Məhkəmə qərarları › İş №2-1(112)-2098/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2098/2025

31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2098/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********466700 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № 2-1(112)-11944/2024). İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən qəbul edilmiş qərarın əsası olaraq, təqdim edilmiş EBDX seriyalı 201466 nömrəli, EBDR seriyalı 839605 nömrəli, EBDP seriyalı 226628 nömrəli, EBDV seriyalı 748231 nömrəli qaimələrin riskli vergi ödəyicilərindən alınması səbəb göstərilərək kənarlaşmanın yarandığı qeyd edilmişdir. Yuxarıda qeyd edilən qaimələrə əsasən birgə fəaliyyət göstərdikləri müəssisələr, fəaliyyət göstərdikləri müddət ərzində riskli vergi ödəyicisi olaraq qeydiyyatda olmamışdır. Sentyabr, noyabr, dekabr 2023 və yanvar 2024 ƏDV hesabat dövrlərində əvəzləşdirilmiş qeyd olunan elektron qaimə-fakturaların 04.2024 ƏDV bəyannaməsinə hər hansı bir aidiyyəti yoxdur. "xxxx" MMC vergi orqanının “Vergi ödəyicilərinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********383500 nömrəli Qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. "xxxx" MMC tərəfindən məktubda qeyd olunan elektron qaimə-fakturaları İddiaçı MMC-yə təqdim edildiyi hesabat dövrlərində (sentyabr, noyabr, dekabr 2023, yanvar 2024) "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməmişdir. xx.xx.2024 tarixli EBEB seriyalı 624460 nömrəli qaimə faktura (məbləğ 26664.47 manat) xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir. Qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır. Yalnızca Vergi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişiklikdən sonra alqısatqı zamanı mal-material alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir. Yəni əməliyyatlar aparılan zaman iddiaçının qarşı tərəfdən malların alış sənədləri barədə məlumat almaq öhdəliyi mövcud olmamışdır. Faktiki həmin qaimələr üzrə qeyd edilən mallar alınmış və bu barədə tərəflər arasında alqı-satqı müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “məişət metal-təsərrüfat təyinatlı əşyaların istehsalı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı vergi ödəyicisi İddiaçı MMC (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-ci ilin yanvar ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsində elektron uyğunsuzluq müəyyən olunmuşdur. Təqdim edilmiş bəyannamədə “vergi ödəyicisi tərəfindən 2023-cü ilin sentyabr (EBDP seriyalı 226628 nömrəli) və noyabr (EBDR seriyalı 839605 nömrəli) ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşmə üçün təqdim olunan elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunduğundan əvəzləşməyə əsas vermir” məzmunlu uygunsuzluqlar yaranmışdır. Kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə **********798800 nömrəli “********** Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmiş, təsdiq edici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilmədiyinidən kənarlaşmalar kameral vergi yoxlaması zamanı aradan qaldırılmış və vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********466700 nömrəli “********** ƏDV Yanvar 2024 Elektron kameral hesablama barədə Qərar” göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********666400 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İş № 2-1(112)- 9965/2024). İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 98040/2024 saylı və xx.xx.2024-cü il tarixli **********666400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması digər iddia tələbi ilə eynilik təşkil etmişdir. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində göstərilmiş 304722,37 manat xərc məbləğinin uçot-baza məlumatlarına əsasən (əldə edilmiş elektronqaimə fakturalar(114346,98 manat əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə fakturalar nəzərə alınmamaqla), yük-gömrük bəyannamələri, alış aktları) təsdiqini tapmadığı müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********970600 nömrəli, xx.xx.2024-cü il tarixli **********474700 nömrəli və xx.xx.2024-cü il tarixli, **********668000 nömrəli “2023-cü il mənfəət(gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin, kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il mənfəət vergisi bəyannaməsi üzrə 42803.23 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********666400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Digər tərəfdən, vergi ödəyicisinin 2023-cü il üzrə təqdim etdiyi bəyannamə üzrə elektron qaimə-faktura ilə müəyyən edilən xərclər 595211,16 manat göstərilsə də, rəsmi elektron qaimə-faktura üzrə xərclər 406417 manat olmuşdur. 114347 manat məbləğində elektron qaimə-fakturalar isə riskli hesab edildiyindən (elektron qaimə-fakturaları təqdim edən vergi ödəyiciləri üzrə riskli vergi ödəyiciləri hesab edilməsi barədə qərarlar mövcuddur) qeyd edilən məbləğ xərcə daxil edilməmişdir. Nəticədə 303141,16 manat məbləğində xərc müvafiq təsdiqedici sənədlər əsasında öz əksini tapmamışdır, digər tərəfdən fiziki şəxsə ödənilən 1581 manat icarə haqqı təkrar olaraq əldə edilən elektron qaimə-faktura üzrə ödənilən icarə haqqının tərkibində göstərildiyindən 1581 manat xərc məbləği xərclərdən çıxılmışdır. Yekun olaraq 595211,16 - (406417-114347-1581) =304722.16 manat xərc məbləği öz təsdiqini tapmamışdır. 90706, 24 manat zərər məbləği nəzərə alınmaqla 214015.95 manat öz təsdiqini tapmayan xərc müəyyən edilmiş və buna müvafiq olaraq 42803,23 manat mənfəət vergisi hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-9965/2024 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair 2-1(112)-9965/2024 iş məhkəmənin icraatında olan 2-1(112)- 11944/2024 saylı işlə birləşdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı mübahisəli qərarları qanunla nəzərdə tutulan müddətdə mübahisələndirilməklə, hazırkı iddianı qaldırmışdır (İPM, maddə 38.1). İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********466700 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2024-cü ilin yanvar ayı üzrə iddiaçıya əlavə 17.460,00 manat məbləğində əlavə ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ƏDV bəyannaməsində (11.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 839605 nömrəli elektron qaiməfaktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 3960.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3960.0 manat kənarlaşma yaranmışdır. ƏDV bəyannaməsində (09.2023) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 226628 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 13500.0 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13500.0 manat kənarlaşma yaranmışdır. Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli **********851100 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərardan görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********466700 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Qərar bununla əsaslandırılmışdır ki, “...uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən Cəmiyyət tərəfindən "xxxx" MMC-dən 97 000,0 manat (ƏDV-si 17460,0 manat) məbləğində malların (taxta materialı, soyutma yağı iso, kipləşdirici kəndir (yağlı) D- 20 mm, çınqıllı qum və.s)) əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDP seriyalı 226628 nömrəli və xx.xx.2023-cü il tarixli EBDR seriyalı 839605 nömrəli elektron qaimə-fakturaların əldə edildiyinin və "xxxx" MMC üzrə aparılan operativ vergi nəzarəti zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edilyinin müəyyən edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" MMC tərəfindən Cəmiyyətə təqdim edilən malların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edildiyini, "xxxx" MMC və "xxxx" MMC üzrə aparılan operativ vergi nəzarəti zamanı təqdim edilən malların əmtəəsiz əməliyyatlar çərçivəsində təqdim edilyinin müəyyən edildiyini, "xxxx" MMC və "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təqdim edilən malların "xxxx" MMC-dən və və "xxxx" MMC-dən əldə edildiyini, qeyd edilən malların "xxxx" MMC-nin və və "xxxx" MMC-nin alışında və idxalında müəyyən edilmədiyini, aparılan əməliyyatlar zamanı ticarət əlavəsinin tətbiq edilmədiyini, qeyd edilən əməliyyatların vergi üstünlüyü əldə etmək məqsədilə vergidən yayınma sxeminin tədbiq edilməsi riskinin yaratdığını, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" MMC üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu, vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********466700 nömrəli nömrəli Qərar dəyişdirilmədən saxlanılmalıdır.” -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********666400 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2023-cü vergi ili üzrə iddiaçıya 42.803,23 manat əlavə mənfəət vergisi hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi bəyannamənin "Xammal və materiallar", "Malın dəyəri", " Hüquqi şəxslər üzrə icarə", "Enerji xərcləri”, “Təmir xərcləri", "Qaz xərcləri", "Yanacaq xərcləri", "Su və kanalizasiya xərcləri", "Rabitə xərcləri", "Mühafizə xərcləri", "Reklam xərcləri”, “Biləvasitə nalların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər", "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlerinə çəkilən xərclər", " Nəqliyyat xərcləri" “Digər xərclər", " Royalti xərcləri" " Sığorta xərcləri" Bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə " Ehtiyatlar"in qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən "Hesabat dövrünün sonuna" ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 298066,56 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin Dövr ərzində daxil olmuşdur" sütunundakı göstəricilərin cəmi (777927.53 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar (riskli e-qaimə fakturalar üzrə alınmış mallar (107414.24 manat) istisna olmaqla) 1853 12.91 manat) və alış aktları (9.00 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (185312.91 manat) məbləğdən -592614.62 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 3-21- 2-3/2-98040/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2024-cü ilin iyun ayı üzrə iddiaçıya əlavə 27.934,31 manat ƏDV hesablanmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisinə göndərilmiş xx.xx.2024-cü il tarixli **********916100 nömrəli ********** – Əlavə dəyər vergisi – İyun 2024 Elektron kameral üçün uyğunsuzluq məktubuna əsasən. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görügöstərilmişdir ki, “Tərəfinizdən 18 iyul 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1.Tərəfinizdən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 928837 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 23910.66 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23910.66 manat kənarlaşma yaranmışdır. 2.Tərəfinizdən ƏDV bəyannaməsində ( 07.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 928837 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 23910.66 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23910.66 manat kənarlaşma yaranmışdır. 3.Tərəfinizdən ƏDV bəyannaməsində ( 10.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 928837 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 23910.66 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23910.66 manat kənarlaşma yaranmışdır. 4.Tərəfinizdən ƏDV bəyannaməsində ( 08.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDG seriyalı 928837 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 23910.66 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 23910.66 manat kənarlaşma yaranmışdır. 5.Tərəfinizdən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDM seriyalı 685895 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 4023.47 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 4023.47 manat kənarlaşma yaranmışdır. 6.Qarşılıqlı əlaqələrin təhlili nəticəsində xx.xx.2020 - dən cari hesabat ayınadək olan dövr ərzində ƏDV tutulan əməliyyatlar üzrə cəmi ƏDV məbləğinin 110974.26 manat olmasına baxmayaraq, qeyd olunan dövrlər üzrə təqdim etdiyiniz cəmi bəyannamələrin (301.1.1.3+301.1.1.4+301.1.1.6+301.1.1.7+301.1.1.8+301.1.1.9+301.1.2.1+301.1.2. 3+301.1.2.5+301.1.2.6+301.1.2.7 sətirlərinə əsasən ƏDV tutulan əməliyyatlar üzrə hesablanmış ümumi ƏDV məbləğinin 103560.06 manat olması təqdim etdiyiniz bəyannamələr üzrə ümumilikdə -7414.2 manat ƏDV-nin büdcəyə hesablanmadığı müəyyən edilmişdir. 7.Tərəfinizdən ƏDV bəyannaməsində ( 01.2024 ) əvəzləşmə üçün təqdim edilmiş EBDX seriyalı 201466 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 981.9 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 17460.0 manat olması nəticəsində -16478.1 manat kənarlaşma yaranmışdır. 8.Tərəfinizdən ƏDV bəyannaməsində ( 12.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDV seriyalı 748231 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1247.9 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1247.9 manat kənarlaşma yaranmışdır. 9.Tərəfinizdən ƏDV bəyannaməsində ( 09.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDP seriyalı 226628 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 13500.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 13500.0 manat kənarlaşma yaranmışdır. 10.Tərəfinizdən ƏDV bəyannaməsində ( 11.2023 ) əvəzləşmə üçün təqdim edilmiş EBDR seriyalı 839605 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 3960.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3960.0 manat kənarlaşma yaranmışdır.” İddiaçı hazırda bu qərarları mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsaslı hesab etmir. xx.xx.2024-cü il tarixli qərara münasibətdə Cavabdeh iddiaçıya əlavə vergi hesablayarkən onun "xxxx" MMC ilə apardığı xx.xx.2023-cü il tarixli EBDP seriyalı 226628 nömrəli və xx.xx.2023-cü il tarixli EBDR seriyalı 839605 nömrəli elektron qaimə-fakturalar üzrə əməliyyatların riskli olmasına istinad etmişdir. İşdə olan "xxxx" MMC-yə məxsus məlumatdan görünür ki, o xx.xx.2023-cü ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, fəaliyyət növü tikinti materiallarının pərakəndə satışı, geyimlərin pərakəndə satışı və malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, vergi ödəyiciləri- "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-nin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektləri üzrə müşahidə həyata keçirilmiş, müəyyən edilmişdir ki, vergi ödəyicilərinin vergi orqanının informasiya bazasında olan əlaqə nömrələri ilə əlaqə yaratmaq mümkün olmamış, icarədar X2 etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 təqdim etdiyi arayışa əsasən icarə obyekti daxilində vergi ödəyiciləri "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsərrüfat subyektləri 34 nömrəli anbar daxilində, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin təsərrüfat subyektləri isə 12 nömrəli anbar daxilində qeydiyyatdadırlar. Müşahidə vaxtı hər iki anbarın içərisi boş olmuşdur. Eyni hal xx.xx.2023-cü il tarixli arayışla təsdiq edilmişdir. Həmin arayışda da anbarda mal qalığının olmaması aşkar edilmişdir. İşdən “Liman Qrup 2023" MMC tərəfindən iddiaçıya təqdim edilən malların "xxxx" MMC və "xxxx" MMC-dən əldə edildiyi müəyyən edilir. İşdə olan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********383500 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" MMC tərəfindən təqdim olunmuş eqaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmiş, buna görə də o riskli vergi ödəyicisi hesab edilmişdir. Məhkəmə qeyd edir ki, doğrudur, iddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatın "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilənə qədər aparılması işin mübahisələndirməyən halıdır. Lakin işdən nə "xxxx" MMC-nin, nə də onun mal aldığı "xxxx" MMC-nin əməliyyat aparılan tarixdə hər hansı bir mala sahib olması müəyyən edilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlardır. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Məhkəmə qeyd edir ki, iddiaçının nəzərə alınmayan qaimələri riskli vergi ödəyicisi ilə əməliyyat aparmasına görə deyil, əmtəəsiz əməliyyat çərçivəsində əldə edilmiş qaimə olmasına görə xərc sənədinə aid edilməmişdir. xx.xx.2024-cü il tarixli qərara münasibətdə Cavabdeh iddiaçının "xxxx" MMC ilə apardığı əməliyyat üzrə 748231 nömrəli EQFnin, "xxxx" MMC ilə apardığı əməliyyat üzrə 201466 nömrəli EQF-nin, "xxxx" MMC ilə apardığı əməliyyat üzrə 461034 və 461378 nömrəli EQF-nin, "xxxx" MMC ilə apardığı əməliyyat üzrə MT2312 nömrəli EQF-nin, "xxxx" MMC ilə apardığı əməliyyat üzrə 928837 və 685895 nömrəli EQF-nin riskli qaimələr olması əsası ilə xərc sənədi kimi qəbul etməyərək əvəzləşdirməsini qəbul etməməmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixli **********404400 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-nin (VÖEN: **********) uçot baza məlumatına əsasən vergi orqanında qeydiyyatda olan aktiv təsərrüfat subyekti olmadığından vergi ödəyicisinə məxsus telefon nömrəsi ilə (Tel:***-***-**-**) əlaqə saxlanılmış, telefon danışığı zamanı cəmiyyətin təsərrüfat subyektinin və fəaliyyətinin olmadığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən hüquqi şəxs “İNTENTO AB" MMC (VÖEN: **********) məxsus (Anbar, **********-20001) təsərrüfat subyektinə (obyektinə) baxış keçirilmış, Baxış zamanı qeyd olunan ünvanda yerləşən anbarda satış məqsədi ilə malların saxlanılması, iş və xidmətlərin yerinə yetirilməsinə işçilərin cəlb edilməsi faktı aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli **********262200 nömrəli məktubun icrası ilə əlaqədar "xxxx" MMC-yə (VÖEN: **********) məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Tramvay küçəsi, ev 25 (obyekt kodu: **********-18001) ünvanında yerləşən obyektində müşahidə aparılmışdır. Vergi ödəyici ilə əlaqə saxlamaq mümkün olmadığından icarədar "xxxx" ASC-nin mühasibi ilə əlaqə saxlanılmış (TEL:********** ), danışıq zamanı şifahi olaraq həmin müəssisə ilə olan icarə müqaviləsinə xitam verildiyi bildirilmişdir. Müşahidə zamanı obyektin bağlı olduğu müəyyən olunmuşdur. İşdə olan Hüseyn Məmmədovun xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun iştirakı olmadan adına “Plazel”, Resalon'’, “Resalon on” adlı 3 şirkət açılmışdır. O, bu proseslərin heç birində iştirak etməmişdir. Etibarnamə ilə X5 vermişdir. Odur ki, həmin şirkətlərin onun adından çıxarılaraq həmin X4 adına keçirilməsinin təmin edilməsi xahiş olunmuşdur. Beləliklə, sadalananlardan məlum olur ki, iddiaçının əməliyyat apardığı hüquqi şəxslərinin hec birinin faktiki fəaliyyəti olmamış, yalnız kağız üzərində fəaliyyət göstərmişdir. Məhkəmə tərəfindən əmaliyyatların həqiqətən aparılmasının müəyyən edilməsi məqsədilə anbarlar arasında malların yerdəyişməsini təsdiq edən sənədlərin, yol vərəqələrinin təqdim edilməsi iddiaçıdan tələb edilsə də, iddiaçı həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. xx.xx.2024-cü il tarixli qərara münasibətdə İşdəm görünür ki, iddiaçı 2023-cü il üzrə cəmi xərclərin 595211,16 manat olmasını göstərsə də, rəsmi elektron qaimə-faktura üzrə xərclər 406417 manat olmuşdur. Yuxarıda qeyd edilənlərdən aydın oludğu kimi 114347 manat məbləğində elektron qaimə-faktura əmtəəsiz əməliyyat kimi müəyyən edildiyindən xərc sənədi kimi qəbul edilməmiş, nəticədə 303141,16 manat məbləğində xərc müvafiq təsdiqedici sənədlər əsasında öz əksini tapmadığından iddiaçıya əlavə vergi hesablanmışdır. İddiaçı bu halın əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən: 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı cavabdehin müvafiq qərarlarını mübahisələndirsə də, vergi orqanının hesablamalarının səhv olduğunu sübut edə bilməmiş, işdəki əks sübutlar təkzib olunmamışdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə mübahisəli qərarın qəbulu üçün əsas olmuş hallar təkzib edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin qərarları əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar