Məhkəmə qərarları › İş №2-1(112)-2099/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2099/2025

10.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2099/2025 10.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 Mart ƏDV üzrə 20 may 2024cü il tarixli, **********776100 nömrəli və 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir. 2.İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2024 Mart ƏDV üzrə 30 avqust 2024-cü il tarixli 3-21- 2-3/2-99482/2024 nömrəli və 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli **********386600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarların ləğv edilməsini xahiş etmişdir. 3.İddiaçı MMC-nin qeyd edilən iddiası 2-1(112)-11945/2024 nömrəli inzibati iş üzrə icraata qəbul edilmiş hesab edilmişdir.

4. İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2023-cü il mənfəət vergisi üzrə 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli və 2024-cü il avqust ayı ƏDV üzrə 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

5.İddiaçı MMC-nin qeyd edilən iddiası e-2-1(112)-14262/2024 nömrəli inzibati iş üzrə icraata qəbul edilmiş hesab edilmişdir. 6.Bakı İnzibati Məhkəməsinin e-1(112)-14262/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının vəsatəti əsasında Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-14262/2024nömrəli (İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-11945/2024 saylı (İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair) inzibati işə birləşdirmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya əlavə vergi məbləğləri hesablanmışdır.Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergilərin əsası mövcud deyildir.Belə ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat nəticəsində bütün növ əvəzləşmələr üzrə ƏDV məbləği nəzərə alınaraq büdcəyə bərpa edlməsi üçün əlavə vergi məbləğlərinin hesablanması qeyd edilmişdir.Halbuki vergi orqanı tərəfindən qeyd edilən qaimələr üzrə iddiaçı əvəzləşmələri qanuna uyğun yerinə yetirmişdir. İddiaçı qarşı tərəfə qaimələri göndərmiş və ya digər tərəfdən qaimələr almışdır.Həmçinin qeyd edilən qaimələr üzrə vergi ödəyicilərindən faktiki olaraq mallar alınmış və həmin malların hazırda müqavilələri və təhvil-təslim aktları mövcuddur.Eyni zamanda vergi orqanı tərəfindən iddiaçıya uyğunsuzluq məktubu təqdim edildikdən sonra həmin qaimələr üzrə fəaliyyət göstərilən müəssisələr iddiaçıya məlum olmuşdur.Həmin müəssisələrlə fəaliyyət göstərilən dövr ərzində müəssisələr riskli vergi ödəyicisi hesab edilmirdilər.Vergi orqanı tərəfindən əmtəəsiz olaraq qeyd edilmiş qaimələr üzrə müəssisələrdən "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" xx.xx.2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişdir. Cavabdehin qeyd etdiyi qaimələrin hər biri xx.xx.2024-cü il tarixədək tərtib edilmişdir.Həmin tarixə qədər Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişiklik edilməzdən əvvəl riskli əməliyyatların qarşısının alınması üçün hər hansı tədbirlər nəzərdə tutulmamışdır.Yalnız Vegi Məcəlləsinə xx.xx.2024-cü il tarixli dəyişikliklərdən sonra alqısatqı zamanı mal-material alan fiziki və ya hüquqi şəxslərin malları aldığı şəxslərdən həmin malların alış sənədini tələb etmək vəzifəsi qeyd edilmişdir.Əməliyyatlar apardığı zaman iddiaçının malların alış sənədi barədə məlumat almaq öhdəliyi olmamışdır.Faktiki həmin qaimələr üzrə qeyd edilən mallar iddiaçı tərəfindən alınmış və bu barədə tərəflər arasında alqı-satql müqavilələri və təhvil-təslim aktları tərtib edilmişdir.Həmin alınmış malların bir hissəsi digər hüquqi şəxslərə satılmışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 8.Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı tərəfindən 2023-cü il üçün təqdim edilmiş bəyannamə araşdırılarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas verməmişdir. Qeyd olunan uyğunsuzluqla əlaqədar, vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********517300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin iddiaçı “FLAME ТТ" MMC tərəfindən uyğunsuzluq aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin və ya təsdiqedici sənədlərlə birgə izahat məktubunun təqdim edilməməsi səbəbindən, hesablama aparılmışdır. Həmçinin "xxxx" MMC-nin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyicisi "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndinə əsasən riskli vergi ödəyiciləri hesab olunurlar. Qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün təqdim edilmiş riskli elektron qaimə fakturalarda riskin başlanma tarixi qeyd olunmuşdur. Həmin qrafaya nəzər saldıqda görürük ki, risk vergi ödəyiciləri arasında əməliyyatın baş tutduğu tarixdən başlanmış və vergi orqanının araşdırması nəticəsində əməliyyatın əmtəəsiz olması və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlərin xərc sənədi kimi nəzərə almaması təsdiq edilmişdir. Bir məsələni nəzərə almaq lazımdır ki, qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsizolması müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, səyyar vergi yoxlaması ilə müqayisədə kameral vergi yoxlamasının keçirilməsi zamanı vergi orqanın əlavə inzibati araşdırma aparmaq, sübutlar toplamaq imkanları (Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq) məhduddur. Odur ki, vergi orqanı tərəfindən həmin yoxlama növlərinin həyata keçirilməsi imkanları (kameral və səyyar) və araşdırmanın həcmi həmin imkanlara uyğun şəkildə və vergi ödəyicisinin yoxlama zamanı təqdim etdiyi sənədlərin yetərliliyinə vergi orqanı tərəfindən həmin qısa müddətdə (kameral yoxlama dövründə) dəyərləndirməsinin qanuniliyi (yararlılıq, zərurilik və proporsionallıq meyarları üzrə) və bu zaman vergi ödəyicisinin davranışları nəzərdən keçirilməlidir. Bununla əlaqədar, vergi orqanı tərəfindən vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********226500 nömrəli və xx.xx.2024-cü il tarixli, **********042200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin verqi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş nəzarətini keçirmək vergi orqanlarının hüququdur.Riskli vergi ödəyicisi hesab olunma ilə bağlı vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Bununla bağlı iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddiası üzrə qəbul edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)-1212/2023 nömrəli qərarında məhkəmə kollegiyasının sözügedən məsələ ilə bağlı hüquqi mövqeyi qeyd etməyi zəruri hesab edirik. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1212/2023 nömrəli qərarında qeyd olunur: "**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni “Faborlik Tikinti" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) “Faborlik Tikinti" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

9.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 10.Hazırda iddiaçının iddiası ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia mübahisələndirilən qərarları qəbul etmək səlahiyyəti olan cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

11.İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 12.Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etirazda məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 13.İş materiallarında olan: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli qərarına əsasən 2024-cü il avqust ayı ƏDV üzrə iddiaçıya 3024,99 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi **********518700 nömrəli uyğunsuzluq məktubu göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2023-cü il mənfəət vergisi üzrə 30 sentyabr 2024-cü il tarixli, 3-21- 2-3/2-161207/2024 nömrəli qərarına əsasən iddiaçıya kameral vergi yoxlaması nəticəsində 35459,21 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi əmtəəsiz əməliyyatlar çərçivəsində 2023-cü il ərzində əldə edilmiş elektron qaimə-fakturalar üzrə 159328,52 manat iddiaçının təqdim etdiyi 2023-cü ilin mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşmanın yaranması göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 Mart ƏDV üzrə 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 99482/2024 nömrəli qərarına əsasən iddiaçıya 9578,27 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilmiş əməliyyatların azaldırmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətirində bu növ e-qaimə fakturalar üzrə əvəzləşdirilməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 15338,27 manat ƏDV məbləğinin büdcəyə bərpa edilməməsinin müəyyən edilməsi göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 2024 May ƏDV üzrə 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli Qərarına əsasən iddiaçıya 10315,87 manat əlavə vergi hesablanmışdır, hesablanmanın əsası kimi vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü (“Əvəzləşdirilmiş əməliyyatların azaldırmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətirində bu növ e-qaimə fakturalar üzrə əvəzləşdirilməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 10315,87 manat ƏDV məbləğinin büdcəyə bərpa edilməməsinin müəyyən edilməsi göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış məktublarına əsasən iddiaçı hesablanmış vergi məbləğlərinin azaldılması barədə vergi orqanına müraciət etmişdir. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” cavabdehin xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli,xx.xx.2024-cü il tarixli məktublarına əsasən cavabdeh İddiaçı MMC-dən 2024-cü il mart dövrü üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsinin təsdim edilməsini təəb etmişdir, bunun səbəbi kimi vergi orqanı tərəfindən iddiaçının ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi elektron qaimə fakturalar üzrə aparılan əməliyyatların riskli hesab olunması, bu səbəbdən də əvəzləşdirilməyə əsas verməməsi, qeyd edilən riskli hesab edilmiş elektron qaimə fakturalar əsasında aparılan əvəzləşdirmələrin kənarlaşma yaranmasına səbəb olması göstərilmişdir. Bundan əlavə məhkəməyə iddiaçı ilə "xxxx" MMC, ”Resalon TN” MMC, "xxxx" MMC, ”Green Steel” MMC, "xxxx" MMC arasında 2023-cü il ərzində bağlanmış alqı-satqı müqavilələri, 2023-cü ilə təsadüf edən hesab fakturalar, qiymətlərin razılaşdırılması protokolları, cavabdehin riskli hesab etdiyi e-qaimə fakturalar haqqında məlumatlar, təhviltəslim aktları təqdim edilmişdir.

İV.Məhkəmənin mövqeyi

14.Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 13.2.82-ci maddəsinin xx.xx.2024-сü il tarixə qədər qüvvədə olan redaksiyasına əsasən əsasən riskli vergi ödəyicisi –riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 24.1.1-ci maddəsinə əsasən vergi orqanları vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar; Həmin Məcəllənin 36.1.-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar; Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir; Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir; Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 67.1-ci maddəsinin xx.xx.2024-cü il tarixə qüvvədə olan redaksiyasında göstərilir: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri;67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar;67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar;67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar;67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar;67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar;67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri;67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsində (xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyada) göstərilir: 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı;67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi;67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır. Həmin Məcəllənin 83.2-ci maddəsində göstərilir: 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır:83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata;83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata;83.2.3. vergi yoxlaması materiallarına;83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 175.1-ci maddəsinin xx.xx.2024-cü ilə qədər qüvvədə olan redaksiyasında göstərilir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir:: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir Həmin Məcəllənin 175.11-ci maddəsinin xx.xx.2024-cü il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nın 1.3-cü bəndinin xx.xx.2024-cü il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir. Həmin Qayda və Şərtlərin 1.4-cü bəndinin xx.xx.2024-cü ilə qədər olan redaksiyasına əsasən əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur, xx.xx.2024-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi və (və ya) əlavə dəyər vergisinin depozit hesabı vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.

17. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi İddiaçı MMC tərəfindən 2023-cü il üçün təqdim edilmiş bəyannamələri araşdırarkən əvəzləşmə üçün təqdim edilmiş elektron qaimə fakturalar üzrə aparılan əməliyyatları riskli və əvəzləşdirməyə əsas verməyən hesab edərək, habelə "xxxx" MMCnin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "Tamos İnşaat” MMCnin (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: **********), “Resalon TN" MMC-nin (VÖEN: **********), "xxxx" MMC-nin (VÖEN: ********** riskli vergi ödəyici olduğunu bildirərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-155853/2024 nömrəli qərarı ilə iddiaçıya 2024-cü ilin avqust ayı ƏDV üzrə 3024,99 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli qərarı ilə iddiaçıya 2023-cü il mənfəət vergisi üzrə 35459,21 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-99482/2024 nömrəli qərarı ilə iddiaçıya 2024 Mart ƏDV üzrə 9578,27 manat, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli Qərarı ilə iddiaçıya 2024 May ƏDV üzrə 10315,87 manat əlavə vergi hesablanmıdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə təqdim edilən etirazdan müəyyən olunur ki, hazırda mübahisələndirilən qərarlar iddiaçı "xxxx" MMC-nin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyiciləri "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) ilə 2023-cü ildə həyata keçirilmiş əməliyyatlar ilə bağlıdır, belə ki, həmin cəmiyyətlər cavabdeh tərəfindən riskli vergi ödəyicisi hesab edilmişlər, habelə həmin cəmiyyətlərlə aparılmış əməliyyatlara dair elektron qaimələr də cavabdeh tərəfindən riskli, əmtəəsiz əməliyyatlara aid edilərək əvəzləşmə üçün əsas hesab edilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin (VOEN: **********) qarışılıqlı əməliyyat apardığı vergi ödəyicisi "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) 2023-cü ildə riskli vergi ödəyicisi olmamışlar,belə ki, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" MMC xx.xx.2024-cü ildən, "xxxx" xx.xx.2024-cü ildən, "Tamos İnşaat” MMC xx.xx.2024-cü ildən,Green Steel” MMC isə xx.xx.2024-cü ildən riskli vergi ödəyicisi hesab edilmişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etirazında qeyd olunan əməliyyatın əmtəəsiz olmasını sübut etmək üçün riskli elektron qaimə fakturalarda riskin başlanma tarixinin qeyd olunduğunu göstərsə də konkret olaraq riskin başlanması tarixlərini təsdiq edə biləcək hər hansı bir dəlil və ya sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh etirazında göstərir ki, “qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Yəni təkcə operativ vergi nəzarəti deyil, həm də səyyar və kameral vergi yoxlaması nəzərdə tutulur. Hazır ki, iş üzrə kameral vergi yoxlaması keçirilən zaman əməliyyatın əmtəəsiz olması müəyyən edilmişdir”. Belə olan halda cavabdeh iddiaçının "Tamos İnşaat” MMC (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), “Resalon TN" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********) ilə apardığı əməliyyatların əmtəəsiz olmasına dair mülahizələrini irəli sürməklə kifayətlənməməli, buna dair obyektiv, təkzibolunmayan sübutları məhkəməyə təqdim etməli idi, bu da cavabdeh tərəfindən edilməmişdir. Bundan başqa cavabdeh iddiaçının apardığı əməliyyatların əmtəəsiz olmasını göstərsə də iddiaçının məhkəməyə təqdim etdiyi hesab fakturalarda, qiymətlərin razılaşdırılması protokollarında, alqı-satqı predmeti olmuş məhsulların adları, miqdarı konkret göstərilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi əsasında "Tamos İnşaat” MMC-dən (VÖEN: **********), “Axundovlar 2023 Company" MMC-dən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********), “Resalon TN" MMC-dən (VÖEN: **********), "xxxx" MMC-dən (VÖEN: **********) aldığı məhsulların bir qismi alqı-satqı müqaviləsi əsasında "xxxx" MMC-yə satılmışdır ki, bu barədə hesab fakturalar tərtib edilmişdir və həmin hesab fakturalardakı məhsulların adı və miqdarı cavabdehin riskli hesab etdiyi əməliyyatlar əsasında iddiaçının satın aldığı məhsullara uyğundur. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlərin (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı rəsmiləşdirilməsi sübuta yetirilmədiyi və həmin sənədlər riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı cavabdehin nəzərə almadığı elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur. 18.Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinə əsasən, Vergi Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. (VM 53.3) Vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi hesablanması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67-ci və 83-cu maddələrində müəyyən edilmişdir. İnzibati orqan olan cavabdeh qanunun, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə riayət etməyə borclu olduğu halda iddiaçıya kameral qaydada vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67 və 83-cu maddələrinin iddiaçının elektron qaimə fakturalarla əməliyyatlar aparan zaman qüvvədə olan redaksiyasının tələblərinə uyğun hesablamamış, bununla da həm Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, həm də “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının tələblərini pozmuşdur. 19.Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 25 sentyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-155853/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli, 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-99482/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli **********386600 nömrəli Qərarları qanuna uyğun qəbul edilməmişlər. 20.Bundan əlavə, məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023- cü il tarixli 2-1(102)-1058/2023 nömrəli və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 nömrəli qərarlarındakı hüquqi mövqeyini də nəzərə alaraq iddianın əsaslı olması nəticəsinə gəlir. 21.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 22.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 23.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli, 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 99482/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli, "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları ləğv edilməlidir. 24.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 25.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

26.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 iyul 2024-cü il tarixli, **********386600 nömrəli, 30 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-99482/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-155853/2024 nömrəli, 30 sentyabr 2024cü il tarixli, 3-21-2-3/2-161207/2024 nömrəli, "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar