Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2088/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “mənzil ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Naziri X2 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ev ilə təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X2 Xidmətinə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əvəz edilməsini və mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdeh əsl cavabdehlə əvəz edilmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci ildə Bakı şəhəri Yasamal rayonunun X2 Xidmətinin 30-cu yanğın bölməsində sıravi yanğınsöndürən kimi xidmətə başlamış, manqa komandiri vəzifəsinə qədər yüksələrək baş serjant rütbəsi almış, işlədiyi müddətdə heç bir nöqsana yol verməmiş, 2009-cu ildə təqaüdə çıxmışdır. İddiaçı 1996-cı ildə ailə qurmuş, bir övladı var, qoca ata və anası himayəsində olmuşdur. Mənzili olmadığına və yaşayış şəraiti ağır olduğuna görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Mənzil-məişət və sosial-təminat komissiyasının 16.09.2007-ci il tarixli 04 nömrəli protokoluna əsasən iddiaçı Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin yataqxanasında 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ilə təmin edilmiş, adına order verilərək ailə üzvləri ilə birlikdə həmin ünvana qeydiyyata düşüb yaşamışdır. 2011-ci ildə atası vəfat etmiş, 2014-cü ildə isə bacısı xərçəng xəstəliyindən dünyasını dəyişmiş, Binəqədi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə bacısının iki uşağı iddiaçının qəyyumluğuna verilmişdir. Həmin vaxt iddiaçı ailə üzvləri, anası və rəhmətlik bacının iki uşağı, cəmi 6 nəfərin həmin mənzildə yaşamasına şəraiti olmadığı üçün Binəqədi qəsəbəsində 3 otaqlı kirayə mənzilə köçsələr də, əşyaları yataqxanadakı mənzildə qalmış, mütəmadi olaraq həmin mənzilə gedib-gəlmişlər, mənzil faktiki olaraq onların istifadəsində və sahibliyində olmuş, oradakı təmir-bərpa işlərini öz hesabına görmüşdür. 2018-ci ildə iddiaçıya yataqxananın sökülməsi, mənzilləri olan şəxslərin başqa yerdə mənzillə təmin ediləcəyi, əşyaların götürələrək mənzilin təhvil verilməsi bildirildiyindən o, əşyalarını götürüb mənzili təhvil vermişdir. Lakin yataqxana söküldükdən sonra həmin yataqxanada mənzilləri olan digər şəxslər başqa yerdə mənzillə təmin edilmələrinə baxmayaraq bu günə qədər iddiaçının ailəsi təmin edilməmişdir. Hazırda iddiaçı anası, yoldaşı, övladı və bacısının iki övladı ilə birgə kirayədə yaşayırlar, vəziyyətləri olduqca ağırdır. Mənzillə təmin edilməsi barədə 08 iyul 2021-ci il tarixdə cavabdehə edilmiş müraciətinə rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdehin iddiaya dair yazılı etirazında bildirilmişdir ki, iddiaçı öz arzusu ilə 18 iyul 2009-cu il tarixdən xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Məcəllə) 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin edilməyən, əmək münasibətlərinin xarakterinə görə dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyinedilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanı ilə bu kateqoriyalar müəyyən edilmişdir. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Beləliklə, əmək və ya qulluq münasibətlərinə xitam verilmiş şəxslərə xidməti yaşayış sahələrinin verilməsi və həmin şəxslərlə kirayə müqavilələrinin bağlanması Məcəlləyə ziddir. Bundan əlavə, Məcəllənin 104.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi əmək münasibətləri, xidmət keçdiyi müddəti əhatə edir. Əmək münasibətlərinin xitamı, habelə xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın 5.3-cü hissəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. İddiaçı Binə qəsəbəsində 2 nömrəli XTYH-də yerləşən ailəvi yataqxanada ona ayrılmış 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzildə 2014-cü ildən yaşamır. Bunu iddiaçı öz iddia ərizəsində təsdiq etmişdir. Bundan əlavə iddiaçı cavabdehə evlə təmin olunması ilə bağlı ərizə ilə 2019-cu ildə müraciət etmiş, iddiaçıya Məcəlləyə müvafiq olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota duran vətəndaşlara yaşayış sahələrinin verilməsinin Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. İddiaçının iddiasının təmin edilməməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin DYMX-nin Mənzil-məişət və Sosial Təminat komissiyasının 16.09.2007-ci il tarixli 04 nömrəli protokolundan görünür ki, iddiaçıya Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin ailəvi yataqxanasında 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ayrılmışdır. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidməti tərəfindən verilmiş 52 saylı orderindən görünür ki, DYMX-nin Mənzil-məişət və Sosial Təminat komissiyasının 16.09.2007-ci il tarixli 04 nömrəli qərarına əsasən iddiaçıya Binə qəsəbəsində yerləşən 2 nömrəli XTYH-nin ailəvi yataqxanasında 3 nəfər ailə üzvü olmaqla 1 otaqlı ümumi sahəsi 33 kv.metr olan mənzil ayrılmışdır. - İddiaçının 28.02.2005-ci il tarixli raportundan görünür ki, o, xidmət etdiyi qurumun rəhbərliyinə müraciət edərək yataqxanaların birində ona və ailəsinə yaşayış sahəsi ayrılması üçün köməklik göstərilməsini xahiş etmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19.11.2007-ci il tarixli 1255 saylı arayışdan görünür ki, iddiaçı ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. -iddiaçının xidməti vərəqəsindən görünür ki, o 1991-ci ildən 2009-cu ilədək X2 Xidmətində xidmət etmiş və ehtiyata buraxılmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İşin faktiki hallarında müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək, onun mənzillə təmin olunmasını cavabdehdən xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) tələblərinə əsasən: Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Maddə 107. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Maddə 108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. 101.2. Xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 103.3. Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. “Xidməti yaşayış sahələri verilən vətəndaşların kateqoriyalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 268 nömrəli Fərmanına əsasən müəyyən edilmişdir ki, dövlət mənzil fondunun xidməti yaşayış sahələri işlədikləri və ya qulluq keçdikləri yaşayış məntəqəsində yaşayış sahəsi olmayan aşağıdakı şəxslərə verilir: 1.1. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslərə; 1.2. inzibati vəzifə tutan dövlət qulluqçularına; 1.3. hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi səhmləri (payları) dövlətə məxsus olan hüquqi şəxslərdə çalışan şəxslərə; 1.5. qanunvericiliklə müəyyən edilmiş hallarda xidməti yaşayış sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş digər şəxslərə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın 5.3-cü hissəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. İşin faktiki hallarına əsasən iddiaçıya Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri X2 Xidmətində xidmət etdiyi müddətdə Mənzil-məişət və sosial-təminat komissiyasının 16.09.2007-ci il tarixli 04 nömrəli protokoluna və müvafiq orderə əsasən cavabdeh orqanın Binə qəsəbəsində yerləşən 2 nömrəli yataqxanasında 1 otaqlı mənzil ayrılmışdır. Lakin sonradan iddiaçının himayəsində böyük ailə oldugundan mənzildə yaşamasına şəraiti olmadığı üçün o, mənzildən köçmüş, 2018-ci ildə yataqxananın sökülməsi ilə baglı xəbərdar olundugundan qalan əşyalarını da götürərək mənzili cavabdehə təhvil vermiş, 18.06.2019-cu ildə isə öz arzusu ilə xidmətdən xaric edilmişdir. Hazırki, tələblə iddiaçı mənzillə təmin edilməsini cavabdehdən tələb etsə də, tələbinin hüquqi əsası yoxdur. Odur ki məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, yuxarıda sadalanan normativ hüquqi aktların tələblərindən göründüyü kimi iddiaçının mənzillə təmin edilməsi üçün o, cavabdeh qurumda xidmət keçməlidir. Lakin işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı öz arzusu ilə xidmətdən xaric edildiyi üçün onunla cavabdeh qurum arasında mövcud olan əmək münasibətlərinə xitam verilmiş və o, xidməti mənzil üzərində mövcud olan bütün hüquqlarını itirmişdir. Qanunvericiliyin mətnindən də aydın olduğu kimi xidməti mənzillər yalnız əmək fəaliyyətində məşğul olunduğu dövrdə faktiki istifadə üçün nəzərdə tutulmuş və xidməti istifadəsinə ayrılmış şəxsə mülkiyyət və sahiblik hüquqlarını yaratmadıgından iddiaçının cavabdehdən yataqxanadakı təhvil verdiyi mənzil əvəzinə yeni mənzil tələb etməsi əsassızdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı mənzil ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2088/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2088/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver