Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2089/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin direktoru X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “sosial sığorta borcunun ümidsiz borc kimi silinməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci il tarixində fəaliyyətini dayandırmış "xxxx" MMC-yə hesablanmış 1470 (bir min dörd yüz yetmiş) manat sosial sığorta borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2009-cu il tarixində istilik sistemləri sahəsində fəaliyyətə başlamış və maliyyə çətinlikləri səbəbindən xx.xx.2011-ci il tarixində fəaliyyətini dayandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - cavabdeh) tərəfindən Cəmiyyət fəaliyyət göstərdiyi dövrdə 1470 (bir min dörd yüz yetmiş) manat sosial sığorta borcu yaranmışdır. xx.xx.2022-il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə iddiaçı tərəfindən müraciət edilmiş, Dövlət Vergi Xidməti müraciəti cavabdehə yönəldmiş və cavabdeh xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Məcburi Dövlət Sosial Sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ Qanununa əsasən məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (o cümlədən penya) üzrə silinmiş borc məbləğləri haqqında məktub təqdim etmişdir. Beləliklə, cavabdeh tərəfindən müraciətə baxmayaraq, əsas borc vəsaiti silinməmişdir.
3. İş materiallarında olan iddiaçının vergi orqanına göndərdiyi Hüquqi şəxsin onlayn fəaliyyət dayandırma ərizəsindən görünür ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə fəaliyyəti və əməliyyatları dayandırılmışdır.
4. Məhkəmə İPM-nin 13-cü maddəsini rəhbər tutub iddiaçıya hüquqi yardım məktubu göndərərək iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qeyd edilməsini təklif etmişdir.
5. İddiaçı iddia tələbini dəyişdirərək xx.xx.2011-ci il tarixində fəaliyyətini dayandırmış "xxxx" MMC-yə hesablanmış 1470 (bir min dörd yüz yetmiş) manat sosial sığorta borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin prosessual iştirakına xitam verilmiş, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərə alınmışdır.
7. Cavabdeh Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, cəmiyyətin xx.xx.2022-ci il tarixə maliyyə sanksiyası üzrə 100,0 manat və məcburi dövlət sosial sığorta haqları üzrə 1.470,00 manat borcu mövcuddur. Məcburi dövlət sosial sığorta haqlarının silinməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Cəmiyyətin məcburi dövlət sosial sığorta haqları üzrə borcları xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə etdiyindən yaranma mənbəyi, tərkibi, tarixi, həmçinin, qanunvericiliyə uyğun olaraq silinməli olan borc məbləğlərinə dair məlumatların verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 Fonduna sorğu edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş cavabda 132,55 manat borc məbləğinin Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununa əsasən 2018-ci ildə silindiyi, silinəcək digər borclarının mövcud olmadığı və borcun tərkibinə dair məlumatlar göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun verdiyi məlumatlar xx.xx.2022-ci il tarixli **********272100 nömrəli məktubla təqdim edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkii etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Belə ki, dövlət sosial sığorta haqları üzrə borclar vaxtında ödənilmədikdə, məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın üzərinə düşən öhdəliklərin qarşısına qoyulmuş vəzifələrin, həmçinin, vətəndaşların pensiya və digər təminatlarının vaxtlı-vaxtında icrası ilə bağlı mühüm problemlər meydana gələ bilər. Vergi Məcəlləsinin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
8. Cavabdeh Dövlət Vergi Xidməti tərəfindən vəsatət təqdim edilərək bildirilmişdir ki, iş üzrə "xxxx" MMC-nin iddia ərizəsi mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, xx.xx.2011-ci il tarixdən fəaliyyətini dayandırmış, həmin tarixə 1470 manat məbləğində sosial sığorta borcu olmuş və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən həmin borc silinməli olduğu halda silinməmişdir. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların konkret növləri göstərilmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırki iş üzrə “hesablanmış 1470 manat məbləğində sosial sığorta borcunun silinməsi”ndən ibarət olan iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olmuşdur. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsəsən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2015-ci il tarixli Plenumunun Qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən mtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün -uçuqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, ravabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X5 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilir ki, hazırkı iş üzrə iddiaçının müraciəti Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli **********349400 nömrəli məktubla cavablandırılsa da, o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual nüddətlərin ötürülməsinə yol vermişdir. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini nəzərə alsaq inzibati orqanın ona müvafiq məktubla cavab verdiyi tarixdən etibarən 30 jündən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Qeyd edilir ki, Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bununla yanaşı vergi orqanının hesabat-axtarış uçot məlumatlarına əsasən xx.xx.2022- ci il tarixli **********349400 nömrəli cavab məktubu "B.B. İstilik Sistemləri Xidməti” MMC tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə oxunmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən iddiaçı "xxxx" MMC-nin “hesablanmış 1470 manat məbləğində sosial sığorta borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər ötürüldüyündən iş üzrə iddia tələbi mümkün sayılmamalıdır.
9. Daha sonra cavabdeh vəsatət təqdim edərək iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi (direktoru) cavabdeh Dövlət Vergi Xidmətinin əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsinə dair razılıq ərizəsini təqdim etmişdir.
11. Məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmişdir.
12. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət təqdim edilərək məcburi dövlət sosial sığorta haqlarının silinməsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Belə ki, dövlət sosial sığorta haqları üzrə borclar vaxtında ödənilmədikdə, məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın üzərinə düşən öhdəliklərin qarşısına qoyulmuş vəzifələrin, həmçinin, vətəndaşların pensiya və digər təminatlarının vaxtlı-vaxtında icrası ilə bağlı mühüm problemlər meydana gələ bilər. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019- cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında" Azərbaycan Respublikasımın Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət 'darəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının Hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səalhiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən isə vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 93-cü maddəsində deyilir ki, vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar Məcəllədə nəzərdə tutulmuş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda silinir. Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunuin 1 -ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti ilə bağlı MMC-nin məcburi dövlət sosial sığorta haqları üzrə borcları xx.xx.2019-cu il tarixədək olan dövrü əhatə etdiyindən yaranma mənbəyi, tərkibi, tarixi, həmçinin, qanunvericiliyə uyğun olaraq silinməli olan borc məbləğlərinə dair məlumatların verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavabda 132,55 manat borc məbləğinin Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununa əsasən 2018-ci ildə silindiyi, silinəcək digər borclarının mövcud olmadığı və borcun tərkibinə dair məlumatlar göstərilmiş. Qeyd edilənlərlə bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********349400 nömrəsi cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsaslardan biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
13. Dövlət Sosial Fondu tərəfindən bildirilmişdir ki, sığortaedənin borcu 2009-cu ilin 1 yanvar tarixindən sonrakı dövrdə yaranmışdır. Sığortaedənlər tərəfindən 2009-cu ilin 1 yanvar tarixindən sonrakı dövrlər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabat”lara əsasən Fondda olan bütün göstəricilər üzrə məlumatlar “Excel” faylı formatında elektron daşıyıcıda Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Sığortaedənin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununa əsasən məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmsiş maliyyə sanksiyası (o cümlədən penya) üzrə silinmiş borc məbləğləri ilə bağlı məlumatlar təqdim edilmiş, həmin silinmiş borc məbləği 132,55 manat təşkil etmişdir.
14. İddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir.
15. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
17. İddia tələbi borcun silinməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına aiddir.
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. Məhkəmə qeyd edir ki, iddiaya yazılı etirazda qeyd edilən dəlillər iddiaya mahiyyəti üzrə qiymət verilməsi üçün əsasdır.
20. X4 "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisidir, möhürünün itirildiyini bildirir.
21. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.
23. Həmin qərarda ifadə edilən hüquqi mövqeyə əsasən: ...Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər də sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Bununla belə qanunverici “əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa” müddəasını Mülki Məcəllənin 2.5-ci maddəsində ifadə edərkən, ümumi (publik) hüquq münasibətlərində mülki qanunvericiliyin tətbiqini tam istisna etməmişdir. Bu, yalnız qanunvericinin birbaşa göstərişinin olduğu halda mümkündür. Məsələn, Vergi Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş ardıcıllıqla həyata keçirilir...
24. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunuin 1-ci maddəsinə əsasən sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən sosial sığortanın prinsipləri aşağıdakılardır: sosial sığortanın müntəzəmliyinə dövlət təminatı; sosial sığortanın ümumiliyi; sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi; sosial sığorta subyektlərinin hüquq bərabərliyi; dövlət sosial sığortasının məcburiliyi; məcburi dövlət sosial sığortasının idarə edilməsində ictimai təşkilatların iştirakının təmin olunması. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.
25. "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
26. Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar Məcəllədə nəzərdə tutulmuş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda silinir.
27. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzindd tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir.
28. Beləliklə, məhkəmə qeyd edir ki, yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə pensiya, pensiya kapitalı və sosial sığorta stajı əsasında formalaşır. Pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının və pensiya kapitalının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının əsasında formalaşdığını nəzərə alaraq, iddia müddətinin ötməsini əsas gətirərək sığortaedənin borclarının silinməsi sığortaolunanın pensiya təminatından məhrum olmasına səbəb ola bilər.
29. Məhkəmə müəyyən edir ki, iddiaçı hüquqi şəxsin silinməsi tələb olunan məcburi dövlət sosial sığorta haqqı üzrə borc (o cümlədən penya) xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə hesablanmaqla yaranmışdır.
30. Odur ki, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər hansı müddətlə məhdudlaşmır. Qeyd edilənlərə əsasən iddiaçının qanunla qorunan hüquqları pozulmadığından iddia tələbi təmin edilməməlidir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva