Məhkəmə qərarları › İş №2-1(112)-2092/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2092/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2092/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsilli, işləmir), iddiaçının nümayəndəsi, vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı ilkin olaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının 2-ci qrup əlilliliyinin səbəb əlaqəsinin dəyişdirilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədər əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-2092/2022 saylı inzibati iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci il tarixində Yevlax şəhərində anadan olmuşdur. 1985-1987-ci illər də həqiqi hərbi xidmətdə olmuş, birinci Qarabağ müharibəsi zamanı müxtəlif cəbhələrdə döyüşdə iştirak edərək N nömrəli hərbi hissədə qulluq etmişdir. Hərbi tapşırığı yerinə yetirən zaman minaya düşmüş və ciddi xəsarət almışdır. Ondan sonra hərbi hosbitallarda müalicə almışdır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi hərbi həkim komissyasının qərarında onun aldığı xəsarətlərin dərəcəsi göstərilmişdir. Xəstəliyi ilə əlaqədər ona ikinci qrup ikinci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında hərbi pensiya təyin edilmişdir. Hazırda ona təyin edilmiş pensiya tibbi sosial ekspert komissyaları tərəfindən ləğv olunmuş və əvəzində ümumi xəstəlik təyin edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyəti Yevlax Rayon Mərkəzi Xəstəxanasnın xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20- M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.8 - Digər daxili zədələnmələri; Diaqnozun mətni: Sağ diz oynaqların kontrakturası ,sağ bud sümüklərinin köhnə bitişmiş sınığı Sağ aşağı ətrafın funksiya pozulması; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86- M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro...; Diaqnozun mətni: Odlu silah yaralamasında sonra sağ bud sümüklərin orta 1/3-nin köhnə bitişmiş sınığı .ostemeliti Sağ diz oynaqların kontrakturası ,sağ bud sümüklərinin köhnə bitişmiş sınığı, Sağ aşağı ətrafın funksiya pozulması Şəkərli diabet orta ağır forma; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2 bəndinə uyğundur.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.8 - Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnozun mətni: Böyrək daşı xəstəliyi. Hidronefroza görə nefroektomiyadan sonrakı hal. Sağ tərəfli xroniki pielonefrit, tez-tez kəskinləşmələrlə. XBÇ İİ dər.; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Budçanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0268003AAC6G saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomelit Oynaqların kontrakturası Bud sümüyün cismiyinin postramatik artrozu İnsuldən asılı olmayan şəkərli diabet Koma ilə orta ağır forma İİ tip; Meyar: 2 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1 \3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomelit Oynaqların kontrakturası Bud sümüyün cismiyinin postramatik artrozu İnsuldən asılı olmayan şəkərli diabet Koma ilə orta ağır forma İİ tip; Meyar 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, xr osteomeliti.əzələ...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Yevlax Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-ci il tarixli 0268003AAGCA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G44 - Baş ağrısının digər sindromları => G44.1 - Digər rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı..; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, baş beyinin sol orta beyin arteriyası hövzəsində işemik insultdan sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli hemiparezürəyin xroniki işemik xəstəliyi.Sol mədəciyin orta divarın 2 dişli infarktı.Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, motor afaziyası.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACWW saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insutun nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: on beş ildə aldığı stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin.” səbəbi ilə imtina verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0215003AACWW saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60- İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insutun nəticələri .Disfaziya və afaziya, motor afaziya Spastik hemiplegiya, Sağ tərəfli hemiparez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir İddiaçının vəziyyəti ilə əlaqədar 17 iyul 2021-ci ildə keçirilmiş iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insultun nəticələri” Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə müvafiq olaraq əlillik təyinatına əsas verdiyindən həmin Əsasnamənin 2.2.9-cu bəndinə əsasən Ümumi səbəblərdən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik səbəb əlaqəsinin dəyişdirilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr”nın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bu səbəbdən iddiaçı əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi üçün ilk növbədə Agentliyə müraciət etməlidir. Lakin qeyd olunan məsələ ilə bağlı iddiaçının Agentliyə müraciəti daxil olmamışdır. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək əlavə olaraq onu bildirmişdir ki, heç yerə müraciət etməmişdir, cavabdeh onun əlilliyinin 3-cü qrupdan 2-ci qrupa özü dəyişdirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili də iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun olaraq izahat verərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında əlilliyi müddətsizdən 2-ci qrup 5 illiyə keçirilmişdir, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddiaçını və onun vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 165 nömrəli xx.xx.1997-ci il tarixli qərarının surətinə əsasən 1967-ci il təvəllüdlü vətəndaş İddiaçı yaralanması 28 iyun 1995-ci ildən xx.xx.1995-ci ilə kimi və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi “sağ budun orta 1/3 hissəsinin qəlpəli odlu silah yaralanması, bud sümüyünün sınığı/ xx.xx.1995-ci il/ nəticəsində sağ diz oynağının atıcı əzələ-oynaq kontrakturasiya, sağ bud sümüyünün orta 1/3 hissəsində biti.miş sınığı, sağ aşağı ətraf funksiyasının mülayim/orta/dərəcədə pozğunluğu ilə sağ budun irinli-nekrotik ocağının canasiyası və İlizarov üsulu ilə ostoesintez/ xx.xx.1995-ci il/ əməliyyatı” diaqnozu ilə Müdafiə Nazirliyinin Mərkəzi hərbi komissiyasında müalicə və müayinə olunmuşdur, hərbi travmadır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2016-cı il tarixli şəxsin müayinəsi barədə məlumatına əsasən, təkrar müayinə nəticəsində xx.xx.2016-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlillik təyin olunmuş, növbəti müayinə üçün tarix xx.xx.2021-ci il qeyd olunmuşdur. TSEK-in diaqnozu: Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, baş beynin sol orta beyin arteriyası hövzəsində işemik insultdan sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ terefli hemiparez. Ürəyin xroniki işemik xesteliyi. Sol mədəciyin orta divarının 2 dişli infarktı. Nitqin digər ve dəqiqləşdirilməmiş pozğunluqları, motor afaziyası. Əlilliyin müəyyən olunması meyarı: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyl, İdrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ ve hərəkikoordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin ve sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri. Əmək zəmanəti barədə: Əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər. Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə məlumatına əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı ümümi xəstəlik səbəbilə ikinci dərəcəli əlillik təyin olunmuş, beyin infarktının nəticələri, sol beyin yarımkürəsində işemik insultun nəticələri, disfaziya və afaziya, motor afaziya, spastik hemiplegiya, sağ tərəfli hemiparez diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı il olaraq qeyd olunmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kardialogiya şöbəsinin XT 2452 nömrəli epikrizinə əsasən, İddiaçı MİX, sol mədəciyin arxa divarının dişli infarktı, kəskin mərhələ, serebral aterosuleroz, sol orta beyin arteriyası hövzəsində işemik insult, sağ tərəfli hemiparez, motor afaziya, şəkərli diabet tip 2 orta ağır diaqnozu qoyulmuşdur. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən İddiaçı 2-ci qrup əlillik təyin olunmuşdur. Xəstənin daxil olma tarixi xx.xx.2021-ci il, çıxma tarixi xx.xx.2021-ci il olaraq qeyd olunmuşdur. Ona əsas xəstəlik kimi sağ orta beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, əsas xəstəliyin ağırlaşması kimi motor afaziya sağ tərəfli hemiparez, yanaşı xəstəliklər kimi şəkərli diabet tip 2 orta ağır forma diaqnozları qoyulmuşdur. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2014-cü il tarixdə təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup müddətsiz əlillik təyin olunmuşdur. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86-M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.6 - Digər xro...; Diaqnozun mətni: Odlu silah yaralamasında sonra sağ bud sümüklərin orta 1/3-nin köhnə bitişmiş sınığı .ostemeliti Sağ diz oynaqların kontrakturası, sağ bud sümüklərinin köhnə bitişmiş sınığı, Sağ aşağı ətrafın funksiya pozulması Şəkərli diabet orta ağır forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.1996-cı il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.1996-cı il tarixdə ilkin müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü qrup müddətsiz əlillik təyin olunmuşdur. X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => Tibbi-sosial yardım və M20-M25 - Oynaqların digər zədələnmələri => M23 -reabilitasiya vasitələri: Dizin oynaqdaxili zədələnməsi => M23.8 - D... Sağ diz oynaqların kontrakturası, sağ bud sümüklərinin köhnə bitişmiş sınığı Sağ aşağı ətrafın funksiya pozulması. 2.3. Üçüncü dərəcə əlillik => 2.3.11. Bud-çanaq oynağının funksional yararsız vəziyyətdə (170 dərəcədən yuxarı və ya 150 dərəcədən aşağı) ankilozu və ya kəskin kontrakturası. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2015-ci il tarixdə təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər..Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomelit Oynaqların kontrakturası Bud sümüyün cismiyinin postramatik artrozu İnsuldən asılı olmayan şəkərli diabet Koma ilə orta ağır forma İİ tip; Meyar: 2 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ. Yevlax rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G44 - Baş ağrısının digər sindromları => G44.1 - Digər rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı..; Diaqnozun mətni: Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, baş beyinin sol orta beyin arteriyası hövzəsində işemik insultdan sonrakı vəziyyət. Spastik hemiplegiya, sağ tərəfli hemiparezürəyin xroniki işemik xəstəliyi.Sol mədəciyin orta divarın 2 dişli infarktı.Nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları, motor afaziyası.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” Elektron təyinatın xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə təkrar müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü qrup əlillik təyin olunmuşdur. X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı,xr osteomeliti,əzələ yırtığının konturakturası.sağ baldır düzgün bitişməyən sınığı Daban sümüyün sınığı Digər xr osteomelit Oynaqların kontrakturası Bud sümüyün cismiyinin postramatik artrozu İnsuldən asılı olmayan şəkərli diabet Koma ilə orta ağır forma İİ tip; Meyar 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışla və ya qəlpələrin törənmiş zədələnmələr.sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, xr osteomeliti.əzələ...” Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə əlillik verilməsindən imtina edilmişdir. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insultun nəticələri; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: on beş ildə aldığı stasionar müalicəsi yetərli deyil.İxtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin. Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış şəxsin müayinəsi barədə məlumata əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə təkrar müayinə nəticəsində ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci qrup əlillik təyin olunmuşdur. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktının nəticələri, Sol beyin yarımkürəsində işemik insutun nəticələri .Disfaziya və afaziya, motor afaziya Spastik hemiplegiya, Sağ tərəfli hemiparez; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg.. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: “xx.xx.1967-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda aşkar olunan xəstəlik və qusurların səbəb əlaqəsi nədir?” Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 T 337/2021 nömrəli ekspert rəyinə əsasən komissiya aşağıdakı nəticəyə gəlmişdir: “Vətəndaş İddiaçı in tibbi sənədlərinə əsasən o hazırda “sağ arxa beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, motor afaziya, sağtərəfli hemiparez, hemiplegiya, şəkərli diabet tip 2 orta ağır gedişli, ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz” diaqnozunda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Həmin iaqnoz və ağırlaşmaları ilə əlaqədar ona 2-ci dərəcə əlillik verilsə də, hərbi xidmətdə olarkən aldığı travma hazırda əlilliyin təyini üçün heç bir əsas vermir.” İddiaçı ekspert rəyinin əsaslandırılmadığı və inzibati iş üzrə cavabdeh orqanının ekspertləri tərəfindən imzalandığı üçün təkrar məhkəmə tibbi ekspertizanın keçirilməsini tələb etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı hal-hazırda mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan təkrar məhkəmə-tibbi ekspertizası təyin etmiş, ekspert qarşısında aşağıdakı sualları qoymuşdur: 1.xx.xx.1967-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda aşkar olunan hansı xəstəlik və qüsurlar aşkar olunur? 2.bu xəstəliklərin səbəb əlaqəsi nədir?. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X2 T 337/2021 nömrəli ekspert rəyinə əsasən komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1.İddiaçı tibbi sənədlərdə göstərilənlərə əsasən aşağıdakı xəsarət və xəstəliklər aşkar edilmişdir: Sağ budun orta 1/3-nin qəlpəli odlu silah yaralanması, bud sümüyünün sınığı ilə əlaqədar sağ diz oynağının açıcı əzələ oynaq konturakturası,sağ bud sümüyünün orta 1/3-nin bitişmiş sınığı, sağ aşağı ətraf funksiyasinin mülayim dərəcədə pozulması; Sağ arxa beyin arteriya hövzəsində işemik insultun davamlı qalıqları, motor afaziya, sağtərəfli hemiparez, hemiplegiya, şəkərli diabet tip 2 orta ağır gedişli, ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. 2.İddiaçı qeyd olunan xəsarətlərlə (Hərbi travma) düçar olduğu xəstəliklər arasında səbəbli əlaqə yoxdur Cavabdeh tərəfindən 23 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçının müayinəsinə dair məlumatları və “Əlillik” Alt sistemindən çıxarışları məhkəməyə təqdim edilmişdir. Təqdim olunmuş çıxarışa əsasən iddiaçının son 1 il ərzində cavabdehə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə müraciətləri olmuşdur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən (3.1.) şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. (3.2) Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. (3.3.) Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (3.3-1). Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. (3.4.) Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (3.5.) Müvafiq icra hakimiyyəti orqanı əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. (3.6.) Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə uyğun olaraq, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İşin faktiki hallarına əsasən, iddiaçının sağlamlıq vəziyyəti xx.xx.1996-ci ildə ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir, daha sonra 23 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixdə təkrar qiymətləndirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təsdiq edilməsinə baxmayaraq, xx.xx.2015-ci ildə üçüncü dərəcə əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 1 il müddətinə təyin edilmiş, daha sonra xx.xx.2016-ci il tarixdə 5 il müddətinə, xx.xx.2021-ci ildə isə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmişdir. İddiaçı onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyinin bərpasını xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsində göstərilmişdir ki, (13.1) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. (13.2) İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. (13.3.) Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 14-cü maddəsinə əsasən, (14.1.) inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. (14.2.) Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. (14.3.) Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin müəyyən edilməsi barədə 1996-ci və 2014-cü illərdə qəbul edilmiş qərarlar olduğu halda iddiaçıya sonradan təyin edilmiş əlilliyi ikinci dərəcə olsa da ümumi səbəblərdən olması qeyd edilmişdir. Cavabdeh bununla razı deyil və müddətsiz təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyinin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçının əlilliyin bərpa olunmasından imtinası inzibati praktikaya uyğun olmamaqla, qanunvericiliyinin normalarına zidd olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 64.2-cü maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. İnzibаti Prоsеssuаl Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyin müddətsiz təyin edilməsinə dair inzibati akt qüvvədə olduğu üçün bu haqda məlumatlar “Əlilllik” altsistemində bərpa edilməlidir. İnzibаti Prоsеssuаl Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup əlilliyinin bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz 3-cü qrup əlilliyinin “Əlillik” altsistemində bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar