Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2090/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızıın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı dərzi emalatxanasının və avadanlığın ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı ƏMDX (keçmiş ƏMDK) tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********61 saylı arayışın təmin olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X2 Komitəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********161 saylı arayışda qeyd olunan tərəfindən alınmış (dərzi emalatxanası və avadanlığın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hal-hazırda məhkəmənin icraatında olan 2-1(112)-2090/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı X2 Komitəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********161 saylı arayışda qeyd olunan tərəfindən alınmış (dərzi emalatxanası və avadanlığın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə yəni, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddianın məzmunundan göründüyü kimi, iş üzrə mübahisəli daşınmaz əmlak Şirvan şəhəri ərazisində yerləşdiyindən, hazırki daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi yəni, Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli, 4 nömrəli, “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 18.20-ci bəndinə əsasən Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Şirvan şəhəri Bakı İnzibati Məhkəməsinin dislokasiya üzrə ərazisinə aid olmadığından, hazırkı iş aidiyyətı üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən tərəflər işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.1, 8.2, 8.5 və 80-cı, maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X2 Xidmətinə qarşı X2 Komitəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, **********161 saylı arayışda qeyd olunan tərəfindən alınmış (dərzi emalatxanası və avadanlığın) ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair 2-1(112)-2090/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2090/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2090/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver