Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-209/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, üçüncü şəxsin vəkili, nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı üçüncü şəxs qismində X5 göstərilməklə “sərəncamın ləğv edilməsi” tələbi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 846 nömrəli sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli, 121 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi (indiki Yavər Əliyev küçəsi, 5), 240 nömrəli yerdə 720 kv.m.-lik torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədilə onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi ona verildikdən sonra gələcəkdə ev tikilməsi məqsədilə o torpaq sahəsini hasara almışdır. Qeyd edilən ərazi artıq 20 ildən çoxdur ki, iddiaçının faktiki sahibliyindədir və iddiaçı torpağa görə torpaq vergisi ödəyir. Son vaxtlar X5 adlı şəxs torpağın sənədlərlə ona məxsus olmasını bildirir. Halbuki həmin şəxsin iddia etdiyi və Bakı şəhər Cavabdeh tərəfindən X.Əliyevə torpaq sahəsinin ayrılması haqqında 1254 nömrəli sərəncamda göstərilən torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsi (indiki Yavər Əliyev küçəsi 5) 240 nömrəli yerə deyil, 119 nömrəli yerə aid edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmişdir ki, Bakı şəhər Cavabdeh tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, 846 nömrəli sərəncamı ilə X2 müvafiq torpaq sahəsi ayrılmışdır. X2 ayrılmış torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. İş materiallarında həmin torpaq sahəsinə dair İddiaçı hər hansı subyektiv hüququnun olması ilə bağlı sənəd yoxdur. Bundan başqa, X2 ayrılmış torpaq sahəsinə qonşu torpaq sahələri də müvafiq çıxarışlar və hüquqimüəyyənedici sənədlərlə başqa şəxslərə aiddir. İddiaçı X2 ayrılmış torpaq sahəsinə qanunsuz olaraq yiyələnmək istəyir və üçüncü şəxsin öz hüquqlarını həyata keçirİlməsinə qanunsuz maneələr yaradır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmaqa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirilməlidir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.Göstərilənlərə əsasən iddianın mümkün hesab edilməməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər.Оdur ki, məhkəmə işə iddiaçının və cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin və vəkilinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın İddiaçı adına qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhər Cavabdeh başçısının xx.xx.1994-cü il tarixli, 846 nömrəli sərəncamının 1-ci bəndinə əsasən Bakı şəhəri, Şıxlinski küçəsi, ev 59, mənzil 95-də yaşayan vətəndaş X3 Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 119 nömrəli yer - torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Bakı şəhər Cavabdeh başçısının xx.xx.1998-ci il tarixli, 121 nömrəli sərəncamının 2-ci bəndinə əsasən Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 240 nömrəli yerdə torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı Vasif oğlunun adına ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanda torpaq sahəsi X4 adına mülkiyyət hüququ iə qeydə alınmışdır. DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mühəndisi, X5, qonşusu Hümbətova Rəqibə, Rövşən Hacıyev tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli akta əsasən ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin torpaq sahəsi köhnə daş hasara alınmış və üzərində tikili yoxdur, torpaq sahəsi uzun müddətdir ki vətəndaşın istifadəsindədir.Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunaraq akta əlavə edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, Bakı şəhəri Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən sərəncamı ilə Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 119 nömrəli yer fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə ayrılmışdır. İddiaçı qeyd edilən torpaq sahəsinin Cavabdeh xx.xx.1998-ci il tarixli sərəncamı əsasında onun istifadəsinə verilməsini və onun sahibliyində olmasını iddia edərək mübahisələndirdiyi sərəncamın ləğv edilməsini tələb etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Həmin Qanunun 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda;68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Mübahisələndirmə haqqında iddianın səciyyəvi xüsusiyyətlərinə əsasən iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Bu zaman iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqları pozulsun. Lakin inzibati icraat qaydasında işə baxılarkən iddiaçının mübahisələndirdiyi inzibati aktın - cavabdehin xx.xx.1994-cü il tarixli, 846 nömrəli sərəncamının qanun pozulmaqla qəbul edilməsi halları müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçıya ayrımış torpaq sahəsinin ünvanı Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Gürcüstan küçəsində 240 nömrəli yer kimi, üçüncü şəxsə ayrılmış torpaq sahəsinin ünvanı kimi isə Bakı şəhəri, Bakıxanov qəsəbəsi Gürcüstan küçəsində 119 nömrəli yer kimi, yəni müxtəlif göstərilmişdir. Bununla belə məhkəmənin gəldiyi nəticəyə görə hətta hər iki sərəncamda göstərilən torpaq sahələrinin koordinatları üst-üstə düşdüyü halda da üçüncü şəxsə torpaq sahəsi 1994-cü ildə, iddiaçıdan daha əvvəl ayrılmışdır ki, bu da torpaq üzərində hüququn birinciliyinin üçüncü şəxsə məxsus olmasını göstərir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1994-ci il tarixli, 846 nömrəli sərəncamın ləğv edilməsi barədə iddiası əsassız olduğu üçün rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı cavabdeh tərəfindən verilmiş xx.xx.1994-ci il tarixli, 846 nömrəli sərəncamın ləğv edilməsi barədə iddiası rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-209/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-209/2021
20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver