaqnozu qoyulmuşdur. Evə yazılarkən xəstənin vəziyyətinin orta ağırlıqda olması qeyd olunmuşdur. X9 İnstitutunun xx.xx.2015-ci il tarixli ambulator qeydinə əsasən iddiaçıya ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.s İnfarktdan sonrakı kardioskleroz hipertenziya xəstəliyi, Aorta koronor şuntlama əməliyyatından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Evə yazılarkən xəstənin vəziyyətinin orta ağırlıqda olması qeyd olunmuşdur. Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 saylı Şəhər Poliklinikasının TQS 027 nömrəli çıxarışına əsasən iddiaçının əsas xəstəliyi ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.s, əlavə xəstəliyi XÜÇ İİİ F.s, yanaşı xəstəliyi hipertenziya İİ dərəcə İV risk qr. olaraq qeyd olunmuşdur. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. xx.xx.2021-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX.gərginlik stenokardiyası İİİ F.s.Durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ F.s.(NYHA); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstə diaqnozu ilə əlaqədər 1998-ci ildən xəstə olmağına baxmayaraq, xəstənin 1998-ci ildən 2019-ci ilədək heç bir ambulator və stasionar müalicəsi qeyd olunmayıb. E.T. Kardialogiya İnistutundan ixtisaslaşmiş müayinə və müalicə almaq məsləhət görülür.” xx.xx.2013-cü il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ F.s. infarktan sonrakı kar-z (1998) Aorta koronor şuntlama əm-dan s/v (2012) ÜÇ İİ F.s Arterial hipertenziya İİ mərhələ. Meyar: İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” 1 il müddətinə əlillik təyin olunmuşdur. xx.xx.2014-cü il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ F.s. infarktan sonrakı kar-z (1998) AKŞ-dan s/v (2012) Arterial hipertenziya İİİ mərhələ. Üç İİ f.s. Meyar: İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı.” 1 il müddətinə əlillik təyin olunmuşdur. xx.xx.2015-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur:X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX .Gərginlik stenokardiyası. İİİ fs. İnfarktdan sonrakı kardioskleroz. (1998).AkŞ-dan sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” 1 il müddətinə əlillik təyin olunmuşdur. xx.xx.2016-ci il tarixli TSEK Müayinələrinin qiymətləndirmə nəticələrində qeyd olunmuşdur: X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ25 - Ürəyin xroniki işemik xəstəliyi => İ25.2 - Əvvəllər keçirilən miokard infarktı; Diaqnozun mətni: ÜİX .Gərginlik stenokardiyası. İİİ fs. İnfarktdan sonrakı kardioskleroz. (1998).AkŞ-dan sonrakı vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.17. Miokardın infarktından sonrakı hal: nəzərə çarpan koronar çatmamazlıq əlamətləri ilə (üçüncü-dördüncü funksional sinif).” 5 il müddətinə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliinin 733/2021 nömrəli stasionar çıxarışına əsasən, iddiaçının əsas xəstəliyi kimi kəllə beyin travması, davamlı qalıq əlamətləri, depressiv paranoid diaqnozu qoyulmuşdur. Əsas xəstəliyin ağırlaşması sindrom, şəxsiyyətin psixoorqanik tipli dəyişməsi ilə müşahidə olunur. İddiaçının xəstəliyinə dair elektron çıxarışda qeyd olunmuşdur ki, iddiaçının xəstəliyinin başlanma tarixi - xx.xx.1998-ci il, xəstəliyin gedişi – xroniki, ambulator tibbi yardım – xəstə ikinci qrup əlildir. xx.xx.2010-cu il tarixdə 8 saylı şəhər poliklinikasında “D” qeyd. xx.xx.2012-ci il tarixdə ümumi vəziyyəti qəfil pisləşmiş, döş sümüyü arxasında ağrı tutmaları başlayıb. Xəstə MNX-a müraciət edib və müayinə olunub. xx.xx.2012-dən xx.xx.2012-dək MNX-da satas.müallicə olunub və LAD-100%, darlıqlar aşkar olunub. xx.xx.2012-də MNX-da AKŞx3 cərrahi əməliyyat icra olunub. xx.xx.2012-xx.xx.2012-dək ETKİ-də stasionar müalicə olunub. Dz “ÜİX .Gərginlik stenokardiyası. İİİ fs. İnfarktdan sonrakı kardioskleroz.” Hipertoniya xəstə.İİİ dərəcə əlavə risk qrupu İV dərəcə ÜÇ İİ f.s. xəstə xx.xx.2020-xx.xx.2021-dək stasionar müalicə olunub. Eyni diaqnozla yatıb. Əlillik müddətinin bitməsinə görə forma 88 göndəriş. Klinik diaqnozun mətni : stenokardiyanın digər formaları. TSEK-ə göndərilən zaman xəstənin vəziyyətini əks etdirən elektron çıxarışda qeyd olunmuşdur ki, əsas diaqnoz – stenokardiyanın digər formaları, ÜİX.gərginlik stenokardiyası İİİ F.s., ağırlaşma – durğunluq ürək çatışmamazlığı, XÜÇ İİİ F.s. (NHYA), yanaşı xəstəliklər - əvvəllər keçirilən miokard infarktı, ÜİX. İnfarktdan sonrakı kardioskleroz, ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik,arterial hipertenziya İİ dərəəc İV risq qrupu, aortokoronar şuntlu transplantın olması, AKŞ x3 əməliyyatdan sonrakı vəziyyət.(xx.xx.2012). İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 01 fevral 2022-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2. Bu xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 T 154/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 8 saylı şəhər poliklinikasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2709003AACPQ saylı göndərişdə (Forma 088-də) qeyd edilmiş “stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası İİİ F.S, durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s (NYHA)” diaqnozu vətəndaşın əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin olunmasına əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinə aid etmək mümkün deyil." Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş “stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası İİİ F.S, durğunluq ürək çatmamazlığı, XÜÇ İİİ f.s (NYHA)” diaqnozu vətəndaşın əyani müayinəsi zamanı aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin olunmasına əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrinə aid etmək mümkün olmadı. Belə olan hallarda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunmasından verilmiş imtinanın qanunsuz hesab edilməsi, iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2087/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2087/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver