Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2096/2021 21.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilmə tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 14 oktyabr 1980-ci ildən Ordu sıralarında, 8 may N2-ci il tarixdən isə Azərbaycan Respublikası Silahlı Qüvvələrində fasiləsiz olaraq xidmət keçmişdir. 2 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 oktyabr 2015-ci il tarixli, 0678 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Silah və Atış kafedrasının müəllimi vəzifəsindən ehtiyata buraxılmışdır. Ordu sıralarında ümumi xidmət müddəti (təqvim ili olaraq) 35 il 2 ay, Azərbaycan Ordusu sıralarında isə 23 il 7 ay təşkil etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında yaxından iştirak etmişdir. Döyüşən hərbi hissələrdə atıcı, taqım, bölük, tabor komandiri və briqada komandirinin müavini vəzifələrində xidmət etmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. Döyüşlər zamanı ağır xəsarət almışdır. Hərbi xidmət dövründə aldığı xəsarət və xəstəliklərin nəticəsi olaraq 2-ci dərəcəli əlildir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 562 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması məqsədi ilə siyahılar tərtib olunmuş və həmin siyahılar əsasında hərbi qulluqçular mənzillə təmin olunur. Tərəfindən Müdafiə Nazirliyinin müvafiq qurumlarına dəfələrlə müraciət etməyinə baxmayaraq onun 18 sentyabr 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini əsas gətirərək, adının həmin siyahıya daxil edilməsindən imtina edilmişdir. Onun adının həmin siyahıya daxil edilməsi xahişi ilə 02 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə rəsmi müraciət etmişdir. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Həqiqətən də 18 sentyabr 2001-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3 maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir və həmin məhkəmədə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə və həmin aministiya qərarının ikinci fəslinin 9.6-cı bəndinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 562 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən edilmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrində 23 ildən artıq xidmət etdiyini sübut edir. Hərbi xidmətinin qüsurlu olması ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən - az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışa əsasən onun məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə qərarından sonrakı xidmət dövründə - 30.06.2003-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 085 nömrəli əmri ilə ona növbəti mayor hərbi rütbəsi verilmiş, 25 iyun 2004-cü il tarixli, 069 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi” Yubiley Medalı ilə, 25 iyun 2007-ci il tarixli, 039 nömrəli əmri ilə Qüsursuz Xidmətə Görə 3-cü Dərəcəli Medalla, 19 iyul 2008-ci il tarixli, 0138 nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" Yubiley Medalı ilə, 24 iyun 2013-cü il tarixli, 0103t nömrəli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley medalı ilə təltif edilmişdir. 25.05.2011-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Silahlı Qüvvələr veteranı statusu verilmişdir. 19 mart 2014-cü il tarixli, 0256 nömrəli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrini Silah və Atış kafedrasının müəllimi vəzifəsinə təyin olunmuşdur. Eləcə də qulluq etdiyi hər xidmət ilinin yekununda nümunəvi xidmətə görə Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli, 220 saylı əmrinin tələblərinə müvafiq olaraq “Birdəfəlik pul mükafatı” ilə mükafatlandırılmağı və hərbi hissələrin rəhbərliyi tərəfindən təltif edildiyi Fəxri Fərmanlar onun qüsursuz xidmət etdiyini göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq tələbləri və təqdim etdiyi faktlar onun Azərbaycan ordusunda 23 il 7 ay xidmət dövrünün qüsursuz sayılması üçün əsas götürülməlidir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, 08.05.N2-ci il tarixdən 02.12.2015-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir və həmin tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alaraq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanına uyğun deyildir. İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1 və 179.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Amnistiya aktı tətbiq edilmişdir. İddiaçının məhkum olunması və barəsində amnistiya aktına əsasən təyin olunmuş cəzadan azad olunması onun hərbi xidmət dövrünü qüsursuz etmir. Qeyd edilənlər “İddiaçı xidmət dövründə cinayət törətməsi və həmin cinayətə görə məhkum olunması” buna dəlalət edir ki, iddiaçının 20 il ərzində xidməti qüsursuz olmayıb. Qeyd olunanlar isə bir daha iddia tələbinin əsassız olmasını sübut edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçıya məxsus EZ ******* №-li hərbi biletin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, İddiaçı 22.07.1989-cu ildən hərbi xidmətə başlamış, 21.10.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə 15.02.2018ci il tarixli çıxarışdan görünür ki, İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 11/05- 169-4747 №-li, 29.09.2020-ci il tarixli mənzil verilməsi barədə məktubdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyində mənzillə təmin olunmağına köməklik göstərilməsi barədə 2020-ci il 08 sentyabr tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 2019-cu il 19 iyul tarixli, 498 nömrəli məktubla onun hərbi xidmət dövründə Bakı Hərbi Məhkəməsinin 2001-ci il 11 noyabr tarixli Qətnaməsi ilə Cinayət Məcəlləsinin 179.2.1-ci və 179.2.3-cü maddələrinə əsasən məhkum olunduğu barədə məlumat sözügedən Fərmanla yaradılmış Komissiyaya təqdim edilmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin ***- **** №-li, 22.09.2020-ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N iyun N5-cı il tarixli, 167 №-li əmrilə (əsas §-6, əmrdə atasının adı Firuddın yazılmışdır) kapitan İddiaçı Firuddın oğlu şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək hərbi hissənin komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin N may N6-cı il tarixli, 139 №-li əmrilə (əsas: §-2, əmrdə atasının adı Firuddin yazılmışdır) kapitan İddiaçı Firuddin oğlu hərbi hissənin siyahısıdan və bütün növ təminatlardan azad edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən ezamiyyətə göndərilmiş kapitan İddiaçı Firuddin oğlu N №-li hərbi hissə komandirinin N may N6-cı il tarixli, 138 №li əmrilə (əsas: səh-216, §-3, əmrdə atasının adı Firuddin yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək zirehli texnika xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 07.05.N7-ci il tarixli müvafiq əmrinə əsasən zirehli tank xidməti rəisi kapitan İddiaçı Firuddın oğlu N №-li hərbi hissə komandirinin N iyun N7-ci il tarixli, 143 №-li əmrilə (əsas səh-205. §-9, əmrdə atasının adı Firuddın yazılmış, 01.01.97-ci il tarixdən 04.06.97-ci il tarixə kimi birdəfəlik pul mükafatı 100 % verilməsinə layiqdir” qeyd olunmuşdur) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hissəyə göndərilərək hərbi hissənin silahlandırma üzrə müavini-texniki hissə rəisi vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən gəlmiş kapitan İddiaçı Firuddin oğlu N №-li hərbi hissə komandirinin N iyun N7-ci il tarixli, 168 №-li əmrilə (əsas: səh-153, §-1, əmrdə atasının adı Firuddin yazılmışdır) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək hərbi hissənin silahlandırma üzrə müavini-texniki hissə rəisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 23.08.N8-ci il tarixli əmrinə müvafiq olaraq silahlandırma üzrə müavini-texniki hissə rəisi kapitan İddiaçı N №-li hərbi hissə komandirinin N sentyabr N8-ci il tarixli, 263 №-li əmrilə (əsas: §-1, əmrdə “01.01.98-13.09.98-ci il tarixədək birdəfəlik pul mükafatı almağa layiqdir” qeyd edilmişdir) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hissəyə göndərilərək hərbi hissənin tank təmiri zavodunun baş mexaniki vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissədən göndərilmiş kapitan İddiaçı N №-li hərbı hissə komandirinin 17 sentyabr N8-ci il tarixli, 260 №-li əmrilə (əsas: səh-36. §-2) şəxsı heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək X2 təmir zavodunun baş mexaniki vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 13.04.N-ci il tarixli əmrinə müvafiq olaraq kapitan İddiaçı Firuddin oğlu N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, 137 №-li əmrilə (əsas: səh-14, §-6, əmrdə adı Firuddin yazılmış və "Nci il hesabına maddi yardım almamışdır” qeyd olunmuşdur) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad edilərək xidmətini davam etdirmək üçün N №-li hissəyə göndərilərək hərbi hissənin Zirehli Tank Xidməti rəisi vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin 13.04.N-ci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədən gəlmiş kapitan İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, 144 №-li əmrilə (əsas: səh-27. §-1) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxıl edilərək xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin 2002-ci il tarixdən sonrakı nizamı hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxıl olmamışdır. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 912- 8/10 №-li, 05.08.2020-ci il tarixli arxiv arayışından görünür ki, İsayev X1 Nazirinin 13.04.Nci il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin zirehli tank xidməti rəisi vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədən gəlmiş kapitan İddiaçı N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli, 144 №-li əmrilə (əsas: səh-27, §-1) şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək xidməti vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin 2006-cı il tarixli nizami hissə üzrə əmrləri və N №-li hərbi hissə komandirinin 2006-2014-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi rəisinin 337 №-li, 02.12.2015-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, mayor İddiaçı Firuddin oğlu, silah və atış kafedrasının zirehli texnika silahları silsiləsinin müəllimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 oktyabr 2015-ci il tarixli, 0678 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) ehtiyata buraxıldığına görə, 2 dekabr 2015-ci il tarixdən Mərkəzin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Şirvan şəhər İdarəsinə göndərilmişdir. Mayor İddiaçı 2015-cı il yanvar-noyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun 2002-ci il tarixli, 220 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beş aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilməlidir, 2015-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyətə görə 1 (bir) aylıq vəzifə məvacibi məbləğində pul müavinəti ödənilmişdir. - İş materiallarına əlavə edilmiş fəxri fərmanların surətlərindən görünür ki, İddiaçı Firuddin oğlu N saylı hərbi hissə komandiri tərəfindən müxtəlif tarixlərdə, müxtəlif fəxri fərmanlarla təltif olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İ-10826 №-li, 25.08.2015-ci il tarixli və İ-692 №-li, 14.01.2017-ci il tarixli arayışlardan görünür ki, DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində xx.xx.1962-ci ildə Azərbaycan Respublikası, Şirvan şəhərində anadan olmuş İddiaçı məhkuluğu barədə məlumat yoxdur. - N saylı hərbi hissə tərəfindən verilmiş 25.05.2011-ci il tarixli, S/V № 001766 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Firuddin oğlu müharibə veteranıdır. - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (N1-2001)” Yubiley Medalı” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firuddin oğlu Azərbaycan Respublikası Prezidentin adından Müdafiə nazirinin 069t №-li, 25.06.2004-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (N1-2001)” yubiley medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” Yubiley Medalı” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firuddin oğlu Azərbaycan Respublikası Prezidentin adından Müdafiə nazirinin 0138t №-li, 19.07.2008-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” Yubiley Medalı” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firuddin oğlu Azərbaycan Respublikası Prezidentin adından Müdafiə nazirinin 0103t №-li, 24.06.2013-cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. - Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli Medal” vəsiqəsinin surətindən görünür ki, İddiaçı Firuddin oğlu Azərbaycan Respublikası Prezidentin adından Müdafiə nazirinin 039t №-li, 25.06.2007-ci il tarixli əmri ilə Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11/1469 №-li, 07.04.2021-ci il tarixli məktubdan görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı “Qüsurzu xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunması barədə əmrin verilməsinə əsas olmuş sənədlər Müdafiə nazirinin müvafiq əmrinə əsasən saxlama müddəti bitdiyinə görə məhv edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən məhkəməyə ünvanlanmış 2337/d №-li, 07.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Firudun oğlu mənzillə təmin olunmasına dair ehtiyatda olan zabitlərin güzəştli mənzil uçot siyahısına daxil edilməsi barədə rayon İcra Hakimiyyətinə müraciət etməmiş və İddiaçı ehtiyatda olan zabitlərin güzəştli mənzil uçot siyahısına daxil edilməmişdir. - Bakı Hərbi Məhkəməsinin 121/2001 №-li, 18.09.2001-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmə əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq komandiri (hal-hazırda MN-nin N saylı hərbi hissəsinin qulluqçusu) İddiaçı Azərbaycan Respublikası CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə təqdirli bilinərək üç il müddətnə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Avropa Şurası üzvlüyünə qəbul edilməsi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə əsasən o ona təyin olunmuş cəzadan azad edilməsi, barəsində seçilmiş həbs qətimakn tədbiri ləğv edilmiş və o məhkəm zalında dərhal həbsdən azad edilmişdir. - İddiaçı tərəfindən 02.09.2020-ci il tarxdə cavabdeh Azərbaycan Respblikası Müdafiə Nazirliyinə ünvanlanmış müraciətdən görünür ki, Azərbaycan ordusunda 23 il 7 ay xidmət dövrünün qüsursuz sayılmasını əsas götürərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li, 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 3997 №-li, 01.10.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinə dövlət vəsaiti hesabına mənzil təmiatı ilə bağlı ünvanlandığı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə baxılır. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2018-ci il tarixli, 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə ona əlavə məlumat veriləcəkdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilillər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı N2-ci ildən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, hərbi xidmət dövründə cinayət törətdiyinə görə Bakı Hərbi Məhkəməsinin 121/2001 №-li, 18.09.2001-ci il tarixli hökmü ilə məhkum edilmiş, Azərbaycan Respublikasının Avropa Şurası üzvlüyünə qəbul edilməsi münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin 01 fevral 2001-ci il tarixli qərarının amnistiya tətbiq edilən şəxslərin dairəsi adlanan birinci hissəsinin 1.1 və 1.13-cü bəndlərinə əsasən təyin olunmuş cəzadan azad edilmişdir. İddiaçı 21.10.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “b” bəndinə (yaşa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 569 №-li 28.12.2011-ci il tarixli Fərmanına uyğun olaraq onun adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi barədə qərar qəbul edilməsinə dair müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin edilməmişdir. Cavabdeh inzibati orqan imtinasını Azərbaycan Respublikası Müdafiə nazirinin 21 fevral 2018-ci il tarixli, 63 nömrəli əmrilə yaradılmış komissiya tərəfindən Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinməsi ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, İddiaçı N2-ci ildən 21.10.2015-ci tarixədək Azərbaycan Silahlı Qüvvələrində xidmət etsə də, yəni 20 ildən artıq hərbi xidmət keçmiş şəxs statusuna malik olsa da hərbi xidmət dövründə az ağır cinayət törətməsi (sonradan Amnistiya aktına əsasən cəzadan azad olunsa da) onun Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 №-li Fərmanında nəzərdə tutulmuş şəxslərin dairəsinə aid edilməsini istisna edir. Çünki o, 20 ildən artıq qüsursuz xidmət etmiş şəxs hesab edilə bilməz. Belə olan halda onun adının Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun olaraq dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməsindən cavabdeh inzibati orqanın imtinası qanunazidd hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2096/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2096/2021
21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver