Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2095/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X22 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin altındakı 288.0 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1989-cu ildə ünvan 1 ünvanında 288,0 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini (həyət evi) erməni əsilli X7 (dəyərini ödəməklə) notarial qaydada dəyişdirmişdir. Lakin, həmin sənəd itdiyindən və notariusda da, aşkar edilmədiyindən hal-hazırda həmin sənədi təqdim etmək mümkün olmamışdır. Bundan sonra, Xalq Deputatları Rayon Sovetinin 26 Bakı Komissarları adına İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22/2204 nömrəli qərarı ilə o, 5 nəfərlik ailə üzvləri ilə həmin evə pasport qeydiyyatına alınmışlar. Bunun təsdiq olaraq evin sənədi kimi 1961-ci il tarixli Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin X2 Bürosu tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport’da həmin dövrdə olan qaydalara uyğun olaraq hüquq sahibi yerində düzəliş edilərək (erməninin adı və soyadının üzərindən xətt çəkilmiş) onun adı qeyd olunmuş və həmin texniki pasport ona verilmişdir. Elə həmin vaxtdan indiyədək ailə üzvləri ilə bu evdə faktiki olaraq yaşayır. Həmçinin, evə və yerləşdiyi həyətyanı torpaq sahəsinə dair bələdiyyəyə ödənilən vergi və digər ödənişlər də, onun tərəfindən həyata keçirilir. Bu qədər müddət yaşamasına baxmayaraq evin və torpağın reyestrdən çıxarışı yoxdur. 1989- 1990-cı illərdə baş verən məlum hadisələr səbəbindən X11 xəbərsiz şəkildə ölkəni tərk edərək, Ermənistana köçmüşdür və bu səbəbdən də, sözügedən yaşayış evinin adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyata alınması yarımçıq qalmışdır. 1989-cu ildən indiyədək sözügedən ev faktiki olaraq onların sahiblik, istifadə və sərəncamındadır, evdə tərəfindən təmir işləri aparılaraq yararlı vəziyyətə salınmış, həmçinin həmin evin bütün kommunal ödənişləri və həyətyanı torpaq sahəsinin vergilərini həmin dövrdən indiyədək vaxtlı-vaxtında tərəfindən tam şəkildə ödənilir və evin qaz, işıq, su sayğacları onun adınadır. Sözügedən ev onun və ailə üzvlərinin yeganə yaşayış yeridir və başqa yaşayış yerləri yoxdur. Lakin, müvafiq torpaq və onun üzərindəki evin daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmaması onun müvafiq fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarını hüquqi baxımdan həyata keçirməsinə imkan vermir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən müvafiq evin məhkəmədən kənar qaydada sənədləşdirilməsinin real həlli mümkün deyil. Belə ki, bunun üçün X8 Azərbaycana gəlməsi və evin onun adıma rəsmiləşdirilməsi tələb olunur. Lakin, mövcud vəziyyyətlə əlaqədar onun nə indi, nə də gələcəkdə Azərbaycana gəlməsi mümkün deyildir. Bu səbəbdən də, sözügedən daşınmaz əmlakın adına qeydiyyatdan keçməsi mümkün olmamışdır. Hazırkı qanunvericiliyin tələblərinə əsasən 1961-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport müvafiq ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi 288,0 kv.m torpaq sahəsi onun mülkiyyətində olmasının hüquqi əsasıdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. ünvan 1 ünvanında 288,0 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavabdeh tərəfindən **********83 saylı məktub ilə imtina verilmişdir, bununla da, onun mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ali Sovetinin 06 noyabr 1991-ci il tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların(qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən, Ermənistanda qoyub gəldikləri, evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notarius qaydasında təstiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi, Respublikadan köçmüş ailələrin dəyişməmiş və ya satılmamış, boşalmış xüsusi mənzillərinin Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilməsi Bakı şəhər X14 tapşırılmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərində Azərbaycan Nazirlər Kabinetinə yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmib edilməsi, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsinin iki ay müddətində təmin edilməsi tapşırılmışdır. Göstərilən Fərmanın qeyd edilən bəndləri xx.xx.2006-cı il tarixli, 412 nömrəli Fərman əsasında qüvvədən düşmüşdür. Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin,yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Belə ki, şərh olunduğu kimi “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərində Azərbaycan Nazirlər Kabinetinə yerli icra hakimiyyəti orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır. Göründüyü kimi, torpaq sahəsinin əvvəllər kimə ayrılması şərtləndirilməmiş, əksinə Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi tapşırılmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxiv əsaslarında saxlanılan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1961-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” da mülkiyyətçi kimi digər fiziki şəxsin adı qeyd olunmuş və iddiaı ilə əlaqəsini təsdiq edən (əlaqəli) sənəd təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli **********83 saylı məktub ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsində perimetrik ölçü fərqləri mövcuddur. Fərdi yaşayış evində rekonstruksiya işləri aparılmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 3/92 nömrəli, xx.xx.1989cu il tarixli qərarının icrası ilə əlaqədar öz evlərini Bakıdakı özbaşına tikililərlə dəyişmiş Ermənistan SSR-dən gələn vətəndaşların qeydiyyatı ilə bağlı” Xalq Deputatları Rayon Sovetinin 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22/2204 nömrəli qərarından görünür ki, İddiaçı 5 nəfər ailə üzvü (özü, arvadı – X18, oğlu – X5, qızı – X4, oğlu – X6, bacısı – X17) ilə birlikdə Buxta küçəsi, ev 69 ünvanında qeydiyyat alınmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********83 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, təqdim edilən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin xx.xx.1961-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da mülkiyyətçi kimi digər fiziki şəxsin adı qeyd olunmuş və ərizəçi ilə əlaqəsini təsdiq edən (əlaqli) sənəd təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən arxiv texniki pasportun baş planı ilə faktiki göstərilən torpaq sahəsi arasında perimetrik ölçülərdə fərq mövcuddur. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli, BA-06760-2022 nömrəli cavab məktubundan görünür ki, İddiaçı barədə keçmiş 26 Bakı Komissarı XDS İKnin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 22/2204 saylı qərarının təsdiq edilmiş kserosurəti məhkəməyə təqdim edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********38 nömrəli məktubla təqdim edilmiş ünvana dair sənədlərin surətlərindən görünür ki, ünvan 3aylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmin evə dair iki texniki pasportun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş texniki pasportlar X9 adına tərtib edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 04 mart 2022-ci il tarixli, **********83 nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X10 məxsus olmuşdur. “Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 3/92 nömrəli, xx.xx.1989cu il tarixli qərarının icrası ilə əlaqədar öz evlərini Bakıdakı özbaşına tikililərlə dəyişmiş Ermənistan SSR-dən gələn vətəndaşların qeydiyyatı ilə bağlı” Xalq Deputatları Rayon Sovetinin 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22/2204 nömrəli qərarına əsasən İddiaçı 5 nəfər ailə üzvü (özü, arvadı – X18, oğlu – X5, qızı – X4, oğlu – X6, bacısı – X17) ilə birlikdə Buxta küçəsi, ev 69 ünvanına qeydiyyat alınmışdır. İddiaçı əldə etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar hesab olunur: (...) 8.0.8. bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka dair S.S.Ayrapetovun adına Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventar Bürosu tərəfindən həmin daşınmaz əmlaka dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Həmin pasportda mülkün S.S.Ayrapetova məxsus olduğu qeyd edilmişdir. Texniki pasportda, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 131.8 kv.m, cəmi meydançanın sahəsi 288 kv.m göstərilmişdir. İddiaçı öz ailə üzvləri ilə Bakı şəhərinə köçmüş, Xalq Deputatları Rayon Sovetinin 26 Bakı Komissarı adına İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 22/2204 nömrəli qərarına əsasən, ünvan 1 ünvanına daimi qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının həmin daşınmaz əmlaka dair əvvəlki sahibinin adına verilmiş sənədlərdən irəli gələn əldə etmə və tələbetmə hüquqlarının hüquq varisliyi (razılaşma) yolu ilə əldə etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Sovetinin hazırda qüvvədə olan 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən, Ermənistanda qoyub gəldikləri evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notariat qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evlərdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi, Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzillərinin Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilməsi Bakı şəhər X14 tapşırılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli Fərmanı qəbul edilənədək, ünvan 1 ünvanında məskunlaşmış və 1989-cu ildən qanuni əsasla həmin ünvana qeydiyyata düşmüşdür. Həmin fərdi yaşayış evi iddiaçının hesab edildiyindən, qanuni əsaslar olmadan dövlət tərəfindən alına və başqa şəxsə verilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən dövlət tərəfindən iddiaçıya Respublikanı tərk etmiş milliyyətcə erməni olan şəxsin boşalmış evi üzərində mülkiyyət hüququ verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış evinə mülkiyyət hüququnun verilməsi evin yerləşdiyi və həmin evə xidmət edən torpaq sahəsi üzərində evin mülkiyyətçisinin ən azından istifadə hüququ, buradan, evin mülkiyyətçisinə münasibətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tətbiqi üçün əsas yaranmış olur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 288.0 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2095/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2095/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver