Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-21/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası iqtisadçı) iddiaçının vəkili Vəkil2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) , üçüncü şəxs X12 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, X7 LTD şirkətində mühəndis vəzifəsində işləyir), üçüncü şəxsin vəkili X13 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X23 və X8 üçüncü şəxslər qismində işə cəlb olunmaqla “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı işi üzrə qəbul etdiyi 01 mart 2018-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahədən ibarət olan 1722v saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə dövlət reyestrindən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. X24 05.05.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 2-1(82)-387/2018 saylı, 01 mart 2018-ci il tarixli qərarın ləğv edilməsi və onun üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı, 24 may 2018-ci il tarixli qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-387/2018 saylı işi üzrə qəbul edilmiş 01 mart 2018-ci il tarixli qərarı ləğv edilmiş, X24 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1146/2020 saylı işi üzrə qəbul etdiyi 26.08.2020ci il tarixli Qərarı ilə, iddia tələbi təmin edilmiş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə reyestrdən çıxarışın verilməsi və “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan üçüncü şəxs X23 apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti təqdim edərək, Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2-1(112)-1146/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir X9 06.11.2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə vəsatət təqdim edərək, məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-245/2021 saylı işi üzrə qəbul etdiyi, 09.02.2021-ci il tarixli Qərardadı ilə, ərizəçi X9 tərəfindən verilmiş şikayət təmin edilməsi, X9 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması, üçüncü şəxs X23 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 26.08.2020-ci il tarixli, 2- 1(112)-1146/2020 saylı qərarının ləğv edilməsi qərara alınmış, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə əsasən Bakı şəhər icraiyyə komitəsinin 1993-cü il tarixli qərarı ilə Bilgəh bağlar sahəsindəki 32 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ iddiaçının istifadəsinə verilmişdir. Həmin bağ sahəsi uzun müddətdir ki, mübahisəsiz olaraq iddiaçının istifadəsindədir. Hətta bunu ətrafda yaşayan insanlarda sübut edə bilər. Qeyd olunan bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması məqsədilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının hüquqlarının təmin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamına əsasən iddiaya dair təqdim etdiyi etirazında cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi göstərmişdir ki, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adına olan orderin arxiv nüsxəsində möhür aşkar olunmadı. Habelə aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddia olunan sahə “1722v” saylı bağın ərazisi deyil, “1722b” saylı bağın ərazisinə uyğundur. Həmçinin bu ərazi ilə bağlı digər fiziki şəxslər – X12 (X26 (1722 B) və X8 (1722E) tərəfindən dəfələrlə müraciətlər olunmuşdur. Əlavə araşdırma zamanı məlum olmuşdur ki, 1722V saylı bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi iddia olunan ərazinin qərb sərhəddində yerləşir və həmin sahədə idarəyə məlum olmayan şəxslər tərəfindən bağ evi və hovuz inşa edilmiş, lakin torpaq sahəsi və tikililər dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavadeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X23 iddia ərizəsinə yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1993-cü il tarixli qərarı ilə Bilgəh bağ sahəsindəki 32 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağın onun istifadəsinə verildiyinə, həmin bağ sahəsinin uzun müddət mübahisəsiz olaraq onun istifadəsində olmasına istinad etmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722 V saylı bağ sahəsinin Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1993-cü il tarixli qərarı ilə onun istifadəsinə verilməsi və həmin bağ sahəsinin uzun müddət mübahisəsiz olaraq onun istifadəsinə olması əsassızdır və kserosurətdən ibarət olan 11 nömrəli orderdən başqa hər hansl bir mötəbər sənədlə və sübutla təsdiq olunmur. Həmçinin, İddiaçı iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən, 0,12 ha torpaq sahəsi olan 1722 V saylı bağ sahəsinin onun istifadəsinə verilməsinə dair 11 nömrəli orderlə iddia ərizəsində qeyd etdiyi torpaq sahələri fərqlidir. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi orderdən göründüyü kimi orderdə həm çap üsulu ilə, həm də əl yazısı ilə yazılmış hərflər orderin tərtib olunma tarixi göstərilən 1993-cü ildə Azərbaycan Respublikasında istifadə olunan kiril əlifbası ilə yazılmışdır. 11 nömrəli orderə 0.12 ha torpaq sahəsi olan 1722 B nömrəli bağ orderdə yazılmış kiril əlifbası ilə “B” hərfi kimi oxunmalıdır. İddiaçı iddia ərizəsində həmin dövrdə kiril əlifbası ilə “B” səsi kimi oxunan hərfi iddia ərizəsində iddia ərizəsinin tərtib olunduğu tarixdə işlətdiyi latın qrafikalı əlifbanın “V” hərfi kimi qeyd edərək, 0,12 ha torpaq sahəsi olan 1722 V saylı bağ sahəsinin üzərində mülkiyyət hüququna dair tələb irəli sürmüşdür. İddiaçı iddia ərizəsində Bilgəh bağ sahəsindəki 32 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağın onun istifadəsində Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarlı birliyi Bigəh bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 1993-cü il tarixli qərarı verildiyinə istinad etmişdir. İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 1993-cü il tarixli qərarına istinad etsədə həmin qərarı sübut kimi məhkəməyə təqdim etməmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin 1993-cü il tarixli qərarı sübut kimi məhkəməyə təqdim edilmədiyindən həmin qərarın 1993-cü ilin hansı ayında və ayın hansı günündə və hansı nömrə ilə verilməsi məlum deyil. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,12 ha sahəsi olan 1722 B nömrəli bağ sahəsinin ayrılmasına dair Bakı şəhər X29 İcraiyyə Komitəsi tərəfindən qərar verilməmişdir. Torpaq sahəsinin ayrılmasına dair qərar olmadığından torpaq sahəsinin verilməsinə dair protokol və ayrılmış torpaq sahəsinin plan-ölçüsü tərtib olunmamışdır. İddiaçı torpaq sahəsinin onun istifadəsində olmasını ətrafda yaşayan insanların sübut edəcəyinə istinad etmişdir. Məhkəməyə torpaq sahəsindən onun istifadə etməsinə dair sübut təqdim etməmişdir. İddiaçı xx.xx.1973-cü il tarixdə doğulmuşdur. Ona torpaq sahəsinin verilməsinə dair təqdim etdiyi orderin surətindən görünrü ki, 12 fevraı 1993-cü il tarixli qərar əsasında verilmişdir. Həmin tarixdə iddiaçının 20 yaşı olmamışdır. Məhkəmə araşdırılması zamanı verilmiş suallara cavab olaraq 1993-cü ildə ali təhsil müəssisəsində təhsil almışdır. 1993-cü ildə vətəndaşlara bağ sahəsi üçün torpaq sahələri iş yerləri üzrə yaradılmış Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,12 ha torpaq sahəsi 1722 b nömrəli bağ X12 atası X15 Bakı şəhər X30 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən verilmişdir. Həmin qərar əsasında Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativ X15 11 mart 1991-ci il tarixli B\S nömrəli order vermişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,12 ha torpaq sahəsi 1722 b nömrəli bağ X15 verilməsi Bakı şəhər X29 İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və birliyinin 29.03.1991-ci il tarixli, 109 nömrəli arayışı ilə, bağ təsərrüfatı sahəsinin verilməsinə dair Bakıqorsovetin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu ilə təsdiq olunur. Bağ sahəsinin verilməsinə dair müvafiq səlahiyyətli orqanların qərarları sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmçinin 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən verilmiş sorğuya Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş cavabda bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarı ilə (i.v 96) 2.4.49 saylı sahə A.Əsgərov – Rasili, 2.4.50 torpaq sahəsi Əhmədov Teymura, 2.4.51 saylı torpaq sahəsi Firuzə Əkbərzadəyə, 2.4.52 saylı torpaq sahəsi İslam Ələkbərzadəyə verilmişdir. Sorğuya cavabla sübut olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində həmin ərazidə İddiaçı torpaq sahəsi ayrılmamışdır. Əhmədov Teymur torpaq sahəsini plan-ölçü sənədi əsasında qəbul etmişdir. Torpaq sahəsi qəbul edildikdən sonra mişar daşı ilə hörülərək hasarlamış, torpaq sahəsində 2 mərtəbəli yarımçıq tikili inşa etmişdir. Həmin tikintilərin aparıldığı dövrdə tikinti materialları T.Əhmdəov tərəfindən sənədlər əsasında alınmış, torpaq sahəsində tikinti işlərinin aparılmasına dair həmin dövrdə tikinti materiallarının almasına dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin vaxtdan torpaq sahəsi X12 atasının istifadəsində, sahibliyində olmuş, Q.Əhmədovun sahibliyində və istifadəsindədir. İddiaçı M.X27 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində 0,12 ha torpaq sahəsi olan 1722 b nömrəli bağ sahəsindən heç vaxt istifadə etməmişdir. Qeyd edilənlərə əsasən üçüncü şəxs X23 iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh və üçüncü şəxs X8 məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdirlər. Оdur ki, məhkəmə işə cavabdehin və üçüncü şəxs X2 iştirаkı оlmаdаn bахılmasını mümkün hesab etmişdir. İddiaçı və onun vəkili Vəkil2 məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat və çıxış etdilər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X23 və onun vəkili X25 iddiaya dair etirazına uyğun izahat və çıxış edərək iddianın təmin edilməməsin xahiş etdilər. Məhkəmə iddiaçı və onun vəkilini, üçüncü şəxsi və onun vəkilini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 09 iyul 2016-cı il tarixli, **********13 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, bağlar bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1722 V saylı bağ sahəsi 1722 B saylı bağın yerinə uyğundur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 25.12.2017-ci il tarixli, **********56 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən İddiaçı adına olan orderin arxiv nüsxəsində möhür aşkar edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə “1722b” saylı bağın ərazisinə düşür. Bundan əlavə, sözügedən bağ sahəsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-5215/2017 saylı işi üzrə məhkəmədən bildiriş daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun qərar daxil olmamışdır. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı birliyinin Bilgəh bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinin kserosurətinə əsasən, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 12 fevral 1993-cü il tarixli qərarına əsasən, Bilgəh bağlar sahəsində 32 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1722 V nömrəli bağ ayrılmışdır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 16 oktyabr 1968-ci il tarixdə anadan olmuşdur. X24 onun atasıdır. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş 11 mart 1991-ci il tarixli, Б/С nömrəli orderin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1 mart 1991-ci il tarixli 3/75 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 b №-li bağ sahəsi X15 ayrılmışdır. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 17 fevral 1994-cü il tarixdə vəfat etmişdir. Bakı şəhər X18 İcrayyə Komitəsi Bağlar Təsərrüfaıtının İnkişafı və Birliyi tərəfindən verilmiş 29 mart 1991-ci il tarixli 109 saylı arayışdan görünür ki, Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağ sahəsi X24 tərəfindən icarəyə götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontorunun 669 saylı, 02 may 2018-ci il tarixli məktubuna əsasən, 3 saylı “ASAN Xidmət” Mərkəzində notariat kontoru Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə məktub ilə müraciət edərək, X19 17.02.1994-cü il tarixdə vəfatı ilə əlaqədar vərəsəsi X12 ərizəsi əsasında vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 1722 b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 hektar torpaq sahəsinə çıxarışın verilməsi xahiş olunmuşdur. Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş Б/С nömrəli orderin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 v №-li bağ sahəsi X3 ayrılmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 02 fevral 1992-ci ildə 66 yaşında vəfat etmişdir. İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li BTK-ya ünvanladığını ərizənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, atası X1 vəfatı ilə əlaqədar 0,12 ha torpaq sahəsi olan 1722 v №li bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. X4 və X5 Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li BTK-ya ünvanladığını ərizənin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, X10 və X11 ərizə ilə müraciət edərək, atası X1 vəfatı ilə əlaqədar 0,12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsinin qardaşları İddiaçı adına keçirilməsinə etiraz etməmişdirlər. Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X28 Bağlar Sahəsindəki 32 №-li Kooperativi tərəfindən verilmiş 11 nömrəli orderin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivi tərəfindən təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcrayyə Komitəsinin 12 yanvar 1993-cü il tarixli ПР 65/БТИ №-li qərarına əsasən, Bilgəh Bağlar sahəsində 32 №-li BTK nəznində 0.12 ha torpaq sahəsi olan 1722 V №-li bağ sahəsi İddiaçı ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 11 aprel 2019-cu il tarixli, 848 saylı məktubuna əsasən, keçmiş Bakı şəhər XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə 1993-cü ilə dair arxiv sənədləri, o cümlədən 12.02.1993-cü il tarixli, ПР 65/БТИ qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin, həmin qərar idarənin arxivində aşkar edilməmişdir. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 aprel 2019-cu il tarixli məktubu). Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən 275 №-li 08 may 2020-ci il tarixli məktub ilə təqdim olunmuş Bakı şəhər X18 İcrayyə Komitəsinin 30 yanvar 1991-ci il tarixli 1/16 saylı qərarına əsasən, Bilgəh bağlar sahəsində 32 №-li BTK nəznində olan torpaq sahəsi X3 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 08 iyun 2020-ci və 14 iyul 2020-ci il tarixli sorğulara cavab məktublarında görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki bağların bölgüsünə dair sxematik xəridə 1722 V nömrəli bağ sahəsi mövcüddur. Vətəndaş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 1722 v kimi iddia etdiyi və naturada göstərdiyi bağ sahəsi, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1722 b saylı bağ sahəsinin yerinə uyğundur. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi ünvanında yerləşən 1722 v saylı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması barədə məlumat idarənin arxivində aşkar olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialı tərəfindən 732 №-li 29 mart 2019-cu il tarixli məktub ilə təqdim olunmuş Bakı şəhər X18 İcrayyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 saylı qərarına əsasən, Bilgəh bağlar sahəsində 32 №-li BTK nəznində olan torpaq sahəsi X15 verilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 876 nömrəli, 15 aprel 2019-cu il tarixli arxiv çıxarışından görünür ki, 01 mart 1991-ci il tarixli, 26 nömrəli protokoluna əsasən, Bilgəh bağlar sahəsində 32 №-li BTK nəznində olan torpaq sahəsi X15 verilmişdir. Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 14-cü polis bölməsinin 01.06.2021ci il tarixli, 076-10266 nömrəli məktubuna əsasən, bildirilmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1722 v saylı bağ evində yaşayış olmadığından sahibi barədə məlumat əldə etmək mümkün olmamışdır. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 24 iyun 2021-ci il tarixli, 44 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağ massivində yerləşən 1722 V saylı bağ sahəsi 24.06.2021-ci il tarixində torpaq vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. 1722 V saylı bağ sahəsi Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi 32 nömrəli Kooperativ 11 nömrəli Orderə əsasən 1993-cü ildən İddiaçı məxsusdur. Bilgəh Bələdiyyəsinin 22 aprel 2021-ci il tarixli, 2-1(112)-4937/2021 saylı məktuba cavab olaraq 14.06.2021-ci il tarixli, 37 nömrəli göndərdiyi məktubunun etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhər Sabunçu RPİ-nin 14-cü polis bölməsinin 26.06.2021-ci il tarixli, 076- 11740 nömrəli məktubuna əsasən, Bilgəh qəsəbəsi bağ massivində yerləşən 1722v saylı bağ sahəsi 1993-cü ildən İddiaçı məxsusdur. Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 14-cü polis bölməsinin rəisinə ünvanladığı 24 iyun 2021-ci il tarixli, 45 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bağ massivində yerləşən 1722 v saylı bağ sahəsi 24.06.2021-ci il tarixində torpaq vergisi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin rəisinə ünvanladığı 18.06.2021ci il tarixli, 2/65 nömrəli məktubuna əsasən bildirmişdir ki, Bilgəh bağ sahələrinin sxematik planına əsasən 1722v saylı bağ mövcutdur. Kimə məxsus olması barədə nümayəndəlikdə məlumat yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 04.11.2021-ci il tarixli, **********40 nömrəli məktubuna əsasən, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən bağ sahələrinə dair sxematik xaritənin surəti təqdim edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Azərbaycan Respublikasi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0.1490 hektardır, mişar daşı ilə hasarlanıb, həyətdə tikintisi başa çatmamış yarımçıq tikili mövcuddur. Elektron kadastr baza məlumatlarında İddiaçı və üçüncü şəxs X15 torpaq sahəsinin ayrılması barədə heç bir məlumat aşkar edilmədi. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsinin texniki göstəricilərini əks etdirən sənədlərin (texniki pasport, torpaq sahəsinin plan və ölçüsü, sxem və sair) mülki işə əlavə edilməməsi səbəbindən İddiaçı iddia etdiyi və 6 naturada göstərdiyi torpaq sahəsinin hansı bağ sahəsi ilə üst-üstə düşməsini və ya hansı bağ sahəsi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəznində olan X22nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəznində olan X22 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Ximdətinə təhvil verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1722 b saylı bağ sahəsi ilə üst-üstə düşür. (1 saylı Bakı Ərazi İdarəsinin 23 noyabr 2018-ci il tarixdə təqdim etdiyi sxemlər əlavə olunur). Məhkəmə araşdırılması zamanı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 387/2018 saylı 21 avqust 2018-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 23495 saylı 21 dekabr 2018-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatına əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 1722 B saylı bağ sahəsi ilə üst-üstə düşür. Məhkəmə araşdırılması zamanı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 38/2019 saylı 04 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 19224 saylı 18 dekabr 2019-cu il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaqların monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İlham Şərifovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən koordinatlar verilmiş sahə (vətəndaş İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 1722 V kimi iddia etdiyi bağ sahəsi) 1722 B saylı bağ sahəsinin yerinə uyğundur. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda götərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.(152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. Həmin Məcəllənin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, qanunverici müvafiq icra hakimiyyəti orqanının üzərinə daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi vəzifəsini qoymuşdur (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan X22 tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış... İşin faktiki hallarına əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722 V saylı bağ sahəsinə hüquqlarin yaranmasinin əsasi kimi Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli orderinə istinad etmişdir. Lakin həmin orderin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, sözügedən order və onun verilməsi üçün əsas olmuş Bakı şəhər XDS icraiyyə komitəsinin 12 fevral 1993-cü il tarixli, ПР65/БТИ nömrəli qərarı dövlət arxivində mövcud deyil. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X22nin ləğv edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli, 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan X22 ləğv edilməsi, ləğv olunan X22nin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X28 bağlar sahəsindəki 32 nömrəli kooperativin 11 nömrəli İddiaçı adına olan orderin arxiv nüsxəsi möhürlə təsdiq edilməmişdir. İddiaçının iddia etdiyi Bilgəh bağ massivində yerləşən 32 nömrəli kooperativin 1722 V saylı bağın torpaq sahəsinin ilkin torpaqayırma sənədləri(yerləşmə planı), torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair müvafiq müqaviləsi olmadığından məhkəmə iş materiallarına əlavə edilmiş sxematik xəritədən çıxarışına, mütəxəssis və ekspert rəylərinə əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 1722 V saylı bağ sahəsi deyil, bu səbəbdən də iddiası əsassızdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.21-ci bəndinə görə, ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr tərtib edən və aparan icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatların daşınmaz əmlakın vahid dövlət kadastrına daxil edilməsində iştirak etmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi, 3.0.24-ci maddəsinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Cavabdeh haqlı olaraq daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 1722 v saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-21/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-21/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver