Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2099/2022 03.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, iddiaçı X2 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməklə yeni vəsiqənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsi üzərində məlumata düzəliş edilməklə, adının “Bacıxanım”dan “Bəyimxanım”a düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X4 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, 29.01.2022-ci il tarixdə “Asan 1” tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin ad hissəsində olan məlumata (Bacıxanım) düzəliş edilməsinin və adının Bəyimxanım kimi qeyd edilməklə, yeni şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, doğum haqqında təkrar şəhadətnamə almaq üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, oradan isə ona bildirmişlər ki, 16.06.1960-cı il tarixdə 88 saylı doğum haqqında akt qeydində (döğum haqqında şəhadətnamədə) onun adı Bəyimxanım kimi qeyd edilmişdir. Buna baxmayaraq Bakı şəhəri Binəqədi RPİ tərəfindən 04.06.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində onun adı səhv olaraq Bacıxanım kimi qeyd olunmuşdur. Eyni zamanda onun adı təhsil haqqında şəhadətnamədə başqa sənədlərdə də Bəyimxanım kimi qeyd edilmişdir. Bu səbəbdən də ona doğum haqqında şəhadətnamə təkrar verilmir. O, sonradan sağlamlığını itirmişdir və hərəkətsiz vəziyyətdə yataq xəstəsidir kənar şəxsin köməyinə daim ehtiyacı var. Hal-hazırda ona bacısı X6 baxır və eyni zamanda etibarnamə əsasında onun adından çıxış edir. O, Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişdir, orada anadan olduğu üçün. Lakin Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən onun müraciətinə imtina cavabı gəldi və bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət gördülər. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 27 avqust 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. 03.02.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Binəqədi RPİ tərəfindən 04.06.2009-cu il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 358533 №li 29.10.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyən olunur ki, X7 ilə İddiaçı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 1994-cü il tarixli qətnaməsi əsasında pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 1994-cü ilin noyabr ayının 16-cı günündə 304 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən X1 ünvanlanmış 29.10.2020-ci il tarxili 05/Q-2119/69 №li məktubda qeyd olunmuşdur ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 16.06.1960-cı il tarixli, 88 saylı doğum haqqında akt qeydində adı “Bəyimxanım” kimi qeyd edilmişdir. Buna baxmayaraq, Bakı-Binəqədi RPİ tərəfindən 04.06.2009-cu il tarixdə verilmiş AZE № 0******* şəxsiyyət vəsiqənizdə isə adı “Bacıxanım” kimi qeyd olunduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Onun onun doğum haqqında akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilər. Doğum haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra o müvafiq sənəd ilə təmin oluna bilər. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Binəqədi rayon polis idarəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli 059-27567M saylı cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən onun şəxsiyyət vəsiqəndə adının "Bacıxanım" dan "Bəyimxanım" a dəyişiklik edilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Bakı şəhər Binəqədi rayon Polis İdarəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 059-34505 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı 11.06.2009-cu il tarixdən Binəqədi rayonunda qeydiyyatdadır. Qeydiyyata alınması və AZE 0******* nömrəli şəəxiyyət vəsiqəsinin verilməsi barədə əsasverici sənədllərin saxlama müddəti bitdiyi üçün məhkəməyə təqdim olunması imkanları xaricindədir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeyddiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 22.11.2021-ci il tarixli 018-18564-1221 saylı məktubda qeyd olunmuşdur ki, vət. xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 04.06.2009-cu il tarixdə Binəqədi RPİ tərəfindən verilmiş AZE-0******* nömrəli şəxsiyyət vəsiqəsinin alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməy göndərmək mümkün olmamışdır. - Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16.11.2021-ci il tarixli 05/Q-4176/13 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş 16 iyun 1960-cı il tarixli 88 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, xx xxx 1960-cı ildə doğulmuş uşağın doğum akt qeydində uşağın soyadı Quliyeva, adı Bəyimxanım, ata adı Ələmdar kimi qeyd olunmuşdur.` AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsinin surətindən və “Elektron məhkəmə sistemindən çıxarılmış “Şəxsiyyət vəsiqəsi məlumatları”ndan müəyyən olunur ki, 29.01.2022-ci il tarixdə “Asan 1” tərəfindən xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuş X3 yeni şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Həmin Qanunun 3-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyriməhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2.2-ci bəndində əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı tələb olunur. Həmin Əsasnamənin 2.7-ci bəndinə əsasən vəsiqə verən orqanın məsul əməkdaşı vətəndaşın şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) barədə ərizə-anketinin düzgün doldurulduğunu yoxlayır. Vətəndaşın ərizə-anketindəki məlumatlar ondan əlavə sənəd tələb edilmədən, İAMAS-da toplanılan və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri, X11 Sistemi və digər dövlət informasiya resursları tərəfindən İAMAS-a təqdim olunan məlumatlar əsasında yoxlanılır. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənəddəki məlumatların düzgün yerləşdirilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət edərkən, düzgün anket məlumatlarının verilməsi eyni zamanda vətəndaşın vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi RPİ tərəfindən 04.06.2009-cu il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində və “Asan 1” tərəfindən 29.01.2022-ci il tarixdə verilmiş AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsində hazırki iş üzrə iddiaçı Məmmədova (boşandıqdan sonra Quliyeva) Bəyimxanım Ələmdar qızının adı şəxsiyyət vəsiqəsinin “ad” bölməsində səhv olaraq Bacıxanım kimi qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Asan 1” tərəfindən 29.01.2022-ci il tarixdə verilmiş AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsində qeyd olunan şəxs-xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuş iddiaçı X3 məxsus AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsinin “ad” bölməsində qeyd olunmuş “Bacıxanım” adından “Bəyimxanım” adına düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Asan 1” tərəfindən 29.01.2022-ci il tarixdə verilmiş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsində qeyd olunan şəxs-xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuş iddiaçı X3 məxsus AA seriyalı ******* № li şəxsiyyət vəsiqəsinin “ad” bölməsində qeyd olunmuş “Bacıxanım” adının “Bəyimxanım” adına düzəliş edilməklə, iddiaçıya yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2099/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2099/2022
03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver