Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-21/2023 25.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Abıyevin sədrliyi, İddiaçı icraçı direktoru X6, nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə və Cavabdeh2nə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəs 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlamasının (SVY) keçirilməsi barədə xx.xx.2017-ci il tarixli **********136076 №li qərarının ləğv və yoxlamanın nəticəsi barədə tərtib edilmiş xx.xx.2018-ci il tarixli **********100087 №li, xx.xx.2018-ci il tarixli **********100087 №li SVY aktlarının etibarsız hesab edilməsi və SVY materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********174291 saylı qərarının ləğv və vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə xx.xx.2019-cu il tarixli **********809800 №li tələbnamənin etibarsız hesab edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı MMC məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər qismində Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi və Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi göstərilməklə, məhkəmədən Cavabdeh2 (əvvəlki Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Audit şöbəsi) SVY materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2019-cu il tarixli **********174291 №li qərarının və xx.xx.2020-ci il tarixli **********192817 №li “Səyyar vergi yoxlaması” aktı üzrə cavabdeh tərəfindən qəbul edilmiş ”Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 №li xx.xx.2019-cu il tarixli və Cavabdeh2 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarlarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2019-cu il tarixli **********660800 №li xidməti məruzəsinə, İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsində aparılan ********* №-li cinayət işinin istintaqı ilə əlaqədar 18 oktyabr 2019-cu il tarixli qərarına və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Audit şöbəsinin xx.xx.2019-cu il tarixli **********192747 saylı xidməti məlumatına əsasən cavabdeh Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli **********192747 №li “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2016-sentyabr 2019, o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü oktyabr 2016-dekabr 2017, yoxlama ili əhatə edilməsi, yoxlamanın müddəti 30 gün müəyyən edilməklə Səyyar vergi yoxlaması təyin edilmişdir. SVY xx.xx.2019-cu il tarixdə başlanımış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmış, yəni 107 gün davam etmişdir. SVY müddəti cavabdehin xx.xx.2019-cu il tarixli **********194648 №-li “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” Qərara əsasən 30 gün və cavabdehin xx.xx.2020-ci il tarixli **********196677 №-li “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” Qərara əsasən 30 gün uzadılmışdır. Nəticədə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********192817 №-li “Səyyar vergi yoxlaması” aktı tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli **********192817 №-li “Səyyar vergi yoxlaması” aktı üzrə cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərar iddiaçıya təqdim edilməmişdir. SVY nəticəsində mənfəət vergisinin 324250,16 manat məbləğində azaldılması, ƏDV 923577,6 manat məbləğində azaldılması və ödəmə mənbəyində tutulan vergisinin 163,8 manat məbləğində azaldılması müəyyən edilmişdir. Cavabdeh SVY nəticəsində mənfəət vergisinin 324250,16 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 162125,08 manat məbləğində maliyyə sanksiyası, ƏDV 923577,6 manat məbləğində azaldılmasına görə 674305,59 manat məbləğində maliyyə sanksiyası və ödəmə mənbəyində tutulan vergisinin 163,8 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 81,9 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsini təklif etmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********192817 №-li “Səyyar vergi yoxlaması” aktı ilə əvvəlki xx.xx.2018-ci il tarixli, **********100087 №-li “Səyyar vergi yoxlaması” aktının nəticələri yenidən yoxlanılmış və dəyişdirilmədən təsdiq edilmişdir. Cavabdehin "Vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********198600 nömrəli xx.xx.2020-ci il tarixli Qərarı ilə 1247991,55 manat əlavə hesablanmış vergilər, 836512,57 manat vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyası hesablanmışdır. Qeyd olunan qərar iddiaçıya təqdim edilməmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********192817 №-li “Səyyar vergi yoxlaması” aktı üzrə cavabdeh tərəfindən qəbul edilmiş "Vergi ödəyiçisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" **********198600 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqanlara təqdim edilərək, cavabdehlərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhər LGBİ tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli **********796900 №li etirazda göstərilmişdir ki, Departamentin (hazırkı Baş idarənin) xx.xx.2017-ci il tarixli **********6076 saylı qərarı ilə iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsinə dair xx.xx.2018-ci il tarixli **********100087 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********174291 nömrəli qərara əsasən İddiaçı MMC-yə 1626413,77 manat əlavə vergi məbləği hesablanmış və 813206,89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi ilə razılaşmır və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İddiaçı iddia ərizəsində SVY aktının 23-cü vərəqində yoxlamanın “Auditin təşkili” şöbəsinin xx.xx.2017-ci il tarixli **********6188200 saylı xidməti məruzəsinə əsasən keçirildiyini, lakin xidməti məruzənin Vergi Məcəlləsinin 38.3-cü maddəsində göstərilən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslarına aid edilmədiyini qeyd etmişdir. Qeyd edilənlərə münasibətdə bildirilmişdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsaslarından biri vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir. Belə ki; iddiaçı tərəfindən qeyd edilən xx.xx.2017-ci il tarixli **********6188200 №li xidməti məruzədə yoxlamanın aparılmasına əsas verən səbəblər göstərilmiş, Baş İdarə tərəfindən vergi orqanının mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləğinin onun fəaliyyəti barədə iqtisadi göstəricilərinə uyğun bəyan edilmədiyi və buna əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində başa çatmış və akt tərtib edilmiş yoxlama üzrə növbədənkənar vergi yoxlamasının əsassız olaraq əlavə yoxlama tədbirlərinin keçirilməsi adı ilə davam etdirildiyini qeyd etmiş, eyni zamanda yoxlama zamanı yoxlayıcıların dəyişdirilməsini qanunsuz hesab etmişdir. Səyyar vergi yoxlamasının nəticələri üzrə birinci akt tərtib edildikdən sonra yoxlama materiallarına baxılarkən əldə edilmiş sənədlərin yenidən araşdırılması zərurəti nəzərə alınaraq, materiallara baxılmanın nəticələri üzrə “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********149670 saylı qərar qəbul edilmişdir ki, həmin qərarın qəbul edilməsi vergi qanunvericiliyində öz əksini tapmışdır. İddiaçı yoxlama zamanı yoxlayıcının dəyişdirilməsi ilə bağlı qeyd etmişdir ki, Vergi Məcəlləsinin 38.9-cu maddəsinə əsasən ancaq vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz, ilkin yoxlama zamanı iddiaçı tərəfindən belə tələb irəli sürülmədiyindən yoxlayıcıların dəyişdirilməsi qanunsuzdur. Vergi Məcəlləsinin 38.9-cu maddəsinə əsasən vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinin əsaslarından biri vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etməsidir. Əgər vergi ödəyicisinin bu cür yazılı tələbi mövcuddursa, növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. “GENRL" MMC-də növbədənkənar səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.9-cu maddəsində nəzərdə tutulan əsasla deyil, 38.3.5-ci maddəsində nəzərdə tutulmuş əsasla keçirilmişdir. Qeyd olunur ki, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi zamanı yoxlayıcı şəxsin (şəxslərin) dəyişilməzliyinə dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 7 sentyabr 2016-cı il tarixli **********011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması keçirilməsi” Qaydalarına əsasən səyyar vergi yoxlaması zamanı yoxlanılan dövrün və yoxlayıcının dəyişdirilməsi zərurəti yarandığı halda vergi orqanının rəhbərinin (müavininin) müvafiq qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əlavələr (dəyişikliklər) “Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əlavələr (dəyişikliklər) edilməsi haqqında Qərar” ilə edilə bilər. xx.xx.2018-ci il tarixli **********100087 №li SVY aktında qeyd olunduğu kimi yoxlama aparılan müddətdə xx.xx.2017-ci il tarixli **********136076 №li Qərara dəyişiklik edilərək, yoxlama qrupunun tərkibinin dəyişdirilməsi zərurəti ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixli **********149795 saylı Qərarı ilə yoxlamanın keçirilməsi "Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin DVM-i X1 və DVM-i X4 tapşırılmışdır. Müvafiq qərarın özündən də görünür ki səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara dəyişikliyin edilməsi forması “Səyyar vergi yoxlamasının keçirilməsi” qaydalarının əlavəsində nəzərdə tutulmuşdur. İddiaçının əlavə vergi məbləğlərinin hesablanması ilə əlaqədar iddia ərizəsində bildirdiklərinə münasibətdə aşağıdakılar qeyd olunur. Yoxlama ilə əhatə olunan dövrdə müəssisə topdansatış, xidmət və tikinti işləri ilə məşğul olmuşdur. Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Müəssisə tərəfindən idxal olunmuş və satılmış malların miqdar-məbləğ hərəkətini əks etdirən uçot registrləri yoxlamaya təqdim edilməmiş, bu səbəbdən də mənfəətin birbaşa müəyyənedilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq, müəssisənin apardığı təqdimetmə (satış) əməliyyatları barədə Vergilər Nazirliyinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) uçot informasiya bazasında olan məlumatlara əsasən təqdim edilmiş mal, iş və xidmətlərin ƏDV-siz məbləği 2016-cı il üzrə 2.588.402,27 manat müəyyən edilmiş və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin 2016-ci il üzrə mənfəəti 431.400,37 (2.588.402,27/(100+20) x 20=431.400,37) manat müəyyən edilərək həmin mənfəətdən 20 faiz dərəcə ilə 86.280,07 (431.400,37*20%) manat məbləğində mənfəət vergisi hesablanmışdır. Həmçinin 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən 5.890.389,47 (ƏDV-siz) manat məbləğində alınmış malların hərəkətinin uçotu barədə sənədlərin, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması barədə heç bir sənəd təqdim edilmədiyinə görə satış kimi qiymətləndirilmişdir. Bundan başqa 2017-ci ildə müəssisə tərəfindən 5.700.285,97 (ƏDV- siz) manatlıq mal idxal olunmuş və 117 661.03 manat digər (əmək haqqı, social sığorta haqları, icarə haqqı və bank xidməti üzrə xərclər) xərcləri olmuşdur. Ümumilikdə 2017-ci il üzrə müəssisənin 11.708.336,47 manat dəyərində xərcləri müəyyən olunmuşdur. Vergi ödəyicisinin gəlirləri müəyyən edilmədiyindən Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən xərclərə görə 20 faiz şərti rentabellik tətbiq etməklə müəssisənin mənfəəti 2.341.667,29 (11.708.336 47/(100+20) x 20=2341.667,29) manat müəyyən edilərək, həmin mənfəətdən 2017-ci il üzrə 468.333,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində hesablanmış 17.719,94 manat mənfəət vergisi nəzərə alınmaqla, nəticə etibarilə 2016-cı il üzrə 86.280,07 manat, 2017-ci il üzrə 450.613,52 manat (468.333,46-17.719,94=450.613,52) əlavə vergi hesablanmışdır. Ümumilikdə, cəmiyyətə 2016-cı və 2017-ci illər üzrə 536.893,59 manat məbləğdə mənfəət vergisinin azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış mənfəət vergisinə görə 2016-cı il üzrə 43.140,04 manat, 2017-ci il üzrə isə 225.306,76 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlanılan dövrdə (xx.xx.2016-cı ildən xx.xx.2017-ci il) müəssisə tərəfindən xarici ölkələrdən 9.145.530,51 manat (ƏDV-ilə) o cümlədən (ƏDV-siz) 7.751.291.66 manat dəyərində mal idxal olunmuş, bundan 2.194.870,94 manat (ƏDV ilə) hissəsi satılmış, qalan 6.950.659,57 (ƏDV ilə) manat məbləğdə olan hissə isə qalıqda qalmalı olduğu halda baxış keçirilən zaman mal qalığının olmaması aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən 6.950.659,57 manat məbləğində malların hərəkətinin uçotu barədə sənədlərin, malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması barədə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda yoxlanılan dövrün sonuna müəssisədə mal qalığının olub-olmaması barədə müəssisənin icraçı direktoru X6 yoxlamaya verdiyi izahatında, eləcə də cəmiyyət tərəfindən təqdim olunmuş arayışda da mal qalığının olmaması öz əksini tapmışdır.Yuxarıda göstərilənlər nəzərə alınaraq səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin ilkin sənədlərinə əsasən anbarda qalmalı olan, lakin baxış keçirilən zaman aşkar olunmayan mallar satış kimi qiymətləndirilmiş və Vergi Məcəlləsinin 159.1 -ci maddəsinə əsasən, 1.060.270,1 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Bundan başqa vergi tutulan əməliyyatların azaldılmasına görə verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 29.250,0 manat, ümumilikdə, əlavə dəyər vergisinin 1.089.520,1 manat azaldılmasına görə azaldılmış əlavə dəyər vergisi məbləğinin 50% miqdarında, yəni 544.760,09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Ödəmə mənbəyində tutulan verginin hesablanması ilə bağlı iddiaçının qeyd etdikləri ilə əlaqədar bildirilmişdir ki, istər xx.xx.2018-ci il tarixli aktla, istərsə də xx.xx.2019-cu il tarixli qərarla iddiaçı müəssisəyə yoxlama dövrü üçün ödəmə mənbəyində hər hansı vergi məbləği hesablanmadığı müəyyən olunur. Bundan başqa, tələbnamənin etibarsız hesab edilməsi ilə əlaqədar qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin maddənin tələbləri qaydasında iddiaçıya **********809800 saylı tələbnamə göndərilmiş, həmin tələbnamə ilə azaldılmış vergi məbləğlərinin, eləcə də “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174291 saylı qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi tələb edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarekterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (hazırkı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsi) göndərilmiş, həmin materiallar əsasında İddiaçı MMC-nin direktoru X12 barəsində Cinayət Məcəlləsinin 213.3cü maddəsi ilə cinayət işi başlanmış və ********* nömrəli cinayət işinin yekunu üzrə ittiham aktı baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Cavabdeh Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********646600 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı MMC-də aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanmış əlavə vəsait və tətbiq edilmiş maliyyə sanksiyası aidiyyəti üzrə dövlət büdcəsinə ödənilmədiyindən, ümumilikdə külli miqdar təşkil edən 2.439.620,66 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Həmçinin istintaq orqanının qərarı ilə xx.xx.2016 - xx.xx.2019 vergi dövrü üzrə (o cümlədən yenidən yoxlama ilə əhatə olunan vergi dövrü: Oktyabr 2016-Dekabr 2017) səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********192747 nömrəli qərarı ilə "xxxx" MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2020- ci il tarixli **********192817 nömrəli aktla rəsmiləşdirilmiş və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********198600 nömrəli qərar çıxarılmışdır. Səyyar vergi yoxlaması ilə mənfəət vergisinin 2018-ci ildə 324.250,16 manat az, əlavə dəyər vergisinin 2018-ci ilin yanvar ayında 29.892,79 manat, 2018-ci ilin noyabr ayında 77.367,76 manat, 2018-ci ilin dekabr ayında 235.093,05 manat, 2019-cu ilin sentyabr ayında 1.006.257,587 manat az, 2018-ci ilin oktyabr ayında 425.033,58 manat artıq hesablanması nəticəsində, ümumilikdə 923.577,60 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2019-cu ilin 2-ci rübü üzrə 84,00 manat, 3-cü rübü üzrə 79,80 manat olmaqla ümumilikdə 163,80 manat azaldılması müəyyən edilmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin 324.250,16 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 162.125,08 manat məbləğində maliyyə sanksiyası, əlavə dəyər vergisinin 923.577,60 manat (425.033,58 manat artıq hesablanması nəzərə alınmaqla) məbləğində azaldılmasına görə isə 674.305,59 manat məbləğində, ödəmə mənbəyində tutulan verginin 163,80 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 81,90 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlanılan dövrdə İddiaçı MMC ixtisaslaşdırılmamış topdansatış və digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri fəaliyyəti ilə məşğul olmuşdur. Mənfəət vergisi üzrə: iddiaçının mənfəət vergisi öhdəliyinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, müəssisə tərəfindən 2016-cı il ərzində gəlir və xərclərin uçotu hesablama metodundan istifadə edilməklə aparılmışdır. Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri 2.843.862,88 manat, gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər 3.368.160,10 manat olmaqla 524.297,22 manat zərər göstərilmişdir. Əvvəlki səyyar vergi yoxlaması ilə Nazirlər Kabinetinin xx.xx.2001 -ci il tarixli 55 №-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən şərti rentabellik səviyyəsi 20 % həcmində götürülərək müəssisənin 2016-cı il üzrə mənfəəti 431.400,35 manat məbləğində və mənfəət vergisi 86.280,07 manat məbləğində müəyyən edilmişdir. Hazırki yoxlama ilə 86.280,07 manat məbləğində mənfəət vergisi təsdiq edilmişdir. Əvvəlki səyyar vergi yoxlaması ilə 2017-ci ilin mənfəət vergisinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, müəssisə tərəfindən 5.890.389,47 manat (ƏDV-siz) məbləğində alınmış malların itməsi, əskik gəlməsi, xarab olması və ya oğurlanması barədə heç bir sənəd təqdim edilmədiyinə görə satış kimi qiymətləndirilmişdir. Bundan başqa 2017-ci ildə müəssisə tərəfindən 5.700.285,97 manat məbləğində mal idxal olunmuş və 117.661,03 manat məbləğində digər xərcləri (əmək haqqı, sosial sığorta haqqları, icarə haqqları və bank xidmətləri) olmuşdur. Ümumilikdə 2017-ci il üzrə müəssisənin 11.708.336,47 manat (5.890.389,47+5.700.285,97+117.661,03) məbləğində xərcləri olmuşdur.Müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu, 104.1 və 105.1 -ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55№-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən müəssisənin xərclərinə nisbətdə şərti rentabellik səviyyəsi 20 % həcmində götürülərək müəssisənin mənfəəti 2.341.667,29 manat (11.7708.336, 47/100*20) müəyyən edilmişdir. Yoxlama ilə hesablanmış 2.341.667,29 manat mənfəətdən 20% dərəcə ilə büdcəyə 468.333,46 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2017ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 17.719,94 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə müəyyən olunmuşdur ki, müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisi 450.613,52 manat (468.333,46-17.719,94) məbləğində azaldılmışdır. Hazırki yoxlama ilə əlavə hesablanmış 450.613,52 manat məbləğində mənfəət vergisi təsdiq edilmişdir.2018-ci ilin mənfəət vergisinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, müəssisə tərəfindən il ərzində gəlir və xərclərin uçotu hesablama metodundan istifadə edilməklə aparılmışdır. Müəssisə tərəfindən 2018-cı il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində malların (işlərin, xidmətlərin) təqdim edilməsindən əldə olunan gəliri 12.767.364,57 manat, gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər 12.157.340,13 manat, vergiyə cəlb olunan mənfəəti 610.024,44 manat və dövlət büdcəsinə çatası mənfəət vergisi 122.004,89 manat təşkil etmişdir. Yoxlama ilə müəssisənin 2018-ci ildə malların təqdim edilməsindən gəlirlərinin 13.387.651,72 manat məbləğində olduğu müəyyən olunmuşdur. Belə ki, MMC-nin 2018-ci il üzrə vergiyə cəlb edilən dövriyyəsinin 7.004.244,59 manat hissəsi digər malların və idxal mallarının satışından, 2.072.920,82 manat hissəsi nağd qaydada satışdan (NKA) və 4.310.486,31 manat hissəsi görülmüş işlər və göstərilmiş xidmətlərdən ibarət olmaqla, cəmi dövriyyəsi 13.387.651,72 manat təşkil etmişdir. Lakin xərc sənədləri yoxlamaya tam təqdim edilmədiyindən müəssisənin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü, 83.9cu, 104.1 və 105.1 -ci maddələrinə, Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55№-li Qərarına (əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən müəssisənin gəlirləri müvafiq dövr üzrə xərclərinə nisbətdə şərti rentabellik səviyyəsi 20% həcmində götürülərək müəssisənin mənfəəti 2.231.275,29 manat (13387651,72/120x20) müəyyən edilmişdir. Yoxlama ilə hesablanmış 2.231.275,29 manat mənfəətdən 20% dərəcə ilə büdcəyə 446.255,06 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən 2018ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 122.004,79 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə müəyyən olunmuşdur ki, müəssisə tərəfindən 2018-cı il üzrə mənfəət vergisi 324.250,17 manat (446.255,06-122.004,79) məbləğində azaldılmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 83.9-cu, 104.1 -ci və 105.1 -ci maddələrinə əsasən mənfəət vergisi üzrə büdcəyə 2018-ci il üzrə 324.250,17 manat məbləğində əlavə vəsait hesablanmışdır. Bundan başqa əvvəlki səyyar vergi yoxlaması ilə hesablanmış 554.613,53 manat (86280,07+468333,46) məbləğində mənfəət vergisi təsdiq edilmişdir. ƏDV üzrə- Müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrdə ƏDV tutulan dövriyyənin 24.578.914,28 manat (o cümlədən “0” dərəcə ilə 580.498,03 manat, ƏDV-dən azad olunan 129.433,96 manat), ƏDV-nin 4.296.416,81 manat, əvəzləşdirilən ƏDV-nin 4.916.892,15 manat və dövlət büdcəsindən qaytarılası ƏDV-nin 620.475,34 manat olduğu göstərilmişdir. Kameral vergi yoxlaması ilə (vergi orqanı tərəfindən kameral qaydada və əvvəlki SVY ilə hesablanmış ƏDV) faktiki olaraq ƏDV tutulan dövriyyənin 33.205.251,00 manat (o cümlədən “0” dərəcə ilə 579.501,93 manat, ƏDV-dən azad olunan 127.572,71 manat), ƏDV- nin 5.849.671,74 manat, əvəzləşdirilən ƏDV-nin 4.905.209,73 manat, dövlət büdcəsinə çatası ƏDV-nin 944.482,01 manat olduğu göstərilmişdir. Vergi orqanı tərəfindən kameral qaydada 1.564.937,35 manat (620.475,34+944.482,01) məbləğində ƏDV hesablanmışdır.Yoxlanılan dövrdə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr) müəssisə tərəfindən 26.221.550,71 manat (ƏDV-siz) dəyərində mal idxal edilmiş və ölkədaxili 1.184.149,74 manat məbləğində - cəmi 27.405.700,45 manat (26.221.550,71+1.184.149,74) məbləğində mallar alınmışdır.Vergi orqanının "Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında" xx.xx.2019-cu il tarixli **********193881 nömrəli Qərarına əsasən müəssisənin əmlakının inventarizasiyası aparılmış və xx.xx.2019-cu il tarixli inventarizasiya aktı tərtib edilmişdir. Müəssisədə aparılmış inventarizasiya zamanı xx.xx.2019-cu il tarixinə müəssisənin mühasibat uçotu məlumatlarına əsasən 1.315.220,00 manat məbləğində mal qalığı olmuş, xx.xx.2019-cu il tarixinə müəssisənin anbarında 1.292.134,00 manat məbləğində mal qalığının olduğu aşkar olunmuşdur. İnventarizasiya nəticəsində fərq kimi müəyyən edilmiş 23.086,00 manat məbləğində mallar 2019-cu ilin oktyabr-noyabr aylarında satılmışdır. Yoxlama zamanı həmin mallardan 20.476.280,86 manat (o cümlədən əvvəlki SVY aktında göstərilən 5.890.389,47 manat (ƏDV-siz) məbləğində malların satışı nəzərə alınmışdır) məbləğində mal satılmış, lakin 5.614.199,59 manat (26.221.550,71+1.184.149,74- 1.315.220,00-20.476.280,86) məbləğində malların satışını təsdiq edən heç bir sənəd yoxlamaya təqdim edilməmişdir. Müəssisə tərəfindən idxal edilmiş malların və müxtəlif müəssisələrdən alınmış - cəmi 5.614.199,59 məbləğində malların satışını təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən, bu hal malların satışı kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə sonuncu hesabat dövrü olan 2019-cu ilin sentyabr ayına 1.010.555,92 manat (5.614.199,59x18%) məbləğində ƏDV hesablanmşdır. 2019-cu ilin sentyabr ayı üzrə 4298,35 manat məbləğində əvəzləşmə nəzərə alınmaqla 1.006.257,58 manat (1.010.555,92-4298,35) məbləğində ƏDV hesablanmışdır. ƏDV üzrə kənarlaşmanın səbəbi müəssisə tərəfindən idxal olunan malların satışının bir hissəsinin vergi tutulan əməliyyatların dəyərində əks etdirilməməsi olmuşdur. Görülmüş işlərin dəyəri vergi tutulan əməliyyatların dəyərinə daxil edilmişdir. Səyyar vergi yoxlaması ilə faktiki olaraq ƏDV tutulan dövriyyənin 38.328.018,04 manat (o cümlədən “0” dərəcə ilə 579.501,93 manat, ƏDV-dən azad 127.572,71 manat), ƏDV-nin 6.771.769,81 manat, əvəzləşdirilən ƏDV-nin 4.903.730,20 manat, dövlət büdcəsinə çatası əlavə dəyər vergisinin 1.868.039,61 manat olduğu müəyyən edilmişdir. Nəticədə yoxlanılan dövr üzrə büdcəyə çatası əlavə dəyər vergisinin 923.577,60 manat az hesablandığı müəyyən edilmişdir (2018-cı ilin yanvar ayında 29.892,79 manat məbləğində, 2018-ci ilin noyabr ayında 77.367,76 manat məbləğində, 2018-ci ilin dekabr ayında 235.093,05 manat məbləğində və 2019-cu ilin sentyabr ayında 1.006.257,58 manat məbləğində ƏDV azaldılmış, 2018-ci ilin oktyabr ayında 425.033,58 manat məbləğində ƏDV artıq hesablanmışdır). Beləliklə, Vergi Məcəlləsinin 67.15-ci, 159.1-ci və 161.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə (o cümlədən vergi orqanı tərəfindən kameral qaydada və əvvəlki SVY ilə hesablanmış ƏDV) hesablanmış 1.564.937,35 manat ƏDV təsdiq olunur və əlavə olaraq 923.577,60 manat məbləğində ƏDV hesablanmışdır. Yoxlama ilə ilkin mühasibat sənədlərinə əsasən müəyyən edilmişdir ki, ödəmə mənbəyində tutulan vergi azaldılmışdır. Belə ki, müəssisə ünvan 1 ünvanda yerləşən 17 mərtəbəli iş mərkəzinin, A bloku, 6-cı mərtəbə, 1 №li qeyri-yaşayış sahəsini icarəyə götürmüş, lakin 2019-cu ilin 2-ci və 3-cü rübləri üzrə ödənilmiş icarə haqqlarından 163,80 manat məbləğində ödəmə mənbəyində vergi tutulmamışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi üzrə dövlət büdcəsinə 163,80 manat məbləğində əlavə vəsait hesablanmışdır. Bütün bunlara baxmayaraq, iddiaçı heç bir hüquqi əsası olmayan dəlillərlə xx.xx.2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı qanunsuz hesab edir. Belə ki, iddiaçı iddia edir ki, xx.xx.2020-ci il tarixli **********198600 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar vergi ödəyicisinə ümumiyyətlə təqdim edilməmişdir. Mübahisə predmeti olan məsuliyyət qərarı xx.xx.2020-ci il tarixdə **********691300 nömrəli məktubla iddiaçıya elektron və poçt üsulu ilə göndərilmiş və məktub iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə oxunmuşdur. İş materiallarında mövcud olan elektron hesabatdan da göründüyü kimi qeyd edilən qərar nəinki vergi orqanı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim edilmişdir, həm də iddiaçı tərəfindən də oxunmuşdur. İddiaçının qeyd edilən dəlili tamamilə əsassız olmaqla yanaşı hər hansı konkret faktlarla da əsaslandırılmamışdır. İddiaçının digər əsassız dəlili isə ondan ibarətdir ki, cavabdehin İddiaçı MMC-də SVY-nin aparılmasına dair qərar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2- ci maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə (inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində) yəni, xx.xx.2019-cu il tarixdə, müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********458800 saylı Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı MMC xx.xx.2011-ci il tarixdə hüquqi şəxs kimi (VÖEN: **********) dövlət qeydiyyatına alınmışdır. X12 hüquqi şəxsin təsisçisi, X2 isə qanuni təmsilçisi kimi qeyd olunmuşdur. İddiaçı MMC-nin 01 mart 2021-ci il tarixli 02/K saylı əmrin surətindən müəyyən olunur ki, X12 xx.xx.2011-ci il tarixdən İddiaçı MMC-nin icraçı direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2018-ci il tarixli **********100087 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamenti xx.xx.2017-ci il tarixli **********136076 saylı qərarına əsasən İddiaçı MMC üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə-torpaq vergisi 2017-ci il; sadələşdirilmiş vergi 4-cü rüb 2016 – 4-cü rüb 2017; mənfəət vergisi 2016-cı il – 2017-ci il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2016-cı il – 2017-ci il; ödəmə mənbəyində tutulan vergi – 4-cü rüb 2016 – 4-cü rüb 2017; əmlak vergisi 2016-cı il – 2017-ci il; əlavə dəyər vergisi – sentyabr 2016- dekabr 2017; mədən vergisi oktyabr 2016 – dekabr 2017; aksiz vergisi oktyabr 2016 – dekabr 2017-ci il Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanılmış və xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsi olaraq 2017-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində hesablanmış 17.719,94 manat mənfəət vergisi nəzərə alınmaqla nəticə etibarilə 2016-cı il üzrə 86.280,07 manat, 2017-ci il üzrə 450.613,52 manat olmaqla ümumilikdə 536.893,59 manat məbləğində mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergilərə 50 % yəni, 268.446,8 (2016-cı il üzrə 43.140,04 manat + 2017-ci il üzrə 225.306,76 manat) manat maliyyə sanksiyasının tətbiq edilməsi və əlavə dəyər vergisinin 1.089.520,1 manat azaldılmasına görə və azaldılmış əlavə dəyər vergisi məbləğinin 50 % miqdarında, yəni 544.760,05 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Departamenti tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174291 №li qərarla İddiaçı MMC-yə 1.626.413,77 (2016-cı il üzrə azaldılmış mənfəət vergisi 86.280,07 manat; 2017-ci il üzrə azaldılmış mənfəət vergisi 450.613,52 manat; 2017-ci il üzrə azaldılmış ƏDV 1.089.520,18 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 813.206,89 (mənfəət vergisi üzrə 2016-cı il üçün 43.140,04 manat + 2017-ci il üçün 225.306,76 manat + ƏDV üzrə 2017-ci il üçün 544.760,05 manat) manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********809800 №li tələbnamə göndərilərək, Bakı şəhəri Lokal Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********174291 №li qərarı üzrə büdcəyə ödənilməli olan 2.439.620.66 (1.626.413,77 manat əlavə hesablanmış vergilər + 813.206,89 manat maliyyə sanksiyaları) Azərbaycan manatı vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. xx.xx.2020-ci il tarixli **********192817 №li Səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019cu il tarixli, **********192747 saylı qərarına əsasən İddiaçı MMC üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə - mənfəət vergisi 2016-cı il – 2018-ci il; əlavə dəyər vergisi oktyabr 2016 – sentyabr 2019-cu il; torpaq vergisi 2017-ci il – 2019-cu il; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2016-cı il - 2018-ci il; MDSS-İşəgötürənlərmuzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) 4-cü rüb 2016-3cü rüb 2019-cu il; əmlak vergisi 2016-cı il – 2019-cu il; sadələşdirilmiş vergi 4-cü rüb 2016 – 3-cü rüb 2019-cu il; ödəmə mənbəyində tutulan vergi 4-cü rüb 2016 – 3-cü rüb 2019-cu il; MDSS-Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) 4-cü rüb 2016-3-cü rüb 2019-cu il; Muzdla işləyənləri işə götürən sığotaedənlər 4-cü rüb 2016 – 3-cü rüb 2019-cu il; aksiz vergisi oktyabr 2016 – sentyabr 2019-cu il; mədən vergisi oktyabr 2016 – sentyabr 2019-cu il; işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) 4-cü rüb 2016 – 3-cü rüb 2019-cu il Vergi Məcəlləsinin 38.3.6-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2019-cu il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin (2018-ci il üzrə) 324.250,16 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 162.125,08 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin 923.577,60 manat məbləğində aylar üzrə azaldılmasına görə 674305,59 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergisinin 163,80 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 81,90 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №-li xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı MMC-yə 1.330.671,54 (2018-ci il üzrə azaldılmış mənfəət vergisi 324.250,16 manat; 2019-ci il üzrə azaldılmış ƏDV 1.006.257,58 manat; 2019-cu il üzrə azaldılmış ödəmə mənbəyində tutulan vergi 163,80 manat) məbləğində əlavə vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 836.512,57 (mənfəət vergisi üzrə 2018-ci il üçün 162.125,08 manat + ƏDV üzrə 2018-ci il üçün 171176,80 manat + ƏDV üzrə 2019-cu il üçün 5033128,79 manat + ödəmə mənbəyində tutulan vergi üzrə 81,90) manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçıya “Vergi borcunun, fazilərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********809800 №li tələbnamə göndərilərək, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №-li xx.xx.2020-ci il tarixli qərarı üzrə büdcəyə ödənilməli olan 2.084.504,12 (1.247.991,55 manat əlavə hesablanmış vergilər + 836.512,57 manat maliyyə sanksiyaları) Azərbaycan manatı vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsinin “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Q1900546 saylı 27 mart 2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı MMC-də 1626413,77 manat məbləğində, yəni xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində X6 Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib olunmuş ittiham aktının surətindən müəyyən olunur ki, cinayət işinin başlanmasına səbəb və əsas Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda İddiaçı MMC-nin vergi orqanına təqdim edilmiş bəyannamələrdə təhrif olunmuş məlumatlar daxil edilərək, 2016-2017-ci illər üzrə 536893,59 manat mənfəət vergisi, 2017-cı ilin dekabr ayı üzrə 1089520,18 manat, əlavə dəyər vergisi olmaqla, xüsusilə külli miqdar təşkil edən, 1626413,77 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmasına dair toplanmış materialların daxil olması olmuşdur. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-17/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, məhkəmə istintaqı zamanı keçirilmiş ekspertiza rəylərinə əsasən səyyar vergi yoxlaması ilə az hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən bəyan olunmuş vergi məbləğləri nəzərə alınmaqla ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin 662.656,44 manat müəyyən olunması, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 662.656,44 manat vergi borcunu dövlət büdcəsinə ödədiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etdiyi nəzərə alınmaqla, X12 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-2.1-ci maddəsinin tətbiq edilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi; X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi; mülki iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Departamentinin mülki cavabdeh X9 qarşı 1.747.948,46 manat məbləğində ziyanın (vergi məbləğinin) tutularaq dövlət büdcəsinə ödənilməsinə dair mülki iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Qeyd olunan cinayət işi üzrə keçirilmiş müvafiq ekspertizaların nəticəsi olaraq verilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məkəzinin 9/6498 №-li, xx.xx.2021-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki,rəyin tədqiqat hissəsində və məhkəmənin hazırki ekspertiza təyini haqqında qərarında göstrilənlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 303574,03 manat məbləğin az hesablanması müəyyən olunur. Yuxarıda göstərilən səbəblərdən xx.xx.2020-ci il tarixli **********192817 nömrəli səyyar vergi yoxlaması ilə 2019-cu ilin sentyabr ayına büdcəyə əlavə olaraq hesablanmış ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmur. Tədqiqi hissədə göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən bəyan olunmuş vergi məbləğləri nəzərə alınmaqla ümumilikdə dövlət büdcəsinə ödənilməli olan vergi məbləği 662.656,44 manat müəyyən olunur, o cümlədən MV üzrə 2018-ci il üzrə -407.858,96 manat; 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 440.000,17 manat: ƏDV üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV üzrə 331,8 manat; Cinayət işi materiallarında olan ödəniş tapşırıqlarından göründüyü kimi İddiaçı MMC tərəfindən 300.000,0 manat məbləğində ödəniş aparılmışdır. Rəyin təsviri hissəsində göstərildiyi kimi, xx.xx.2019-cu il tarixli 18454 №-li və xx.xx.2019-cu il tarixli 25063 №-li rəylər arasında tədqiqatla müəyyən olunmuş ƏDV üzrə fərq olmamışdır. Həmçinin qeyd edilir ki, xx.xx.2019-cu il tarixli 25063 №-li rəydə yalnız ƏDV ilə bağlı sual qoyulmuşdur. Eyni zamanda qeyd edilən rəylər xx.xx.2018-ci il tarixli səyyar vergi yoxlaması ilə bağlı olmuşdur xx.xx.2020-ci il tarixli 9/1941 №-li ekspertiza rəyi isə xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlaması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məkəzinin 9/357 №-li, xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, istehsal həcminin müəyyən edilməsi hissəsində mütəxəssis rəyi, həmçinin xx.xx.2017-ci il tarixli "xxxx" MMC, xx.xx.2017-ci il tarixli "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış xidmət müqavilələrinin şərtləri əsas göstürülməklə xx.xx.2019-cu il tarixli **********180347 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında qərara əsasən 2015-2017-ci il fəaliyyət dövrü üzrə "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə 33.120,001 manat məbləğində əlavə vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunur, o cümlədən ƏDV üzrə 27.240,01 manat; Mənfəət vergisi üzrə 4981,91 manat; 2016-cı il üzrə Əmlak vergisi 898,09 manat. xx.xx.2021-ci il tarixli 9/5476 nömrəli ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli 9/8078 nömrəli ekspert rəyi arasındakı fərq ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli 9/5476 nömrəli ekspert rəyində istehsal həcminin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Ticarət və Sənaye palatası “Azərbaycan” birliyinin xx.xx.2017-ci il tarixli müətəxəssis rəyinə istinad edilmiş, lakin xx.xx.2021-ci il tarixli 9/8078 nömrəli ekpsert rəyində isə tədqiqatın xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Ticarət və Sənaye palatası “Azərekspertiza” birliyinin mütəxəssis rəyi ilə müəyyən olunmuş istehsal həcmləri nəzərə alınmaqla hesablamalar aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Məkəzinin 9/8424 №-li, xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində və məhkəmənin hazırki ekspertiza təyini haqqında qərarında göstərilənlər nəzərə alınmaqla yoxlamanın əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 303574,03 manat məbləğində mənfəət vergisinin və 163,8 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Göstərilən səbəblərdən xx.xx.2020-ci il tarixli **********192817 nömrəli səyyar vergi yoxlaması ilə 2019-cu ilin sentyabr ayına əlavə olaraq hesablanmış ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmur. Tədqiqi hissədə göstərildiyi kimi, səyyar vergi yoxlaması ilə az hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən təqdim olunmuş vergi məbləğləri nəzərə alınmaqla ümumilikdə dövlət büdcəsinə ödənilməli vergi məbləği 662656,44 manat müəyyən olunur, o cümlədən MV: 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV üzrə 331,8 manat; Cinayət işi materiallarında olan ödəniş tapşırıqlarından göründüyü kimi İddiaçı MMC tərəfindən 300.000,0 manat məbləğində ödəniş aparılmışdır. Rəyin təsviri hissəsində qeyd olunanlara əsasən ibtidai istintaq dövründə keçirilmiş ekspertiza ilə bağlı xx.xx.2020-ci il tarixli 9/1941 №-li ekspert rəyi ilə 15 oktyabr 2021-ci il tarixli 9/6498 saylı ekspert rəyi arasında yaranmış fərqin səbəbi ekspertiza təyini haqqında qərarda göstərilənlər, həmçinin ekspert qarşısında qoyulan suallar və.s olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1744/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsinə və cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 1 (011)-17/2022 saylı qərarının verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan narazı qalan Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(02)-663/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə mülki iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1744/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 42.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədləri və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. 43.1-ci maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.11-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.
Məhkəmənin mövqeyi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il tarixli Qərarında Məhkəmə belə nəticəyə gəlmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Qeyd olunan qərarda göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Məhkəmə araşdırması zamanı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən cinayət işi üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qərara əsasən səyyar vergi yoxlaması ilə az hesablanmış vergi məbləği, kameral qaydada hesablanmış vergi məbləğləri və vergi ödəyicisi tərəfindən bəyan olunmuş vergi məbləğləri nəzərə alınmaqla ümumilikdə İddiaçı MMC-nin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğinin 662.656,44 manat təşkil etdiyi müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri). İstinad olunan normalardan göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı (VÖEN: **********) barəsində qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********174291 №li xx.xx.2019-cu il tarixli və Cavabdeh2 “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198600 №li xx.xx.2020-ci il tarixli qərarları müvafiq olaraq, İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan (ödənilmiş) 662656,44 manat vergi məbləğinin, o cümlədən MV (mənfəət vergisi): 2018-ci il üzrə - 407.858,96 manat, 2019-cu il üzrə - 37.141,21 manat, ümumilikdə 445.000,17 manat; ƏDV (əlavə dəyər vergisi) üzrə 2018-ci il yanvar ayı üzrə 6683,03 manat; 2018-ci il dekabr ayı üzrə 132202,9 manat; 2019-cu il fevral ayı üzrə 51659,51 manat; 2019-cu il noyabr ayı üzrə 1373,13 manat; 19 dekabr 2019-cu il üzrə 7873,78 manat; 2020-ci il yanvar ayı üzrə 192,83 manat; 2020-ci il fevral ayı üzrə 16555,54 manat; 20 mart 2020-ci il üzrə 714,42 manat; 2020-ci ilin aprel ayı üzrə 69,19 manat, ümumilikdə 217.324,47 manat; ÖMV (ödəmə mənbəyində tutulan vergi) üzrə 331,8 manat hesablanması hissələri və həmin vergilər üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsi ilə tətbiq olunmuş maliyyə sanksiyaları istisna olmaqla ləğv olunsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev