Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2090/2023 09.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Daxli İşlər Nazirliyinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin göndərilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edəsiniz xahiş etmişdir.
2. İddia ərizəsində məlumat vərəqəsinin göndərildiyi qurumun Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsini göstərilməsini məhkəmə formal xəta hesab etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il tarixdə anadan olub, 1989-1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Eyni zamanda 1993-cü ildə həmin Universitetdə hərbi hazırlıq kursuna başlayıb. xx.xx.1994-cü il tarixindən xx.xx.2013-cü il tarixinə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət keçib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi-həkim komissiyasının xx.xx.2013-cü il tarixli 1592 nömrəli xəstəlik haqqında şəhadətnaməsi ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edildiyimdən “Hərbi xidmət keçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) müvafiq olaraq DİN-in Daxili Qoşunlarından xx.xx.2013-cü il tarixində ehtiyata buraxılıb. Ehtiyata buraxılan zaman kapitan rütbəsi ilə N nömrəli hərbi hissənin qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində çalışırdı. Ehtiyata buraxıldığı zaman DİN Maliyyə Plan İdarəsi tərəfindən aparılan hesablamaya görə təqvim hesablaması ilə 18 il, 10 ay, 03 gün, imtiyazlı hesablamalar ilə 23 il 10 ay 15 gün iş stajı olmuşdur. Lakin bu zaman da onun təhsil illəri nəzərə alınmamışdır. Ehtiyata buraxıldıqdan sonra şifahi formada dəfələrlə pensiya təyin edilməsi üçün müraciətlər etsə də ona imtina edilmişdir, bu səbəbdən də pensiya təyin edilməsi üçün müvafiq olaraq 2022-ci ildə rəsmi şəkildə müaciət edib. 2022-ci ilin aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edərək pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsinə göndərilməsini xahiş edib. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli. 014-36576H-3222 saylı məktubla bundan imtina edilmişdir. (Məktub xx.xx.2022-ci il tarixində mənə rəsmi qaydada təqdim edilmişdir) Həmin məktubda bildirilir ki. “Mürciət etdiyiniz məsələ ilə əlaqədr olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.199-ci il tarixli 631 nömrəli qərarının lci bəndinə və “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara mülki ali təhsil müəssisələrində təhsil aldıqları müddət təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətinin 1 ili 6 ay hesablanmaqla uzun müddət xidmətə daxil edilir. Ehtiyata buraxılarkən Sizin Xidmət illəriniz təqvimlə 18 il 10 ay 03 gün təşkil etmişdir. Qeyd edilənləri nəzər alaraq, qaldırdığınız məsələnin həllinə müvafiq köməkliyin göstərilməsi imkanımız xaricindədir”. Nazirliyin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, Nazirlər Kabinetinin istinad edilən 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Nəzərə alınmalıdır ki, 5 il Ali təhsil alıb və bu təhsilin 2 il 6 ayını hərbi kafedrada olmuşdur. Qərardanda göründüyü kimi Ali təhsilin 1 ili 6 ay hesablanmalıdır. Bu hesablama ilə 3 illik əlavə iş stajı yaranır və təqvim hesablaması ilə 21 il, 10 ay, 03 gün, imtiyazlı hesablamalar ilə 26 il 10 ay 15 gün 23 il, 10 ay, 15 gün 20 il 5 ay 16 gün iş stajı olmuşdur. Cavabdeh təşkilat isə bunu bilə-bilə müvafiq məlumat vərəqəsinin göndərilməsindən əsassız olaraq imtina edir. X2 hqqında Qanunun 9.8-ci maddəsində də göstərilir ki, “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. Həmin qaunun 9.5-ci maddəsində göstərilir: Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; Göründüyü kimi mənim yuxarıdada qeyd etdiyim kimi 21 ildən artıq stajım vardır.
4. İddiaçının müraciətinin təmin olunmasından imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992 ci il tarixli 631 nömrəli qərarının 1-ci bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara mülki ali təhsil müəssisələrində təhsil aldıqları müddət təqaüd təyin edilərkən uzun müddət xidmət illərinin hesablanmasında xidmət müddətlərinin 1 (bir) ili 6 (altı) ay hesablanmaqla uzun müddət xidmətə daxil edilir. Ehtiyata buraxılarkən onun xidmət illəri təqvimlə 18 il 10 ay 03 gün təşkil etmişdir.
5. İddiaçının diplomunun təsdiq olunmuş surətindən görünür ki, o, 1989-1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunu “ovuntu, kompozisiya materialları və örtükləri” ixtisası üzrə bitirmişdir.
6. Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi tərəfindən verilmiş arxiv arayışına əsasən bildirilmişdir ki, arxiv sənədlərinə istinad edilərək verilir ondan ötrü ki, həqiqətən də kapitan İddiaçı 16073, 25032, N və N saylı hərbi hissələrin tərkibində həqiqi hərbi txidmət keçməsi faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır: - Daxili qoşunların komandanının xx.xx.1994-cü il tarixli 108 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 05.11,1994-cü il tarixli 307 №-li əmrilə “leytenant” hərbi rütbəsində 05 noyabr 1994-cü il tarixindən Sumqayıt ŞHK-dan ehtiyatdan çağırılmış hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilməklə, 2-ci motoatıcı bölükdə 2-ci taqımın komandiri vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 38 №-li əmrilə qospitala müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 65 №-li əmrilə qospitalan gəlmiş hesab edilərək səhhəti ilə əlaqədar olaraq məzuniyyətə getmiş və xx.xx.1995-ci il tarixli 83 №-li əmrlə 20 mart 1995-ci il tarixdən məzuniyyətdən gəlmiş hesab edilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1995-ci il tarixli 74 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 208 №-li əmrilə N saylı hərbi hissə komandirinin sərəncamından azad edilərək hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmaqla xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1995-ci il tarixli 74 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 205 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissə komandirinin sərəncamından gəlmiş hesab edilərək hissənin şəxsi heyətinin siyahısına və bütün təminat növlərinə daxil edilib, 5-ci bölüyün 1-ci taqım komandiri vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 279 №-li əmrilə 27 oktyabr 1995ci il tarixdən qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 304 №-li əmrilə 17 noyabr 1995ci il tarixdən qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 168 №-li əmrilə 12 iyul 1996-cı il tarixindən Füzuli rayonuna xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 231 №-li əmrilə 19 sentyabr 1996-cı il tarixdən Füzuli rayonu döyüş bölgəsindən xidməti ezamiyyətdən qayıtmış hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 263 №-li əmrilə 12 iyul 1996-cı il tarixdən 19 sentyabr 1996-cı il tarixinədək Füzuli rayonunda xidməti ezamiyyətdə olduğu müddət əmək haqqı 2 (iki) qat ödənilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1997-ci il tarixli 1 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 10 №-li əmrilə 12 yanvar 1997-ci il tarixdən N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 78 №-li əmrilə Füzuli rayonu döyüş bölgəsindən N saylı hərbi hissədən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 81 №-li əmrilə 12 yanvar 1997-ci il tarixdən 19 mart 1997-ci il tarixinədək Füzuli rayonu döyüş bölgəsində xidməti ezamiyyətdə olduğu müddətinin 1 (bir) günü 3 (üç) gün hesablanmaqla əmək haqqı 2 (iki) qat ödənilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1997-ci il tarixli 57 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 177 №-li əmrilə növbəti “baş leytenant” hərbi rütbəsi verilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 186 №-li əmrilə 2-ci əməliyyat taborunda 5-ci bölüyün 1-ci taqım komandiri vəzifəsindən azad edilərək 5-ci motoatıcı bölüyün 1-ci taqım komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1998-ci il tarixli 2 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 46 №-li əmrilə 12 fevral 1998-ci il tarixdən N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 142 №-li əmrilə 27 may 1998-ci il tarixdən N saylı hərbi hissədən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 143 №-li əmrilə 12 fevral 1998-ci il tarixdən 27 may 1998-ci il tarixinədək Füzuli rayonu döyüş bölgəsində xidməti ezamiyyətdə olduğu müddətinin 1 (bir) günü 3 (üç) gün hesablanmaqla əmək haqqı 2 (iki) qat ödənilmişdir; - Daxili qoşunların komandanının xx.xx.1999-cu il tarixli 54 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 01,07.1999-cu il tarixli 174 №-li əmrilə 5-ci bölüyün 1-ci taqım komandiri vəzifəsindən azad edilib, 5-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri-müəllim vəzifəsinə təyin edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 251 №-li əmrilə Daxili Qoşunların qospitalına stasionar müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.1999-cu il tarixli 262 №-li əmrilə 28 sentyabr 1999-cu il tarixindən Daxili Qoşunların qospitalından stasionar müalicədən gəlmiş hesab edilmişdir; - Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 17 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin 01,03.2000-ci il tarixli 58 №-li əmrilə 5-ci tədris bölüyündə 2-ci tədris taqımının komandiri-müəllim vəzifəsindən azad edilib, 5-ci tədris bölüyündə 2ci tədris taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 28 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 82 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə keçirilməklə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılmışdır; - Daxili qoşunların komandanının xx.xx.2000-ci il tarixli 28 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2000-ci il tarixli 80 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilib, 1-ci mühafizə bölüyündə 3-cü taqım komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili qoşunların komandanının xx.xx.2002-ci il tarixli 6 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 22 №-li əmrilə mühafizə taborunun 1-ci mühafizə bölüyündə 3-cü mühafizə taqımının komandiri vəzifəsindən azad edilib, 1ci mühafizə taborunun 1-ci mühafizə bölüyündə 3-cü mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2003-cü il tarixli 48 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli 196 №-li əmrilə xidmətini davam etdirmək üçün hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq N saylı hərbi hissəyə getmiş hesab edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2003-cü il tarixli 48 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2003-cü il tarixli 2 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilib, 1-ci mühafizə bölüyündə 2-ci mühafizə taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2005-ci il tarixli 41 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 316 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə getmiş hesab edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2005-ci il tarixli 41 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2005-ci il tarixli 306 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilib, 1-ci patrul taborunda 3cü patrul bölüyü komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2006-cı il tarixli 5 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2006-cı il tarixli 47 №-li əmrilə 1-ci patrul taborunda 3-cü patrul bölüyü komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsindən azad edilib, komendant bölüyü komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 8 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 69 №-li əmrilə komendant bölüyü komandirinin tərbiyə işləri üzrə müavini vəzifəsindən azad edilib, 6-cı tədris bölüyündə 1-ci tədris taqımının komandiri vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 26 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin 01,09.2009-cu il tarixli 208 №-li əmrilə hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə getmiş hesab edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 26 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 208 №-li əmrilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissədən gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına və bütün təminat növlərinə daxil edilib, qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsinə təyin edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2009-cu il tarixli 34 №-li əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 297 №-li əmrilə növbəti “kapitan” hərbi rütbəsi verilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 94 №-li əmrilə 18 aprel 2013-cü il tarixdən 12576 saylı hərbi qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir; - N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 154 №-li əmrilə 24 iyun 2013-cü il tarixdən 12576 saylı hərbi qospitaldan stasionar müalicədən gəlmiş hesab edilmişdir; - Daxili işlər nazirinin müavini - daxili qoşunların komandanının xx.xx.2013-cü il tarixli 24 №-li ş/h üzrə əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.2013-cü il tarixli 209 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v" bəndinə (xəstəliyə görə) müvafiq olaraq qərargah rəisinin xidmət üzrə köməkçisi vəzifəsindən azad edilərək şəxsi heyətin siyahısından və bütün təminat növlərindən çıxarılıb, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaqla hərbi qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. xx.xx.2013-cü il tarixə xidmət illəri təqvimlə - 18 il, 10 ay, 03 gün; güzəştlə - 21 il 04 ay 05 gün təşkil edir.
7. Qeyd edilən arxiv arayışı üzrə əmrlər arayışa əlavə olaraq məhkəməyə təqdim edilmişdir.
8. İddia tələbi iddiaçının ərizəsi əsasında təhsil müddətini üzunmüddətli xidmət illərinə daxil etməklə məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahat verdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
15. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
16. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
20. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən: 1.Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ...daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən ...Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir...
21. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? X6 Məhkəməsinin presedent hüququna əsasən: - Beləliklə, keçmiş Pelleqrin doktrinasını (bax: Pelleqrin Fransaya qarşı [GC], № 28541/95, § 67, AİHM 1999Vİİİ) sonralar Eskelinen testi kimi tanınan prosesə çevirərkən (bax: Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı). [GC], № 63235/00, § 62, AİHM 2007İİ), Məhkəmə dövlət işçilərin müəyyən kateqoriyalarına gəldikdə, dövlətin məhkəməyə müraciətə nəzarətdə maraqlı olduğunu tanıyaraq qeyd etdi ki, “bu, ilk növbədə Məhkəmə deyil, Razılığa gələn Dövlətlər, xüsusən də, səlahiyyətli milli qanunverici orqan üçündür ki, fərdin maraqlarının itirilməli olduğu dövlətin suverenliyinə xas olan diskresiya səlahiyyətlərinin həyata keçirilməsini əhatə edən ictimai xidmət sahələrini açıq şəkildə müəyyən etməlidir” (ibid., § 61). - Vilho Eskelinen və başqaları Finlandiyaya qarşı işdə Polis əməkdaşlarının xüsusi müavinət almaq hüququ ilə bağlı mübahisələrə Konvensiyanın 6-cı maddənin tətbiq edilməsinin mümkünlüyü dövlət qulluqçuları ilə əlaqədar olan işdə Məhkəmənin qəbul etdiyi yeni yanaşma olmuşdur. -Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X4 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05); -Beləlkiklə, məhkəmə müəyyən edir ki, hazırki iddia iddiaçının sabiq polis əməkdaşı kimi pensiya hüququ ilə bağlı olduğundan məhkəməyə müraciət hüququ təmin olunmaqla Konvensiyanın 6-cı maddəsinə əsasən “mülki hüquq və vəzifələr” başlığı altında baxıla bilər.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunundan: 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular
23. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara şamil edilir.
25. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
26. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
27. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsasən:
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.
28. Arxiv arayışında qeyd edilir ki, iddiaçının daxili işlər orqanlarında xidmət müddəti xx.xx.1994-cü ildən xx.xx.2013-cü ilə qədər təqvimi -18 il, 10 ay 03 gün imtiyazla - 21 il, 00 ay 24 gün təşkil edir, yəni güzəştli (imtiyazlı) hesablama ilə 20 təqvim ili xx.xx.2004-cü il tarixə qədər tamam deyi, odur ki, iddiaçının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə edilmiş hüquqi mövqeyinə uyğun olaraq güzəştli (imtiyazlı) hesablama ilə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur.
29. Lakin məhkəmə müəyyən edir ki, iddiaçının gömrük orqanlarında ümumi xidmət illəri təqvimlə 18 il 10 ay 03 gün təşkil etmişdir. Bununla yanaşı, daxili işlər orqanlarında xidmətə qəbul olunmazdan əvvəl 1989-1994-cü illərdə Azərbaycan Politexnik İnstitutunda 5 il müddətində əyani təhsil alıb və hərbi biletindən görünür ki, universitetdə təhsil aldığı dövrdə hərbi hazırlıq keçmişdir.
30. Qeyd edilən normaların təhlilindən məhkəmə iddiaçının mülki ali təhsil müəssisələrində təhsil alma formasında keçirdiyi təlim vaxtını bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilməsinə dair “qanuni gözləntisi” olduğunu müəyyən edir. Beləliklə, təlimin bir ili altı ay sayılmaqla 02 il 06 ay uzun müddət xidmətə daxil edildiyi təqdirdə təqvimi 21 il 04 ay 03 gün olmaqla xidmət illəri nəzərə alınmalıdır. Qeyd edilən halda, iddiaçının təqvimi xidmət illəri “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin dispozisiya şərtinə uyğundur.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülki ali təhsil müəssisəsində təhsil aldığı müddət – təlimin bir ili altı ay sayılmaqla, yəni iki il altı ay – uzun müddət xidmətə daxil edilməklə İddiaçı hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva