Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2097/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “1996-1998-ci illərdə vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi, həmin vəzifə maaşından pensiyanın yenidən hesablanması və ödənilməsi barədə” iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “1996-1998-ci illərdə vəzifə maaşının düzgün hesablanaraq ödənilməməsini əsas tutaraq, polkovnik –leytinanat vəzifə maaşının təyin olunduğu vəzifəyə uyğun ödənilməsi, həmin vəzifə maaşından da 29 avqust 1998-ci ildən bu yana pensiyanın da həmin təyin olunduğu sonuncu vəzifəyə uyğun, hərbçi müəllim vəzifə maaşının yenidən hesablanaraq ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı Bakı Ali Hərbi Dənizçilik Məktəbində kadr çatışmazlığını aradan qaldırılması üçün məktəb rəisinin 24.02.1996-cı il tarixli 344 nömrəli və 15.04.1996-cı il tarixli 596 DV saylı əmirləri ilə vakant vəzifələrdən birinə “Avtomobil hazırlığı fənni üzrə” hərbiçi müəllim vəzifəsinə təyin edilmişdir. 344 saylı əmr şəxsən iddiaçıya təqdim edilmiş və iddiaçı imzası ilə arxasında tanış olmağı barədə qeyd etməklə təsdiq etmişdir. Lakin 596 DV saylı əmr mailiyyə şöbəsi rəisi üçün verilmiş, iddiaçıdan gizlədilmiş, şəxsən iddiaçıya təqdim edilməmiş bununla da polkovnik-leytenant vəzifə maaşı ödənilməmiş (mənimsənilmiş), ondan əvvəl ki, icra etdiyi aşağı vəzifə maaşı iddiaçıya ödənilərək təqaüdə göndərilmişdir. 09.06.2017-ci ildə ödənilmiş aşağı vəzifə maaşının fərqinin (30 manat) pensiyanın vəzifə maaşına 29.08.1998-ci ildən bu yana ödənilməsi tələbi ilə 2- ci dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən cavabdehlər BAHDM-nin rəisinin adından 02.08.1996-cı il tarixli, 1236 DV saylı əmrinin həqiqiliyi müəyyənləşdirilməyən, maliyyə kartında qeydiyyatdan keçməyən, xidməti dövründə şəxsən iddiaçıya təqdim edilməyən, çıxarışı təqdim etmiş, məhkəməyə təsir vasitələrindən istifadə etmiş, ödənilmiş aşağı vəzifə maaşının fərqinin pensiyanın vəzifə maaşına ödənilməsinin qarşısını almışlar. Bakı Ali Hərbi Dənizçilik Məktəbinin rəisinin əmrindən çıxarış, əmrin əslini tələb etsə də, vəsatət versə də, 2 dəfə məhkəmə protokoluna salınsa da, təmin edilməmiş, iddiaçını polkovnik-leytenant, hərbiçimüəllim vəzifəsindən 6 aydan sonra hansı əsaslarla çıxarılması barədə ətraflı məlumat verə bilməmişlər. Əsaslı sualların cavablandırılmasından yayınmış, məhkəməyə yazılı və şifahi formada yalan məlumatlar vermişlər. Müdafiə Naziri general-polkovnik Zakir Həsənov cənablarının yanvar 2014-cü ildə imzaladığı müvafiq əmrinə əsasən “mülki və hərbiçi müəllimlərin vəzifə maaşlarına əlavələr edilməsi barədə” müstəqil araşdırmalar apararaq onda iddiaçıya məlum oldu ki, hərbiçi müəllim vəzifəsinə təyin olunmağı barədə əmrlər şəxsi işinə tikilməmiş, şəxsi işində bu barədə heç bir qeydlər edilməmiş, şəxsi vəsiqədə qeyd edilməmiş, bununlada ciddi qanun pozuntularına yol verərək konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. 2014-2016-cı illərə kimi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə, Hüquq İdarəsinə, İşlər İdarəsinə (ödənilməmiş məzuniyyət günlərinə görə, hansı səbəblərdən ən aşağı vəzifə maaşı ilə hesablamalar aparılmasına görə) müxtəlif instansiyalarına ərizələrlə müraciət edərək konstitusion hüquqlarının bərpa edilməsini tələb etsə də, ərizələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə göndərilərək araşdırmaların aparılması tələb edilsə də, heç bir araşdırmalar aparılmamış, süründürməçiliyə yol verilərək heç bir qanuni tədbirlər görülməmişdir. Bununla əlaqədar 09.03.2016-cı ildə, ilk dəfə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdi və həmin məhkəmənin 24.10.2016-cı il tarixli qərarı ilə pozulmuş hüquqlarının bir hissəsi qismən təmin edilsə də, birinci instansiya məhkəməsinin ilk qərarı qəbul edilsə də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi icra etmək istəməmişdir. Bu barədə məhkəməyə hakim Xaliq İmanova şifahi məruzə etdikdən sonra iddiaçıya bildirildi ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə xəbərnamə göndəriləcək və qərarın icra edilməsi tələbi qoyulacaqdır. Cavabdeh H.Əliyev adına AAHM-nin Mailiyə Şöbəsinin rəisi polkovnik- leytenant Cəlal Kazımov təyin olunduğu polkovnik-leytenant vəzifə maaşının ödənilməsini iddiaçıdan gizlədərək, məhkəmənin qərarına uyğun 6-cı dərəcə ilə 9-cu dərəcə arasında olan 30 manat fərqi ona ödənilməsini bildirmişdir. Ödənişi 02.05.2017-ci ildə həyata keçirərkən maliyyə pozuntusuna yol vermişdir. Lakin ödənişin həyata keçirməsi barədə, ödəniş cədvəlini, məktəb rəisinin ödənişi barədə imzaladığı əmri, maliyyə kartının əslini, məhkəmənin 24.10.2016-cı il tarixli qərarını MN-nin Maliyyə və Büdcə İdarəsinin nəzdində olan Pensiya təminatı şöbəsinə təqdim etməmiş və yayınmışdır. Ciddi qanun pozuntularına yol verərək iddiaçıya aid olan bütün sənədləri tabe olduğu Maliyyə və Büdcə İdarəsinə təqdim etməkdən yayınmışdır. Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq hərbi qulluqçuya son yüksək vəzifə maaşından pensiya hesablanmalıdır. Ödənilməmiş və düzgün hesablanmamış vəzifə maaşı avqust 1998-ci ilə kimi, məhkəmənin 24.10.2016- cı il tarixli qərarına əsasən 02.05.2017-ci ildə, (9-cu dərəcə üzrə vəzifə maaşı hesablanılır və 30 manat fərq ödənilir) 19 ildən sonra iddiaçının hüquqlarının bir qismi məhkəmənin qərarı ilə öz həllini tapmış oldu. 29.08.1998-ci ildən buyana ödənilmiş 30 manat vəzifə maaşının fərqinin, pensiyanın vəzifə maaşına ödənilməsinin qarşısını 02.08.1996-ci il tarixli 236 DV saylı əmrdən çıxarış təqdim edərək, (təqdim edilmiş əmrin əslini və onun qeydiyyat kitabını məhkəməyə gətirilməsini tələb etsə də təmin edilməmişdir) bununla da ödənilmiş aşağı vəzifə maaşının fərqinin, pensiyanın vəzifə maaşına əlavə edilib ödənilməsinin qarşısını məharətlə ala bilmişlər. Təyin olunduğu hərbiçi müəllim, polkovnik-leytenant vəzifə maaşı gizlədirilərək, 24.02.1996-cı il tarixli 344 saylı və 15.04.1996-cı il tarixli 2596 DV saylı Məktəb rəisinin imzaladığı əmrlər xidmət etdiyi dövrdə öz qanuni həllini tapmadığına görə, bu məsələni məhkəmə müstəvisinə gətirib çıxarmalı oldu. 1996-cı ildən buyana ödənilməli olan vəzifə maaşı gizlədilmiş, aşağı vəzifə maaşı (əvvəl ki vəzifə maaşı) ödənilərək həmin vəzifə maaşı ilə də pensiya 29.09.1998-ci ildən buyana hesablanılmışdır. 1996-cı ildən buyana külli miqdarda maddi ziyan vurulmuşdur. Cavabdehin nümayəndəsi polkovnikleytenant Vüqar Səmədov sentyabr 2017-ci ildən buyana məhkəmə orqanlarına təsir vasitələrindən istifadə edərək, yalan danışaraq hakimin tələb etdiyi 02.08.1996-cı il tarixli 1236 DV saylı BAHDM-nin rəisinin əmrinin əslininin gətirilməsini tələb etsə də məhkəməyə təqdim edə bilməmişdir. Bütün məhkəmə iclaslarında mart 2016- cı ildən buyana iddiaçı ilə xidmət etmiş zabit-müəllim yoldaşlarının iştirak etməsinə və şahid ifadələrinin dinləninməsini tələb etsə də məhkəmə təmin etməmişdir. Bununla da qanunla qorunan hüquqları kobudcasına pozulmuşdur. Cavabdehin nümayəndəsi qeyd edilən, mübahisə predmeti olan (02.08.1996-cı il tarixli 2İ236 DV saylı) əmrin əslini və onun qeydiyyat kitabını məhkəməyə gətirilməsini, təqdim edilməsini söz versə də, iddiaçını və məhkəməni bu işlə əlaqədar düzgün araşdırmaların aparılmasından ötrü yalan vədlər verərək aldadmış və yayınmışdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, 2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sabiq hərbi qulluqçusu X3 ona verilməmiş təminatın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək onun vəzifə maaşının 1996- 1998-ci illər üçün və məharət dərəcəsinə görə vəzifə maaşının 25% dörd ay (may, iyun, iyul, avqust 1998-ci il) ödənilmədiyini nəzərə alaraq (bu günkü günlə məharət dərəcəsinə görə 81,25 manat) hər ayına görə on mislində hesablanmaqla Müdafiə Nazirliyinə cərimə sanksiyası tətbiq edilməsi, ona vurulmuş maddi və mənəvi ziyana, süründürməçiliyə yol verildiyinə görə 20000 (iyirmi min) manat məbləğində təminatın ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Qeyd olunan işə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin keçmiş nümayəndəsi səthi yanaşdığından və lazımi sübutlar aşkar edilərək təqdim etmədiyindən 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi 24.10.2016-cı il tarixli 2-1(82)-1460 nəmrəli iş üzrə iddiaçı A. Xasıyevə 24 fevral 1996-cı ildən 1998-ci ilin avqust ayı daxil olmaqla verilmiş vəzifə maaşının 9-cu dərəcə ilə hesablanması və 6-cı dərəcə arasında olan maaş fərqinin, həmçinin 1998-ci ilin may, iyun, iyul, avqust aylarında “usta” məharət dərəcəsinə görə ödənilməmiş vəzifə maaşının 25%-i məbləği hazırki vaxtda eyni vəzifə üzrə işləyən şəxsin vəzifə maaşının 25% məbləği nəzərə alınıb hesablanma öhdəliyinin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üzərinə qoyulması barədə qərar çıxarmışdır. X4 adına Azərbaycan Ali Hərbi Məktəbinin Maliyyə xidməti tərəfindən vətəndaş A. Xasıyevə 1272,50 (min iki yüz yetmiş iki, əlli) manat məbləğində pul təminatı ödənilmişdir. 06.06.2017-ci il tarixdə vətəndaş A. Xasıyev təkrar 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək onun 1996-98-ci illər üzrə vəzifə maaşının bərpa olunması ilə əlaqədar təqaüdünün də 9-cu dərəcə ilə hesablanması və digər tələblərin yerinə yetirilməsini xahiş etmişdir. Lakin sənədli sübutların axtarışı və tədqiqi zamanı aşkar edilmişdir ki, vətəndaş A. Xasıyev Bakı Ali Hərbi Dənizçilik Məktəbi rəisinin 24.02.1996-cı il tarixli 344 nömrəli əmri ilə müəllim vəzifəsinə təyin edilsə də, 02.08.1996-cı il tarixli 1236 dv nəmrəli əmri ilə artıq həmin vəzifənin icrasından azad edilmişdir A. Xasıyev zabit vəzifəsinin (müəllim) icrasına müvəqqəti, öz əsas vəzifəsindən (texnik-təlimatçı) azad edilmədən buraxılmış, onun istifadəsinə xidməti zərurət aradan qaldırıldıqda isə, zabit vəzifəsinin müvəqqəti icrasından Məktəb rəisinin müvafiq əmri ilə azad edilmişdir. Nəticədə, 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin 2-1(82)-2979 nömrəli iş üzrə 28.09.2017-ci il tarixli qərarı ilə A. Xasıyevin iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, A. Xasıyev təxminən 5 (beş) ay ərzində müəllim vəzifəsini icra etmiş və həmin dövr üzrə yüksək tariflə maaşını tam şəkildə almışdır. Beləliklə, məlum olmuşdur ki, ona 922,50 (doqquz yüz iyirmi iki, əlli) manat məbləğində pul təminatı artıq ödənilmişdir. Qeyd olunan məsələyə A. Xasıyevin apellyasiya və kassasiya şikayətləri əsasında yuxarı məhkəmə instansiyalarında da baxılmış və nəticədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-122 nömrəli li iş üzrə 31.01.2018-ci il tarixli qərarı və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (102)-1338 nömrəli li iş üzrə 23.07.2018-ci il tarixli qərarı ilə təqaüdün yüksək dərəcə ilə hesablanması barədə A. Xasıyevin iddiası təmin edilməmişdir. 2018-ci ildə isə A. Xasıyev Bakı Ali Hərbi Dənizçilik Məktəbi rəisinin 1236 dv nömrəli 02.08.1996-cı il tarixli əmrinin ona aid olan hissəsinin etibarsız sayılaraq ləğv edilməsi və təqaüdünün yeni dərəcə ilə hesablanması barədə iddia ərizəsi yazmışdır. Həmin məsələyə məhkəmə orqanlarında baxılmış və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-526 nömrəli iş üzrə 19.06.2019-cu il tarixli qərardadı ilə onun iddiası təmin edilməmişdir. Qeyd olunan məsələyə də iddiaçı A. Xasıyevin apellyasiya və kassasiya şikayətləri əsasında yuxarı məhkəmə instansiyalarında baxılmış və nəticədə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-2220/2019 nömrəli iş üzrə 03.09.2019-cu il tarixli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 100/20 nömrəli iş üzrə 25.02.2020-ci il tarixli qərarı ilə onun iddiası təmin edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, A. Xasıyevin iddia tələbi qanuna müvafiq deyil və bu səbəbdən də rədd edilməlidir. Məhkəmə, iddiaçını və cavabdehin nümayəndəsini dinlədikdən, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.3.-ci bəndinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7.-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehdən 1996-ci- 1998-ci illərdə vəzifə maaşının düzgün hesablanaraq ödənilməsini və 29.08.1998-ci ildən bu günədək pensiyanın təyin olunduğu sonuncu vəzifəyə uyğun, hərbçi müəllim vəzifə maaşı nəzərə alınaraq yenidən hesablanmasını tələb edir. İddiaçının ərizəsindən, iddiaya dair cavabdehin etirazından məlum olur ki, İddiaçı cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “vəzifə maaşının düzgün hesablanaraq ödənilməsi və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1460/2016 nömrəli iş üzrə 24 oktyabr 2016-ci il tarixli qərarı ilə iddia qismən təmin edilməsi, 24 fevral 1996-ci ildən 1998-ci ilin avqust ayı daxil olmaqla İddiaçı verilmiş vəzifə maaşının 9-cu dərəcə ilə hesablanması və qeyd edilən dərəcələr əsasında olan maaş fərqinin, həmçinin 1998-ci ilin may, iyun, iyul, avqust aylarında “usta” məharət dərəcəsinə görə ödənilməmiş vəzifə maaşının 25% məbləği hazırkı vaxtda eyni vəzifə üzrə işləyən şəxsin vəzifə maaşının 25% nəzərə alınıb hesablanmaqla İddiaçı ödənilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla yenidən baxılması öhdəliyi cavabdeh Heydər Əliyev adına Azərbaycan ali Hərbi Məktəbinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar 27 fevral 2017-ci il tarixdə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçının iddia ərizəsində göstərilən digər, 29 avqust 1998-ci ildən bu yana pensiyanın yenidən hesablanması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, tələb iddiaya cavab verməli olmayan şəxsə qaldırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinın 1.1. –ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Göründüyü kimi, əhalinin əmək pensiyaları ilə təmin edilməsi səlahiyyəti cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə deyil, DSMF publik hüquqi şəxsə aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qarşı “1996-1998-ci illərdə vəzifə maaşının düzgün hesablanaraq ödənilməməsini əsas tutaraq, polkovnik –leytinanat vəzifə maaşın təyin olunduğu vəzifəyə uyğun ödənilməsi, həmin vəzifə maaşından da 29 avqust 1998-ci ildən bu yana pensiyanın da həmin təyin olunduğu sonuncu vəzifəyə uyğun, hərbçi müəllim vəzifə maaşının yenidən hesablanaraq ödənilməsi barədə” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-2097/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2097/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver