Məhkəmə qərarları › İş №2-1(112)-21/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-21/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-21/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X17 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X4rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiya ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106 ş nömrəli bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin yolun altına düşdüyünə görə iddiaçıya 60000 (altmış min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K bağ sahəsi mülkiyyətindədir. Həmin bağ torpaq sahəsinin 1/2 ha hissəsi 2017-2018-ci illərdə “Novxanı- Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması" layihəsi həyata keçirilən zaman həmin yolun altına düşmüşdür. 1 saylı Ərazi İdarəsi bağı mülkiyyətinə verərkən torpaq sahəsinin 1 sotunun hazırkı bazar qiymətini 10.000 manat dəyərində qiymətləndirmişdir. Mülkiyyətində olan bağ sahəsinin layəhə əsasında çəkilmiş yolun altına düşmüş 1/2 ha hissəsinin kompensasiyasını cavabdehdən tələb etsə də, cavabdeh kompensasiya verməkən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, müqavilə üzrə bağ 10 il müddətinə istifadəsinə verilmişdir. 2017-2018-ci “Novxanı-Pirşağı-Sahil yolu avtombil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtinası onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2-1(81)-4919/2019 saylı iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağın 400 kv.m hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddiasında qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətin Başçısı Aparatının X7 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci tarixli 35012 sayli müqaviləyə əsasən Bakı şəhəri, Bənəqədi rayonu, Novxanı bağ massivində 1106k nömrəli 0.12 ha bağ sahəsi onun istifadəsinə verilmişdir. Alınan bağ sahəsinin üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmaq üçün iddiaçı 2016-cı ildə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və həmin bağ sahəsinə xx.xx.2016-cı ildə RX № ******* nömrəli çıxarış verilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış kadastr planına əsasən İddiaçı məxsus 0,12 ha torpaq sahəsindən 0.6 ha yox, cəmi 401.18 kv.m. hissəsi yolun tikinti altına düşmüş və qeyd olunan əmlaka dəymiş ziyana görə dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən 18053 manat 10 qəpik kompensasiya hesablanmışdır. Dövlət ehtiyacları üçün alınan torpaqlar, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X5 verdiyi kadastr planı əsasında müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilmiş və bu zaman qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Qiymətləndirmə fəaliyyəti haqqında Qanunun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Bununla yanaşı qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının iddiasında göstərilən torpaq ilə bağlı kompensasiya tələbi əsassızdır və iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcud olduğunu təsdiq edən sübutlar iş materiallarında müəyyən edilmir. İddiaçı ona məxsus torpaq sahəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətdə onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ünvanladığı məktuba rəsmi cavabda göstərilmişdir ki, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərin bölgüsündə 2020-ci ildə qeyd edilən obyekt üzrə kompensasiya ödənilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. İddiaçıya ünvanlanmış cavab məktubları kompensasiyanın ödənilməsindən imtina kimi qiymətləndirilə bilməz. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı təqdim edilmiş B- 3/16-6710 saylı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, ərizəyə əlavə edilən sənəddən müəyyən olmuşdur ki, qeyd edilən torpaq sahəsi X7 və İstismarı Birliyinin onunla imzalanmış 34959 saylı müqaviləsinə əsasən 05 may 2005-ci il tarixdə 10 il müddətinə istifadəsinə verilmişdir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2017-2018-ci illər ərzində “Novxanı-Pirşağı-Sahil yolu avtomobil yolunun yenidən qurulması” layihəsi həyata keçirilən zaman həmin torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsi haqqında müqavilənin müddəti bitmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2016-cı il) əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı, sahəsi 0,12 ha olan bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K saylı bağ sahəsinin (sənəd üzrə və faktiki sahəsi 0,12 ha) əsas döngə nöqtələrinin koordinatları:

1. X= 398837,11; Y= 4491058,22

2. X= 398831,82; Y= 4491030,61;

3. X= 398827,33; Y= 4491027,64;

4. X= 398795,36; Y= 4491029,5. Azərbaycan Avtomobil Yolalrı Dövlət Agentliyinin 3/16-560 saylı xx.xx.2020-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində vətəndaş İddiaçı məxsus (çıxarış № **********57) 1200 kv.m torpaq sahəsindən 401,18 kv.m hissəsi yolun tikintisi altına düşmüş və 18053,10 (on səkkiz min əlli üç manat 10 qəpik) manat kompensasiya hesablanmışdır. Sözügedən layihə çərçivəsində vətəndaşlara heç bir kompensasiya ödənilməmişdir. Müvafiq kompensasiyanın ayrılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Sözügedən layihə çərçivəsində yeni tikilmiş yolun keçdiyi ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan və tikinti altına düşən torpaq sahələri (Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 20% nəzərə alınmaqla) aşağıdakı kimi qiymətləndirilmişdir:

1. Novxanı qəsəbəsi - 1 sot - 4500 manat

2. Goradil qəsəbəsi - 1 sot – 4800 manat

3. Fatmayı qəsəbəsi - 1 sot – 4800 manat

4. Pirşağı qəsəbəsi - 1 sot – 3000 manat

5. Nəzərə alınması xahiş edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2/16-8311 saylı xx.xx.2017-ci il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına əsasən “Novxanı-Pirşağı” (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində tikinti altına düşmüş və müvafiq qaydada mülkiyyət hüququ təsdiqlənmiş 77 ədəd torpaq sahəsinə dəymiş ziyanla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən hesablanmış 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik) manat məbləğində kompensasiya tələb olunur. Qeyd edilən məsələ Nəzarət Orqanı (Maliyyə Nazirliyi) ilə razılaşdırılmışdır. "xxxx" ASC tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən 77 ədəd daşınmaz əmlaka görə bütün xərclər nəzərə alınaraq, cəmi 1047 911.01 (bir milyon qırx yeddi min doqquz yüz on bir manat 01 qəpik, əlavə xərclər nəzərə alınmaqla) manat məbləğində vəsaitin ayrılmasına köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin X22 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Respublika Maliyyə Nazirliyinin X22 Xidmətinə ünvanladığı 09 avqust 2017ci il tarixli 3/16-4950 nömrəli məktubunda Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərancamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsinin icrası ilə bağlı keçmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təşkil edilmiş komissiya və müstəqil qiymətləndirici "xxxx" MMC-nin nümayəndələri tərəfindən sakinlərdən torpaq sahələrinin alınması üçün Novxanı kəndi üzrə sözügedən ərazidə 1 (bir) kv.metrə görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 683 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş əlavələrlə birlikdə 45,0 manat qiymət müəyyən edildiyi göstərilmişdir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2019-ci il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X12 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanılmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir.

1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019

2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi

3. Obyektin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106ş saylı bağ sahəsi

4. Torpaq sahəsinin ölçüsü: 0,1025 ha Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trend! nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-ci il tarixinə bazar dəyəri 103000 (yüz üç min) manat təşkil edir. Qiymətləndirmə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, Milli və X2 tələblərinə uyğun olaraq aparılmışdır. X23 və X21 Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş 77 saylı xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (torpaq sahəsi 0,12 ha) neçə kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla)? Mütəxəssis qarşısında qoyulmuş sual iddiaçının nümayəndəsinin iştirakı ilə yerində məktuba əlavə edilmiş sənədlərə əsasən araşdırılmışdır. Naturada mübahisəlendirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və Ləhiş bağ sahələrinin sxeminə əsasən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmə zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin 500 kv.m hissəsi, yolun tikintisi altına düşür (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla. Araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir: Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli 232 nömrəli Sərəncamı ile təsdiq olunmuş “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1106K nömrəli bağ sahəsinin (piyada keçidi, yolun piyadaların gediş-gəlişi üçün nəzərdə tutulan hissəsi (səki) və yolun mühafizə zolağı nəzərə alınmaqla) 500 kv.m hissəsi, yolun tikintisi altına düşür. "Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşən hissənin döngə nöqtələrinin koordinatları:

1. X= 398801,56; Y= 4491064,80;

2. X= 398837,11; Y= 4491058,22;

3. X= 398834,67; Y= 4491045,47;

4. X= 398799,00; Y= 4491050,24. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 01/620 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-333/2020 nömrəli müraciətinə əsasən ekspertlər tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (Seriya RX № 1521389, qeydiyyat tarixi: xx.xx.2019-cu il) əsasında, X19 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin bir sotunun bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, uyğun obyektə olan tələb və təklifdən, eləcə də digər etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, X19 məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin xx.xx.2020-ci il tarixə olan bir sotunun bazar dəyəri: 8 000 (səkkiz min) manat, Ümumilikda (0.12 ba) bazar dəyəri: 96 000 (doxsan altı min) manat təşkil edir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, xx.xx.2019-ci il tarixli ********** nömrəli erizəyə və xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir.

1. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2019

2. Daşınmaz əmlakın növü: Torpaq sahəsi

3. Obyektin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1085ç saylı bağ sahəsi

4. Torpaq sahəsinin ölçüsü: 0.0827 ha Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2019-ci il tarixinə bazar dəyəri 83000 (səksən üç min) manat təşkil edir. Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyi tərəfindən təqdim edilmiş ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiymətinin müəyyən edilməsi barədə 117 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 500 kv.m torpaq sahəsinin 1 sotunun bazar qiyməti qiyməti – 8000 (səkkiz min) AZN müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/2-11-1087/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən olunmuşdur:

1. ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin 17250 manata; (xx.xx.2021-ci il tarixli müqavilə)

2. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin 23500; (xx.xx.2023-cü il tarixli müqavilə)

3. ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin 130000 manata; (xx.xx.2022-ci il tarixli müqavilə)

4. ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 0 08 ha olan torpaq sahəsinin 34000 manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir. (xx.xx.2019-cu il tarixli müqavilə) Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X11 məxsus hissəsindən tam hissə X13 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X14 məxsus hissəsindən tam hissə X6 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X15 məxsus hissəsindən tam hissə X18 mülkiyyətinə verilmişdir. Elektron notariat X1 çıxarışdan görünür ki, ünvan 4i ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə X8 məxsus hissəsindən 0,05 ha X9 mülkiyyətinə verilmişdir. İddiaçı və X20 arasında bağlanılmış AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,04 ha olan hissəsi İddiaçı mülkiyyətində saxlanılmaqla 0,08 ha olan hissə 60000 manat qiymətinə X3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək idianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişlər).

II. İİ.İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli, 232 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Bilgəh-Novxanı-Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsi işlərinin icraçısı kimi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. İddia düzgün cavabdehə qarşı qaldırılmışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27 may 2010-cu il tarixli Qərar [İİ Bölmə] ərizə № 1). Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Həmin Məcəllənin 248.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə məhkəməyə müraciət alan orqan tərəfindən aşağıdakıların təsdiq olunması üçün edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin. Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanunundan: 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.2. torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər; 1.1.3. tikili — torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər;.. 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəzdir; Həmin Qanunun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafıq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsindən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunun ərazisində 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi olmuşdur və həmin torpaq sahəsinin 0,04 ha hissəsi “2017-2018-ci illərdə “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür, iddiaçı tərəfindən cavabdehə müraciət edilərək tikinti sahəsinə düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsinin xahiş edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, bununla da cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanununun tələbləri, habelə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə görə kompensasiya almaq hüququ pozulmuşdur. Avtomobil yolunun tikintisi altına düşən 0,04 ha torpaq sahəsinin naturada iddiaçıya qaytarılması ictimai maraqlara zidd olduğu üçün iddiaçının həmin əmlaka görə kompensasiya ödənilməsini tələb etmək hüququ mövcuddur. Torpaq sahəsinin qiyməti ilə bağlı məhkəmə nəzərə alır ki, iddiaçı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin hazırda mübahisə predmeti olan 0,04 ha hissəsi öz mülkiyyətində saxlanılmaqla, yerdə qalan 0,08 ha olan hissəsini AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən 60000 manat qiymətinə satmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə həmin torpaq sahəsinin 0,08 ha hissəsinin hər 0,01 ha hissəsinə görə ödənilmiş alqı-satqı qiymətinin hazırki iddia üzrə 0,04 ha torpaq sahəsinin qiyməti hesablanarkən də əsas götürülməsini məqsədəuğun və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, avtomobil yolunun tikintisi altına düşən 0,04 ha torpaq sahəsinə görə cavabdeh tərəfindən iddiaçıya hən 0,01 ha torpaq sahəsinə görə 7500 manat olmaqla, cəmi 30000 manat məbləğində kompensasiyanın ödənilməsi ağlabatan və ədalətlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağ sahəsinin 0,04 ha hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci, 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan 1106K nömrəli bağ sahəsinin 0,04 ha hissəsinə görə iddiaçıya 30000 (otuz min) manat kompensasiya ödənilməsi vəzifəsi cavabdeh “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar